qulaqlığını taxıb hava vurmağa başladı və sonra gözünu
civəyə zillədi. Az sonra qulaqlığı çıxarıb üzünü tibb
bacısına tutub dedi: “Histolik təzyiqi səkkizdir”.
Birinci tibb bacısı təəccüblə mənə baxıb dedi: “Bəs
sənin serumun hanı?!”
Bunları məndən nə üçün soruşduqlarını bilmirdim.
Cavab vermədim. Birinci tibb bacısı getdi və az sonra
üstü dərman və avadanlıqla dolu təkərli bir stolla qayıtdı.
O, serumu hazırlamağa başladı. İkinci tibb bacısı
çarpayının altından asılmış alüminium cildli dəftəri
götürüb dedi: “Doktor sənə baxmadı?”
16
Birinci
tibb
bacısı
serumu
hazırlaya-hazırlaya
təbəssümlə dedi: “Uşağın hamını o qədər sevindirdi ki,
anasını unutduq”.
Gülümsədim.
Tibb bacıcı seruma bir neçə ampul əlavə etdi.
Ampullar mənə Əli ağanın rəssamlığını xatırlatdı. O,
Sasan xəstəxanasında yatanda qanadına ox dəymiş və qan
axan bir kəpənək rəsmi çəkmişdi.
Soruşdum: “Uşaq necədir?”
Tibb bacısı əlini çiynimə qoydu, arxayın təbəssümlə
cavab verdi: “Özü üçün nadinclik edir. Bütün
xəstəxananı barmağına dolayıb. Ananız körpələrin
otağına gedib uşağı qucağına götürdü ki, hamı şüşənin
arxasından ona baxsın”.
Tibb bacısı əşyalarını toplayıb təkərli stolun üstünə
qoydu və dedi: “Serumun bir saat çəkəcək. Ona bir neçə
ağrıkəsici ampul vurmuşam. İndi yatacaqsan”.
Tibb bacısı gedəndən sonra otağa göz gəzdirdim.
Qarşıdakı yumru ağ saat ikinin yarısını göstərirdi. Ayağa
qalxıb tavandakı lampaları söndürmək istəyirdim. Nə
qədər etdimsə, taqətim çatmadı. Hövsələm tükənmişdi;
Bəs nə üçün anam gəlmir? Nə üçün məni yuxu tutmur?
Yavaş-yavaş şlanqa tökülüb qoluma doğru axan serum
damcılarına baxdım. Hər yer sakit idi. Solumdakı boş
çarpayıya baxdım. Əli ağa olsaydı, bu gecə yanıma
gələrdimi? Yəni bu çarpayıda yatardı? Yoxsa yenə döyüş
zonasına əməliyyata gedərdi? Zamanın geri qayıtmasını
necə də arzulayırdım. Dezfulda necə günlərimiz vardı!
***
17
Çərşənbə axşamı, 13 yanvar 1987-ci il idi. Fatimə ilə
mən otaqları, evin tavanını və divarlarını süpürür, tozunu
alırdıq. Lakin nə edirdiksə, ev formasına düşmürdü; nə
pərdəsi vardı, nə hər yerə çatan döşənəcəyi, nə də məişət
avadanlıqları. Hər yeri nə qədər sürtürdüksə, faydası
olmurdu.
Səhər saat ona yaxın qapının zəngi çalındı. Düşündük
ki, Əli ağanın dediyi əsgərdir. Başıma çadra atıb qapıya
yaxınlaşdım. Kimliyini soruşdum. Səsdən tanımadım.
Dedi: "Mənəm, Əli ağanın müavini Səid Sədaqəti".
İ
ndi də həmin günü və o hadisəni xatırlayanda
deyirəm ki, kaş onunla Əhvaza getməyəydik. Kaş evdə
olmayaydıq və qapını açmayaydım. O zaman həyatımız
ayrı cür olardı. Lakin təəssüf ki, qapını açdım. Hərçənd,
onda da düşünürdüm ki, getməməliyəm, amma bilmirəm
nədənsə bacarmadım. Ürəyim getməyə razı deyildi,
amma getdik.
***
Başımın üstə bir tibb bacısı dayanmışdı. Mənə baxır
və gülümsünürdü. Serumu tam açdı. Son damlalar sürətlə
ş
lanqa axdı. Ədyalı kənara çəkdi. İki əlinin barmaqlarını
bir-birinə keçirib qarnımı möhkəm sıxdı. Qarnıma qəribə
ağrı doldu. Tibb bacısı çəkdiyim ağrıya fikir vermədən
yenidən qarnımı sıxdı. İxtiyarsız olaraq qışqırdım. Tibb
bacısı ədyalı sinəmə cəkib dedi: ”Bitdi. Bağışlayın, lazım
idi”.
Başımı
yellədim.
Serumu
qolumdan
çıxarıb
zibilqabıya atdı. Anam əlində bir dəstə gül otağa girdi.
Gülləri hər iki çarpayının arasındakı stolun üstünə qoydu.
Yanımda dayanıb soruşdu: “Firiştə can, halın necədir?”
18
Qarnım çox ağrısa da, dedim ki, yaxşıyam.
Anam ədyalı, yaylığımı və üst başımı düzəltməyə
başladı. Sevincək dedi: “Bilmirsən necə oğlandır!
Maşallah, güldür. Camaat dayanmadan zəng vurub sənin
halını soruşur; cümə imamının ofisindən tutmuş valiliyə
qədər”.
Kədərlə anama baxdım. Əli ağanın da sağ olub zəng
vurmasını çox istəyirdim. Kaş mümkün olaydı! Boğazımı
qəhər tutdu. Ürəyim istəyirdi ki, anam işığı söndürsün,
mən yatım və yuxuda Əli ağanı görüm. Ya da gözlərimi
bağlayıb Əli ağa ilə xatirələrimi təsəvvür edim.
Anam gülləri stolun üstündən götürdü. Ağ qladiolus
gülləri idi. Onları üzümə yaxınlaşdırıb dedi: “Ətrinə
bax”.
Ə
li ağanın dəfn olunduğu günü xatırladım. Tabutun
üstü güllə dolu idi. Cənnət bağı qladiolus çələngləri ilə
dolmuşdu. Əli ağa o qədər gülün arasında quş kimi
uçurdu.
Anam otaqdakı kiçik soyuducunun qapısını açıb dedi:
“Bir dolça-zad olsaydı, gülləri içinə qoyardıq ki,
səhərəcən solmasın”.
Soruşdum ki, qar yağır?
Anam əlində gül pəncərəyə yaxınlaşıb bayıra baxdı.
- Yox, amma qar havasıdır. Bu gecə yağmasa da,
sabah mütləq yağacaq.
Ötənilki güclü qarı xatırladım. Dedim: “Ana, keçən il
23 yanvardakı qar yadındadır? Cümə idi. Dostları Əli
ağanı İsfahandan gətirdilər. Necə pis gün idi!”
Güllər daha anamın əlində deyildi. Onları hara
qoyduğunu bilmədim. Gəlib yanımdakı çarpayıya uzandı
və dedi: “Sənin yuxun gəlmir?” Narahat halda dedim:
“Ana!”
19
Anam narahatlığımı gördü.
- Canım, əzizim!
- Yadındadır?
- Niyə də olmasın, əzizim?! Yadımdadır, qəşəng
qızım. Çox güclü qar yağmışdı, hər yer buz bağlamışdı.
Dostları onu düz evimizə gətirdilər. Sobanın yanında
yatağını sərdim ki, soyuq dəyməsin. Ona toyuq supu
hazırladım. Yeyib deyirdi ki, Vəcihə xanım, çox dadlıdır,
ə
llərinə sağlıq!”
Özümdən asılı olmadan gözlərimdən yaş axmağa
başladı.
- Ana, Əli ağa cox çətinlik çəkdi. Narahat olmayasan
deyə o vaxt sənə demirdim. Amma çox ağır keçdi.
Anam başını balışa qoydu, sağ əli üstə üzü mənə sarı
uzanıb dedi: “İmam Hüseyn əvəzini versin! İmam Mehdi
ə
vəzini versin, inşallah!”
Gözümü tavana və başımın üstə yanan ağ lampaya
dikdim. Düşündüm ki, bu qədər hadisə necə də tez baş
verdi! Anama baxdım; sağ əli üstə ədyalsız yuxuya
getmişdi. Ona ürəyim yandı. Çətinliklə çarpayıdan enib
ə
dyalı üstünə çəkdim, həmişəki kimi boğazından öpdüm.
Ondan gözəl ətir gəlirdi. Tavandakı işığı söndürdüm. Qar
yavaş-yavaş yağmağa başlamışdı, səma aydın idi.
Səhər yuxudan oyananda birinci anamın boş
çarpayısına baxdım, sonra otağın yerinə sərdiyi mələfəni
gördüm. Orada idi, namaz qılırdı. Astadan dedim:
“Salam. Sabahın xeyir!”
Anam namazın salamlarını deyəndən sonra əlində
təsbeh ayağa qalxdı və yanıma gəldi. Əlimdən tutdu.
- Salam, əzizim. Necəsən?
- Yaxşıyam. Allaha şükür!
20
Anamın üzü kədərli idi. Düşündüm ki, qara manto və
yaylıq taxıb, üzünü də almayıb, ya da nədənsə narahatdır.
Soruşdum: “Ana, uşaq necədir? Halı yaxşıdır?”
Anam güldü.
- Çox yaxşıdır. Səhər tezdən gedib baş çəkdim. Mələk
kimi yatmışdı. Sən necəsən? Halın yaxşı deyil? Başımı
yelləyib dedim: “Yox... Yaxşıyam”. Soruşdum: ”Atam,
Röya və Nəfisə necədirlər?”
Gülümsündü.
- Hamı yaxşıdır. Bir-iki saatdan sonra zəng
vuracağam, hamısı ilə danışacaqsan.
Sonra sanki nəyisə xatırlayıb dedi: “Allaha şükür ki,
daha telefonumuz var, rahat olduq”.
Dezfulda olanda darıxan kimi poçta gedib telefonla
bizdən yeddi-səkkiz ev kənarda yaşayan qonşumuz
Səkinə xanımın evinə zəng vururdum. Anamın, ya da
başqa birinin gəlib telefonla danışması çox uzun çəkirdi.
Son zamanlarda isə zəng vuranda belə deyirdim:
“Zəhmət olmasa, anamı çağırın. Mən yarım saatdan sonra
zəng vuracağam”.
Anam çarpayının üstündə oturub təsbehi ilə zikr
deməyə başladı. Ona dedim: “Səkinə xanımın evinə zəng
vurmağım yadındadır? Bir dəfə bunun üstündə az qala
şə
hid olacaqdıq”.
Anam əlindəki təsbehi dayandırdı. Qorxu və
nigaranlıqla mənə baxdı. Mən güldüm.
- Qorxma! Görürsən ki, şəhid olmadım.
Zikr deyə-deyə başını yellədi.
- Yalançı! Həmişə deyirdin ki, çox yaxşıdır, çox xoş
keçir.
Yalan demirdim ki. Dostlarımızla bir-birimizin evinə
qonaq gedirdik. Amma belə şeylər də olurdu. Bir dəfə
21
xəstələndim. Əli ağa bir həftə idi getmişdi. Səhər qarın
sancısına yuxudan oyandım və ağrım gecəyə qədər
davam etdi. Yazıq Fatimə əlindən gələni edirdi. Həftənin
ortası idi və gəlməsinə ümid yox idi. Gecə fikirləşdim ki,
birdən gecənin yarısı halım pisləşsə, nə edərəm? Bir an
arzu etdim ki, kaş cümə axşamı və cümə günü olaydı, Əli
ağa gələydi! And olsun Allaha, ana, həmin vaxt Əli
ağanın maşınının səsi gəldi. Səhv etməsəm, saat on birin
yarısı idi. Əli ağa otağa girəndə mənim halımı görən kimi
yerində donub qaldı. Baxmayaraq ki, öz halı
mənimkindən də pis idi; toz-torpağın içində idi,
yorulmuşdu, gözləri və üzü şişmişdi. Sanki bir həftə
yatmamışdı. Soruşdu ki, sənə nə olub? Dedim ki,
bilmirəm, nədənsə səhərdən qarnım sancır. Əli ağanın
sürücüsü getmişdi. Elə qapının önündən qayıdıb
qonşumuz cənab Siddiqin maşınını aldı, məni və
Fatiməni mindirib xəstəxanaya apardı. Xəstəxananın
önündə dedi: "Firiştə, mən çox yorğunam, özün
gedirsən?" Maşını söndürdü və başını sükanın üzərinə
qoyub dedi: "Bir problem olsa, mənə deyin". Növbətçi
doktor məni müayinə edib dedi: "Appendisitə oxşayır".
Bir neçə analiz yazdı və tapşırdı ki, təcili verim.
Analizləri verdim. Doktor cavabını görəndə dedi: "Allaha
ş
ükür ki, mühüm bir şey deyil". Bir neçə dərman və
şə
rbət yazdı. Ümumilikdə iki-üç saat çəkdi. Əlimizdə bir
kisə dərman qayıtdıq. Əli ağa başını sükanın üzərinə
qoyduğu halda da yuxuya getmişdi. Onu oyatdım. Maşını
işə saldı və yola düşdük. Halım yaxşılaşmışdı və küçələri
görürdüm. İmam Mehdinin (ə) doğum günü olan 15
Şə
ban gecəsi idi. Şəhərdə adam az idi, amma onlar
ə
llərindən gələni etmişdilər. Xüsusi sevinclə küçələri
bəzəmiş, prospektlərin ortasına güldan düzmüşdülər.
22
Maşının şüşəsindən bizə şirniyyat qutuları verirdilər.
Ağacların arası rəngli lentlərlə dolu idi. Çox sevinirdim.
Tez-tez Əli ağaya deyirdim: "Oraya bax. Buraya bax.
Necə də qəşəngdir!" Əli ağa çox yorğun olsa da, mənim
sevindiyimi görüb prospektləri bir də dövrə vurdu.
Deyirdi ki, xoşun gəlir, bir də bax. Çox uzun çəkdi.
Qayıdanda gördük ki, ağa Hadi küçədə dayanıb. Zeynəb
tərslik etmiş və onu yatmağa qoymamışdı.
***
Anam canamazını yığmaq üçün ayağa qalxdı. Ac
idim, zəiflikdən bütün bədənim titrəyirdi. Çətinliklə
ə
dyalı kənara çəkib çarpayıdan qalxmaq istədim. Bütün
otaq başıma fırlanırdı. Çarpayının yanındakı çəkələyi
axtarırdım. Gözlərimə qaranlıq çökdü. Elə bildim daha
qəlbim döyünmür. Çətinliklə anamı çağıra bildim.
Anam tez qaçıb əlimi tutdu.
– Nə olub, Firiştə? Nə üçün rəngin qaçıb? Nə üçün
belə oldun?
Bütün bədənim keyimişdi; nə bir şey görür, nə də bir
səs eşidirdim. Anam məni taxta uzadıb bayıra qaçdı.
Az sonra özümə gəldim. Çarpayının yanında bir neçə
tibb bacısı vardı. Anamın səsini eşidirdim: "Ağzını aç,
Firiştə can, Firiştə xanım..."
Ağzımı açdım. Şirin meyvə şirəsi qurtum-qurtum
boğazıma gedir, sanki əl-ayağımı yenidən cana gətirirdi.
İş
tahla meyvə şirəsini başıma çəkdim. Tibb bacısı anama
dedi: "Qan təzyiqi çox aşağıdır. Mühüm bir şey deyil,
zəifləyib. Səhər yeməyini verin yesin".
Anam çarpayının önündəki nikelli stolu çəkdi və
ağzıma bir tikə çörək və mürəbbə qoydu. Aclıqdan
23
çıxmış adamlar kimi ağzım və dodaqlarım əsirdi. Sanki
illərlə heç nə yeməmişdim. İkinci və üçüncü tikələri
ağzıma qoydu, süd stəkanını yaxınlaşdırdı, isti qaynar
südün ətrini duydum.
– Şəkər qatmışam.
Anam süd stəkanını dodaqlarıma qoymuşdu, əlləri
titrəyirdi. Hər iki əlimlə stəkanı tutdum. Hər ikimizin əli
titrəyir, stəkanı tərpədir və dişlərimə vururdu. Anam
stəkanı möhkəm tutdu və südü yavaş-yavaş içməyimə
kömək etdi.
Anam dedi: "Sənə deməyi unutdum, dünən gecə
Zeynəbin anası Fatimə xanım zəng vurub halını
soruşurdu".
Fatimənin
adını
hər
dəfə
eşidəndə
Dezfulu
xatırlayırdım. Bomba və raket altında olsaq da, həyatımın
ə
n gözəl günləri idi.
Anam səbirlə ağzıma çörək və mürəbbə verib dedi:
"Yaxşılaşdın? Cana gəldin?"
Hələ də bütün bədənimin titrədiyini düşünürdüm.
Danışa bilmirdim. Stolun üstündəki səhər yeməyini tez-
tez udmaq istəyirdim. Anam heç nə deməyib sakitcə tikə
hazırlayırdı.
Gülümsündüm. Anam səbəbini soruşdu. Dedim ki,
yadıma Dezful düşdü. Necə də xoş günlər idi!
Anam hazırladığı tikəni ağzıma yaxınlaşdırıb dedi:
"Bu da həmin xoşlardandır?!"
Dedim ki, yox, vallah, doğru deyirəm.
Anam təbəssümlə dedi: "Yaxşı, and içmə, inandım.
Dezful yaxşı şəhərdir. Keçən il biz də sizin yanınıza
gəldik, çox yaxşı keçdi. Allah Əli ağaya rəhmət eləsin!"
Tikəni çeynədim.
24
– Allah rəhmət eləsin, ana! Nə yaxşı ki, gəldiniz! Çox
yaxşı keçdi. Axşamüstü idi. Fatimə ilə dilxor halda
həyətdə pilləkənin üstündə oturub fikirləşirdik ki, şama
nə hazırlayaq.
Anam dedi: "Lobya bişirmişdin".
– Neyləyim, çox istəyirəm. Fatimə dedi ki, axşama
ağırdır. Mən dedim ki, heç nə olmaz.
– Əli ağanın da lobyadan yaman xoşu gəlirdi!
Qazana böyük bir kasa dolu lobya tökdüm. O vaxt
özümü də gülmək tutdu. Dedim ki, birdən bədbəxtlikdən
bu axşam Əli ağa da gələr. Yazığın təkcə lobyadan yox,
bütün köp yaradan xörəklərdən acığı gəlirdi, mədəsi
ağrıyırdı. Fatimə üç-dörd soğan doğradı. Gözlərimizdən
yaş axa-axa danışırdıq. Fatimə soğanı qızartdı, çəkilmiş
ə
ti də mən öz qazımın üstə qızartdım. Qazanın qapağını
açanda gördüm ki, lobyalar şişib iki-üç dəfə böyüyüb.
Gülmək üçün dedim: "Fatimə, yəni bu qədər lobyanı
ikimiz yeməliyik?!"
Küçədən səs-küy gəlirdi. Qonşularımızın qonağı vardı.
Fatimə kədərli halda dedi: "Kaş bizim də qonağımız
olaydı!" Plan cızırdıq ki, gedib qonaqlarını oğurlayaq. Bu
vaxt siz gəldiniz.
Anam dedi: "Elektrik kəsilmişdi. Atanın maşını ilə
gəldik. Novruzdan on gün ötürdü, birdən qərara gəldik.
Ə
min də gəldi. Mən, Nəfisə və Röya arxada oturmuşduq.
Yolu tanımırdıq. Çox axtarandan sonra 500 Mənzil
qəsəbəsini tapıb Fəthülmübin meydanına gəldik, amma
Gülüstan prospektini tapa bilmirdik. Qaranlıqda dövr
vurur, gördüyümüz hər adamdan Gülüstan prospektinin
on birinci küçəsində 215 nömrəli evin yerini soruşurduq.
Hər yer qaranlıq idi, göz-gözü görmürdü. Atan maşının
işıqlarını yandırmağa qorxurdu. Birdən gördük arxamızca
25
işığı yanan bir maşın gəlir. Atan saxladı. Gördük Əli
ağadır.
– Biz həyətdə oturmuşduq, sizin səsinizi eşidirdik,
amma inanmırdıq.
Anam dedi: "Nə gözəl günlər idi!"
– Qapını açanda sanki dünyanı mənə verdilər.
Sevindim ki, lobyam şişməyib.
Anam güldü: "Ay şeytan! Gördün ki, özüm qollarımı
çırmayıb kürəkənimə necə səbzi-plov bişirdim?!"
Anam səhər yeməyini yığışdırıb dedi: "Ertəsi gün
atan, əmin və Əli ağa döyüş zonasına getdilər, biz də
Səbzəquba imamzadəsinə".
Bir ah çəkdim.
– Aprelin ikisində siz Həmədana qayıdanda sanki
dünyanın bütün qəm-kədəri mənim başıma çökdü. O
qədər narahat idim ki, Əli ağa mənə görə cəbhəyə
getmədi. O qədər danışdı, deyib-güldü ki, siz Həmədana
çatdınız. Axşam dedi: "Məncə, ata-anan çatıblar. Get
Səkinə xanımgilə zəng vur və ürəyin istəyən qədər
danış".
Anam yemək podnosunu apardı. Halım yaxşı idi.
Pəncərəyə baxdım. Səhər açılmışdı, səma aydın idi,
qəşəng xırda qar yağırdı. Tez gedib oğlumu görmək
istəyirdim. Dodaqaltı dedim: "Əli ağa, sən oğlumuzu
gördün?"
Kövrəldim. Əli ağanın artıq həyatda olmadığı və
uşağımın atasız olduğu yadıma düşəndə qəhərlənirdim,
bədənim titrəyirdi. Yəni onu təkbaşına böyüdə bilərəm?
Oğluma ürəyim yanırdı. Yenidən Əli ağanı otaqda
gördüm. O, gülürdü. Üzümü haraya çevirirdimsə, orada
idi: anamın çarpayısının yanında, pəncərənin kənarında,
öz çarpayımın ayaq tərəfində, pəncərənin arxasında
26
qəşəng qarın altında. Sanki Əli ağa qar dənələri qədər
çoxalmışdı. Qar yağır və pəncərənin ağzını doldururdu.
Otağa gözəl ətir yayılmışdı; limon ağaclarının ətri kimi.
Otaqda bahar ətri vardı - Əli ağanın ətri. Dedim: "Əli
ağa, gərək bizim ikimizdən də muğayat olasan. Mən tək
bacarmaram".
Hiss etdim ki, Əli ağa gülür və həmişəki kimi başını
tərpədərək deyir: "Baş üstə, gülüm, baş üstə".
Bundan sonra rahat nəfəs aldım, yüngülləşdim və
sevindim.
Günorta on ikinin yarısı idi. Bu qədər yatdığıma
inanmırdım. Anam otaqda deyildi. Ağ qladiolus gülləri
soyuducunun üstündəki plastik qabın içində idi. Qar
dayanmışdı, amma səma hələ tutqun idi. Otağın
bənövşəyi pərdələri xırda narıncı və sarı güllərlə dolu idi.
Hər iki tərəfdən çox səliqəli yığılmışdı. Otaq təmiz,
səliqəli və ətirli idi. Qalxıb çarpayının üzərində oturdum.
Halım yaxşı idi, daha yuxum gəlmirdi və ağrı hiss
etmirdim. Gözümü pəncərəyə və onun qəşəng pərdələrinə
dikdim. Pərdələr mənə çox tanış gəlirdi. Xatirəsi əziz
olsun! Dezfuldakı ev üçün belə şəkilli pərdələr almışdıq.
Çarpayıdan enib pəncərəyə yaxınlaşdım, pərdələri
tutub iylədim. Dezfulun ətri gəlirdi.
Qayıdıb qapının çərçivəsinin altında dayandım.
Xəstəxananın dəhlizi hündür, təmiz və sakit idi. Anam
tibb bacılarına məxsus guşədə dayanıb telefonla
danışırdı. Məni görüb gülümsündü və mənə əl yellədi.
Çəhrayı paltarım yerlə sürünürdü. Anam dəstəyi asıb
yanıma gəldi. Yaxınlaşanda dedi: "Firiştə can, oyandın?!"
Təbəssümlə dedim: "Çox yatdım".
27
Anam əlimi tutub dedi: "Səhərdən telefonlara cavab
verirəm.
Yatdığına
görə
tapşırdım
ki,
otağı
birləşdirməsinlər".
Təəccüblə soruşdum ki, məgər nə olub?
Anam məni tualetin önünə qədər apardı.
– Üzünü yu, halın yaxşılaşar. Yumusan?
Yumamışdım. Anam tualetin qapısını açdı. Hər şey ağ
idi və təmizlikdən parlayırdı. Su kranını açdım.
Anam dedi: "Qohumlardan, dost-aşnalardan tutmuş
tanımadığımız adamlara qədər zəng vurub hal-əhval
tuturlar. Əmi, əmin yoldaşı, dayı..."
Güzgüdə özümü görürdüm; solğun və yorğun idim.
Gözlərimin altında çökək yaranmışdı. Üzümü yuyanda
düşündüm ki, sanki bir əsrdir hamıdan xəbərsizəm.
– İndi kiminlə danışırdım?
– Vəhidlə, əmin oğlu Vəhidlə.
Vəhidin adını eşidib qeyri-iradi olaraq yavaşca dedim:
"Vəhid! Balaca Vəhid!"
Çarpayının üzərində oturub Əli ağanın Vəhidi Dezfula
gətirdiyi axşamı xatırladım. Anam əlimi tutub dedi:
"Uzan, Firiştə".
Soruşdum: "Nə vaxta qədər burada qalacağam? Nə
üçün uşağı gətirmirlər?"
Anam dedi: "Sabah səhərə qədər".
Nigaranlıqla soruşdum: "Halı yaxşıdır? Nəsə problem
yaranmayıb? Düzünü de".
Anam ədyalı üstümə çəkdi.
– Yenə ərköyünləşdin. Allah haqqı, doğru deyirəm.
İ
stəyirsən yalan deyim?!
Gözlərimi yumdum. Anam dəsmalla üzümü quruladı,
yaylığımı səliqəyə saldı, köynəyimin qollarını aşağı
28
endirdi. Onu qucaqlayıb boğazını öpdüm. Necə gözəl
ə
tir!
– Günortadan sonra səni görməyə gələcəklər.
Anam çarpayını səliqəyə salmağa başladı. Çox çətin
keçirdi. Heç vaxt düşünməzdim ki, bu çarpayıya Əli
ağasız uzanacağam. Bu günləri hər fikirləşəndə Əli ağanı
da görürdüm. Necə xoş günlər təsəvvür edirdim! Heç
vaxt düşünməzdim ki, uşağım dünyaya gələndə hamımız
matəmdə və gözüyaşlı olacağıq. Görəsən bundan da ağır
günlər var?! Anam dedi: "Firiştə, oyaqsan?"
Ə
li ağanın yeri çox görünürdü, onun üçün çox
darıxırdım. İsti əllərinə nə qədər ehtiyacım vardı!
Doyunca ağlamaq üçün də çox darıxmışdım. Atam dedi:
"Belə tez yatdın?"
Gözlərimi açmadım, cavab da vermədim. Gözlərim
bağlı olsa da, anamın çarpayının üzərində oturduğunu,
çantasını açdığını duydum. Ana olandan bəri anama
sevgim çoxalmışdı. Ona ürəyim yanırdı, onu bir an da
narahat etmək istəmirdim. Yavaşca gözlərimi açdım və
anam duymadan gözaltı ona baxdım. Köndələn otursa da,
ə
lindəki bir şəklə necə baxdığını və çiyinlərinin
titrədiyini
görürdüm.
Çantasını
sinəsinin
üstünə
qoymuşdu. Deyəsən, dodaqaltı nəsə deyirdi. Düşündüm
ki, yəqin Əli ağanın şəklidir. Ondan ötrü çox
darıxmışdım. Qəribə hisslər keçirirdim. Sanki daha bir an
da ondan ayrı qala bilməyəcəkdim. Elə bilirdim ki, həmin
anda onu görməsəm, ölərəm. Necə olursa-olsun, şəkli
anamdan almaq istəyirdim. Soruşdum ki, ana, nə edirsən?
Anam diksindi və tez çantasını balışın altına qoydu.
Dedim: "Əli ağanın şəkli idi? Ver mənə, baxım".
29
Anam cavab vermədi və cəld gözlərini silməyə
başladı. Qəhər içində dedim: "Ana, vallah, mən də Əli
ağa üçün çox darıxmışam!"
Anam dönüb özünü bilməzliyə vurdu: "Şəkil?! Hansı
şə
kil?!"
Gözləri qızarmışdı. Pul kisəsində həmişə səyyar
albomu olurdu: Röyanın, Nəfisənin, mənim, atamın,
dayımın və ata-anasının şəkli. Təxminən bir il idi bu
alboma Əli ağanın da şəkli əlavə olunmuşdu.
Dedim ki, ana, sən Allah, ver baxım.
Deyəsən, mənə yazığı gəldi. Könülsüz halda çantanı
balışın altından çıxarıb mənə uzatdı. Əli ağa sarışın bığ-
saqqalının arxasından gülürdü. O şəkildə döyüş
yoldaşlarının yanında dayanmışdı və hamı boynundan
qara şal asmışdı. Anam şəkli qayçılayıb kiçiltmişdi,
yalnız Əli ağa qalmışdı. O şəkli mənim şəklimin yanına
qoymuşdu. Dedim: "Bu şəkli keçən il yanvar ayında
çəkdirib. Fatimeyi-Zəhranın şəhadət günləri idi -
Kərbəla-5 əməliyyatı. O axşam Əli ağa bir top qara parça
gətirib dedi: "Firiştə, şal tikə bilirsən?" Parçanı əlindən
aldım. Təəccüblə soruşdum ki, bu qədər şalı neyləyirsən?
Dedi: "Yoldaşlarımızla qərara gəlmişik ki, xanım
Fatimeyi-Zəhraya görə bu il hamımız qara şal ataq".
Topu açıb dedim: "Ölçüsünü özün de". İlk bir-ikisini bir
yerdə kəsdik. Ağa Hadi və Fatimə də gəldilər. Onlar
kəsirdilər, mən də tikiş maşını ilə kənarlarını tikirdim.
Həmin gecə təxminən səhərə qədər oturduq. Səhər Əli
ağa və ağa Hadi gedəndən sonra Fatimə ilə mən növbə ilə
tikiş maşınının arxasına keçdik. İşin ortasında sap bitdi.
Sap ardınca bütün qəsəbəni alt-üst etdik, tikiş maşını
üçün sap tapılmadı ki tapılmadı. Axırda bir neçə əl sapı
almağa məcbur qaldım. Çox çətin idi; maşın tikmir, tez-
30
tez sapı qırır və iynəni sındırırdı. Çox əziyyətlə şalları
tikdik. Gecə Əli ağa gələndə çox sevindi. Birini götürüb
ağa Hadinin boynuna saldı".
Bunları ağlaya-ağlaya anama danışırdım. Anam
barmağı ilə gözlərimin yaşını sildi. Uzandığım yerdə
gözümü şəklə dikdim. Anam dedi: "Bəsdir, Firiştə!"
Şə
kli sinəmin üstə qoyub dedim: "Söz verirəm
ağlamayacağam".
Lakin bir an da sözümə əməl edə bilmədim. Anam
şə
kli aldı.
Bir tibb bacısı yeməklə otağa girdi, salam verib
təbəssümlə soruşdu: "Xanım Pənahi, halınız necədir?"
Cəld gözlərimin yaşını sildim. Tibb bacısı təəccüblə
mənə baxıb dedi: "Bir şey olub?"
Anam pul çantasını əl çantasının içinə qoya-qoya
narahatlıqla dedi: "Xanım, sən Allah, sən de, qəmli süd
uşağa nə qədər ziyandır?"
Tibb bacısı məzəmmətlə baxıb dedi: "Uşağı çox arıq
edir".
Sonra əlini çiynimə qoyub dedi: "Xanım Pənahi, siz
bundan sonra iki nəfərdən muğayat olmalısınız".
Dedim: "Bir şey deyil, yalnız bir azca darıxdım”.
Gözlərimin yaşını silib özümü sakit göstərməyə
çalışdım. Tibb bacısı supu və kabab-plovu stolun üstünə
qoyub dedi: "İndi iştahla naharınızı yeyin və bir az
istirahət edin. Saat ikidə görüş vaxtıdır. Əminəm ki,
ə
hvalınız çox dəyişəcək".
***
Yanvarın ikisi idi və gözüm qarşıdakı yumru saata
dikilmişdi. Ürəyim istəyirdi ki, saat tez iki olsun.
31
Dünəndən hamı üçün darıxmışdım. Mənsurə xanımla ağa
Nasir böyük bir gül dəstəsi ilə otağa girdilər. Məni görüb
güldülər, amma gözləri qızarmış və şişmişdi. Bilirdim ki,
Ə
li ağa həyatda olmadan nəvələrini görmək çox çətindir.
Onları görəndə boğazımı qəhər tutdu; nə yuxarı gedirdi,
nə də aşağı.
Onlara ürəyim yanırdı. Qara paltar hələ də əyinlərində
idi. Oğulları Əmirin şəhadətindən də çox ötmürdü. Əli
ağanın qüssəsi hələ ciyərlərini yandırırdı. Onlara çox
acıdım. Bilirdim ki, məni bu vəziyyətdə görmək onları
daha da kədərləndirir. Bu kişi və qadında necə səbir
vardı! Oğlumun dünyaya gəlişindən hələ bir gün
ötməmişdi, amma onun üçün darıxırdım. Bəs Mənsurə
xanımla ağa Nasir necə dözürdülər?!
Çarpayının yanındakı plastik stullarda oturdular. Az
sonra ağa Nasir həmişəki kimi şad əhval-ruhiyyə ilə dedi:
"Gedib oğlumuzu gördük, eynilə Əlinin uşaqlığı
kimidir".
Mənsurə xanım uşağın ac qalmasından narahat idi.
Dedi: "Firiştə can, dedim ki, gətirsinlər ona süd ver.
Firiştə xanım, yadından çıxarma, birinci südü kənara
tökməyəsən; zorla olsa da, ver ki, Əli kimi onun da
sümükləri möhkəm olsun".
Bir qədər sonra otaq qonaqla doldu. Qonaqların çoxu
anamın çarpayısında oturdular. Mənimlə hal-əhval
tutduqdan sonra hamı uşağı soruşurdu. Bir neçə dəqiqə
qalıb uşağı görmək üçün körpələr otağına gedirdilər.
Anam, Röya və atam qonaqlara şirniyyat paylayırdılar.
Uşağı çox sevən Nəfisə də gələndən bəri körpələr
otağının pəncərəsinin qabağından çəkilmirdi.
Soyuducu və stolun üstü gül, şirniyyat və meyvə şirəsi
ilə dolmuşdu. Çoxları uşağı görəndən sonra qayıdıb
32
görüşləri barədə hamıya məlumat verirdilər. Onlar
danışandan sonra uşağımı tez görməyi daha çox
istəyirdim. Saat dördə yaxın görüş vaxtının bitdiyini elan
etdilər. Qonaqlar bir-bir sağollaşıb getdilər. Otaqda
yalnız ağa Nasir, Mənsurə xanım, atam və anam qaldı.
Ağa Nasir zarafatcıl və söhbətcil adam idi. Dezfula bizim
evimizə səfərini atama danışırdı. Hər şeyi o qədər məzəli
danışırdı ki, hamı diqqətlə qulaq asırdı.
O deyirdi: "Xəstəxanadan vaxt almışdım, gözümün
mirvari suyunu əməliyyat etdirmək istəyirdim. Bu
Mənsurə xanım yuxudan ayılandan axşama qədər deyindi
ki, camaatın qızı raketlərin altında qalıb, Firiştə
ə
manətdir, get gətir. O qədər dedi ki, bir də gördük
xəstəxana əvəzinə Dezfuldayıq. Nə qədər dedim ki, Hacı
xanım, mənim gözlərim heç bir yeri görmür, kor oluram;
bu qədər görməyim də gözlərimin mərhəmətindəndir,
utandıqlarından tam kor olmayıblar hələ, amma nə
fayda?! Xülasə, "ya Əli!" deyib yola düşdük. Gecə
çatdıq. Gözüm heç yeri görmürdü. Əlinin dostları küçədə
məni görüb evlərinə apardılar. Qapını döydüm. Bu Firiştə
xanım qapını açıb salam verdi. Dedim ki, sən kimsən?
Dedi: "Ağa can, mənəm, Firiştə, gəlinin". Dedim ki,
mənim gəlinimsənsə, bəs burada nə edirsən? Dedi ki, ağa
can, bura oğlun Əli ağanın evidir. Dedim ki, əbəs yerə
oğlumun evi buradadır; biz həmədanlıyıq, əşyalarını
topla, gedək Həmədana. Bu Firiştə xanım məni elə
tovladı ki, şam süfrəsinə necə oturduğumu bilmədim.
Xülasə, gecə yatmaq istədim. Ev deyildi ki, cəhənnəm
idi. Dedim ki, mən qışda da həyətdə yatıram, bura istidir.
Gəlin dedi ki, ağa can, həyətdə olmaz, təhlükəlidir, gecə
yarısı bomba ata bilərlər. Dedim ki, yox, bomba
atmazlar. Xülasə, gəlin dedi, mən dedim, axırda razılaşıb
33
həyəti süpürdü. Amma yenə də öz sözünü dedi: "Ağa,
burada əqrəb var ha!" Dedim ki, məni əqrəblə
qorxudursan?! Nə başınızı ağrıdım, gecə yatıb səhər
tezdən oyandım, namazdan sonra küçənin başından təzə
çörəklə camış qaymağı aldım. Ayağımı həyətə qoyan
kimi gördüm bu Firiştə xanım çəkələyin bir tayı ilə
mənim yatağımın üstündə dayanıb. Məni görən kimi
dedi: "Ağa can, əqrəb! Gördünüz, dedim ki, burada
yatmayın! Görün necə böyük əqrəbdir!" Dedim ki, qızım,
ə
l saxla, öldürmə. Əgər o heyvan gecə mənim yatağımda
olub və məni sancmayıbsa, sənin də işin olmasın. Məgər
ona canı sən vermisən?! Xülasə, ağa, biz gəlini qaytara
bilmədik heç, özümüz də döyüş zonasına gedib çıxdıq”.
Bir tibb bacısı içəri girib görüş vaxtının bitdiyini
yenidən bildirdi. Ağa Nasir danışa-danışa atamla və
Mənsurə xanımla birgə getdi.
Otağı gül ətri bürümüşdü. Hara baxırdın, tuberoza,
mixəkgülü və qladiolus güllərinin qəşəng çələng və
buketləri dolu idi.
O gecə öncəki gecədən rahat yatdım.
Ertəsi gün səhər yeməyindən sonra anamın köməyi ilə
mantomu, yaylığımı və çadramı geyindim. Atam da
gəlmişdi və zalda gözləyirdi. Yanında əllərində bir səbət
gül, cildlənmiş hədiyyə və bir Quran olan iki tibb bacısı
dayanmışdı. Baş həkim tapşırmışdı ki, hörmət əlaməti
olaraq evə qədər mənimlə gəlsinlər. Arabaya oturdum və
iki tibb bacısı məni zala sürdülər. Anam körpəni almağa
getmişdi. Çox paltar geyinsəm də, xəstəxanadan çıxan
kimi üşüdüm. Bayırda qar yağırdı, hava şaxtalı idi və hər
yer buz bağlamışdı. Tibb bacılarının köməyi ilə arabadan
düşüb qapısının üstünə Fatimiyyə xəstəxanasının
emblemi vurulmuş maşına mindim. Bayırda anamı
34
gördüm;
uşağı
qucağında
tutub
xəstəxananın
pilləkənindən ehtiyatla enirdi. Sürücü atamın maşınının
öndən hərəkət etməsini gözləyirdi.
Sanki şəhərin bütün meydanlarını, səkilərini, evlərin
üstünü və ağacları ağ boya ilə boyamışdılar. Hər yer ağ
və soyuq idi. Abbasabad stansiyasından keçib Mirzadə
Eşqi küçəsinə girdik. Borulardan buz sallanırdı. İnsanlar
qar üzərində ehtiyatla yeriyirdilər. Mirzadə Eşqi
küçəsindən keçəndə özümdən asılı olmadan başımı
çevirib küçəmizə baxdım. Maşın sürətlə gedib Zindan
döngəsini də keçdi. Maşının təkərləri altında əriyib ətrafa
səpələnən qarın şappıltı səsini sevirdim.
Dibac prospektinə daxil olduq. Dibac şəhidləri adına
peşə liseynin yanından keçdik. Atamın maşını çətinliklə
binaların
həyətinə
girdi.
Küçənin
qarı
hələ
təmizlənməmişdi. Maşın altıncı blokun önündə dayandı.
Atam düşüb bizim maşına yaxınlaşdı, elə qarlı-soyuqlu
havada qonşular qayınatamın yaşadığı binanın önündə
dayanmışdılar. Başı qəssabın əllərində olan qoyun
mələyirdi. Qoyunun buzlu səsi ürəyimi sıxdı. Binanın
qapısının sağ və sol tərəflərinə iki plakat vurmuşdular.
Hər iki plakatın üzərində Əli ağanın şəkli gülürdü.
Qonşuların biri manqalın üzərinə üzərlik tökürdü.
Üzərliyin tüstüsü soyuq havada yavaş-yavaş yuxarı
qalxırdı. Qonşu qadınlar gəlib məni qucaqladılar.
Qonşuların biri məni görüb ağladı. Daha qoyunun səsi
gəlmirdi. Yerdə üzərindən par çıxan qırmızı xətt
görünürdü.
Qayınatamın
evi
dördüncü
mərtəbədə
idi.
Fikirləşirdim ki, bu qədər pilləni necə qalxacağam. Tibb
bacılarının biri qolumun altına girdi. Qonşular salavat
deyirdilər. Birinci mərtəbənin divarında Əli ağanın qırx
35
məclisinin elanı vardı, üzərində şəkli gülürdü. Dayanıb
oxudum: “04.01.1988 tarixində, bazar ertəsi günü saat
08:00-dan
11:30-a
qədər
Mehdiyyə
məscidində.
Məscidin
qadınlar
hissəsində
də
qadın
məclisi
keçiriləcək”.
Elanın altında yazılmışdı: "Həmədan vilayətinin
"Hüseyn köməkçiləri" diviziyasının Kəşfiyyat bölməsi,
Şə
hid Əmir və Şəhid Əli Çitsazian qardaşlarının ailəsi”.
Tibb bacıları ilə yavaş-yavaş pillələrdən qalxırdıq.
Digərləri də mənə görə pillələri yavaşca qalxırdılar.
Gözləyirdim
ki,
Ə
li
ağa
dördüncü
mərtəbənin
pillələrindən qaçıb gülə-gülə desin: "Zəhra xanım,
gülüm, əllərinə sağlıq! Gülüm... gülüm... gülüm..." Onun
bu sözünü çox sevirdim. Boğazımı bərk qəhər tutmuşdu;
yenə nə yuxarı gedirdi, nə aşağı. Anam uşaqla tez
pillələrdən qalxdı. Pilləkən soyuq idi. Əli ağanın oğlunu
tez görmək istəyən qonşular bizdən önə keçdilər. Tibb
bacısından soruşdum ki, neçənci mərtəbədəyik?
– İkinci.
İ
kinci mərtəbədə də Əli ağanın qırxının elanı
vurulmuşdu. Yenə də uzun sarı saqqalı ilə bizə
gülümsəyirdi. Ayaqlarım əsirdi, daha yeriyə bilmirdim.
Üçüncü mərtəbəyə çatanda dayandım. Orada yaşayan
qonşularımızın biri evinin qapısını açdı.
– Buyurun içəri. Firiştə xanım, gəlin içəri, dincinizi
alın, sonra birlikdə gedərik.
Tibb bacılarının biri mənim yerimə cavab verdi: "Yox,
daha çatmışıq. Bu bir mərtəbəni də birtəhər gedərik".
Dördüncü mərtəbədən salavat səsi gəlirdi. Pilləkən
yanan üzərlik qoxusu ilə dolmuşdu. Ayaqlarım titrəyirdi.
Düşünürdüm ki, yəni biz çatacaq və mən girib otaqda
36
otura biləcəyəm?! Dördüncü mərtəbəyə çatanda sanki
bütün arzularım həyata keçdi.
Ev işıqlı və isti idi. Pərdələri kənara çəkmişdilər və
döşəməyə zəif günəş işığı düşürdü. Radiatorun yanında
bir yataq sərilmişdi. Tibb bacısı orada uzanmağıma
kömək etdi. Oğlum məndən qabaq yataqda yatmışdı.
Ə
dyalı üzündən çəkdim. Üzü qırmızı idi, sakit və arxayın
yatmışdı. Yatağa uzandım. O anda necə yaxşı hisslər
keçirirdim! Qonşular və hər iki tibb bacısı otaqda
oturdular. Əmirlə Əli ağanın şəkli çərçivədə idi. Öz-
özümə dedim: "Əmir əmi, bəbəşimizi gördün?! Gördün
necə qəşəngdir?!"
Yenidən boğazımı qəhər tutdu, amma özümü ələ
aldım.
Mənsurə xanım uşaqlarını çox sevirdi; Əmiri, Əli
ağanı, Hacı Sadiqi və Məryəmi. Hər iki çərçivənin üstünə
ağ qladiolus gülü vurulmuşdu. Öz işi idi, gülləri çox
sevirdi. Məryəm podnosu gətirib bir-bir hamıya çay
payladı. Hacı Sadiqin yoldaşı Münirə xanım boşqabları
düzdü və şirniyyat qutusunu qonaqların arasında
gəzdirdi. Son bir neçə ayda bu ev nələr görmüşdü! Tez-
tez qonaqla dolurdu, göz yaşı və ah-nalələr ara vermirdi.
Ə
mir şəhid olan gün Mənsurə xanım bu mətbəxdə Əli
ağanın qolları üstünə düşdü. Ağlayıb onu qoxulayır, öpür
və and verib deyirdi: "Əli can, sən Əmiri gördün?" Əli
ağa səssiz ağlayırdı. O ağlamağını heç vaxt unutmuram.
Tibb bacıları sağollaşıb getdilər. Qonşular çay və
ş
irniyyatlarını yedilər, bir-bir yaxınlaşıb təbrik etdilər və
getdilər. Yorğun idim, başım gicəllənirdi. Bədənim
zəifləmişdi və ağrıyırdı. Yatağa uzananda ilk dəfə
uşağımın ağlamaq səsini eşitdim. Anam qaçıb qucağına
götürdü.
37
– Acdır. Gör necə ağzını əyib!
Anam bunu deyib yanımda oturdu. Boşqabdan bir
ş
irniyyat götürüb ağzıma qoydu. Əl-ayağımın cana
gəldiyini hiss etdim.
Mənsurə xanım bir stəkan şərbət gətirib yanımda
dayandı.
– İç ki, südün şirin olsun.
Anam şərbət stəkanını tutub qurtum-qurtum mənə
içirtdi. Halımın yaxşılaşdığını hiss edirdim. Oğlumu
qucaqladım. Ağzı ilə nəsə axtarırdı. Ağ bələyin içində
daha qırmızı və kiçik görünürdü. O qədər kiçik idi ki,
qucaqlamağa qorxurdum. Süd yeməyə başlayanda hamı
ə
trafımıza yığışıb həvəslə baxmağa başladı. Kiçik ətsiz
ə
llərini düyünləmişdi. Yavaşca əllərini açdım. Uzun
çəhrayı dırnaqları vardı.
Mənsurə xanım dedi: "Maşallah, Əliyə çəkib! Əli də
körpəliyində belə idi. Məzlum balam!"
Arxamı mətbəxə çevirib oturmuşdum, Əli ağa ilə
Ə
mirin şəkilləri ilə üzbəüz. Uşağım çox ac idi, həvəslə
süd içirdi. Ağ papağının üstündən başını tumarlayıb Əli
ağanın şəklinə baxdım. Şəklin altından qırmızı xətlə onun
bir cümləsi yazılmışdı: "Yalnız nəfsinin tikanlı
məftillərində ilişib qalmayan adam düşmənin tikanlı
məftillərindən keçə bilər".
Uşaq öskürməyə başladı. Anam onu qucağımdan aldı.
Boğazında süd qalmışdı. Anam işarə barmağını uşağın
iki qaşının arasına qoyub sıxdı. Özümü itirmişdim. Uşaq
bir az da qızarmışdı. Anam yavaşca uşağın kürəyinə
vurdu və sonra yatağına uzatdı. Uşaq səssizcə yatdı.
Düyünlənmiş əlləri başının üstündə idi.
Qızarmış un iyi evi bürümüşdü. Anam qalxıb mətbəxə
getdi. Hər kəs bir işlə məşğul idi.
38
Gedişindən bir həftə öncə sancım tutmuşdu. Mənsurə
xanım mənə xəşil bişirdi. Həmin yerdə oturmuşdum.
Günorta idi. Əli ağa gələndə dedi: "Ana, mənə bir kasa
quymaq ver, birdən uşağım dünyaya gələndə mən
olmaram".
Anam nikelli buludda bir saxsı kasa gətirib yanımda
oturdu. Kərə yağının iyi kəskin idi. Qəhərlə dedim ki,
yemirəm.
Anam narahat oldu.
– Bu nə deməkdir?!
Otaqda heç kim yox idi. Ucadan ağlamağa başladım.
Uşaq yuxuda diksinib doluxsundu. Alnına bir neçə qırış
düşdü, yumruqlarını bir neçə dəfə tərpətdi. Anam nigaran
halda soruşdu: “Yenə nə olub?!”
Mənsurə xanım tələsik gəldi. Bir əlində qaşıq vardı, o
birində də özüm onun üçün tikdiyim sarı-qırmızı
qazangötürən. Nigaran halda mənə baxdı, yadıma nəyin
düşdüyünü və nədən yandığımı deməyə ürəyim gəlmədi.
Mənsurə xanım yanımda oturdu. Qazangötürəni və
qaşığı uzaqda havada saxladı. Gözləri yaşardı. Hər iki
oğlunun şəklinə baxıb dedi: "Ürəyin istəməsə də,
yeməlisən. Gücləndiricidir, sənə yaxşıdır. Allah rəhmət
eləsin, Əli mənim quymaqlarımı çox sevərdi".
Məni və Mənsurə xanımı sakitləşdirmək istəyən anam
dedi: "Salavat deyin".
Ağlayaraq dedim: "Ana, qırx il keçsə də, mən Əli
ağanı unutmayacağam, qiyamətə qədər onun üçün belə
yanacağam".
Mənsurə xanım köks ötürdü, rəngi saraldı və gözləri
doldu.
Anam soruşdu: "Mənsurə xanım, halınız necədir?"
39
Mənsurə xanım başını tərpətdi, sanki içdən sızlayırdı.
Anam qaşığı quymağın içinə qoydu. İçində bir neçə
qəşəng zəfəran var idi. Dedi: "Yeyirsən, yoxsa mən
verim?"
İş
tahım yox idi, evə dolmuş zəfəranlı un qızarmışının
qoxusu halımı pisləşdirirdi. Əmirin və Əli ağanın yas
məclisləri və halva yadıma düşdü, ürəyim bir az da
sıxıldı.
Ağlaya-ağlaya
dedim:
"Əli
ağa
üçün
darıxmışam".
Mənsurə xanım səssizcə ayağa qalxıb getdi. Anam
dedi: "Bax, Firiştə can, əgər ağlasan, səninlə qurtardım.
Danışmışdıq ki, camaatın yanında ağlamayaq. Gərək
möhkəm və güclü olasan. Sabah Əli ağanın qırxıdır.
Qonaqların arasında bir neçə münafiq də ola bilər. Sən
belə etsən, düşmən sevinər. Gərək kişi kimi olasan.
Yadındadır, Əli ağa Əmirin şəhadəti zamanı necə idi?!
Sən də elə olmalısan. Oğlun yetim deyil, şəhid övladıdır,
sən də şəhid yoldaşı. Ağlayıb özünü zəif göstərsən,
haqqımı halal etmərəm. Biz özümüz bu yolu seçmişik.
Yadındadır, elçi gələndə deyirdin ki, mən cəbhə adamı ilə
ailə quracağam, inqilab önündə vəzifəmi yerinə yetirmək
istəyirəm. Məgər borcunu ödəmək istəmirsən?! İndi
zamanıdır, ödə. Məgər demirdin ki, gələcək həyat
yoldaşın gərək cəsarətli və imanlı olsun?! Məgər Əli ağa
cəsarətli və imanlı deyildi?! İndi növbə sənindir, sən də
cəsarətli və imanlı olmalısan. Ağlamağı qurtar. Ağlamaq
zəiflik əlamətidir. Müsəlman da zəif olmaz; xüsusən də
mənim Firiştə xanımım".
Dedim: "Ana, bunların hamısını bilirəm, amma nə
edim, ürəyim darıxır, ürəyimi aldada bilmərəm".
40
Münirə xanım mətbəxdən anamı çağırdı. Anam ayağa
qalxıb dedi: "Mən gələnə qədər ye, yaxşılaşandan sonra
Şə
hidlər gülzarına gedərik, darıxmağın keçər".
Sinini yaxına çəkdim. Pəncərənin pərdəsi çəkilmişdi,
qar yavaş-yavaş yağırdı. Bayırda hər şey sakit idi, ağ qar
dənələri çox aramla göydən yerə tökülürdü. Düşündüm
ki, indi Əli ağa ilə Əmirin məzar daşları tamam ağarıb.
Dəftərim üçün də darıxmışdım, bir neçə gün idi heç nə
yazmırdım. Əli ağaya məktub yazıb demək istəyirdim:
"Əli can, oğlun dünyaya gəldi. Adını Museyib qoyaq,
yoxsa Əmir?" Məni ağlamaq tutdu, zarımağa başladım:
"Ay Allah, mən darıxıram! İlahi! Nə edim?! Mən
darıxıram!"
Uşaq kimi olmuşdum. Ağlamağa başladım.
Axşamüstü yatağımı və bütün əşyalarımı götürüb
yataq otağına apardılar.
Axşam evdə çox adam olurdu. Ertəsi gün Əli ağanın
qırxı idi. Çoxları gəlib deyirdilər ki, nə kömək edə
bilərik?
Beləliklə, mən və oğlum otağa yerləşdik. O vaxt hamı
deyirdi ki, ağlama və kədərlənmə. Məgər o qədər birgə
xatirəmizin olduğu bir otaqda yaşayıb kədərlənməmək,
ağlamamaq olardı?! Bir Allah bilir ki, mən nə üçün bu
qədər dözümsüzlük edirdim. Bir Allah bilirdi ki, mən
kimi əldən vermişəm. Əli ağanın albomları hələ də
divardakı şkafın içində idi. İlk dəfə bu otağa girəndə
solda bütün divar boyu yığılan şkaf diqqətimi çəkmişdi.
Ş
kaf divarın bir tərəfini tamam tutmuşdu. Sağ və solda
paltar şkafları, ortada isə bir neçə mərtəbəli dekorativ
ş
kaf vardı. Rəflər Əli ağanın kitabları, albomları və şəxsi
əş
yaları ilə dolu idi. O, şəhid dostlarının şəkilləri ilə dolu
olan albomunu çox sevirdi. Bekar olan kimi deyirdi:
41
"Firiştə, albomu gətir bir yerdə baxaq". Hər iki şkafın
qapılarına və sağ-soldakı divarlara şəhid dostlarının
şə
killərini vurmuşdu, aralarında şəhidlərin alın lentləri,
nişan və əlyazmaları var idi. O zaman Əli ağanın bu
qədər şəhid dostunun olduğuna təəccüblənirdim. Ah
çəkib dedim: "Nəhayət, öz işini gördün və sən də divara
çıxıb şəhidlərin şəkillərinə qatıldın". Ağa Nasir otağa
girib dedi: "Firiştə xanım, balanın adını nə qoyacaqsan?"
Dedim ki, bilmirəm, ağa, siz nə desəniz.
Həmişəki kimi zarafatla və gülərüzlə dedi: "Əli hər
ş
eyi mənə tapşırdı; kərə yağından, süddən, baldan tutmuş
uşaq bezinə və qurbanlığa qədər, amma əsas məsələ
yadından çıxdı".
Utancaq dedim: "Ağa, mənə dedi".
Ağa Nasir həcəyanla və sevincək soruşdu: "Dedi?! Nə
dedi?"
– Həmişə deyirdi ki, qız olsa, Zeynəb, oğlan olsa,
Museyib qoyarıq.
Ağa Nasirin qaşları düyünləndi.
– Yox, bu söz o vaxta aiddir. Onda Museyib təzə şəhid
olmuşdu, Əlinin özü və Əmir həyatda idi.
Bir söz demədim. Ağa Nasir ah çəkdi.
– Museyibi çox sevirdi, ağa. İki qardaş kimi idilər.
Ağa Nasir gedib Museyib Məcidinin şəklinin önündə
dayandı.
– Ağa Museyib, Allah sənə rəhmət eləsin! Axır ki
yolu bizim oğlumuza da göstərdin. Geri çevrilib mənə
baxdı, yenidən şəklə tərəf döndü, bir ah çəkdi.
–Vay-vay-vay! Sən ona dedin ki, şəhadətin yolu göz
yaşıdır, göz yaşı!
Ağa Nasir gəlib yanımda oturdu.
42
– Museyibin şəhadətindən sonra oğlumun gözləri
həmişə qırmızı idi.
Ə
mirin şəklinə baxdım, o da şəhid şəkillərinin
arasında idi.
Ağa
Nasir
uşağın
üzünə
sarı
ə
yilib
dedi:
"Oğlanlarımın adlarını özüm qoymuşam: Sadiq, Əli və
Ə
mir. Əmir – Məhəmmədəmir idi. Əli də Rəcəb ayının
on üçündə həzrət Əlinin doğum günü dünyaya gəlmişdi".
Heç nə demədim. Mənsurə xanım otağa girdi. Sanki
hər şeyi eşitmişdi. O, dedi: "Ağa Nasir, Əlinin adı
yaşamalıdır!"
Mənsurə xanım köks ötürüb Əmirin və Əlinin
şə
killərinə baxdı.
– Mən deyirəm ki, adını Məhəmmədəli qoyaq;
Məhəmməd Əmirin və Əlinin xatirəsinə. Necədir?
Dedim: "Məhəmmədəli! Yaxşıdır, çox yaxşıdır, ana!"
Ağa Nasir sevincək əyilib Məhəmmədəlinin alnını
öpdü. Məhəmmədəlinin gözləri açıq idi, amma ağlamırdı.
Ağa Nasir onu qucağına götürüb dedi: "Gəl gedək,
balam. Gəl gedək iki kişi oturaq, nə qədər yatacaqsan?"
Ağa Nasir və Mənsurə xanım gedəndən sonra salavat
səsi gəldi. Az sonra isə üzərlik iyi evi bürüdü. Ayağa
qalxıb şəhidlərin şəkillərinə baxmağa başladım: Şəhid
Həmid Nəzəri, Əli Mirzayi, Höccət Zamani, Məhəmməd
Ş
ahbazi...
Şə
killərin üzərinə əlimi çəkdim. Əli ağa necə eşqlə bu
şə
killəri divara vurmuşdu! Bir neçəsinin üzərində
barmaqlarının yeri qalmışdı. Yalnız özünün və Əmirin
şə
kli çərçivədə idi.
Alnımı Əmirin çərçivəsinin üzərinə qoydum. Əli
ağanın əllərinin ətri gəlirdi. Onu özü divara vurmuşdu.
43
Dedim: "Oğlumuzun adı Məhəmmədəli oldu, amma mən
sənin xatirənlə onu Əli çağıracağam, Əli can!"
Bu fikirlə kövrəldim. Bütün şəkillərdən Əli ağanın
ə
llərinin ətri gəlirdi. Ümumiyyətlə, bütün otaq Əli ağanın
ə
trinə boyanmışdı. Nə qədər çalışmışam ki, o ağ isti əllər
yadımda qalsın; həmçinin o uca boy, uzun və sarışın
saqqal, mavi gözlər, alındakı qırışlar, sarışın və qarışıq
saç və qaşlar.
Həmin gecə bu otaqda yatdı... Yox, yox, Hacı Sadiqin
evində idik. Halı yaxşı deyildi, gecə saat üçün yarısında
getməli idi.
Mənə dedi: "Firiştə, yatsam, məni oyadarsanmı?"
Dedim ki, bəli. Kaş onu oyatmazdım! Kaş özüm də
yataydım və ikimiz də yuxuya qalaydıq! Ürəyimdə hiss
edirdim ki, bu dəfə getsə, qayıtmayacaq. Haradan
bilirdim? Bir səs daim qulağımda təkrarlayırdı: “Firiştə,
ona yaxşı bax, doyunca bax. Bu üz, bu saç, bu qaşlar və
bu əzəmət bir ömür yadında qalmalıdır. Otaqda yol
yeriyəndə gurultu qoparan bu ayaqlar da”. Adəti belə idi,
dabanla yeriyirdi.
Ə
li ağa həmişə tələsirdi, getməyə can atırdı. O mavi
gözlər heç vaxt düz-əməlli yatmırdı. Sanki həmişə bir
gözü oyaq idi. Lakin o gecə necə dərin yuxuya getdi!
Yuxuda dərin nəfəslər alırdı. Firiştə, onu nə üçün
oyatdın? Nə üçün özün də yatmadın? Axı sən
dayanmadan qulağında vızıldayan səsi eşidirdin: "Sən
onu son dəfə görürsən. Bu, son yolasalmandır. Bu,
sonuncu görüşdür. Bu, sonuncu ayrılıqdır..."
Sən yatandan sonra mən dəhlizə çıxdım. Nə üçün? Nə
üçün dayanıb doyunca baxmadım? Məgər bilmirdim ki,
görüşümüz qiyamətə qalacaq?!
Anam çağırdı.
44
– Firiştə, Firiştə can, şam yeməyini gətirim, yoxsa
özün gəlirsən?
Tez gözlərimi sildim. Əli ağanın şəklinin çərçivəsinin
ş
üşəsində özümə baxdım. Gözlərim və burnumun ucu
qızarmışdı. Yeməyə iştahım olmasa da, qonaq otağına
getdim. Yerə böyük süfrə sərmişdilər, özgə yox idi,
hamısı özümüzünkülər idi: Məryəm, yoldaşı və qızı, Hacı
Sadiq, xanımı və uşaqları, ağa, Mənsurə xanım, Mənsurə
xanımın ata-anası Hacı baba və Xanımcan və xaricdə
yaşayan qardaşı Məhəmməd dayı. O, bir neçə il idi ki,
ailəsini orada qoyub İrana dönmüşdü və ata-anası ilə
yaşayırdı. Ürəyim darıxdı. Necə xoşbəxt ailəmiz vardı!
Ə
gər Əmir və Əli də olsaydılar, indi nə olardı! Səs-
küyləri, zarafat və gülüşləri evi bürüyərdi. Nə üçün
birdən-birə belə olduq? Necə lal, kor və ruhsuz qonaqlıq
idi! Mənsurə xanım xəstə idi, axşamüstü yenidən böyrək
ağrısı tutmuşdu və Hacı Sadiq onu həkimə aparmışdı.
Hamı səssiz-səmirsiz süfrənin başına yığışmışdı. Ağa can
hələ ruhiyyəli idi. O, dedi: "Oğlum bizi öldürdü. Firiştə
xanım, bu uşaq niyə ağlamır?"
Nəfisə dedi: "Firiştə can, ağlamaq yerinə üzü qızarır".
Ş
am yeməyinə qiymə-plov bişirmişdilər. Məryəm
ə
lində məcməyi yanımdan keçdi. Oman limonunun ətri
burnuma doldu.
Mənsurə xanımın yanında oturub dedim: "Halınız
necədir? Doktor nə dedi?"
Mənsurə xanımın rəngi qaçmışdı, gözlərinin altında
çökək əmələ gəlmişdi. O, dedi: "Böyrəklərimin daşı
böyüyüb. Doktor deyir ki, əməliyyat olunmalısan".
Kədərlə baxıb soruşdu: "Əsəbiləşməmək olur?!"
Məhəmmədəli hələ ağa Nasirin qucağında idi. Ağa
Nasir dedi: "Gəlin, al, bu da oğlun. Bu necə uşaqdır! Ona
45
ş
illə vurdum, çimdiklərim, dişlədim, amma ağlamadı ki
ağlamadı!"
Uşağa ürəyim yandı. Dedim: "Ağa!"
Mənsurə Xanımcansız halda dedi: "A Nasir, Əlinin
torpaqları qədər yaşasın! Əliyə çəkib, o da belə idi:
xəstələnirdi, ağrı çəkirdi, amma səsi çıxmırdı".
Ağa Nasir güldü.
– Körpəliyi nə qədər sakit və səssiz oldusa da,
böyüyəndən
sonra
xəcalətindən
çıxdı...
Divara
dırmaşırdı!
Mənsurə xanım çətinliklə danışırdı.
