I hissə. Hazırcavab uşaq 1. Xaqanın təəccübü 2. Xaqanın suallarına uşağın cavabları II hissə. Böyük şair 1. Cavablardan xoşlanan xaqan 2. Padşah adama bir qızıl verməz 3. Xaqanın qərarı 4. Dünya şöhrətli şair Plana əsasən mətnin məzmunu nağıl edilir.
Yazı. Mətnin son iki abzası dəftərə köçürülür.
Dinləmə. “Bəhmənyar” mətni oxunur, suallar verilir.
BƏHMƏNYAR (rəvayət) Bir gün bir dəmirçi şagirdi ilə birlikdə dəmirçixanada işləyirdi. Şagird körüyü basdıqca közlər qığılcımlanır, onların istisi dəmiri yumşaldırdı. Dəmirçi də qızarmış dəmir parçasını çəkiclə döyəcləyirdi. Elə bu zaman qonşunun uşağı təngnəfəs özünü qapıdan içəri salıb dəmirçiyə dedi: – Usta, ocağımız sönüb, anam deyir, köz versin. Usta önlüyü ilə üzünün tərini silib uşağın əlinə baxdı: – Get bir qab gətir. Közü ovcunda aparmayacaqsan ki!.. – Apararam, sən verməyində ol. Tez ol, həyətdə bənövşə oynayırıq. Uşaqlar məni gözləyir. – Ay uşaq, sənin əlin dəmirdəndir? – Yox, sən közü ver, neyləyirsən necə aparacağam? Usta baxdı ki, bu tərs uşağı sözlə başa sala bilməyəcək. Üzünü şagirdinə tutub dedi: – A bala, bu uşağa bir ovuc köz ver, görüm necə aparacaq. Şagird maşa ilə qıpqırmızı bir köz götürüb uşağa yaxınlaşanda dəmirçi bir də gördü ki, uşaq qapının ağzından ovcuna torpaq yığıb da ona sarı uzadıb. Dəmirçi uşağın fərasətinə mat qaldı. Soruşdu: – A bala, sənin adın nədir? – Bəhmənyaram da, usta əmi, tanımadın? – deyə uşaq cavab verib cəld qapıdan bayıra çıxdı. Bu həmin Bəhmənyar idi ki, sonralar oxuyub dövrünün məşhur alimi oldu.