Motivasiya. Tədqiqat sualı: – “?” işarəsi altında gizlənən nədir? Tədqiqatın aparılması. Dərsliyin 142-ci səhifəsindəki mətn oxunur, təhlil olunur.
Müəllim: – Sadalanan həşəratların adlarını uyğun şəkildə yazaraq krossvordu həll edin. (1. Hörümçək, 2. Kəpənək, 3. Qarışqa, 4. Əqrəb, 5. Arı, 6. Parabüzən, 7. Bit)
Məlumat mübadiləsi və müzakirənin təşkili. Dərsliklə iş. 1-3-cü tapşırıqlar yerinə ye-
tirilir.
Dinləmə. Sual: – İpəkqurdu və hörümçək haqqında nə bilirik? İpəkqurdu və hörumçəyin fərqli və oxşar cəhətlərinə dair Venn diaqramı qurun. İş dəftərinin 101-ci səhifəsindəki “İpəkqurdu və hörümçək” mətni oxunur.
Suallar: – Hörümçək və ipəkqurdunun hansı oxşar xüsusiyyətləri var? – Hörümçək sonuncu cümləsi ilə nə demək istəyirdi? Nəticə: Həşəratlar, adətən, altıayaqlı olur. Bəzi həşəratlar var ki, onların ayaqlarının sayı
çoxdur. Bu həşəratlara səkkizayaqlı hörümçəkləri aid etmək olar. Hörümçəklərin həm təbiətə,
həm də insanlara xeyri vardır.