Dərs 71. ANA TƏBİƏTİN UŞAQLARA MƏKTUBU (4 saat)
Motivasiya. Müəllim Amerika astronavtı Edqar Mitçeldən sitat gətirir (bu zaman slaydda
Yer kürəsinin Günəş sistemində hərəkətinə aid şəkil göstərilir): – “Birdən Ayın arxasından nəhəng bir kürə çıxdı. Gözəl, mavi mirvariyə bənzəyən bu kürə işıq saça-saça kosmosun sonsuz qaran lığında yuxarı qalxmağa başladı. Bir an içində anladım ki, bu bizim hamımızın evi olan Yer kürəsidir”. Uşaqlar, gözəl, şən, min nemətli Yer bizim anamızdırsa, deməli, biz də onun uşaqlarıyıq. Amma bizim günahımız ucbatından onun gözəlliyi yavaş-yavaş itir. Okeanlar, dənizlər çirkab- dan nəfəs ala bilmir, heyvanlar, quşlar, otlar məhv olur. Biz planetin harasında ya şa ma - ğımızdan asılı olmayaraq onun taleyi üçün cavabdehik. Biz Yerin köməkçiləriyik, biz Yerlə vahid ailəyik. Slayddakı görüntüdən Yerin səsi gəlir:
– Sizi eşitmək mənim üçün həm xoş, həm də kədərlidir. – Uşaqlar, Yer bizim səsimizi eşitdi, amma onun səsi çox qəmgindir. Nə baş verib? Yerin səsi:
– Mən çox-çox qədimlərdə xoşbəxt idim. Doğrudanmı, hər səhər yuxudan duranda mən sevinirdim, sevirdim? Bəli, sevirdim, bütün dünyanı sevirdim, günəşi, səmanı, otları, çayların şırıltısını, quşların nəğməsini sevirdim. O dövrlərdə mən necə də xoşbəxt idim... Yer üzünə ilk insan gəldi. Əvvəl insan özünü təbiətin bir hissəsi hesab edirdi. Mən onun beyninə ağıl qoydum, lakin bu ağıl yalnız qurmağa, yaratmağa deyil, həm də dağıtmağa istiqa mətləndi. O məni, bitkiləri, heyvanları didməyə, parçalamağa başladı. Mənim damarla - rım dan axan qanımı zəhərlə doldurdu, damarlarıma bənd çəkdi, zəhərli qazlarla məni bo ğ - du, atom silahları ilə yaraladı. Doğrudanmı, mənim yaratdığım mənə qarşı çevrilib? Sizin hələ məni və özünüzü xilas etmək üçün vaxtınız var. Mən sizin gücünüzə, ağlınıza və xeyirxahlığınıza inanıram.