– Kim?! Mənim uşağım?! Yadında deyil, şəhadətindən
öncə anasıölmüş qrip tutmuşdu, amma xəstə olduğunu
demirdi?! Biz onun rəngindən başa düşdük.
Hadisəni xatırlayan ağa Nasir dodaqaltı dedi: "Üzün
rəngi içəridəki sirri xəbər verir, doğru deyirsən. Döyüş
zonasından
gəlmişdi,
halı
çox
pis
idi,
amma
bilindirmirdi. Dedim ki, sənə nə olub? Dedi ki, heç bir
ş
ey. Soruşdum ki, soyuqlamısan? Dedi ki, deyəsən.
Dedim ki, doktora gedək? Dedi ki, Firiştə mənə dərman
verir. Gedib soyuducudan ona asetaminofen gətirdim,
içdi. Hacı Sadiq zorla onu həkimə apardı. Orada iynə
vurmuşdular. Evə gəldi, yatağını saldıq. Yorğanın altına
girib gecəyə qədər yatdı. Gecənin yarısı oyanıb mətbəxə
keçdi. Arxasınca gedib soruşdum ki, halın pisdir? Dedi
ki, yox, acam.
Mənsurə xanım dedi: "Səs-küylərinə oyanıb gördüm
ki, anasıölmüş Əli gecənin yarısı mətbəxin yerində
oturub qayğanaq yeyir. Gecə yarısı yeyib deyirdi ki, çox
dadlıdır. Sonra öyrəndik ki, bir neçə gün imiş nahar və
ş
am yemirmiş”.
46
Atam dedi: "Doğru deyirsiniz, Əli ağa çox güclü idi.
Dostları deyirlər ki, Həftbarda çox ağır yaralandı, amma
heç kim bir dəfə ufultusunu eşitmədi. Atam mənə baxıb
dedi: "Yadındadır, nikah mərasimindən iki-üç gün sonra
ş
am yeməyinə dəvət etmişdik. Həmin gün axşamçağı
kunq-fu idmanı zamanı ayağı çıxmışdı. Görürdüm ki, Əli
ağa süfrədə narahat oturub, ayağını oyan-buyana çevirir,
üzü qızarıb və danışmır. Başa düşmədim".
Anam başını yelləyib dedi: "Ötən il yayda Firiştənin
ad günündə tort bişirmək istəyirdim. Firiştə qoymadı,
dedi ki, heç kimin əziyyətə düşməsini istəmirəm. Mən də
razılaşdım. Hacı ağa doğru deyir; şam yeməyində
gördüm ki, hey yerini dəyişir. Üzü qızarmışdı, bir tərəfdə
büzüşüb oturmuşdu. Dedim yəqin utanır".
Anam dedi: "Firiştə, sənə plov çəkim, yoxsa
quymaq?"
Məni yenidən ağlamaq tutmuşdu. Otağa girib doyunca
ağlamaq istəyirdim. Qəhər içində dedim: "Plov, amma
çox az".
***
Ə
li ağanın qırx mərasimi 04.01.1988 tarixində
Həmədanın Mehdiyyə məscidində keçirildi.
Mən evdə qaldım. Qonşuların bir neçəsi də mənimlə
qaldı. Mərasim səhər saat doqquzdan on ikinin yarısına
qədər idi, amma saat biri ötmüşdü və hələ heç kim
qayıtmamışdı. Deyilənə görə, bütün Həmədan vilayətində
Ə
li ağanın qırxı üçün 60-70 mərasim keçirilmişdi.
Bununla yanaşı, Mehdiyyə məscidinə müxtəlif rayon və
kəndlərdən çoxlu adam gəlmişdi. Mərasimin əvvəlindən
sonuna qədər içəridə adam əlindən yer olmayıb. Nahara
47
çoxlu qonağımız var idi. Hacı Sadiq əvvəldən xörək
sifariş vermişdi.
Məsciddə dost və qohumlar mənim halımı soruşmuş,
xəbəri
olmayanlar
da
Məhəmmədəlinin
dünyaya
gəldiyini öyrənmişdilər. Axşamüstü qohum və dost
qadınlar mənə baş çəkməyə gəldilər.
Çoxları Məhəmmədəliyə və mənə hədiyyə də
gətirmişdilər; ədyaldan tutmuş paltara, uşaq dəstinə,
oyuncaqlara,
maşın
və
təyyarəyə
qədər.
Yaxın
qohumlarımın bir neçəsi mənə parça, köynək və rəngli
ş
al gətirib mehribancasına tövsiyə edirdilər ki, qara
paltarları çıxarıb matəmə son qoyum. Bir neçəsi də
israrla xahiş edirdilər ki, gözəllik salonundan vaxt
alsınlar. Qonaqların arasında mənimlə həmyaşıd olan bir
xanım vardı. Ağ üzü, qəhvəyi qaşları və rəngli gözləri
vardı. Orada olduğu bütün müddət ərzində yanımda
oturub qayğıma qalırdı. Nə qədər fikirləşdimsə,
tanımadım. Dedim ki, yəqin Əli ağanın döyüş
yoldaşlarından birinin həyat yoldaşıdır. Axırda özü
dillənib dedi: "Xanım Pənahi, məni tanımırsan?"
Dedim: "Təəssüf ki, yox. Nə qədər fikirləşirəm,
xatırlaya bilmirəm".
O, dedi: "Buna haqqınız var. Sizi isə hamı tanıyır. Siz
Ə
li ağa Çitsazianın həyat yoldaşısınız. Həmədanda Şəhid
Çitsazianı tanımayan varmı?!"
Yavaşca dedim: "Lütf edirsiniz. Sağ olun".
O, dedi: "Biz ötən il bayramdan sonra sizinlə birgə
Mehdiyyə
məscidində
atıcılıq
təlimi
keçirdik,
yadınızdadır? Sizin diqqətiniz bizdə deyildi, amma biz
xanımların hamısı göz-qaşla sizi bir-birimizə göstərirdik.
Nikah əqdiniz yenicə oxunmuşdu. Xanımlar gizli
işarələrlə bir-birlərinə deyirdilər: "Bu ucaboy xanım Əli
48
ağa Çitsazianın həyat yoldaşıdır". Düşünürdüm ki, siz
komandirin həyat yoldaşı olduğunuza görə atıcılığınız da
hamımızdan yaxşı olmalıdır".
O, gülüb sözünə davam etdi: "Lakin siz bütün güllələri
boşa atdınız".
Məni gülmək tutdu.
Məryəm əlindəki böyük çay podnosu ilə əyilib
divarboyu oturmuş qonaqlara çay verirdi. Nəfisə də
ə
lində qənddan tutub onun arxasınca gedirdi. Həmin
xanım dedi: "Xanım Pənahi, biz Mehdiyyə məscidinin
Bəsic mərkəzində digər bacılarla birgə nəşriyyatda
çalışırıq. Bu gün sizə əziyyət verdim ki, Əli ağadan
maraqlı bir xatirə danışasınız, biz də jurnalda dərc edək".
Sonra çantasını açıb dəftər və qələm çıxardı.
Fikrə daldım. Xatirə! Əli ağadan xatirə! O anda
yadıma heç nə düşmədi. Dedim: "Mən Əli ağa ilə
döyüşdə olmamışam. Onun özünəməxsus xarakteri vardı,
cəbhədə baş verənləri evdə danışmazdı".
Qadın təəccüblə soruşdu: "Yəni əməliyyatlar barədə,
şə
hid dostları və yaralanması haqda sizə heç nə
danışmırdı?"
– Xeyr, heç nə. Mən bəzi hadisələri ətrafdakılardan,
dostlarından eşidirdim. Xüsusən özü haqda heç nə
deməzdi.
Qadın eləcə təəccüblə mənə baxırdı. O, soruşdu: "Üzr
istəyirəm, siz nə vaxt ailə qurdunuz?"
– 1986-cı ilin martında.
Qadın hər iki əlinin barmaqları ilə sayandan sonra
dedi: "Siz təxminən bir il səkkiz ay bir yerdə yaşamısınız,
eləmi?"
– Bəli, təxminən.
49
– Bu müddətdən onunla mütləq xatirəniz vardır. Deyə
bilərsiniz? Maraqlı bir xatirə olsun.
Fikrə getdim. Hansı xatirəni danışaydım?! Dezfulda
yaşadığımız günlərdən, Məşhədə və Quma səfərdən,
toydan, yoxsa Sasan xəstəxanasından?! Ondan soruşdum
ki, bağışlayın, bu müsahibədə məqsədiniz nədir?
– Düşünürük ki, xalq komandirlərinin necə insan
olduqlarını bilmək istəyir; xüsusən şəxsi həyatlarında,
ailədə.
Gülümsəyib dedim: "Məncə, xalq Əli ağanı məndən
və ailəsindən yaxşı tanıyır. Əli ağa öz cəsarəti, imama
sevgisi və onun çıxışlarına həssaslığı ilə məşhurdur. O,
bütün çıxışlarında deyirdi ki, imamın sözünün yerdə
qalmasına imkan verməyin. Həm də istiqanlı və ictimai
bir adam idi".
Qadın məyus halda mənə baxdı, qələmi dəftərin
arasına qoyub onu bağladı və soruşdu: "Yəni demək
istəyirsiniz ki, heç bir xatirəniz yoxdur?"
Ə
li ağadan çoxlu xatirələrim vardır; elçilik günündən
vida anına qədər. Təsadüfən, hamısını təqvimdə qeyd
etmişdim. Həyatımın bəzi hadisələrini yazmağı çox
sevirdim. Tam yazmağa imkan olmayanda mühüm
hadisələri bir sözlə və ya qısa izahla olsa belə, qeyd
edirdim.
Çox
ş
eyi
yadigar
saxlayırdım.
Bütün
məktublarını saxlamışam. Mənə verdiyi hər şeyi –
Kərbəla türbətindən möhrü, canamazı, təsbehi, İmam
Xomeynidən təbərrük olan parça tikəsini, namaz qılanda
qulaqlarının arxasına vurduğu kiçik ətir şüşəsini və s.
Lakin düşünürdüm ki, mənim xüsusi həyatımın xatirələri
xalqın nə işinə yarayar?!
Qadın sakit durduğumu görüb yenidən soruşdu:
"Xatirəniz yoxdur?"
50
Təbəssümlə dedim: "Bağışlayın, bu şəraitdə yadımda
deyil".
Daha israr etmədi, dəftər-qələmini çantasına qoydu,
çayını və şirniyyatını yeyib məndən söz aldı ki, başqa
vaxt müsahibə üçün gəlsin. Və sağollaşıb getdi.
Gecə qonaqlar gedəndən sonra yenidən kiçik heyətlə
bir yerə toplaşdıq.
Mənsurə xanımın halı yaxşı deyildi. Bir tərəfdən də
çamadanını yığıb səhər tezdən yoldaşı ilə Tehrana
getməyə hazırlaşan Məryəm üçün darıxırdı. Ağa Nasir və
digərləri sakit və kədərli halda bir tərəfdə oturmuşdular.
