DİL QAYDALARI Motivasiya. Dərslikdən 3-cü tapşırıq yerinə yetirilir. İnsanın arzusu, böyüyə hörmət, topu tutmaq, alma bağı ifadələri səslənir.
Tədqiqat sualı: – Sözlərdən alınmış ifadələr həmin sözlərdən nə ilə fərqlənir? Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Sol və sağ sütunlardakı sözləri düzgün birləşdirməklə söz birləşmələri yaradın. şəhər otaq Məzmun standartları Təlim məqsədləri 1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Öyrəndiyi və müşahidə etdiyi məlumatlara
əsaslanaraq tapşırıqları həll edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni sürətli, düzgün oxuyur. Mətndəki əsas
məlumatları seçməklə şüurlu oxuduğunu
nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“O” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndə müəyyən olunmuş hissəni üzündən
köçürür.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
İpəkqurdu haqqında aldığı məlumatlara
əsaslanaraq esse yazır.
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir.
Söz birləşmələrini söz və cümlələrdən
fərqləndirir.
Dərslərin planlaşdırılması
VI bölmə
160
Çap üçün deyil
sinif küçə hündür xortum əlaçı rəng paltar şagird fil bina II qrup. Tərkibində əlamət bildirən söz olan söz birləşmələrini seçib yazın. Sözlər: xörəyin ətri, misilsiz gözəl, enli küçə, kitabın vərəqləri, saatın əqrəbləri, çoxundan ağıllı, hədsiz tənbəl. III qrup. Tərkibində yalnız ad bildirən sözlər olan söz birləşmələrini seçib yazın. Sözlər: yaxşı oxumaq, məktəbin həyəti, xörəyin dadı, gözəl görünmək, dostumun dostu, otaqların biri, gözümün işığı, qapını açmaq, güllərin ətri, evləri yığışdırmaq. IV qrup. Söz birləşmələrini seçin. Sözlər: ağac, ağacın yarpağı, qızın saçları, günəbaxan, həqiqətən gözəl, qızların üçü, səliqəli yazmaq, kitab, dənizin suyu, balıqqulağı.