GÜLÜstan prospekti


Doqquzuncu fəsil: Gülab alması



Yüklə 3,28 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix20.03.2020
ölçüsü3,28 Mb.
#30697
1   2   3   4   5   6   7   8   9
• Gülüstan prospekti..


Doqquzuncu fəsil: Gülab alması
 
1987-ci il, iyunun 25-i idi. Anamgildə idim, halım pis 
idi.  Anam  həmişəki  kimi  cəbhəyə  yardım  edən  dərzi 
sexində çalışırdı. Günortaya yaxın əmim oğlu Vəhid çox 
narahat  halda  bizə  gəldi.  Vəhidin  elə  vəziyyətdə  gəlişi 
dünyanın  ən  pis  fikirlərini  beynimə  salmağa  kifayət 
edirdi.  Həyəcanla  soruşdum:  "Nə  olub?  Vəhid,  düzünü 
de, Əli ağaya nəsə olub?" 
Vəhid  o  qədər  narahat  idi  ki,  danışa  bilmirdi.  Dedi: 
"Firiştə xanım, yaxşı xəbər deyil. Əli ağa tapşırıb ki, sənə 
yavaş-yavaş deyim". Dedim: "Tez ol, ürəyim partladı!" 
Dedi: "Söz ver ki, narahat olmayacaqsan". 
Dedim: "Vəhid, sən Allah, tez ol". 
Dedi:  "Əli  ağadan  başqa  heç  kimin  xəbəri  yoxdur. 
Dedi ki, qayınanangilə gedəsən". 
Nigaran  halda  dedim:  "Deyirsən,  yoxsa  yox?!  Sən 
Allah, Vəhid, incitmə”. 
Kövrək halda dedi: "Deyirəm. Firiştə xanım, Əmir ağa 
şə
hid olub. Əli ağa dedi ki, sənə yavaş-yavaş deyim". 
Məndən  qabaq  ağlamağa  başladı.  Yerimdə  donub 
qalmışdım,  şok  içində  idim,  nə  edəcəyimi  bilmirdim. 
Sanki  başıma  gürzlə  möhkəm  vurmuşdular.  Gic  kimi 
qalmışdım. Vəhid nə deyirdi? Niyə ağlayırdı? 
Narahatlıqdan ürəyim bulandı. Tualetə qaçdım. Qusur 
və  inanmadan  Əmiri  fikirləşirdim.  Yox,  inanmağım 
gəlmirdi. Başım ağırlaşmışdı. Elə bilirdim yuxu görürəm. 
Yəni Əmir bu tezliyə getdi?! 
Həyətdəki  kranın  suyu  soyuq  idi.  Əyilib  üzümü onun 
altına  tutdum.  Yuxudan  oyanmalı  idim.  Lakin  heç  vaxt 
belə sayıq olmamışdım. Kranı bağlayıb üzümü qurutdum. 

 
171
Ə
li  ağa  bir  ay  idi  cəbhəyə  getmişdi.  İndi  dönmüşdü, 
amma necə?! 
Geyinib  qayınanamgilə  getdim.  Münirə  xanım  da 
orada  idi.  Deyəsən,  o  da  xəbər  tutmuşdu,  amma  bir  söz 
demirdi.  Narahat  halda  salamlaşdıq.  Mənsurə  xanımın 
halı  yaxşı  idi,  təbii  davranırdı,  hadisədən  xəbəri  yox  idi. 
Mənsurə xanım mənə albalı şirəsi gətirmək üçün mətbəxə 
keçdi. 
Bu vaxt Əli ağa, ağa Nasir və Hacı Sadiq də gəldilər. 
Onun üçün darıxmışdım. Mətbəxə girib Mənsurə xanımı 
öpdü.  Çox  qocalmışdı.  Əli  ağa  və  Hacı  Sadiq  analarının 
ə
lindən  tutdular  və  ağa  Nasirlə  birgə  yataq  otağına 
getdilər.  Ürəyimin  döyüntüsünü  eşidirdim.  Sanki 
boğazımın  ortasına  gəlmişdi.  Ev  qəm-kədər  içində  idi. 
Fikirləşirdim  ki,  indi  Əli  ağanın  üzərinə  necə  ağır  iş 
düşüb! 
Mənsurə  xanıma  ürəyim  yanırdı.  Nəfəsim  gəlmirdi. 
Qalxıb evdən qaçmaq istəyirdim. 
Birdən  qayınanamın  ağlamaq  səsi  gəldi.  Qışqırıb 
Ə
miri  çağırırdı.  Hamımız  bilirdik  ki,  Əmiri  başqa  cür 
sevir.  Əli  ağa  otaqdan  çıxdı.  Mənsurə  xanımın  ağlamaq 
səsi daha da yüksəldi. 
Ə
ziz  Əmirim!  Qəşəng  Əmirim!  Əmir  -  canım, 
ömrüm!  Xudaya!  Bütün  ömrüm  getdi!  Gözəl  Əmirim 
getdi! İlahi... 
Mənsurə  xanımın  ağlamağı  adamın  ürəyinə  od 
vururdu,  ciyərini  yandırırdı.  Ağlaya-ağlaya  Əli  ağanın 
önünə qaçdım, soruşdum: "Əli ağa, düzünü de, nə olub?" 
Ə
li  ağanın  gözləri,  üzü  və  boğazı  qızarmışdı,  amma 
ağlamırdı.  Sanki  məni  indi  görürdü.  Xüsusi  bir  halda, 
kədər  dolu  mehribanlıqla  baxıb  dedi:  "Qardaşım  Əmir 
şə
hid oldu". 

 
172
Mənsurə  xanım  otaqdan  qaçıb  dedi:  "Əli,  Əli,  dayan. 
Düzünü de, indi Əmirim haradadır?" 
Ə
li  ağa  kövrəlmişdi,  amma  ağlamırdı.  Qollarını  açıb 
Mənsurə xanımı qucaqladı. Anasının başını və çiyinlərini 
tumarlayıb  qulağına  deyirdi:  "Ana,  möhkəm  ol.  Həzrət 
Zeynəbdən,  həzrət  Zəhradan  ilham  al,  Allahdan  kömək 
istə.  Ana,  gərək  dözümlü  olasan.  Əmir  indi  Kərbəla 
şə
hidlərinin  yanındadır.  Əmir  İmam  Hüseynə  "ləbbeyk" 
deyib.  Gərək  biz  də  deyək.  Sən,  mən,  atam  -  hamımız 
“ləbbeyk”  deməliyik.  Ana,  Allahın  yanında  Əmirin 
məqamı  kiçik  deyil,  onu  kiçiltmə,  dağ  kimi  güclü  ol. 
Bunların  hamısı  imtahandır.  Allah  yolunda  verdiyin 
ş
eydən  ötrü  ağlama,  fəxr  elə.  Ana,  Allaha  and  olsun,  bu 
gün əsl müsəlman oldun". 
Mənsurə  xanım  bir  az  sakitləşdi.  Əli  ağa  üzünü  bizə 
tutub  dedi:  "İmkan  daxilində  ağlamayın.  Başınızı  dik 
tutun.  Əmirin  qonaqlarına  fəxrlə  xoşgəldin  deyin.  Bu 
gündən 
bizim 
bütün 
hərəkətlərimiz 
düşmənin 
mikroskopu altındadır. Özünüzü zəif göstərməyin". 
Dost-tanış,  qohum  və  qonşu  yavaş-yavaş  xəbər  tutub 
təbrik və başsağlığı üçün qayınanamgilə gəldilər. Əmirin 
bu  tezliyə  şəhid  olacağını  heç  kim  düşünməzdi.  Hamı 
Ə
mirdən  çox  Əli  ağadan  nigaran  idi.  O,  müharibənin 
ə
vvəlindən cəbhədə olmuşdu. 
Mənsurə  xanımın  halı  yaxşı  deyildi,  amma  bütün 
şə
hid  anaları  kimi  ağlamamağa  və  dözümlü  olmağa 
çalışırdı.  Ata-anam  və  bacılarım  da  gəldilər.  Bütün 
divarlar  qaraya  büründü.  Əmirin  qara  lentli  şəkli  divara 
vuruldu. Evin hər tərəfindən qəm-qüssə yağırdı. 
Qonşular  kömək  etmək  üçün  mətbəxə  keçirdilər. 
Buzlu su və zəfəran şərbəti hazırlayıb xurma və vafli ilə 
qonaqlara  verirdilər.  Qızarmış  un  və  halva  ətri  evi 

 
173
bürümüşdü.  Özümdə  deyildim,  xəstə  və  halsız  idim. 
Sakit  bir  yerə  gedib  rahat  şəkildə  yatmaq  istəyirdim. 
Ancaq  oyananda  bütün  mehribanlığı,  sevgisi  və 
gümrahlığı ilə Əmir də olsun. Əmir kənarları qara eynəyi 
ilə  məni  görən  kimi  gülür,  “Firiştə  bacı,  Firiştə  bacı” 
sözləri bir an da dilindən düşmürdü. 
Məryəm, 
onun 
yoldaşının 
ailəsi, 
Hacı 
baba, 
Xanımcan,  Məhəmməd  dayı,  Fatimə  xala  və  digər 
tehranlı qohumlar da axşam ağlaya-ağlaya gəldilər. 
Onların  ağlamaları  və  ah-nalələri  aşuranı  yada  saldı. 
Ə
mir  bütün  qohumlar  üçün  əziz  idi,  Hacı  baba  və 
Xanımcan üçün isə daha əziz. 
Ə
li ağa olmasaydı, səhərəcən hamımız əldən gedərdik. 
Gah  Mənsurə  xanımın  başını  qucaqlayıb  onunla 
danışırdı,  gah  ağa  Nasirin  yanında  oturub  başını  çiyninə 
qoyur  və  ona  ürək-dirək  verirdi,  gah  da  Hacı  babanı  və 
Xanımcanı  qucaqlayıb  onları  sakitləşdirirdi.  Mənim 
yanıma gələndə isə dərdi açılırdı. 
O  deyirdi:  "Müharibə  başlayandan  indiyə  qədər  dost-
yoldaşlarımdan bir batalyon adam şəhid olub, mənsə hələ 
sağam. Əmir dörd ay idi cəbhəyə getmişdi, mənsə  yeddi 
ildir cəbhədəyəm. Mən nə etmişəm ki, Allah məni qəbul 
etmir,  əvəzində  Əmiri  belə  tez  aparır.  Nə  üçün  Əmir  bu 
tezliyə şəhid olmalıdır, mənsə hələ yaşamalıyam?!" 
Mən eşidib kövrəlirdim. 
-  Əli,  naşükürlük  eləmə,  özün  dediyin  kimi,  Allahın 
razı olduğuna razı ol! 
Ertəsi  gün  səhər  küçə  Quruculuq  cihadının  land 
roverləri,  Sepahın  nissan  patrolları  və  müxtəlif  avtobus 
və  mikroavtobusları  ilə  dolu  idi.  O  maşınlar  evə  və 
küçəyə  toplaşmış  insanları  Cənnət  bağı  məzarlığına 
aparacaqdı.  Əli  ağa  qəhvəyi  rəngli  köynək  geyinmişdi. 

 
174
Köynək  əynində  yellənirdi.  Sanki  onu  təkcə  çiyin 
sümükləri  saxlayırdı.  Üzü  arıqlıqdan  qurumuş  və 
saralmışdı.  Ağır  bir  gecə  keçirdiyi  bilinirdi.  Dünəndən 
heç  birimiz  nə  nahar  yemişdik,  nə  şam,  nə  də  səhər 
yeməyi. 
Ə
li  ağa  Mənsurə  xanımı  qucaqlamışdı  və  tez-tez 
qulağına  deyirdi:  "Özünə  hakim  ol,  ana,  möhkəm  ol. 
Həzrət Zeynəb kimi rəftar et, düşməni yaddan çıxarma!" 
Məryəm bir bacı kimi özünü saxlaya bilmirdi, göz yaşı 
dayanmırdı.  Əli  ağa  deyirdi:  "Məryəm  can,  ağla,  amma 
yavaşca. Çalış səsini naməhrəm eşitməsin". 
Ə
mir ağanın şəhid olduğunu eşidəndən halım daha da 
pisləşmişdi.  Hələ  də  ürəyim  bulanırdı.  Tualetə  qaçanda 
Ə
li  ağa  məni  görüb  soruşdu:  "Nə  olub?  Sən  hələ 
yaxşılaşmamısan?! 
Uşaqların 
birinə 
deyim 
səni 
xəstəxanaya aparsın?" 
O  vəziyyətdə  Əli  ağanın  mənə  fikir  verdiyini  belə 
düşünməzdim,  o  ki  qala  xəstəxanaya  göndərəcəyini. 
Dedim: "Yox, bir şey deyil. İndi düzələr". 
Hava  isti  idi  və  mənə  əziyyət  verirdi.  Yavaş-yavaş 
hamımız  evdən  çıxdıq.  Bəzi  qonşular  evdə  qaldılar  ki, 
qonaqlar  qayıdana  qədər  sərin  su,  şərbət  və  halva 
hazırlasınlar.  Mən  ata-anamla  həyətə  düşdüm.  Əmirin 
dəfninə  gəlmiş  adamlar  maşın  və  avtobuslara  minib 
Cənnət  bağı  məzarlığına  yola  düşdülər.  Məzarlığa  qədər 
yolumuz Sepahın hərbi maşınları və Quruculuq cihadının 
land roverləri ilə dolu idi. Çoxunun şüşəsinə Əmir ağanın 
şə
kli ilə qara parça və gül vurmuşdular. 
Cənnət bağında orkestr qrupu ifa edirdi, hər iki tərəfdə 
çoxlu  döyüşçü  və  pasdar  dayanmışdı.  Əmirin  tabutu 
bayraq  və  güllərlə  bəzədilib  yuyucuxananın  önündəki 
ə
razinin  ortasına  qoyulmuşdu.  Döyüşçü  və  pasdarlar 

 
175
hörmət  əlaməti  olaraq  əllərini  alınlarına  yaxınlaşdırıb 
dərin sükuta qərq olmuşdular. 
Ə
mirin  tabutunu  görəndə  ayaqlarım  əsdi.  Mənsurə 
xanım, ağa Nasir, Hacı Sadiq və Əli ağa balkonun altında 
dayanmışdılar. 
Mənsurə 
xanımla 
Məryəmin 
üzü 
qızarmışdı,  amma  ağlamırdılar.  Ayaqlarım  əsirdi.  Anam 
qolumdan  tutdu.  Museyibin  dəfninə  gəldiyimiz  günü 
xatırladım.  Musiqi  dayandı  və  səsucaldandan  Quran  səsi 
yayıldı.  Qiraətçi  balkonda  dayanıb  Quran  oxuyurdu. 
Camaat  get-gedə  çoxalırdı.  Hacı  Sadiq,  Əli  ağa,  ağa 
Nasir, cümə imamı, vali və başqa bir neçə nəfər balkona 
çıxdılar.  Quran  oxunuşu  bitəndə  aparıcı  cümə  imamı 
Ayətullah Musəvi Həmədanini tribunaya dəvət etdi. O və 
vali çıxış edəndən sonra növbə Əli ağaya çatdı. 
Cənnət  bağının  havası  isti  idi.  Halım  get-gedə 
pisləşirdi. Əli ağa çıxışa başladı:  
-  Hüseynə  salam  olsun!  Hüseyn  dostlarına  salam 
olsun!  Mən  Əmir  Çitsazianın  dəfninə  toplaşdığı  üçün 
Həmədan  vilayətinin  şəhidpərvər  xalqına  təşəkkür 
edirəm.  Çox  zəhmət  çəkmisiniz.  Lakin  sizdən  daha 
böyük  xahişim  var:  imamı  tək  qoymayın,  onun  sözlərini 
cani-dildən qəbul edin. İmam üç il öncə müdafiəni vacib 
sayıb  bizdən  cəbhələri  boş  qoymamağımızı  istədi. 
Özümüzə  müxtəlif  cəbhələr  düzəltməyək.  Cəbhə  yalnız 
ön xətdir və orada iştirak etmək hamıya vacibdir. İmamın 
yenidən  tribunaya  qalxmasına  və  növbəti  dəfə  cəbhəyə 
getməyimizi  istəməsinə  səbəb  olmayın.  Əgər  biz  yaxşı 
ə
sgəriksə, əziz imamın bir dəfə buyurması kifayətdir. Biz 
dünyaya  sübut  etməliyik  ki,  imamımızın  sözünü  can-
başla  yerinə  yetiririk.  Bir  əlinizdə  Quran,  bir  əlinizdə 
silah  tutub  haqq  cəbhələrinə  doğru  gedin  və  deyin: 
Qələbəyədək müharibə! 

 
176
Hamı bir nəfər kimi qışqırmağa başladı: "Qələbəyədək 
müharibə!"  
Cənnət  bağında  o  qədər  qələbəlik  idi  ki,  tərpənmək 
olmurdu.  Nəfəsim  gəlmirdi.  Anama  dedim:  "Ana,  halım 
çox pisdir". 
Anam  əlimi  tutdu.  Birtəhər  yolu  açdı  və  Şəhidlər 
gülzarı  məzarlığına  tərəf  getdik.  Bir  ağacın  altında 
oturduq.  Anamda  su  butulkası  vardı.  Ovcuna  su  töküb 
üzümü yudu. 
Səsucaldandan Əli ağanın səsi gəlirdi: 
-  Allaha  şükür  edirəm  ki,  qardaşım  Allah  düşmənləri 
tərəfindən  şəhid  edildi,  yalançı  Allah  dostları  tərəfindən 
yox.  Əmir  dörd  ay  idi  cəbhəyə  getmişdi,  amma  bizdən 
önə keçdi. 
Sərin meh əsirdi. Söyüd ağacının altında oturmuşdum. 
Anam  ətrafı  gəzib  qəbirlərin  üstündə  oturur,  fatihə 
oxuyurdu. Bir az sonra səsucaldandan səs gəlmədi. Anam 
mənə  yaxınlaşıb  dedi:  "Deyəsən,  namaz  qılırlar.  Sən 
burada otur, mən namaz qılıb qayıdıram". 
Anam gedəndən sonra izdihamın səsi ucaldı:  
 
Tərcümə: 
 
"Şəhidlərin  dəfni  üçün                        Mehdi,  gəl!  Mehdi, 
gəl!" 
 
Ə
mirin  tabutu  əsgərlərin  qolları  üstündə  yola  düşdü. 
Camaat  tabutun  ardınca  qaçırdı.  Yerimdən  qalxıb 
gözümü  camaata  dikdim.  Əli  ağa  və  Hacı  Sadiq  öndə 
tabutun  altında  idilər.  İrəliləmək  istəyirdim  ki,  ətrafım 
hər  tərəfdən  qaçaraq  "la  ilahə  illəllah"  deyən  camaatla 
doldu. İzdihamın arasında qaldım; nə irəliyə yol vardı, nə 

 
177
də  geri  qayıtmaq  olurdu.  Hara  baxırdımsa,  kişi  və 
qadınlar tabuta sarı qaçıb qışqırırdılar: 
 
Tərcümə: 
 
"Bu  gül  haradan  gəlib?                      Kərbəla  səfərindən 
gəlib. 
Bu  bizim  gülümüzdür,                        Rəhbərə 
hədiyyəmizdir..." 
 
İ
stilik  və  izdiham  vəziyyətimi  ağırlaşdırırdı.  Nəfəsim 
çatmırdı  və  əl-ayaqlarım  əsirdi.  Əmirin  o  tabutun  içində 
olduğunu fikirləşəndə pis olurdum. Sanki dünyanın sonu 
çatmışdı  və  kimsə  məni  qəbrə  tərəf  aparırdı.  Həmin 
hisslərimi  ifadə  etməyə  çətinlik  çəkirəm.  Bildiyim  odur 
ki,  o  anlarda  ətrafımda  hər  şey  qara,  ölü,  hərəkətsiz  və 
kədərli  idi.  Dünya  gözümdə  dəyərsiz  olmuşdu.  Mənim 
üçün heç nəyin əhəmiyyəti və dəyəri qalmamışdı... 
Camaat mənə fikir vermədən irəliyə qaçır və qiyamət 
gününü  xatırladırdı.  Bəsic  üzvü  olan  bir  qoca  belinə 
bağladığı metal qabdan üz-başımıza gülab səpirdi.  
Günəş düz başımızın üstündən saçıb yeri kabab edirdi. 
Səma  buludsuz,  təmiz  və  isti  idi.  O  qədər  izdihama 
baxmayaraq,  Cənnət  bağı  yalqız,  kədərli  və  sıxıcı  idi. 
Səslər  bir-birində  itmişdi,  o  qədər  adamdan  bir  səs 
eşidilmirdi. Əmir azad və yüngül halda getmişdi, matəmi 
isə hər yeri bürümüşdü. 
Bir  qəbrin  üzərində  oturdum.  Boz  rəngli  köhnə  bir 
məzar daşı idi. Yazıları oxunmurdu. Qəbrin üstünə kölgə 
salmış  böyük  şam  ağacının  40-50  yaşı  olardı.  İynə  kimi 
yarpaqları  istidən  və  susuzluqdan  qaralmışdı.  Ağacın 
altında oturub qarmaqarışıq fikirlərə qərq oldum. 

 
178
Yəqin  ki  bir  neçə  saat  ötmüşdü.  Camaat  bulud 
parçaları  kimi  bir-birindən  ayrılıb  hərəsi  bir  tərəfə 
gedirdi.  Günəşin  istisi  dalğalanıb  məzarların  üzərindən 
buxar  kimi  qalxırdı.  Avtobuslar  qapısıaçıq  vəziyyətdə 
düzülmüşdü.  Camaat  onlara  tərəf  qaçırdı.  Özümü 
avtobusların birinə çatdırdım. 
Ə
mirin  təbəssümlə  başım  üstə  uçan  mehriban  və 
səmimi ruhunu hiss edirdim. 
Gülab  ətri  gələn  avtobusa  mindim.  Avtobusdakı  qara 
çadralı  qadınlar  şəhidlərin  pak  ruhuna  salavat  deyirdilər. 
İ
kinci  cərgədə  bir  qadının  yanı  boş  idi.  Oturdum.  Başım 
gicəllənirdi. Yatmaq istəyirdim. 
Gözlərimi yumub dedim: "Əmir, əlvida!" 
Avtobus  yola  düşdü  və  salavat  səsləri  çoxaldı. 
Pəncərədən  gözümü  qəbrin  ətrafında  halqa  vurmuş 
adamlara zillədim. Gözümü yumdum, yenidən açdım. Bir 
də  yumub  dodaqaltı  dedim:  "Əlvida,  Əmir  can.  Bağışla, 
mən  sənin  üçün  bir  iş  görməmişəm,  amma  şəfaət 
yadından çıxmasın". 
Günorta ev qonaqla dolu idi. Ürəyim bulanırdı, amma 
özümü  saxlayırdım.  O  qədər  adamın  içində  hər  dəqiqə 
tualetə  qaçmağa  utanırdım.  Nə  qalxıb  kömək  edə 
bilirdim, nə də bir yerdə oturmağa halım vardı. Pəncərəsi 
küçəyə  açılan  yataq  otağında  çadranı  üzümə  çəkib 
uzanmışdım.  Otaqda  bir neçə  qadın  da  vardı.  Qadınların 
biri  dedi:  "Əli  ağa  Əmirin  paltarının  bir  düyməsini 
qopardı, gördün?" 
Başqa  bir  qadın  cavab  verdi:  "Yox,  görmədim.  Niyə 
ki?" 
- Deyirlər düyməni girov götürüb. 
Qadın təəccüblə soruşdu: "Girov?!"  
Qulağımı şəklədim. 

 
179
-  Hə.  Canından  uzaq,  dilim  qurusun!  Deyirlər 
qardaşının paltarının düyməsini qoparıb ona and verib ki, 
tez bir zamanda məni də özünlə apar; yəni şəhid olsun. 
Qalxıb oturdum və mat-məəttəl hər iki qadına baxdım. 
Onları  tanıyırdım,  Mənsurə  xanımın  qohumları  idilər. 
Ürəyimin  döyüntüsünü  eşidirdim.  Yenə  boğazıma 
gəlmişdi. 
Soruşdum: "Necə?!" 
Məni  yenicə  görən  qadınlar  özlərini  itirdilər,  xəcalət 
içində dedilər: "Heç nə". 
Yazıqlar orada olacağımı gözləmirdilər. Ayağa qalxıb 
dəhlizə  getdim.  Qadınlar  süfrə  sərirdilər.  Kişilər 
pilləkəndən  içəri  süfrə,  çörək,  göyərti  və  qazlı  içki 
verirdilər. 
Anam  qapının  önündə  kömək  edirdi.  Gözlərim 
qaralırdı,  hər  yer  başıma  fırlanırdı.  Anam  məni  görən 
kimi  yaxınlaşıb  dedi:  "Firiştə  can,  gəldin?!  Harada  idin? 
Halın necədir?" 
Tualetin qapısını açdım. Əlimi tutdu və bir yerdə içəri 
girdik.  Burnuma  kababın  iyi  dəyən  kimi  mədəm  alt-üst 
oldu.  Anam  üzümə  su  vurdu  və  çəkildi  ki,  rahat  qusum. 
Halım  yaxşılaşanda  başımı  sinəsinə  qoyub  onu 
qoxuladım.  Anamın  gözəl  ətri  halımı  yaxşılaşdırırdı. 
Anam  gülüb  dedi:  "Naz  eləmə,  gəl  gedək,  qız".  Sonra 
ə
limdən tutub məni yataq otağına apardı. 
Bir  ventilyator  gətirib  qarşıma  qoydu  və  işə  saldı. 
Mantomun  düymələrini  açdı,  çadramı  başımdan  çıxardı. 
Gözlərimi bağladım ki, nə qədər ürəyim istəyir yatım. Əli 
ağa həyəcanla içəri girdi.  
- Firiştə xanım, gülüm, nə olub? Xəstəxanaya gedək? 
Göz-qaşla bildirdim ki, yox.  
Dedi: "Nahar yeyirsən?" 

 
180
Anam mənim əvəzimə cavab verdi:  
- Xörəyin iyindən ürəyi bulanır. 
Ə
li ağa narahat halda dedi: "Belə olmaz, gülüm. Gərək 
bir şey yeyəsən. Nə istəyirsən sənə alım?" 
Dedim: "Gülab alması" . 
O durumda yalnız onu yeyə bilərdim.  
Ə
li  ağa  tələsik  getdi.  Qonaq  otağından  boşqablara 
dəyən  qaşıq  və  çəngəllərin  səsi  gəlirdi.  Xörək  və  kabab 
iyi mədəmi bulandırırdı. Anama dedim: "Ana, sən Allah, 
qapını bağla". 
Birdən  başım  gicəlləndi.  Otaq  başıma  hərləndi. 
Gözlərim  ağırlaşdı.  Anam  cəld  bayıra  qaçdı.  Bayırdan 
səsini  eşidirdim.  Əli  ağa,  zəng  edin  təcili  yardım  gəlsin. 
Firiştə..." 
Ə
li  ağa  otağa  girdi.  Yanında  iki  kişi  və  əlində  iki-üç 
kiloluq  bir  kisədə  gülab  alması  vardı.  Kişilər  sürməyi 
xalat  geyinmişdilər.  Birinin  əlində  kiçik  bir  çanta  vardı. 
Anam  təzyiqimi  ölçən  kişiyə  tez-tez  vəziyyətimi 
danışırdı.  Kişi  mənə  serum  qoşdu  və  içinə  bir  neçə  iynə 
batırdı.  Əlinin  çəkdiyi  rəsmi  xatırladım:  kəpənəyin 
qanadlarına  oxlar  batmışdı.  Kişi  dedi:  "Təzyiqi  çox 
aşağıdır. Qoyun istirahət etsin". 
Gözlərimi  bağladım.  Dünyanın  sonuna  qədər  yatmaq 
istəyirdim. 

 
181
 
Onuncu fəsil: Şəhadət yolu
 
İ
kinci  həftə  ev  seyrəldi.  Bizdən  əlavə,  Hacı  baba, 
Xanımcan,  Məhəmməd  dayı,  Məryəm  və  altıaylıq  qızı 
Mona, Hacı Sadiq və ailəsi də Mənsurə xanımın yanında 
qaldılar.  Gecələr  hərə  bir  yer  tapıb  yatırdı.  Əli  ağa  ilə 
Hacı Sadiq çox vaxt yataqlarını balkonda sərirdilər. Mən, 
Mənsurə  xanım,  Məryəm  və  Mona  qonaq  otağında 
balkonun  qapısının  yanında  yatırdıq.  Bir  gecə  yuxudan 
oyandım.  Əli  ağa  heç  kəsi  oyatmasın  deyə  asta-asta 
balkondan  çıxıb  bizim  yanımızdan  keçdi  və  qonaq  otağı 
ilə  dəhlizin  arasındakı  pərdəni  çəkib  dəhlizə,  oradan  da 
tualetə  girdi.  Fikirləşdim  ki,  tez  qayıdar.  Çox  gözlədim, 
amma  qayıtmadı.  Qalxıb  arxasınca  getdim.  Dəhlizdə 
namaz  qılırdı.  Alnını  səcdəyə  qoyub  ağlayırdı.  Çiyinləri 
titrəyirdi.  Yavaşca  arxasında  oturub  divara  söykəndim. 
Ürəyi  çox  dolu  idi,  məzlumcasına  və  ürəkdən  ağlayırdı. 
Ürəyim yandı. Onu belə görməmişdim. 
Səhərdən axşama qədər ağa Nasir və Mənsurə xanımla 
danışır,  onları  ovundurur  və  güldürürdü.  Əmiri  çox 
sevirdi,  lakin  bu  müddətdə  hətta  bir  damla  göz  yaşını 
görməmişdim.  İndi  isə  həmin  Əli  ağa  zar-zar  ağlayırdı. 
Gözlədim.  Nəhayət,  başını  səcdədən  qaldırdı.  Yalnız 
onun eşidəcəyi yavaş səslə dedim: "Əli can..."  
Mənə tərəf döndü. Dəhlizin pəncərəsi açıq idi, küçənin 
işığı  içəri  düşürdü,  bir-birimizi  yaxşı  görürdük.  Diksinib 
təəccüblə dedi: "Firiştə!"  
Cavab verdim. 
- Burada nə edirsən? 
- Yata bilmirəm.  
- Yenə halın pisdir? 

