– Külək torpağı sevindirə bildimi?
– Yağış torpaq üçün nə etdi?
– Günəşin qaratikana gücü çatdı?
– Torpağı sevindirən kim oldu? O nə etdi?
1-ci tapşırıq.
Sel kimi yağış – güclü yağan yağış;
təndir kimi qızmar günəş – çox qızmar
günəş deməkdir. Şagirdlər “sel kimi”, “təndir kimi” ifadələrinin
fikri daha təsirli etdiyini
müəyyənləşdirirlər və bu cür ifadələr tapıb cümlələrdə işlədirlər.
2-ci tapşırıq. “Dəmir atlar” söz birləşməsini “traktor” sözü ilə əvəz etmək olar.
3-cü tapşırıq. Ləpələnsin – dalğalansın.
4-cü tapşırıq. Hekayənin əsas ideyası: “İnsan hamıdan güclüdür”.
Nəticə:
Torpaq ən qiymətli, müqəddəs nemətdir. İnsanlar torpaq üzərində zəhmət çək -
məklə min bir nemət yetişdirirlər.
Tətbiqetmə.
Küləyin, yağışın və günəşin torpağı sevindirmək
üçün etdiklərini dəftərinizə
yazın.
Ev tapşırığı:
–
Mətnin qısa məzmununu dəftərinizə yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 87. ODUNÇUNUN SƏHVİ (4 saat)
Motivasiya.
Müəllim iki şəkil nümayiş etdirir. Birində talada tək cılız ağac, digərində sıx
meşəlik təsvir olunur.
Köməkçi sual: –
Sizcə, birinci şəkildəki ağac niyə nazik və cılızdır?
Tədqiqat sualı:
–
İnsanın ətraf mühitə təsirinin hansı nəticələri ola bilər?
Fərziyyələr dinlənilir.
Dostları ilə paylaş: