Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
Şagirdlər qruplara bölünüb aşağıdakı ifadələrin mənasını araşdırırlar:
I qrup. Ağ qızıl II qrup. Qızıl xasiyyətli insan III qrup. Qızıl torpaq IV qrup. Qara qızıl Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Dərsliklə iş. Dərslikdən şeir oxunur, təhlil olunur.
Dərsliyin 144-cü səhifəsindəki 1-5-ci tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq. Hər iki cümlədə qızıl sözü məcazi mənada işlənib. Birincidə yarpağın rəngi,
ikincidə torpağın çox məhsul verməsi, onun altında qızıl kimi qiymətli sərvətlərin olması
mənalarını bildirir.
2-ci tapşırıq. Əkinçi çöldə işləyir, məhsul əkir, toplayır, ailəsini dolandırır. Balıqçı isə göldən
balıq tutub satır, ailəsini dolandırır. Ona görə də əkinçi “qızıl çöldədir”, balıqçı “qızıl göldədir”
deyir.
3-cü tapşırıq. “Qara qızıl” – neftə, “ağ qızıl” – pambığa işarədir.
4-cü tapşırıq. Gözəl xasiyyəti olan insana qızıl xasiyyətli insan deyirlər.
5-ci tapşırıq. “Qızıl üzük” ifadəsində “qızıl” sözü üzüyün hazırlandığı metal mənasında
işlənib. “Qızıl ürək” ifadəsində isə “qızıl” sözü hər hansı insanın böyük, humanist qəlbə, ürəyə
malik olduğuna işarədir.