Dərs 85. ƏQRƏB VƏ QURBAĞA (2 saat)
Motivasiya.
Müəllim şagirdlərə suallarla müraciət edir:
– “Yardım” sözünə yaxınmənalı söz hansıdır?
– Yaxşılığın müqabilində pislik görəndə nə etmək lazımdır?
– Çətinliyə düşəndə sizə kömək edən olubmu?
– Kimsə sizə kömək edəndə əvəzində nə etmisiniz?
Tədqiqat sualı:
– Yaxşılığa yamanlıq nə ilə nəticələnir?
Tədqiqatın aparılması.
Dərslikdən “Əqrəb və qurbağa” təmsili oxunur.
Suallar:
– Sizcə, əqrəb qurbağanın yaxşılığı əvəzində niyə ona pislik etmək istədi?
– Qurbağa əqrəbi nə üçün batırdı?
– Təqsir kimdə idi?
Xasiyyət
vərdiş bağlılığını izah edin.
Mətnə uyğun atalar sözləri tapın.
1. Nə tökərsən aşına,
O çıxar qaşığına.
2. Nə əkərsən, onu da biçərsən.
Dostları ilə paylaş: