Tətbiqetmə. İş dəftərinin 107-ci səhifəsindəki 1-ci tapşırıq yerinə yetirilir.
Ev tapşırığı: – Mətnin ilk və son iki abzasını dəftərinizə köçürün. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 79. ARI (2 saat)
Motivasiya. Müəllim şagirdlərə tapmaca deyir:
Bütün günü uçurlar
Güldən şirə çəkərək.
Zəhmətkeşdir deyirlər,
Adını tapın görək.
Tədqiqat sualı: – Arının hansı xüsusiyyətləri var? Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Arı haqqında nə bilirsiniz?
II qrup. Arı ilə qarışqanın oxşar və fərqli cəhətlərini tapın.
III qrup. Arının müsbət xüsusiyyətlərini sadalayın.
IV qrup. Arının mənfi xüsusiyyətlərini sadalayın.
Məlumat mübadiləsi və müzakirənin təşkili. Dərsliklə iş. Şeir oxunur. “Mum” və ”şan”
sözlərinin mənası izah olunur. 1-3-cü tapşırıqlar yerinə yetirilir.