– Necə fikirləşirsiniz, körpüdən birinci kim keçəcək?
– Hadisələr necə cərəyan edəcək?
– Qəhrəmanların başına hansı işlər gələcək?
Şagirdlərə
təklif etmək olar ki, öz variantlarını qeyd etsinlər və nağıl oxunub qurtardıqdan
sonra öz versiyaları ilə müqayisə etsinlər.
Şagirdlərin versiyaları dinlənilir. Sonra mətnin davamı oxunur. Oxudan sonra şagirdlərin
danışdıqları ilə müqayisə olunur.
Mətnin məzmununa aid
plan tutulur.
1. Dostlar səfərdə
2. Körpüyə birinci çıxan Qunduz
3. Fəlakət
4. Etibarsız dostlar
Şagirdlər plan üzrə mətni nəql edirlər.
Suallar:
– Nə üçün Qunduz yola davam etmək istəmədi?
– Tülkü ilə Qabanı əsl dost hesab etmək olar?
– Nağıldakı dostlar haqqında nə deyə bilərsiniz?
1-ci tapşırıq yerinə yetirilir:
..., çünki körpü dar idi.
..., çünki körpünün taxtaları çürümüşdü.
..., çünki xəstələnməkdən qorxdu.
..., çünki quyruğunu yenicə daramışdı.
..., çünki bildi ki, onlarla yoldaş olan yolda qalar.
2-ci tapşırıq. Cavab “A” variantıdır.
3-cü tapşırıq yerinə yetirilir:
gecə-gündüz, dərə-təpə, balacaboy, acgöz. Balacaboy və
acgöz sözləri cümlədə işlədilir.
Dostları ilə paylaş: