2. Padşah istəyirdi ki, musiqiçi onun şərəfinə mahnılar bəstələsin.
Müəllim bu iki cümlədən hansının səbəb, hansının nəticə
olduğunu uşaqlarla birlikdə
aydınlaşdırır.
Daha sonra mətnin 1-ci hissəsinin davamı iki cümlədə ifadə olunur:
1.
Musiqiçi padşahın təklifinə razı olmadı.
2. Padşah musiqiçini zindana saldırdı.
Müəllim lövhədə cədvəl çəkir və bu cümlələri müvafiq xanalarda yazmağı tapşırır:
Müəllim uşaqlara analoji cədvəl verilmiş iş vərəqləri paylayır. “Çahargah əfsanəsi”
mətninin II və III hissələri oxunur. Hadisələr arasındakı səbəb-nəticə əlaqələri müəyyən ləş -
dirilir və cədvəlin müvafiq xanalarında yazılır. Mətnlə bağlı 4-11-ci tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 4. Cavab: zınqırovun səsi səhrada azmış dəvəni tapmağa kömək edir.
Tapşırıq 5-6.
“Sözü bir yerə qoymaq” – hamının bir qərara gəlməyi. “Mənzilbaşı” – ünvan.
Tapşırıq 7. Cavab:
təcrübəsiz karvanbaşı, zalım padşah, istedadlı musiqiçi, sadiq dostlar.
Tapşırıq 8. Ardıcıllıq bərpa olunur: 1– C, 2 – D, 3 – A, 4 – Ç, 5 – B.
Tapşırıq 9. Mətnin
I hissəsi “Padşahın təklifi”, II hissəsi
“Yolu azmış karvan”,
III hissəsi
isə
“Ecazkar musiqi” adlandırıla bilər.
Plana görə mətnin məzmunu nəql edilir.
Tapşırıq 10. I və III hissədə musiqiçinin istedadlı olması ilə bağlı hissələr tapılır və oxunur.
Nəticə:
Azad, sərbəst həyat, xalqa, millətə bağlılıq sənətkara ilham verir.
Əsl sənət əsəri
yaratmaq üçün insan azad olmalıdır.
Səbəbi bildirən hadisə nəticəni izah edir və
niyə? nə üçün? suallarına cavab verir.
Dostları ilə paylaş: