Dərs 10. ÇAHARGAH ƏFSANƏSİ (6 saat)
Motivasiya.
Müəllim aşağıdakı mətni səsləndirir:
“Bir padşahın sarayında qızıl qəfəsdə bir bülbül vardı. Padşah ona nə qədər qulluq
edirdisə, bülbül oxumurdu. Vəzirin məsləhəti ilə quşu azadlığa buraxdılar. Qəfəsdən çıxan
kimi bülbül bir budağa qonub cəh-cəh vurmağa başladı”.
Köməkçi sual: –
Mətndə əsas fikir nədir?
Tədqiqat sualı:
–
Azadlıqdan məhrum olmuş sənətkar gözəl əsərlər yarada bilərmi?
Tədqiqatın aparılması.
Dərsliklə iş. Birinci hissə təhlil olunur. Bu hissə ilə bağlı 29-cu
səhifədəki tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 1. Yaxınmənalı ifadələr müəyyən edilir.
Qızıl içində üzmək – zəngin yaşamaq,
qərq olmaq – batmaq, şərik olmaq – bölüşmək.
Tapşırıq 2. Musiqiçi haqqında aşağıdakı sözlər seçilir:
məğrur, istedadlı, vüqarlı, vətən pərvər.
Seçilmiş
sözlərin ad, əlamət, yoxsa hərəkət bildirdiyi soruşulur.
Tapşırıq 3. Cavab “B” variantıdır.
Soltan Hacıbəyovun “Karvan” simfonik əsəri səsləndirilir. Şagirdlərdən
bu musiqinin on-
larda doğurduğu assosiasiya soruşulur. Bunun üçün şagirdlərə sözlər siyahısı vermək olar.
Məsələn:
məktəb, karvan, şəhər, idman, dəvə, səhra, sinif. Şagirdlər
assosiasiya doğuran
sözləri seçməlidirlər.
Sual: – Hadisələr arasındakı səbəb-nəticə əlaqələrini necə müəyyən etmək olar?
“Çahargah əfsanəsi”nin 2-ci hissəsinə keçməzdən əvvəl 1-ci hissəsi xatırlanır.
Müəllim
oxunmuş hissə ilə bağlı iki cümlə deyir:
1. Padşah musiqiçini saraya çağırmışdı.
Dostları ilə paylaş: