Dərs 94. OYUNLAR (2 saat)
Motivasiya.
Müəllim: –
Dostlarınızla birlikdə boş vaxtlarınızda nə edirsiniz?
– Hansı oyunları oynayırsınız?
– Hansı gülləri tanıyırsınız? (nərgiz, lalə, bənövşə, zanbaq)
–
Bunlardan hansı həm də oyun adıdır? (bənövşə)
–
Siz hansı oyunları bilirsiniz?
Şagirdlərin cavabları dinlənilir.
Dərsliklə iş. Dərslikdən oyunlar haqqında verilən məlumat oxunur.
Bənövşə oyunu
oynanılır.
Müəllimin nəzərinə: Müəllim şagirdlərə dərslikdə adı çəkilən milli oyunlar haqqında danışa,
imkan olarsa, şagirdlərin köməyi ilə onlardan bəzilərini nümayiş etdirə bilər.
Kosaldıqaç – iki dəstə uşağın kosla (topla) oynadığı oyun. Oyunun mahiyyəti topu əldə
saxlamaq, digərlərinə verməməkdir.
Dirədöymə – Uşaqlar iki dəstəyə ayrılıb bir dairəvi cizgi çəkir və sanama yolu ilə mərəyə
(dairəyə) girən dəstəni müəyyən edirlər. Dairədəki uşaqların hərəsi ayağının altına bir
toqqa qoyur. Dairədən kənarda qalanlar toqqanı götürməyə çalışırlar.
Dairədəkilər isə
toqqaları götürməyə yol vermirlər. Kənardakı oyunçu içəridəkilərdən birini əli ilə tutub
dairədən çıxara bilsə, onu bir nəfərə həvalə edib saxladır və yiyəsiz qalmış toqqanı
götürməyə cəhd edir. Bu zaman içəridəkilər həm öz toqqalarını, həm də çöldəki yol -
daşlarının toqqasını qorumalı olurlar. Yaxud əksinə, içəridəkilər
çöldəkilərdən birini fəndlə
tutub dairəyə salsalar, dəstələr yerlərini dəyişməli olurlar. Hansı dəstə toqqaların hamısını
ələ keçirsə, qələbə qazanır.
Beşdaş – xırda daşlarla oynanılan oyun. (Müəllimlər, yəqin ki,
bu oyunun mahiyyətini
bilirlər. Həmin oyunun kiçik motorikanı inkişaf etdirdiyini nəzərə alaraq, sinifdə oyna -
nılması məqsədəuyğundur.)
Çilingağac – iki dəstə oyunçunun kiçik ağac parçasını – pəli çiliklə (ağac və ya dəyə -
nəklə) vurub müəyyən məsafəyə çatdırmasından ibarət uşaq oyunu.
Çilingağac oyunu iki
üsulla oynanılır.
Birinci üsul. Oyunda iki-üç nəfər oğlan uşağı iştirak edir. Hər oyunçunun bir dəyənəyi və
bir pəli olmalıdır. Pəl bir qarış uzunluğunda, hər iki ucu
bir qədər yonulmuş çubuqdan
düzəldilir. Böyük dairəvi cızıq çəkilir. Pəli cızığın ortasında qoyurlar. Püşk yolu ilə oyunu
başlayırlar. Oyunçu dəyənəklə əvvəlcə pəlin bir ucuna vurub onu yerdən bir qədər
aralayır, ikinci zərbə ilə onu cızıqdan uzaqlaşdırmağa çalışır.
Göstərilən qaydada oyunçu-
lar bir-biri ilə yarışırlar.
İkinci üsul. Bu üsulda da oyun başlayana qədər birinci üsulda olan qaydalar yerinə ye-
tirilir. Lakin pəl bir qədər uzun olur. Cızıq da uzun çəkilir. Oyunçular püşk ilə oyuna başla -
yaraq bir-bir cızığın
üstündə durur, sol əllərində şaquli vəziyyətdə tutduqları pəli yuxarıdan
Dostları ilə paylaş: