Qruplarla iş. I qrup. Verilmiş mətndən sual cümlələrini seçin. Həmin cümlələri oxuyanda səsinizi necə dəyişdiniz? Cümlənin sonunda lazım olan işarəni qoyun. II qrup. Cümlələri oxuyun. Onları fərqləndirin. Cümlələrin sonunda lazım olan işarəni qoyun. 1. Siz sabah Gəncəyə gedəcəksinizmi 2. Qarşıdan yaz gəlir 3. Yaşasın Azərbaycan Respublikası III qrup. 2 nəqli, 2 nida, 2 sual cümləsi qurun. Onları fərqləndirin. IV qrup. Verilmiş cümlələri elə oxuyun ki, onlar həm sual, həm də nəqli cümlə kimi işlənsin: Bu gün hava soyuqdur. Siz vətənimizi çox sevirsiniz. Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərslikdən 5-6-cı tapşırıqlar yerinə yetirilir.
Nəticə. Məqsəd və intonasiyaya görə cümlələrin aşağıdakı növləri var:
nəqli, sual, əmr, nida.