I qrup. 1. Bəsdir qırdıq ağacları, Axı ağac da canlıdır. Təbiət hər həyəcandan Necə həyəcanlıdır. 2. Botaniklər “planetimizin yaşıl sakinlərini” – bitkiləri hansı təhlükənin gözlə di - yindən danışacaq və onun qarşısının alınması yolları haqqında Ana təbiətə məktub yazacaqlar. II qrup. 1. Zavod, fabrik tüstüsüylə, Yay gəlməmiş istisiylə, Texnika da öz səsiylə Təbiəti məhv eləyir. 2. Zooloqlar “kiçik dostlarımız” olan heyvanları hansı təhlükənin gözlə diyindən danışacaq və onun qarşısının alınması yolları haqqında Ana Təbiətə məktub yazacaqlar. III qrup. 1. İnsanlar qırıb-dağıdır, Yalan söz düşmür dilindən. Gələcəyə ümid olar, Əl çəksə bəd əməlindən. 2. Coğrafiyaşünaslar ətraf mühiti – torpağı, suyu, havanı hansı təhlükənin gözlə - diyindən danışacaq və onun qarşısının alınması yolları haqqında Ana təbiətə məktub yazacaqlar.