Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 139-cu səhifəsindəki “Günəbaxan” və “Ayabaxan” mətnləri oxu -
nur, janrına görə onların fərqi aydınlaşdırılır. 1-4-cü tapşırıqlar yerinə yetirilir.
4-cü tapşırıq. “Gün” – ad, “baxan” – hərəkət bildirən sözdür.
Nəticə: Günəbaxan faydalı bitkidir. “Ayabaxan” adlı bitki yoxdur.
Tətbiqetmə. Şagirdlər tanıdıqları çiçəklərin, bitkilərin xüsusiyyətləri haqqında bildiklərini
danışırlar.
Ev tapşırığı: – Günəbaxanın şəklini çəkib onun haqqında daha çox məlumat toplayın. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.