Müəllim bu hadisələri özündə əks etdirən slayd nümayiş etdirdikdən
sonra sinfə sualla
müraciət edir:
– Planetin bütün xəstəliklərinin günahkarı kimlərdir?
(İnsanlar. Yəqin, insanlar yaddan çıxarıblar ki, bizimlə birlikdə Yer üzündə yaşayan hey-
vanlar, bitkilər üçün, həmçinin çaylar və dənizlər, ümumiyyətlə, yaşadığımız planet üçün ca -
vabdehdirlər.
Hamımızın yaşadığı bir planet var, o da Yer kürəsidir. Biz özümüzə yaşamaq üçün başqa
planet seçə bilmərik, eyni zamanda Yer də özünə başqa sakinlər seçə bilməz.
Biz hamımız Yer adlanan böyük gəminin sərnişinləriyik, deməli, ondan düşüb heç nəyə
minə bilmərik. Yer kürəsi sağlam deyilsə, deməli, insanlar da sağlam deyil. Gəlin yaşa dığımız
planeti qaydaya salaq. Ana Təbiət də rahat olsun.)
Təqdimatlardan sonra “Təbiətin dərdi” şeirinin sonuncu bəndi oxunur:
Bu cür saf, gözəl
məkanda
Cənnət var – Aran, Şirvan.
Dünyanın şah guşəsidir
Bizim doğma Azərbaycan!
Dil qaydaları. Mətndən indiki zamanda olan hərəkət bildirən sözlər seçilir və həmin sözlər
keçmiş zamanda işlədilir.
3-cü tapşırıqla bağlı sözlərin böyük hərflə yazılışına dair qaydalar təkrar olunur.
Müəllim
bildirir ki, əsərlərdə obraz adları, hətta onlar insan anlayışı bildirməsə belə, böyük hərflə
yazılır.
Dostları ilə paylaş: