Müəllim: – Uşaqlar, bizim yaşadığımız planetə nə olub? Planet niyə şikayət edir? Məzmun standartları Təlim məqsədləri 1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Öz biliklərinə əsaslanaraq problemin həlli ilə
bağlı fikir bildirir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını müəyyən edir.
Rast gəldiyi yeni anlayışı ifadə edən sözü
müəllimin köməyi ilə müəyyənləşdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətnin məzmununu təşkil edən əsas faktları
seçir və münasibət bildirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Təbiəti necə qorumaq haqqında kiçikhəcmli
inşa yazır.
3.1.6. Sinif səviyyəsinə uyğun olaraq
müəyyən edilən sadə əməli yazılar
(məktub, açıqca, elan, ərizə) yazır.
Mətnin məzmununa uyğun olaraq məktub
yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət və hərəkət bildirən sözləri
müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
VI bölmə
156
Çap üçün deyil
Şagirdlərin cavablarından sonra dərslikdən “Ana Təbiətin uşaqlara məktubu” mətni oxu nur.
1-2-ci tapşırıqlar yerinə yetirilir.
Tədqiqat sualı: – Təbiəti qorumaq üçün insanlar nə etməlidirlər?