Tədqiqat sualı:
–
Cümlə sözdən və söz birləşməsindən nə ilə fərqlənir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında
öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Cümlələri seçin. Onları necə fərqləndirdiniz?
Ağac. Onun yuvası. Qaranquş yuva qurmuşdu. Yoldaşın köməyi. Dağlara yağış
yağır. Güclü yağış. Körpü. Yolun kənarı. Atam odun yardı. Sabah. Oğlan taxtanı
kəsdi. Şəkil. Qapının zəngi.
II qrup. Sözlərdən cümlə düzəldin.
1) qoşmaz, ağılsıza, baş, adam, ağıllı.
2) gəlir, təmiz, ətri, işdən, gül.
3) əyilməz, igid, düşmənə, oğul.
4) olar, az, günün, ömrü, yaman.
5) qəlb, söz, sındırar, acı.
III qrup. “Yaz fəslində təbiət” mövzusunda şəkil verilir.
Şəklə əsasən cümlələr qurun.
Cümlələrdəki sözlərin sayına fikir verin.
IV qrup. 2, 3, 4, 5 sözdən ibarət cümlələr qurun.
Dostları ilə paylaş: