Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur.
Dərsliklə iş. “Göyərçin” əfsanəsinin (dərslik, səh.176) 1-ci hissəsi oxunur. Mətnin davamı
ilə bağlı şagirdlər öz variantlarını təqdim edirlər.
Mətnin ikinci hissəsi oxunur və şagirdlərin versiyaları ilə müqayisə olunur.
Şagirdlərin göyərçin haqqında öyrəndikləri cədvəlin 3-cü sütununa qeyd olunur.
Nəticə: Əfsanəyə görə, göyərçin müharibənin qarşısını alıb, ona görə də sülh quşu sayılır.
Göyərçin sülh rəmzidir.
Tətbiqetmə. Dərslikdən 1-2-citapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq. Şagirdlər mətnin məzmunundan çıxış edərək dəbilqə təsvir olunmuş şəkli
müəyyən edirlər.
2-ci tapşırıq. 1-ci hissə: “Dəbilqənin içində yuva quran göyərçin”. 2-ci hissə: “Sülh quşu”.
Hər hissəyə plan tutulur, plana əsasən mətnin məzmunu nəql edilir.
Əqli həmlə: Göyərçinin əlamətləri sadalanır (ağdır, incədir, gözəldir, adama tez alışandır,
bəzən poçtalyon kimi istifadə olunur – insanlar arasında ünsiyyət yaradır).
– Sizcə, qarğa və ya bayquş kimi quşlar sülh rəmzi ola bilərdimi? Niyə? Danışma. Sual: – “Göyərçin” əfsanəsindəki padşahları müqayisə edin. Hansından daha çox xoşunuz gəldi? Fikrinizi əsaslandırın.