Anam Məhəmmədəli ilə məşğul idi. O, dedi: "Firiştə, sən
də əşyalarını topla, sabah bizimlə gedək. Atan təkdir,
uşaqlar da məktəbə gedirlər. Bilmirəm bu bir neçə gündə
nə ediblər".
Anam Məhəmmədəlini yatağına qoydu. Uşaq ətri evə
dolmuşdu; süd, pudra və uşaq sabununun ətri. Qalxıb
özümün və Məhəmmədəlinin paltarlarını qatlayıb
çamadana yığdım; parçalar, süd butulkası və termos.
Hamısını bir yerə yığdım ki, səhər gedəndə yadımdan
çıxmasın. Məhəmmədəli oyaq idi. Hələ üzü qırmızı idi,
amma şişi çəkilmişdi və arıq görünürdü. Boz gözlərini
qırpmadan tavana baxırdı.
Gözüm Əli ağanın kədərli baxan şəklinə düşdü.
Dedim: "Əli can, niyə narahatsan? Qadının etibarı ərinə
görədir. Burada olmadığına görə mən də özümü yaxşı
hiss etmirəm. Düşünürəm ki, bəlkə artıq yükəm".
Mən gedirdim, bəlkə də bu tezliyə qayıtmayacaqdım.
Xatirə dolu o otaqdan gedirdim. Əli ağa hər dəfə
cəbhədən gələndə bu otaq bizimki olurdu. Bu otaq onun
ə
trini yayırdı, şkaflardan onun paltarları asılmışdı,
kitabxanasında Əli ağanın kitabları, əlyazmaları, hədsiz
51
dərəcədə sevdiyi albomları vardı. Düşündüm ki,
çərçivədəki şəklini də aparsam, yaxşı olar. Çərçivəni
götürmək üçün ayağa qalxdım, amma əlim onda
qıfıllanıb qaldı. Nə edirdimsə, ondan ayrılmırdı.
Arxamda ağa Nasirin səsini eşitdim.
– Firiştə xanım, nə edirsən?
Ə
lim şəkildən ayrıldı.
– Ağa can, sabah anamgilə getmək istəyirəm. Sizin
icazənizlə Əli ağanın şəklini də aparacağam.
Ağa Nasir təəccüblə soruşdu: "Getmək istəyirsən?!"
Sonra başını qapıya çevirib dedi: "Mənsurə! Mənsurə
xanım, gəl gör Firiştə xanım nə deyir, getmək istəyir?"
Az sonra Mənsurə xanım, anam, Hacı baba, Xanımcan
da gəldilər. Mənsurə xanım toplanmış əşyaları görüb
dözmədi və ağlamağa başladı. Nə edəcəyimi bilmirdim.
Mən də ağlamağa başladım. Ağa Nasir kövrəlmişdi.
Məryəm də gəldi. O, Mənsurə xanımı görüb təəccüblə
soruşdu: "Ana, nə olub?"
Mənsurə xanım elə ağlayırdı ki, daşı da ağladardı.
Məryəm onu qucaqladı. Sakitləşdirmək yerinə hamı ona
qoşulub ağlamağa başladı. Elə ab-hava yaranmışdı ki,
otağa girib o səhnəni görən hər kəs ağlayırdı. Bilirdim ki,
bu bir neçə gündə və mərasimdə hamı özünü saxlayıb,
ağlamağının qarşısını alıb ki, düşmən sevinməsin və
münafiqlərin əlinə bəhanə keçməsin.
Ağlamayan yeganə şəxs ağa Nasir idi.
O, dedi: "Əli ilə Əmirin ruhları indi buradadır. Onların
ruhlarının şadlığı üçün salavat deyin!"
Hamı salavat dedi. Məhəmməd dayı Məhəmmədəlinin
yanında oturub onunla oynayırdı. Ağa Nasir yenidən
dedi: "Mən əminəm ki, Əli ağa ilə Əmirin ruhları bizim
hərəkətlərimizə baxırlar. Ona görə də ağlamayın!" Ağa
52
Nasir bu cümlələri deyəndə səsi titrəyirdi; bir toxunuşa
bənd olan çatlaq şüşə kimi idi.
Mənsurə xanım, Məryəm və anam sakitləşdilər. Ağa
Nasir üzünü mənə tutub dedi: "İndi Firiştə xanım, de
görək nə olub? Bizdən yorulmusan? Kimsə nəsə deyib?
Nədənsə incimisən?"
Dərhal dedim: "Xeyr, ağa, Allah haqqı, nə inciməsi?!
Nə narahatlığı?!"
Mənsurə xanım yenə ağlamağa başladı.
– Bəs nə üçün getmək istəyirsən?
Dedim: “Axı bəs qədər əziyyət vermişəm”.
Anama baxdım.
– Anam da evlərinə getmək istəyir, atam və bacım
təkdirlər.
Mənsurə xanım Məhəmmədəlini qucağına götürüb
sinəsinə yapışdırdı və kədərlə dedi: "Qəşəng nəvəmi hara
aparmaq istəyirsən?! Əmir can, başına dönüm! Əli can,
sənə qurban olum! Əmir can! Əli can! Hara getmək
istəyirsiniz?!"
Ağa Nasirin səsi titrəyirdi. O, dedi: "Yox, qızım! Belə
danışma. Bu sözlər özgələr üçündür. Sən öz qızımızsan,
Məhəmmədəli öz uşağımızdır. Əziyyət nədir?! Bura
sənin öz evindir!" O, əllərini göyə qaldırıb dedi: "İlahi,
ş
ükür! İlahi, şükür! Hər iki oğlum şəhid oldusa, deməli,
ləyaqətləri varmış və Sən onları qəbul etmisən. İlahi,
Sənə şükür olsun ki, uşaqlarım başımızı aşağı salmadılar.
İ
lahi, Sənə şükür olsun ki, uşaqlarım mənə başucalığı
gətirdilər, fəxrim oldular. İlahi, Sənə min şükür olsun ki,
yaxşı verdin, Sənə yüz min şükür olsun ki, yaxşı aldın!"
Bir az sonra ağa Nasir ab-havanı dəyişmək məqsədi
ilə zarafata başlayıb dedi: "Bilirsən nə var, götür bu
uşağını apar. O qədər dinmədi, ağlamadı ki, daha öldük.
53
Bunu çimdikləməkdən dırnaqlarım qaraldı. Uşaq idi
keçmiş uşaqlar. Elə ağlayırdılar ki, səsləri yeddi ev o
tərəfə gedirdi".
Ağa Nasirin sözlərindən və Mənsurə xanımın
ağlamasından sonra qalası oldum. Hərçənd, o otaqdan
ayrılmaq mənə də çətin idi. Hər gün gözləyirdim ki, tez
gecə olsun və Məhəmmədəli ilə mən Əli ağanın otağında
yataq. O otaq başqa cür idi. Mən o otaqda Əli ağanı hiss
edirdim, səhərə qədər yuxuda onu görürdüm.
Məhəmmədəli ikiaylıq oldu. Bəzən qonaq kimi bir
neçə günlüyə Hacı Sadiqgilə, bəzən də anamgilə
gedirdik. Lakin əsas evimiz ağa Nasirin evi idi.
Mənsurə xanımın halı yaxşı deyildi. Böyrəklərindəki
daş böyümüş və orqanizmi sıradan çıxmışdı. Ağa Nasir
Mənsurə xanımı müalicə etdirmək üçün bir müddət
Tehranda qalmaq qərarına gəldi. Buna görə də, iki aydan
sonra mən və Məhəmmədəli bir neçə çamadanla
anamgilə yola düşdük. Elə orada da qərara gəldik ki,
qayıdandan sonra həftənin əvvəllərini anamgildə qalaq,
sonlarını ağa Nasirgildə.
Anamgildə vəziyyətim dəyişdi. Təkliyim çoxalmışdı.
Atam hər səhər işə gedirdi. O, bərbər idi. O zamanlar
Həmədanın Şəriəti dördyolunda onun məşhur salonu və
çoxlu müştəriləri vardı. Anam hər səhər və axşamüstü
qadınların təmənnasız olaraq, Allah rizasına döyüşçülərə
paltar tikdikləri dərzi sexinə gedirdi. Sex Baba Tahir
prospektində Mirzə
Davud məscidinin
yanındakı
dükanda idi. Bacılarımın hər ikisi şagird idilər və
məktəbə gedirdilər. Buna görə də, hər səhər ev boşalırdı,
mən və Məhəmmədəli tək qalırdıq. Məhəmmədəli sakit
uşaq idi və məni incitmirdi.
54
Həmin
günlər
çətin
dövrlərim
idi;
təklik,
özünəqapanma və depressiya. O dövr daha çox xatirə
yazmaqla və yazdığım xatirələri təkrarlamaqla keçirdi.
Məni təklikdən çıxarmağa çalışan yeganə şəxs anam
idi. Çox vaxt sexə baş çəkib işləri yoluna qoyur və tez
qayıdırdı. Bəzən günortadan sonrakı növbəsini tətil
edirdi. Bəzən rövzə məclisi verirdi, bəzən də məni
rövzəyə aparırdı. Hərdən atamı evdə otuzdurub
Məhəmmədəlini ona tapşırırdı. Elə vaxt olurdu ki, hətta
yarım saatlıq birgə küçəyə çıxırdıq, mənə nəsə alırdı,
bazarda gəzişib qayıdırdıq. Həftəsonları adətən, Mənsurə
xanımgildə olurdum. Təklik və darıxmaq həyatımın ən
ağır hissəsi idi. Gündüzlər bir dostumun gəlməsinə
ümidlə gözümü qapıya dikirdim. Nadir hallarda kimsə
gəlirdi; hərə öz işində-gücündə idi. Əli ağa şəhid olandan
sonra sanki mən də yaddaşlardan silinmişdim.
Həmin günlərdə çoxlu çətinliklə çəkdim; deyiləsi
deyil. Əgər imama və inqilaba sevgi, məqsəd, prinsip və
etiqadlarıma sədaqət olmasaydı, bəlkə də heç vaxt dözə
bilməzdim. Mən həyatın çətin mərhələsinə qədəm
qoymuşdum, daha böyük və daha ağır qərarlar verməli
idim. Əli ağa məqsəd və amalları uğrunda getmişdi, mən
də məqsəd və amallarımı kəşf etmək üçün qalmışdım.
Bir ildən sonra müharibə bitdi, əsgər və zabitlər döyüş
zonalarından şəhərlərə qayıtdılar, öz adi həyatları ilə
məşğul oldular və yavaş-yavaş çox şey dəyişdi.
Anamın həvəsləndirməsindən sonra 1988-ci ildə
Təhzib peşə liseyinə adımı yazdırdım və bağça
müəlliməsi ixtisasında üçüncü dəfə ikinci kurs təhsilinə
başladım. Əli ağadan ayrıldığım ilk illər bəlkə də
həyatımın ən çətin illəri idi, amma təqvimə yazdığım
xatirələrlə qəribə şəkildə onunla yaşayırdım və onu
55
yanımda hiss edirdim. O təqvim indi də durur və ona
baxanda elçilik günündən şəhadət anına qədər və ondan
sonrakı bütün xatirələrim gözlərim önündə canlanır.
|