 
182
Halım pis deyildi. Dedi: "Bilirəm ki, halın yaxşı deyil. 
Bilirəm  ki,  sənə  çox  çətindir.  Sən  indi  Allaha  daha 
yaxınsan. Mənim üçün dua et!" 
Təəccüblə  ona  baxdım.  Səsi  hələ  kövrək  idi.  Dedi: 
"Allah  mücahidlərə  cənnət  vədi  verib.  Xoş  Əmirin 
halına!  Dörd  ay  cihadla  mükafatını  aldı.  Düşünürəm  ki, 
mənim  problemim  var.  Mən  üzüqara  yeddi  ildir 
cəbhədəyəm, amma hələ də sapsağlamam və yaşayıram". 
Qəhər içində dedim: "Əli, naşükürlük eləmə". 
Dərdi açıldı:  
-  Yalan  demirəm,  Firiştə.  Allah  Özü  bilir.  Mən 
yataqda  ölmək  istəmirəm.  Bilirəm  ki,  müharibə  gec-tez 
bitəcək,  hamı  öz  evinə,  iş-gücünə  qayıdacaq.  Biz  sağ 
qalanlar gündə min dəfə həsrətdən ölüb-diriləcəyik. 
Dedim: "Əli ağa, bu nə sözdür?! Allahın razı olduğuna 
razı ol". 
Dedi: "Sən razısan?" 
Arxayın halda dedim ki, bəli, razıyam.  
Sevincək  soruşdu:  "Mən  şəhid  olsam,  yenə  razı 
olarsan? Narahat olmazsan?" 
Bir qədər dayandım, nəhayət, cavab verdim. 
- Narahat nədir, qüssədən ölərəm. Sən yoldaşımsan, ən 
ə
ziz  adamımsan,  vücudumun  yarısısan.  Biz  bir-birimizi 
sevirik. Sən uşağımın atasısan. Bunu düşünmək də mənə 
ağırdır. Amma Allahın istəyi olsa, razı olaram, dözərəm. 
Sevindi və tez soruşdu: "Həqiqətən?" 
Məni ağlamaq tutdu. Cavab gözləməyib sözünə davam 
etdi:  "Firiştə,  bu  dünya  nə  qədər  çox  çəksə  də,  bir  gün 
bitəcək. Bir gün hamımız öləcəyik. Lakin şəhadət fürsəti 
bu  bir  neçə  gündədir.  Sonra  üzüqibləyə  oturdu.  Əllərini 
yuxarı  qaldırdı  və  yalvararaq  dedi:  "İlahi!  Özün  bütün 
bəndələrinin  ehtiyacından  xəbərdarsan.  Bilirsən  ki, 

 
183
yataqda  ölmək  mənə  ayıbdır.  İlahi!  Mənə  şəhidlik  nəsib 
et!" 
Heç 
vaxt 
kiminsə 
yanında 
ağlamazdı. 
Çox 
kədərlənəndə  qızarırdı,  amma  ağlamırdı.  Lakin  onda 
mənim  yanımda  ağlamağa  başladı  və  həsrətlə  dedi: 
"Museyib  yenicə  şəhid  olmuşdu.  Bir  gecə  onu  yuxuda 
gördüm, əlini tutub dedim: "Museyib, mən səninlə bütün 
şə
hadət  yollarını  sınadım.  Sən  Allah,  bu  sonuncu  yolu 
mənə  de".  Museyib  cavab  vermədi.  Əlindən  möhkəm 
yapışmışdım.  Bilirdim  ki,  yuxuda  ölmüş  birinin  əlini 
tutub  and  versən,  nə  soruşsan,  cavab  verər.  Ona  dedim: 
"Yolu  deməyincə  buraxmaram".  Bilirsən  Museyib  nə 
dedi?!  Dedi:  "Yolu  göz  yaşıdır,  göz  yaşı".  Firiştə, 
şə
hadətin yolu göz yaşıdır".  
Yenidən əlini qaldırıb dedi: "İlahi! Əgər şəhidliyi göz 
yaşı ilə verirsənsə, mən aciz və üzüqaranın göz yaşlarını 
qəbul elə!" 
Ə
mirin şəhadətindən sonra Əli ağa çox dəyişdi. Onun 
yeni  özəlliklərinə  "göz  yaşı  yolu"  da  əlavə  olundu.  Çox 
vaxt  öz  aləmində  idi.  Azdanışan  və  utancaq  olmuşdu. 
Qabaqkı 
səs-küyündən, 
dəcəlliyindən 
və 
deyib-
gülməyindən 
ə
sər-əlamət 
qalmamışdı. 
Az 
yeyib 
arıqlamışdı,  lakin  daha  mehriban  və  ürəyiyuxa  olmuşdu. 
Çox  vaxt  gözlərində  yaş  damlaları  var  idi.  Gecələri 
namaz,  dua  və  ağlamaqla  keçirdi.  Günü-gündən  daha  az 
yatırdı. 
Ə
mirin qırxından sonra Mənsurə xanımla ağa Nasirin 
ə
hval-ruhiyyəsi dəyişsin deyə, bir neçə dostu ilə Məşhədə 
ziyarət səfəri təşkil etdilər. 
Həmin  səfərdə  şəhid  ailələrindən  bir  neçə  nəfər  də 
vardı.  Turəncian  familiyalı  bir  ailə  Mənsurə  xanımla  və 

 
184
ağa  Nasirlə  söhbət  edib  onların  psixoloji  vəziyyətlərini 
yaxşılaşdırmağa çalışırdılar. 
Ə
li  ağa  qayıdan  kimi  cəbhəyə  getdi.  Mənsurə  xanım 
təkliyə  dözə  bilmirdi.  Buna  görə  də,  Hacı  Sadiqin  evinə 
getdi. Məcbur qalıb mən də onlarla getdim. 
1987-ci  ilin  sentyabrı  məhərrəm  ayına  təsadüf  edirdi. 
Ə
li  ağa  yeddi  ildən  sonra  ilk  dəfə  məhərrəmin  birinci 
ongünlüyündə  Həmədana  gəlmişdi.  Hər  gecə  əzadarlıq 
üçün  bir  yerə  gedir  və  gecə  qayıdırdı.  Mən,  anam  və 
bacılarım  qabaqkı  illərdə  Sepah  heyətinin  mərasiminə 
gedirdik.  Onların  əzadarlıqları  digər  yerlərdən  yaxşı 
keçirdi.  Bir  gecə  Əli  ağa  dedi:  "Firiştə,  mən  Sepaha 
getmək istəyirm, gəlirsən?" 
Ötən  illərin  mənəvi  xatirələri  yadıma  düşdü  və 
sevincək qəbul etdim. 
Həmin  il  Həmədanın  havası  sentyabrın  əvvəlindən 
soyumuşdu.  Gecələr  daha  soyuq  olurdu.  Qalmağa  bəlli 
bir 
yerimiz 
olmadığından 
isti 
paltarlarımı 
hara 
qoyduğumu bilmirdim. Münirə xanımın qalın qara jaketi 
vardı. Onu verdi və mən geyindim. Maşına minib Əli ağa 
ilə getdik. 
Bütün şəhər qaraya bürünmüşdü. Divarlardan qara və 
qırmızı parça və bayraqlar asılmışdı. Əli ağa maşını Baba 
Tahir  məqbərəsinə  yaxın  bir  yerdə  saxladı.  Həmişəki 
kimi  qayıdanda  harada  görüşəcəyimizi  təyin  etdik.  Hələ 
də  Həmədanda  bir  yerdə  yol  getmirdik.  Xüsusən  də 
korpusa  gedirdik  və  yolumuzda  çoxlu  dost-tanış  vardı. 
Maşından  enməzdən  öncə  Əli  ağa  dedi:  "Firiştə,  dua! 
Mənim üçün dua et!" 
Dedim: "Mən sənin üçün həmişə dua edirəm". 
Dedi: "Yox, salamat qalmağım üçün dua etmə. Dua et 
ki, tezliklə şəhid olum". 

 
185
Ona tərs-tərs baxdım. 
Kədərli  halda  dedi:  "Sən  indi  İmam  Hüseynin 
məclisinə 
gedirsən. 
Mən 
müharibə 
başlayandan 
Seyyidüş-şühədanın  yolunu tutub cəbhəyə  getmişəm. Bu 
axşam  sənədimi  almaq  istəyirəm.  İndi  ondan  şəhidlik 
ləyaqətini  istəməyə  gəlmişəm.  Lakin  bilirəm  ki,  sən 
ürəkdən  mənimlə  razılaşıb  dua  etməsən,  faydası 
olmayacaq. Firiştə, gülüm, mənim üçün dua et". 
Başımı aşağı saldım və heç nə demədim. O anlarda bu 
sözləri ciddiyə almamağım çox təbii idi. Baxmayaraq ki, 
hər dəfə şəhadətdən danışanda ürəyim əsirdi. 
Ə
li  ağa  xüsusi  və  çox  qəribə  halda  dedi:  "Firiştə 
xanım,  yadındadır,  Allahın  razı  olacağına  razı  olduğunu 
deyirdin?!  Mən  razı  oldum.  Sən  mənim  üçün  dua  et  ki, 
Allah  da  məndən  razı  olsun.  Əgər  Allah  bizim 
zəhmətlərimizdən  razı  olmasa  və  cihadımızı  qəbul 
etməsə,  çox  ziyan  içində  olarıq.  Bilmirəm  ki,  Allahın 
yanında  üzüağ  olarıq,  yoxsa  yox?!  Lakin  artıq  qəfəsə 
bənzəyən  bu  dünyadan  yorulmuşam.  Bu  axşam  İmam 
Hüseyndən  istə  ki,  dünya  qəfəsini  qırıb  gedən  bütün 
şə
hidlər  kimi  mənim  də  bu  qəfəsi  qırmağıma  kömək 
etsin; Museyib Məcidi kimi, Əmir kimi, İmam Hüseynin 
özü  kimi.  Mən  bu  axşam  gedirəm  ki,  yenidən  İmam 
Hüseyn  ağaya  “ləbbeyk”  deyim  və  ömrümün  son  anına 
qədər  Hüseyn  kimi  yaşayım.  Sən  demiş,  qalanı  Allaha 
qalıb. Onun razı olduğuna mən də razıyam". 
Sözləri qurtarandan sonra dərin nəfəs aldı və maşından 
endik.  Maşının  qapısını  bağladı.  Sanki  uçurdu.  Çox  tez 
önə keçdi. Nə qədər iti gedirdimsə, ona çatmırdım. Soyuq 
külək əsirdi. Əli ağa öndə idi, çox öndə. 

 
186
Səkidə  çoxlu  adam  vardı.  Mən  onların  hamısının 
arasından  Əli  ağanı  görürdüm;  qara  köynək  geyinmişdi 
və güclü çiyinləri ilə irəliləyirdi. 

 
187
 
Yüklə 3,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin