İ
kinci fəsil: Mavi gözlü elçilik
1986-cı ilin martı idi. Avtobusun şüşəsindən səkinin
kənarındakı çılpaq və quru ağaclara, üzərinə toz və tüstü
dolmuş və yavaş-yavaş əriməkdə olan qarlara baxırdım.
Səma aydın və mavi idi, bəzən göydə bir dəstə quş
görünürdü.
Avtobus dayandı, sürücü güzgüyə baxıb ucadan dedi:
"Hünəristan".
Yumru ağ üzü, qəşəng yaşıl gözləri olan və məncə,
gördüyüm bütün qızlardan gözəl bir qız avtobusdan endi.
Həmişə dostları ilə avtobusun sonunda oturub astadan
danışırdılar. Mənim kimi o da ikinci kursda oxuyurdu.
Adı Məryəm idi. Bir sinifdə deyildik, bunu dostlarından
eşitmişdim. Avtobus Dibac şəhidləri peşə liseyinin
önündə dayanmışdı. Çadrasını səliqəyə saldı, üzünü tutub
avtobusun pillələrindən endi. Şüşənin arxasından bir daha
dostları ilə sağollaşıb əl yellədi. Sərnişinlərin əksəri
Təhzib peşə liseyinin şagirdləri idilər.
Avtobus
bizim
yaşadığımız
Mirzadə
Eşqi
xiyabanından keçirdi. Mən hər gün İmam Xomeyni
xəstəxanasının
dayanacağında
düşürdüm.
O
vaxt
küçəmizin adı Möhrəqan idi, Qazian küçəsi ilə üzbəüz
yerləşirdi. Xiyabanın o tərəfinə keçib öz küçəmizə
girəndə qapımızın önündə bir vanet gördüm. Bir neçə kişi
həyətə girib az sonra bir neçə böyük banka gətirdilər və
vanetin arxasına qoydular.
Həyətə çatanda kənarda dayandım ki, kişilər çıxsınlar.
Onlar daha bir neçə turşu bankasını vanetin arxasına
qoydular.
Kiçik həyətimiz adamla və müxtəlif qoxularla dolu
idi. Qadınlar dəstə-dəstə oturub və ya ayaq üstə dayanıb
57
işləyirdilər. Bir neçə qadın ocağın başında dayanıb böyük
bir qazanda mürəbbə bişirirdilər. Bir dəstəsi də soyumuş
sirkə və bal şərbətlərini bankalara tökürdülər.
Bir neçə qadın böyük xalçanın üstündə oturub
podnosun içindəki çərəzləri kiçik sellofanlara tökür və
ağızlarını yaşıl lentlərlə bağlayırdılar.
Xanım Həmidzadənin yanından keçəndə salam
verdim. O, anamın dostu idi və Bəsic sexində Allah
rizasına dərzilik edirdi. Təbəssümlə salamımı aldı və
yanındakı qadının qulağına nə isə pıçıldadı. Xəcalət
çəkdim və yanaqlarımın istiləşdiyini hiss etdim. Tez
özümü dəhlizə çatdırdım.
Dəhlizdə
yeddi-səkkiz
qadın
dövrə
vurub
oturmuşdular. Yerə sərilmiş böyük ağ süfrənin ortasına
kəllə qənddən bir dağ komalanmışdı. Qəndlərim tozu
boğazıma gedib ağzımı şirinləşdirdi. Qadınların biri
ə
zbərdən Təvəssül duası oxuyurdu, o birilər də qəndləri
qıra-qıra zümzümə edirdilər: "Ya vəcihən indəllah! İşfə
ləna indəllah!"
Səssiz-səmirsiz mətbəxə keçdim. Anam qazın üstünə
böyük bir qazan qoymuşdu və çömçə ilə qarışdırırdı.
Sirkə iyi boğazımı yandırdı. Anama salam verib halını
soruşdum. Soyuducunun qapısını açmaq istəyirdim ki,
xanım Həmidzadə arxamca mətbəxə girdi və anamın
qulağına nə isə pıçıldadı.
Mövzunun nədən ibarət olduğunu təxmin etdim.
Paltarlarımı dəyişmək bəhanəsi ilə otağa qaçıb orada da
qaldım. O zaman beş yaşı olan Nəfisə otaqda yatmışdı.
Az sonra anam məni çağırdı, köynəyimi şalvarımın
üstünə salıb bayıra çıxdım. Xanım Həmidzadə və həyətdə
onun yanında oturmuş qadın otağın küncündə qənd qıran
qadınların arxasında gözləyirdilər. Anam işarə ilə saçımı
58
səliqəyə salmağımı bildirdi. Yadıma düşdü ki, saçımı
daramamışam. Anam yenə işarə ilə onlara çay
aparmağımı istədi.
Xanım Həmidzadənin yanındakı qadının mənə nə
üçün bu qədər həvəslə baxdığını başa düşmüşdüm.
Qonaqlara məxsus stəkanlara çay süzdüm, qənddanı
qəndlə doldurub sininin içinə qoydum. Bir qədər geriyə
çəkilib çayın rənginə baxdım; gözəl idi və üzərindən buğ
çıxırdı. Özümü metal samovarda süzüb saçıma əl
gəzdirdim. Dəhlizə çıxdım. Xanım Həmidzadənin dostu
ortaboylu idi, ağ üzü, enli və işıqlı qaşları, xırda və
çəhrayı dodaqları vardı. Çox təmiz və yaraşıqlı
geyinmişdi. Əyilib çayı önünə tutanda təbəssüm etdi və
ana kimi baxıb dedi: "Əllərinə sağlıq! Xoşbəxt olasan,
inşallah!"
Ə
lim əsə-əsə çay podnosunu xanım Həmidzadənin və
anamın da önünə tutdum, sonra aparıb mətbəxə qoydum
və otağa girib orada da qaldım. Çantamdan təqvimimi
çıxarıb 07.03.1986 tarixinə vurma işarəsi qoyub yazdım:
“Elçilik”.
İ
ki imtahan arasında tətil olduğundan ertəsi gün sübh
namazından sonra saat onun yarısına qədər yatdım.
Yuxudan
ayılıb
dişlərimi
fırçalamağa
gedəndə
təəccübdən gözlərim bərəldi. Xanım Həmidzadə və
dünənki yaraşıqlı qadın həyətdə dayanıb anamla
danışırdılar.
Gedib mətbəxdə gizləndim. Bir azdan onlar getdilər,
anam gəlib dedi: "Firiştə, Mənsurə xanım Həmidzadə
xanımın dostudur. Dünənki qadını deyirəm. Səni çox
bəyənib. Xanım Həmidzadə onları çox tərifləyir; deyir ki,
yaxşı ailədirlər, oğlu xanım Həmidzadənin oğlunun
döyüş yoldaşı və dostudur".
59
Dilxor halda dedim: "Ana, yenə başladın?! Nə qədər
deyim, mən hələ bu haqda düşünmürəm, oxumaq və
universitetə girmək istəyirəm".
Anam dedi: "Tələsmə! Məgər bu tezliyə alıb
aparacaqlar?! Mən sənin tərəfindən bunu və başqa sözləri
də dedim. Mənsurə xanım deyir ki, sənin nəcibliyindən
xoşlanıb. Deyir ki, oğlu sənin kimi bir qız istəyir. Sənin
dərs oxumana da etirazları yoxdur. Ürəyin istəsə,
izdivacdan sonra təhsilini davam etdirərsən. Deyir ki, öz
qızı da oxuya-oxuya nikah bağlamışdır".
Başımı aşağı salıb heç nə demədim. Anam təbəssüm
içində və sevinclə dedi: "Məncə, yaxşı ailədirlər. Oğlu
pasdardır".
Anam bilirdi ki, ailə qurmaq üçün meyarlarımdan biri
yoldaşımın pasdar olmasıdır. Düşünürdüm ki, pasdarlar
qüsursuz, etiqadlı və mömin adamlardır, mənəvi məqam
və əxlaq baxımından ruhanilər kimidirlər. Anam dedi:
"Mənsurə xanım deyirdi ki, oğlu müharibənin əvvəlindən
indiyədək cəbhədədir".
Meyarlarımı yadıma salmağından bildim ki, anam bu
izdivaca razıdır. Meyarlarımın biri də yoldaşımın
döyüşçü olması idi. Anama demişdim ki, inqilab üçün bir
iş görmək istəyirəm, cəmiyyətə yük olmaq istəmirəm.
Məqsədim bu idi ki, bir döyüşçü ilə ailə qurub inqilab
yolunda olum və vətənimə xidmət edim.
Anam mənim sükutumu görüb heç nə demədi.
Ertəsi gün məktəbdən qayıdanda anam evi gül kimi
təmizləmişdi. Həyət qapısının önü də süpürülmüş və
sulanmışdı.
Həyəti
yumuşdu,
ş
üşələri
təmizləyib
parıldatmışdı,
otaqlar
süpürülmüşdü,
əş
ya
və
aksesuarların tozu alınmışdı. Dünənki tör-töküntüdən,
60
cəbhəyə mürəbbə və turşu hazırlayanlardan əsər-əlamət
qalmamışdı.
Evdən gül ətri gəlirdi. Anama yazığım gəldi. Bütün
bunları biz evdə olmayanda dörd-beş saatın içində
təkbaşına etmişdi. Anam qulağıma pıçıldadı ki, bu gecə
Mənsurə xanımla oğlu bizə gələcəklər.
Bunu eşidən kimi əl-ayağım dondu və ürəyim
döyünməyə başladı. Nahar yeməyindən sonra elçilik
həyəcanı içində Röyanın köməyi ilə evin təmizliyini
tamamladıq.
Axşam oldu. Anam şam yeməyi hazırlayırdı. Saat
doqquzun yarısında qapının zəngi çalındı. Atam qapını
açdı. Mənsurə xanım və oğlu idi. Bacılarımla mən
otağımızda gizlənmişdik. Anamla atam qonaqlarla birgə
qonaq otağına keçdilər. Nə etməli olduğumu bilmirdim.
Həyəcanım
çoxalmışdı,
nəfəsim
güclə
gəlirdi.
Bekarlıqdan təqvimimi götürdüm və həmin gün üçün
kiçik bir vurma işarəsi qoydum.
Ə
ləddin lampası otağın ortasında idi, üzərindəki
qəhvədandan buxar çıxırdı. Otaq isti olsa da, soyuqdan
titrəyirdim və dişlərim bir-birinə dəyirdi. Yavaş-yavaş
içəridən donduğumu hiss edirdim.
Bir neçə dəqiqədən sonra anam otağa girib yavaşca
mənə dedi: "Firiştə, gəl gedək. Atan kürəkənlə
danışmağına icazə verdi".
Ürəyim sinəmdən qopacaqdı, əl-ayağımı idarə edə
bilmirdim. Anam qabaqda getdi.
Ayağımı qonaq otağına qoyan kimi gözlərim qaraldı.
Mənsurə xanımla oğlu ayağa qalxıb gülərüzlə salam
verdilər və halımı soruşdular. Atam, anam və Mənsurə
xanım bayıra çıxdılar.
61
Kürəkən otağın yuxarı tərəfində oturmuşdu. Ucaboy
nəzərə çarpırdı. Elə o anda fikirləşdim ki, onsantimetrlik
bir dikdaban ayaqqabı geyinsəm, ona çataram. Başını
aşağı salmışdı. Fürsətdən istifadə edib ona diqqətlə
baxdım. Səkkizcibli hərbi şalvar, qəhvəyi köynək və
gödəkcə geyinmişdi. Sarışın saçı, bığı və saqqalı vardı.
Gözlərini görmədim, çünki bütün o müddətdə bir an da
başını qaldırmadı. Nə edəcəyimi bilmirdim. Üzümü tam
tutdum, təkcə burnum bayırda qaldı. Otaqda yerdə bir
qutu şirniyyat və bir gül dəstəsi vardı. Gülün gözəl ətri
otağı doldurmuşdu. O, yuxarı tərəfdə küçəyə açılan
pəncərənin yanında, mən də sağ tərəfdə divara söykənib
oturmuşdum. Bir neçə dəqiqə belə sükutla keçdi.
Nəhayət, o başladı.
–
Bismillahir-Rəhmanir-Rəhim.
Adım
Ə
li
Çitsaziandır. Mən Bəsic üzvüyəm, imamın xəttinin
ardıcılıyam, ölümlə məsafəm bir saniyədir. Dua edin ki,
mənə şəhidlik qismət olsun. Hər an şəhid ola, yaralana və
ya əsir düşə bilərəm. Çox vaxt aylarla Həmədana
gəlmirəm.
Bir qədər dayandı, bəlkə də mənim nəsə deməyimi
gözləyirdi. Sonra sükutu pozub yenidən sözünə davam
etdi.
– Onuncu sinfə qədər dərs oxumuşam, səbəbi də
müharibədir. Mənim həyatımda müharibə birinci dərəcəli
məsələdir. Çünki İmam Xomeyni tapşırıb ki, cəbhələri
boş qoymayın. Əgər bu döyüş iyirmi il də sürsə, qalıb
vuruşacaq, dinimi, imanımı və inqilabımı müdafiə
edəcəyəm. Təhsil ixtisasım elektrikdir. Dibac peşə
liseyində oxuyurdum. Dünya malından heç nəyim
yoxdur: nə ev, nə maşın, nə pul.
62
Yenə sakit oldu ki, bəlkə nəsə demək istəyirəm. Və
yenə əlavə etdi: "Allaha şükür edirəm ki, sağlamam.
Allaha şükür ki, idmançıyam, döyüşçüyəm. Lakin siz
istəməsəniz, hər şey dəyişə bilər; yəni gələcək həyat
yoldaşım razı olmasa, cəbhədən əl çəkib Həmədanda
özümə bir iş taparam".
Bu sözünə çox təəccüblənib dedim: "Yox. Təsadüfən,
mənim ailə qurmaq üçün meyar və şərtlərimdən biri də
yoldaşımın cəbhə adamı olmasıdır".
Ə
lində bir təsbeh vardı, tez-tez fırladırdı. Birdən əli
dayandı, bütün üzünə gülüş çökdü. İlk imtahandan uğurla
keçdiyimi duydum.
Sevinclə dedi: "İlahi, şükür! Çünki mən özümü
cəbhəyə vəqf etmişəm. Siz məscidə bir qab və ya xalça
vəqf edəndə daha onu bayıra çıxara bilməzsiniz; qab
sınmayınca və xalça çürüyüb cırılmayınca. Hələ o zaman
da təmir edib yenidən məscidə qaytarmaq lazımdır".
Soruşdu: "Bəs siz? Həyatda və izdivacda məqsədiniz
nədir?"
Dedim: "Mən çox istəyirəm ki, inqilaba kömək edim.
Anamla birgə cəbhəyə yardım mərkəzində çalışırıq.
Lakin düşünürəm ki, cəbhəyə bundan da artıq kömək
etməliyəm. Necəliyini bilmirəm. Bəlkə gələcək yoldaşım
döyüşçü olsa, mənə kömək edə bilər. Adamın etiqadı,
dini, imanı və həqiqi müsəlman olması mənim üçün çox
mühümdür".
O şəraitdə düşüncələrimi bəyan edə bilmirdim, iki-üç
cümlə deyib dayanırdım. Doğrusu, daha çox Tehran
ləhcəsi ilə danışmağa çalışırdım. Əli ağa isə bəlli idi ki,
kitab dili kimi danışmaq istəyirdi.
Soruşdu: "Onda siz mənim şəhid olmağıma,
yaralanmağıma və ya əsir düşməyimə qarşı deyilsiniz?"
63
Özümü itirsəm də, bilmirəm haradansa beynimə bir
fikir gəldi. Tez cavab verdim.
– Allah eləməmiş, heç kim eyni zamanda həm şəhid,
həm yaralı, həm də əsir olmur.
Təbəssüm etdi. Düşündüm ki, birdən yüngül və dayaz
cavab vermiş olaram. Düzəltməyə çalışıb dedim: "Ananız
deyirmiş ki, müharibənin əvvəlindən cəbhədəsiniz.
Allaha şükür ki, indiyədək bir hadisə baş verməyib.
İ
nşallah, bundan sonra da problem çıxmaz".
Heç nə demədi. Başını aşağı saldı və təsbehlə zikr
deməyə başladı. Birdən dünəndən hazırladığım əsas sual
yadıma düşdü. Ondan soruşdum: "Bağışlayın, ailə
qurmaqda məqsədiniz nədir?"
Düşünmədən cavab verdi: "Dinimi kamilləşdirmək,
Peyğəmbər sünnəsinə əməl etmək".
Sonra bir qədər dayanıb əlavə etdi.
– Cəbhədə əməliyyat zamanı məzuniyyət ləğv olunur.
Bəzən ailəli döyüşçülər deyirlər ki, Əli ağanın özünün
avrad-uşağı olmadığı üçün rahatdır. Mən onların
şə
raitlərini başa düşmək istəyirəm. Düşünürəm ki, eyni
şə
raitdə olub qanun qoysaq və icra etsək, daha yaxşı olar.
Təbii ki, bu, ikinci dərəcəli məqsədlərdəndir.
Bu cavaba həm təəccübləndim, həm də sədaqəti
xoşuma gəldi. Gözaltı ona baxdım, başı hələ də aşağı idi
və təsbehlə zikr deyirdi. Sükut uzananda dedim:
"Pasportda adım Zəhradır, amma hamı məni Firiştə
çağırır".
Gülümsəyib dedi: "Zəhra xanım! Nə yaxşı! Biz Əhli-
beytə (ə) və həzrət Zəhraya (ə) aşiqik. Onların mübarək
adlarını çəkmək üçün də ləyaqət lazımdır".
64
Ayağa qalxıb otaqdan çıxdım. Atam dəhlizdə qapının
önündə oturmuşdu. Məni görən kimi göz-qaş işarəsi ilə
soruşdu ki, nə oldu?
Utandım.
- Heç bir şey. Siz nə desəniz.
Atam gülümsəyib dedi: "Mübarəkdir!"
Atam dəhlizdə başları söhbətə qarışmış anamla
Mənsurə xanımı qonaq otağına dəvət etdi.
Mən öz otağımıza bacılarımın yanına getmək
istəyirdim, amma anam əlimi tutub yenidən qonaq
otağına qaytardı. Atam Əli ağanın yanında oturub işdən
danışmağa və cəbhənin vəziyyətini soruşmağa başladı.
Anam da Mənsurə xanıma cəbhəyə yardım məqsədilə
gördükləri çoxlu işlərdən danışırdı; dərzi sexindən digər
fəaliyyətlərə qədər.
Bir də duydum ki, atam toy vaxtını təyin edir. Sonra
da mehrdən söhbət düşdü. Atam dedi ki, mənim
nəzərimdə bir şey yoxdur, özünüz nə məsləhət görsəniz.
Mənsurə xanım mənə baxıb razılıqla dedi: "Biz 14
məsuma görə 14 qızıl təyin edərik".
Anamın qulağına pıçıldadım: "Necə?! Bu, olduqca
çoxdur!”
Mənsurə xanım eşitdi.
– Yox, qızım, çox deyil. Sizin dəyəriniz qat-qat
artıqdır, amma hər halda, bu, bir qaydadır.
Atam dedi: "Bizim üçün maddiyyat əsla mühüm deyil.
Allah şahiddir ki, biz sizin ailəniz barədə araşdırma da
aparmamışıq. Maşallah, Əli ağa yaxşı, pak və mömin
gəncdir. Müharibənin ilk günündən cəbhədə olması bizə
kifayətdir. Mən qızımı fəxrlə ona tapşıraram. Əli ağa
dindar, cəsur və qeyrətli oğlandır, inqilabçı və
hizbullahçıdır. Bunlar hər şeydən dəyərlidir. Allaha and
65
olsun, əgər sizin bu gün ailə qurub, sabah şəhid
olacağınızı bilsəm, yenə də qızımı verərəm".
Ə
li ağa qızarmışdı. Atama dedi: "Biz də sizin ailəniz
barədə belə düşünürük. Allaha and olsun ki, razılıq
verməsəydiz də, sizdən inciməzdik. Allaha şükür, siz də
Bəsic ailəsisiniz. Sizin kimi mömin və fədakar bir ailə ilə
qohum olmaq bizə şərəfdir".
Sonra sakit qaldı və bir qədər yavaşca dedi: "Hərçənd,
mən bu evə ayağımı qoyanda ümidsiz qayıtmayacağıma
ə
min idim".
Ertəsi gün nənəmgilə getdik ki, həm Mahmud dayını
görək, həm də kürəkənin ailəsinin bizə gələcəyini deyib
onları da qonaq çağıraq. Mahmud dayı cəbhədən
gəlmişdi. Bir qədər oradan-buradan danışdıq. Anam dedi:
"Mahmud can, Firiştəyə elçi gəlib".
Mahmud dayı qımışıb mənə göz vurdu və dedi:
"Mübarəkdir!"
Xəcalətimdən başımı aşağı salıb qara çadramın saçağı
ilə oynamağa başladım. Mahmud dayı soruşdu: "Kürəkən
nəçidir?"
Anam dedi: "Sizin kimi pasdardır, adı Əli
Çitsaziandır".
Mahmud dayı çay içirdi, çay boğazında qaldı,
təəccübdən gözləri bərəldi.
– Əli ağa?!
Anam soruşdu: "Tanıyırsan?"
Anam gülümsəyib qalib görkəmində mənə baxdı və
dedi: "Sənə dedim ki, Mahmuda desək, tanıyar".
Mahmud dayının öskürəyi dayanan kimi dedi: "Siz Əli
ağanı tanımırsınız?! Əli ağa bizim komandirimizdir.
"Hüseyn köməkçiləri" diviziyası bir yana, Əli ağa bir
yana! Qorxmaz və cəsur adamdır. Kəşfiyyat bölüyünün
66
komandiridir. Uşaqlar onun kəşfiyyatından elə şeylər
danışırlar ki; yalan-doğru. Amma biz yalanlarına da
inanırıq. Deyirlər ki, düşmən tərəfə keçib onlarla birgə
yemək növbəsinə dayanır. Çox söz danışırlar. Çox
qorxmazdır, "Hüseyn köməkçiləri" kəşfiyyatı üçün böyük
qüvvədir. Allah onu qorusun!"
Anam mənə baxıb təəccüblə dedi: "Bizə komandir
olduğunu demədilər; nə özü, nə anası".
Mahmud dayı dedi: "Əli ağa ixlaslı adamdır. Vəcihə
xanım, əgər kürəkənin olsa, bəxtin gətirib. Ən əsası odur
ki, yalançı və riyakar deyil; nə Allaha yalan deyər, nə də
bəndəyə. Bizimlə danışanda əvvəlcə İmam Əlidən (ə)
nəql olunan bu hədisi deyir: "Vicdan yeganə məhkəmədir
ki, orada hakimə ehtiyac yoxdur". Mahmud dayı çox
ciddi şəkildə dedi: "Amma bacı can, bir söz deyim, Əli
ağa özünü cəbhəyə vəqf edib, yaxşı fikirləş. Evlənən
kimi şəhərə qayıdıb evinə-ailəsinə yapışan adamlardan
deyil".
Anam etirazla dedi: "Məgər biz dedik ki, müharibədən
qayıtsın?! Mahmud can, məgər biz və anamız sənin və
Məhəmmədin cəbhəyə getməsinə qarşı çıxmışıq?!"
Nənəm bizə meyvə gətirirdi. O, Məhəmməd dayımın
adını eşidib ah çəkdi. Anam zirəkliklə mövzunu dəyişib
dedi: "İndi sən arvad alıb evdə oturmusan?!"
Dayım güldü.
– Məni Əli ağa ilə müqayisə edirsən?! Məni yüzə yox,
minə də vursan, yenə Əli ağa etməz.
Mahmud dayı ağaya qalxıb albomunu gətirdi və dedi:
"Mənim onunla bir neçə şəklim var".
Ə
li ağanın şəklini göstərmək üçün albomu vərəqləyə-
vərəqləyə dedi: "Məncə, iyirmi üç yaşı ancaq olar, amma
yaşı otuzu ötmüş bir kişi kimi görünür".
67
Mahmud dayı Əli ağanı tərifləyə-tərifləyə albomunu
vərəqləyirdi. O vaxta qədər izdivac haqda düşünəndə
gələcək yoldaşımı ucaboy, enlikürək, qaraqaş və qaragöz
təsəvvür edirdim. Heç vaxt fikirləşməzdim ki, bir gün
sarışın və mavi gözlü bir adamla ailə quracağam. Dayım
barmağını şəkillərdən birinin üzərinə qoyub dedi: "Bu
onun adamlarından biridir. Kəşfiyyat əməliyyatlarından
birində yaralanıb düşmən tərəfdə qalmışdı. Heç kəs onu
gətirməyə cürət etmirdi. Əli ağa özü ambulansın arxasına
keçib düşmən torpağına getdi və adamını götürüb gətirdi.
Bu işi yüz ambulans sürücüsünə desəydin, biri də cürət
etməzdi”.
Dayım əlini başqa bir şəklin üzərinə qoydu.
– Bu da Əli ağadır.
Xəcalət çəkib başımı aşağı saldım. Dayım dedi:
"Tabeliyində olanları çox fikirləşir. Komandirliyində
tələbkar və qanunsevərdir, amma ürəyin istəyən qədər
ürəyiyuxadır. Adamları kəşfiyyata gedəndə onlar gələnə
qədər yolda dayanır, axırıncı adam qayıtmayınca, özü
qayıtmır. Bu onun ürəyiyuxalığından irəli gəlir. Ailə-
uşağı ilə həyatında da mütləq belə olar".
Həmin gün Mahmud dayı günortaya qədər bizə Əli
ağanı təriflədi, onunla xatirələrindən danışdı.
Evə qayıdanda gec idi. Yolboyu Mahmud dayının
sözləri haqda fikirləşir, yaxşı hisslər keçirirdim. Ən
böyük arzuma çatdığımı düşünürdüm. Bütün fikri-zikri
cəbhə olan bir döyüşçü ilə yaşamaq sayəsində mən də
mütləq məqsədimə çatacaq və inqilaba kömək edəcəyim
yolu tapacaqdım.
Həmin gün şam yeməyindən sonra Mənsurə xanım,
ağa Nasir, Əli ağa, Əmir ağa, Hacı Sadiq, onun yoldaşı
ilə qızı Leyla və Əli ağanın bacısı bizə gəldilər. Mənsurə
68
xanımın yalnız bir qızı vardı. Qızını bizə təqdim edəndə
bir neçə saniyə təəccübdən ağzım açıq qaldı və yerimdə
dondum. Gözlərimə inanmadım. O, Məryəm idi,
avtobusda görüb xoşladığım və dost olmağı arzuladığım
sarışın və gözəl qız. İndi öz ayaqları ilə bizə gəlib
mənimlə üzbəüz dayanmışdı və baldızım olacaqdı. O da
məni görüb təəccüblənmişdi.
Digər tərəfdən, Əli ağa da öz əsgərlərindən olan
Mahmud dayımı görüb təəccüblənmişdi və müharibənin
ə
vvəllərində, 1980-ci ildə Mahşəhrdə itkin düşmüş
Məhəmməd dayımın taleyini soruşurdu.
Ə
li ağanın atası ağa Nasir zarafatcıl, şuxtəb və
mehriban bir kişi idi. Ortaboylu, nisbətən kök idi və
sarışın saçları vardı. Danışanda hamı onu həvəslə
dinləyirdi.
Ailənin ilk oğlu olan Hacı Sadiq 1958-ci ildən idi,
Qəhavənd sovetliyinin sədri idi. Həyat yoldaşı Münirə
xanım da müəllimə idi. İkiyaşlı qızları Leyla çox
ş
irindilli və sevimli uşaq idi. İkinci qardaş olan Əmir ağa
1960-cı ildən, ağüzlü, qaraqaş və qaragöz idi, qara eynək
taxmışdı və bütün qardaşlarından hündür idi. O,
Quruculuq cihadında çalışırdı. Həmin gecə çox mehriban
və qayğıkeş olduğunu bildim. Məryəmlə Əli ağa sarışın
və ağ üzlərindən analarına çəkmişdilər, Hacı Sadiqlə
Ə
mir ağa isə atalarına. Həmin məclisdə nikah
mərasiminin tarixini təyin etdilər: 27 mart, 1986-cı il.
Qərara gəldilər ki, bizim evimizdə əqd mərasimi olsun,
toy isə sonraya qalsın.
Mənsurə xanım mənə donluq parça hədiyyə etdi. O
parça ilə mən rəsmi şəkildə Əli ağanın nişanlısı oldum.
Gecə sağollaşanda Əli ağa üzünü hamıya tutub dedi:
"Haqqınızı halal edin".
69
Ertəsi gün səhər döyüşə gedəcəkdi. Mən də "şəfaət
yadından çıxmasın" demək istəyirdim, amma nə etdimsə,
bacarmadım.
Qış bitdi, bahar gəldi. Müharibə başlayandan bəri
bütün illərdə olduğu kimi, həmin il də bizim evimiz
novruz şənliyi görmədi.
Anam düşünürdü ki, çoxlu ailələr şəhid vermişlər,
matəmdədirlər və biz müharibə şəraitində yaşayırıq.
Həmin ailələrin dərdini bölüşmək məqsədi ilə bayram
keçirmirdik. Lakin bahar fəsli belə şeylərə baxmırdı.
Bahar gözəl gül-çiçəklərinin ətri ilə, yağışla və fərəhli
novruz yeli ilə gəldi.
Bayramın birinci günü nənəmgilə getdik, günortadan
sonra bibi və dayılarım ata-ananı görməyə gəldilər. İkinci
gün evdə oturub qonaq gözlədik. Anamın dərzi sexi tətil
idi və biz onu daha çox gördüyümüzə görə sevinirdik.
Bayramın yeddinci günündə bizim nikah mərasimimiz
olacaqdı, amma hələ heç bir iş görməmişdik; nə gəlin
bazarlığına getmişdik, nə də bu haqda söhbət olmuşdu.
Ə
li ağadan və ailəsindən də xəbər yox idi.
Martın 24-ü oldu. Bir gün qabaq atam Əli ağanın
müavininin şəhid olduğunu eşitmişdi. Anam həmişə
olduğu kimi səhər tezdən oyanmışdı və mətbəxdə məşğul
idi. Təxminən səhər saat 9-da məni yuxudan oyadıb
narahat halda dedi: "Firiştə, qalx. Radioda dedilər ki, Əli
ağanın müavini Museyib Məcidi şəhid olub. Bu gün dəfn
mərasimidir. Tez səhər yeməyini ye, gedək".
Röya və Nəfisə də oyandılar. Səhər yeməyini yedik və
geyinib yola düşdük. Yeni ilin əvvəlləri olsa da, Cənnət
bağı məzarlığı adamla dolu idi. Şəhid Məcidini dəfn
etməyə çoxlu adam toplaşmışdı. Dünəndən yağan qar
70
qəbirləri yuyub təmizləmişdi, məzarların çoxunun üstünə
səməni, gül, şirniyyat və novruz xonçası düzmüşdülər.
Sərin yel əsib Cənnət bağının bütün ağaclarını
tərpədirdi. Dəfndən öncə mərasim keçirilən yerə getdik.
Orada izdiham vardı. Camaatın arasında Mənsurə xanımı
və Məryəmi görüb çox sevindim.
Mikrofonla Quran oxuyurdular. Şəhərin vəzifəli
şə
xsləri, çoxlu pasdarlar və ordu zabitləri izdihamın
önündə dayanmışdılar. Məryəm dedi: "Şəhidi gətirdilər,
qabaqdadır. Ailəsi də oradadır".
Bu zaman Quran səsi dayandı və aparıcı tribunaya
çıxdı. Güclü səsi vardı. "Şəhid və siddiqlərin Rəbbinin
adı ilə" deyən kimi hamı sakit oldu. Cənnət bağına həzin
sükut çökdü. Aparıcı xalqın iştirakına görə təşəkkür edib
"Hüseyn köməkçiləri" diviziyasının Kəşfiyyat bölüyünün
komandir müavini Museyib Məcidinin şəhid olması
münasibəti ilə şəhidpərvər ümməti və o böyük şəhidin
ə
ziz ailəsini təbrik etdi, əlini camaata sarı uzadıb yellədə-
yellədə qışqırdı:
"Şəhidlərin dəfni üçün
Mehdi, gəl!
Mehdi gəl!"
Aparıcı yuyucuxananın ikinci mərtəbəsindəki ensiz
hündür balkonun üzərində dayanmışdı. Camaat da onunla
üzbəüz cənazə namazının qılındığı böyük əraziyə
toplaşmışdı. Cənnət bağının giriş qapısına və Şəhidlər
gülzarına qədər adam vardı. Ətrafıma baxdığım yerdə
Məryəm dirsəyi ilə qoluma vurub dedi: "Əliyə bax!
Dadaş Əlidir!"
Ə
li ağa balkonda mikrofonun arxasında dayanmışdı.
Onu görəndə nəfəsim dayandı. Bir neçə addım geriyə
çəkildim, anamın və Mənsurə xanımın gözündən uzaq
yerdə diqqətlə Əli ağaya baxdım.
71
İ
lk dəfə orada rahatlıqla, utanıb-çəkinmədən ona
baxdım. Gödəkcəsi hələ də əynində idi, düymələrini
bağladığından köynəyi görünmürdü. Üzü narahat və
qəmli idi. Enlikürək olsa da, arıq görünürdü. O, çıxışa
başladı.
– Museyib güllələrin, qəlpələrin, raketlərin övladı idi!
Museyib aclıqların, susuzluqların, yorğunluqların övladı
idi! Museyib dövrün Malik Əjdəri idi!
Bir qədər də geriyə çəkilib divara söykəndim və
diqqətlə qulaq asmağa başladım. Səsi qəm-kədərlə dolu
olsa da, gözəl və rahat danışırdı. Düşündüm ki, ona nə
qədər çətin və ağırdır! Görəsən, Museyib şəhid olanda
yanında imiş? Hansı hissləri keçirirmiş?
Məryəm məni çağırdı, gedib yanında dayandım.
Mənsurə xanımla o da ağlayırdılar. Məryəm ağlaya-
ağlaya dedi: "Ağa Museyib ilə Əli çox yaxın dost idilər.
Son zamanlar bizə çox gəlirdi, bizim üçün eynilə qardaş
kimi idi. Anam üçün Əmir, Əli və Sadiqdən fərqi yox
idi".
Cənnət bağının havası ağırlaşmışdı. Sanki bütün ölülər
məzarlardan qalxıb bizimlə hərəkət edirdilər. Səmanı
qara buludlar örtmüşdü. Sakit bir yerə çəkilib ağlamaq
istəyirdim. Məhəmməd dayıma darıxmışdım, ondan bir
xəbər gəlməsini arzulayırdım. Heç olmasa, nənəmin qəlbi
üçün olsa belə, cəsədi tapılaydı! Anam bərk ağlayırdı.
Bilmirdim Məhəmməd dayım üçün darıxmışdı, yoxsa
həqiqətən, ağa Museyibdən ötrü ağlayırdı.
Camaat yola düşəndə mən də ağlaya-ağlaya tabutun
arxasınca qaçdım. Camaatın “la ilahə illəllah” səsi
Cənnət bağını bürümüşdü. Kədərli və sıxıcı səhnə idi.
Sanki tabutun içində oradakıların hamısının əziz övladı
yatmışdı. Camaat xorla deyirdi:
72
Tərcümə:
"Bu gül ləçək-ləçək olmuşdur, Rəhbərə fəda
olmuşdur.
Şə
hidləri dəfn etmək üçün Mehdi, gəl! Mehdi
gəl!"
Gözüm Məryəmə sataşdı. Mənsurə xanımın qolundan
tutub bir tərəfdə dayanmışdı, əlindəki qumqumadan ona
su verirdi. Onlara yaxınlaşdım. Mənsurə xanım halsız idi,
rəngi qaçmışdı. Bir anlığa qorxdum.
Məryəm dedi: "Anamın böyrək rahatsızlığı var, ona
kədərlənmək və əsəbiləşmək olmaz".
Anam, Röya və Nəfisə də bizə çatdılar və Mənsurə
xanımın yaxşılaşması üçün əllərindən gələni etməyə
çalışdılar.
Hələ mərasim bitməmişdi. Biz Mənsurə xanım və
Məryəmlə birgə şəhərin əsas meydanı olan İmam
Xomeyni meydanına gəldik. Mənsurə xanımın vəziyyəti
bir qədər yaxşılaşmışdı. Anamla sağollaşanda danışdılar
ki, çərşənbə günü bizə gəlsinlər və gəlin bazarlığına
gedək.
Günəş batmaq üzrə idi və biz otaqda oturmuşduq.
Televizor açıq idi. Atam televiziya və xəbər izləməyi çox
sevirdi. Ucadan bizi çağırıb dedi: "Uşaqlar, Əli ağa!"
Həmədanın yerli kanalı cəbhədən reportaj verirdi. Əli
ağa bir təpənin üstündə oturub Ümmül-Qəsr yolu və
orada şəhadətə qovuşmuş döyüşçülər barədə danışırdı.
Deyirdi ki, düşmən təyyarələri əməliyyat zonasını
bombalamaqdan əlavə, hərdən yuxarıdan döyüşçülərin
başına dəmir, daş və qum kisələri də tökürdü.
73
Hamı həvəslə televizora və Əli ağaya baxırdı. Yalnız
mən sevincimi büruzə verə bilmirdim.
Ertəsi gün atam evdə deyildi. Təxminən səhər saat 10-
da qapı döyüldü. O vaxt altı yaşı olan Nəfisə qapını açdı.
Yanıma gəlib dedi: "Bacı can, Əli ağa gəlib".
Anam başına çadra atıb qapıya qaçdı. Nə qədər dəvət
etsə də, Əli ağa içəri girmədi. Mən səhər tezdən ütüləyib
hazırladığım mantomu, yaylığımı və çadramı geyindim
və anamla yola düşdük. Əli ağa və Mənsurə xanım
küçədə dayanmışdılar. Salam verdim. Əli ağa yenə başını
aşağı salmışdı. Həmin gödəkcə əynində idi və papağını
alnına qədər çəkmişdi. Qaşları da görünmürdü. Yavaşca
salamımı cavabladı. Əli ağa dostunun ağ reno maşını ilə
gəlmişdi. Mənsurə xanım qabaqda oturdu, anamla mən
də arxada. Həmin gün güzgüdə ilk dəfə mavi gözlərini
gördüm. Ötən axşam yağış yağmışdı, küçə təmiz, hava
xoş idi.
Ə
li ağa Şəriəti prospektinin ortalarında, İmam
meydanının yaxınlığında maşınını saxladı. Maşından
enib Müzəffəriyyə bazarına getdik. Əli ağa əlini cibinə
salıb öndə gedirdi. Büzüşmüşdü. Başını aşağı salmışdı və
danışmırdı. Mənim də danışmağa sözüm yox idi.
Bazara çatanda gəlib yanımda dayandı və çox
yavaşdan dedi: "Zəhra xanım, bağışlayın. Həmədanda
olanda yaxşı olar ki, yan-yana getməyək; hansısa şəhidin
anası, həyat yoldaşı və ya övladı bizi görər və ürəyi
sıxılar".
Təsdiq əlaməti olaraq başımı tərpədib dedim: "Baş
üstə".
Mənsurə xanım dedi ki, əvvəlcə üzük alaq.
74
İ
ki-üç zərgərdən başqa bütün mağazalar bağlı idi.
Bazarın ortasındakı Kibriyayi zərgərliyinə girdik.
Mənsurə xanım satıcıya dedi ki, üzük istəyirik.
Zərgər üzükləri önümüzə qoydu. Mənsurə xanım dedi:
"Firiştə xanım, bəyən". Üzüklərə baxıb əlimi ən yüngül
bir üzüyə apardım, taxıb yoxladım. Barmağıma idi.
Anam və Mənsurə xanım əlimdə üzüyə baxdılar. Əli
ağanın fikri isə başqa yerdə idi. Düşündüm ki, yəqin
Museyib Məcidini fikirləşir.
Mənsurə xanım dedi: "Firiştə can, bu, çox yüngüldür,
daha yaxşısını və ağırını götür".
Ə
li ağaya baxdım, onun da fikir bildirməsini
istəyirdim. Üzünə ağır kədər çökmüşdü. Mənsurə xanım
yenidən israr etdi.
Ə
li ağanın nəsə deməsini gözləyirdim. Öz-özümə
dedim ki, Əli ağa nə desə, o olsun. Əli ağa heç bir söz
demədi və mən həmin üzüyü götürdüm. Mənsurə xanım
Ə
li ağanın qulağına nəsə pıçıldadı. O, yaxınlaşıb zərgərlə
üzüyün qiyməti barədə danışdı. Zərgər üzüyü çəkib dedi:
"2500 tümən".
Ə
li ağa pulu sayıb satıcının önünə qoydu. Zərgər
faktura yazdı və üzüyü xırda qırmızı və ağ güllərlə
bəzənmiş kiçik çəhrayı qaba qoydu. Mənə və Əli ağaya
baxıb dedi: "Mübarəkdir! Allah xoşbəxt eləsin!"
Mənsurə xanım sevincək dedi: "İndi gedək paltar
alaq".
Ə
li ağaya baxdım. Əlləri hələ də ciblərində idi. Şad
görünürdü, amma utandığı hiss olunurdu. Mənsurə xanım
dedi: "Ağ bir qonaqlıq donu alaq, gəlinlik qalsın yaya".
Dedim ki, mən bu şəraitdə don istəmirəm.
Mənsurə xanım təəccüblə soruşdu ki, nə şəraiti?
75
Dedim ki, axı Əli ağanın müavini şəhid olub, o,
matəmdədir. Mənsurə xanım Əli ağaya baxıb dedi:
"Ölüm və həyat birgədirlər. Ağa Museyib şəhid oldu və
haqqı çatan yerə getdi, xoş halına! Lakin sağ adam
yaşamalıdır. Biz toy zamanını dünən təyin etməmişik ki.
Sonra da, məgər neçə dəfə gəlin olacaqsan?! Bir dəfə olur
və gərək bunun həzzini yaşayasan".
Başımı aşağı salıb heç nə demədim. Hamı yola
düşəndən sonra anama dedim: "Ana, razı olmayasan ha!
Mən gəlinlik geyinməyəcəyəm. Əli ağaya yazığım gəlir,
sanki bu gün zorla gətiriblər alış-verişə".
Anam yavaşca dedi: "Yaxşı, sən daha heç nə demə,
mən yoluna qoyaram".
Anam Mənsurə xanımı razı saldı və o, daha israr
etmədi. Dedi ki, onda heç olmasa, gedib güzgü və
ş
amdan alaq.
Müzəffəriyyə bazarının girişində böyük bir çilçıraq
mağazası var idi. Bütün güzgü və şamdanlara baxıb
qurtaranda Mənsurə xanım soruşdu ki, bir şey
bəyəndinmi?
Ə
n yüngül və ən ucuz güzgü və şamdanın önündə
dayanıb dedim: “Bu, yaxşıdır?”
Mənsurə xanım Əli ağaya baxdı. Mağazada bizdən,
satıcıdan və şagirdindən başqa kimsə yox idi. Əli ağa
yaxınlaşdı, seçdiyim güzgü və şamdanı görüb onun
vəziyyətini nəzərə aldığımı başa düşdü. Başqa bir güzgü
və şamdan göstərib dedi: "Bu necədir?"
Çox gözəl idi və yəqin ki çox da baha olacaqdı.
Saxsıdan idi, qabarıq rəngli güllərlə gözəlliyi dəfələrlə
artmışdı. O zaman belə güzgü-şamdanlar bazara yeni
gəlmişdi və çox dəbdə idi.
76
Yanımda dayanmış satıcıdan qiymətini soruşdum,
dedi: "3500 tümən".
Ə
li ağaya dedim: "Çox bahadır. Güzgü və şamdan
vacib bir şey deyil ki, bu qədər pul verək".
Ə
li ağa qulaq asırdı. Yenidən dedim: "Mənim
gördüyüm güzgü-şamdan yaxşı deyildi? Amma kaş oval
olaydı!”
Bizim seçimimizi gözləyən satıcı dedi: "Təsadüfən,
anbarda bunun ovalı var". O, kiçik otaqda çilçıraq
asılqanlarını vuran şagirdini səsləyib dedi: "Tez anbara
get və bu güzgünün ovalını gətir".
Artıq məsələ bitmişdi. Daha heç kim heç nə demədi.
Satıcının şagirdi çevik idi; tez qayıtdı, güzgü-şamdanı
hazırlayıb səbirlə qutusuna yığdı və bizə verdi. Qiyməti
1000 tümən idi.
Mənsurə xanımın israrı ilə qara-qızılı rəngli kiçik bir
ə
l çantası və ağ bir çadralıq aldıq. Gəlin paltarı olaraq
qara və qırmızı qırmızı zolaqlı sadə ağ don və bir cüt
qızılı ayaqqabı da aldıq.
Anam Əli ağaya kostyumluq parça aldı. Rəngi çox
gözəl idi. Hərçənd Əli ağa onu tikdirməyə macal
tapmadı.
Günortaya yaxın idi. Mənsurə xanım yorulmuşdu. Əli
ağa maşını bazarın girişinə gətirdi. Əvvəl Mənsurə
xanımı evinə qoydu, sonra da bizi. Evimizə çatanda nə
qədər israr etdiksə, içəri girmədi. Bazarda olduğumuz
müddətdə bir neçə cümlədən artıq danışmasaq da,
sağollaşanda gülümsəyib dedi: "Zəhra xanım, bağışlayın,
pis keçdi. Mənim halım uyğun deyildi".
Sağollaşıb gedəndə boğazımı qəhər tutdu. Nahar
yeməyinə qalmasını istəyirdim. Bilirdim ki, bizdə olsa,
ə
hvalı daha yaxşı olar: atamla söhbət edər, anam bir söz
77
deyər, Nəfisə şirindillik edər. Qalıb bir qədər
sakitləşməsini istəyirdim.
Martın 26-da xəstələndim, iştahım kəsildi. Anam
nigaran oldu. Atamla birgə küçəmizin başındakı İmam
Xomeyni xəstəxanasına getdik. Doktor məni müayinə
edib qida zəhərlənməsi diaqnozu qoydu. Mənə serum
qoşdular, iynə vurdular və bir saatdan sonra bir kisə
dərmanla evə döndük.
Zəhərlənmədən və ya həyəcandan olduğunu bilmirəm,
amma nikah mərasiminin gecəsi səhərə qədər yata
bilmədim.
Səhər yuxudan ayılıb güzgüdə özümə baxanda məni
qorxu bürüdü: rəngim saralmış, gözümün altında çökək
ə
mələ gəlmişdi. Sanki dərimin altında bir damla qan da
yox idi.
Evdə sakitlik idi. Anam getmişdi, atam da paltarlarını
geyinib getməyə hazırlaşırdı. Evimiz nikah mərasimi
keçiriləcək evə əsla bənzəmirdi. Atamdan anamı
soruşdum, narahat halda dedi: "Cənab Rüstəminin oğlu
və qardaşı oğlu şəhid olublar, anan oraya getdi".
Cənab Rüstəminin evi bizim evimizlə üzbəüz idi. İki
qardaş iki bacı ilə ailə qurmuşdular və bir evdə
yaşayırdılar. Atamın dediyinə görə, hər iki qardaşın
oğulları Vəlfəcr-8 əməliyyatında itkin düşmüşdülər. Bu
xəbəri eşidib pis oldum.
Günortadan sonrakı mərasimimiz və iki şəhid vermiş
cənab Rüstəminin ailəsi haqda düşündüm. Qonşumuzun
bu vəziyyətinə çox üzüldüm. Ata-analarını fikirləşir və
onlara acıyaraq ağlayırdım.
Səhər saat on bir idi və bizim evimizdə hələ də
bayram və nikah mərasimi ab-havasından əsər-əlamət
78
yox idi. Hamımız cənab Rüstəminin ailəsinin başına
gələnlərin təsiri altında idik.
Anamın bir ayağı orada idi, bir ayağı öz evimizdə.
Mətbəxdə yemək bişirdiyim zaman Nəfisə həyətdən
çağırdı: "Firiştə can, Mahmud dayının səninlə işi var".
Qazı bağlayıb qaçdım. Dayım həyətdə dayanmışdı.
Anam da orada idi. Söhbət edirdilər. Dayım məni görən
kimi dilxorluqla dedi: "Bu nə deməkdir?! Firiştə, nə üçün
heç bir iş görməmisiniz?! Nə üçün nikah süfrəsini
hazırlamamısınız?!"
Təəccüblə ona baxıb çiynimi çəkdim: "Mən nə bilim?!
Mənə heç kim heç nə deməyib".
Dayım saata baxıb mənə və anama acıqlandı.
– Saat on birdir.
Anam dedi: "Mahmud can, qonşumuz cənab Rüstəmi
iki şəhid verib".
Dayım tələsik həyətin qapısına tərəf gedib dodaqaltı
mızıldandı.
– Məgər nə edəcəksiniz ki?! Orkestr gətirəcəksiniz?!
Sonra üzünü mənə çevirdi.
– Firiştə, get qonaq otağını təmizlə, mən gəlirəm.
Dayım bunu deyib getdi. Anam özünü itirdi. Cəld
ş
kafdakı boğçanı açıb kişmirdən olan gəlinlik səccadəsini
çıxardı və qonaq otağında üzüqibləyə sərdi. Quranı və
rəhli mənə verib dedi: "Sən səliqəlisən, özün düz".
Güzgü və şamdanlar bizdə idi. Onları qutudan çıxarıb
sildim, güzgünü parıldadıb süfrənin ortasına qoydum.
Quran rəhlini güzgü ilə üzbəüz qoydum. Yaşıl cildli
Quranın şəkli güzgüyə düşdü.
Röya bir güldan təbii güllə otağa girdi. Güldanın
dövrəsinə alüminium kağız bükülmüşdü. Dedi ki, bunu
Ə
li ağa verdi.
79
Soruşdum ki, içəri girdi?
Dedi ki, yox, anamla cənab Rüstəminin evinə getdilər.
Güldanı güzgü və şamdanın yanına qoydum. Ağ və
çəhrayı novruzgülü güllərinin şəkli də güzgüyə düşdü.
Fikirləşdim ki, kaş mən də onlarla birgə gedib başsağlığı
verəydim.
Az sonra dayım gəldi. Öz nikah süfrələrindən qalan
ş
eyləri gətirib süfrəyə qoydu: gümüşü rəngli fındıq-qoz
səbəti, gümüşü əklillə bəzədilmiş bir neçə parça quru
səngək çörəyi, üzük yeri olan gips əklilli iki ağ sədəf,
nabat, noğul və gül.
Dayım gələndən sonra hamı tələsməyə başladı. Atam
bayıra çıxdı və az sonra bir qutu şirniyyatla qayıtdı. Yenə
gedib bir neçə qutu alma və portağal gətirdi. Növbəti dəfə
gedib yulğun şirniyyatı və şokolad aldı. Hər dəfə
qayıdandan sonra anam yeni bir sifariş verirdi.
Nahara nənəm də gəldi. Məni görən kimi dedi:
"Vəcihə, Firiştəni salona aparmamısan?!"
Anam mənə baxıb çiyinlərini çəkdi. Nənəm
deyinməyə başladı.
– Qalx. Mən belə gəlin görməmişəm. Tez ol, heç
olmasa, üzünü təmizlə.
Anamın hər barmağından bir hünər yağırdı. Mahir
dərzi olmasından əlavə, qadın bəzəməyi də bacarırdı.
Nənəmin tapşırığı ilə saçımı burdu. Anam saçımı
düzəldə-düzəldə nənəmə deyirdi ki, günortadan qabaq
Ə
li ağa ilə Şəhid Rüstəminin evinə getmiş və onlardan
icazə almışlar. Əli ağa demişdi: "Bizim xüsusi bir
mərasimimiz olmayacaq, amma sizin icazəniz vacibdir".
Saçım hazır olanda aldığımız donu geyindim. Lakin
otağa girən kimi nənəm üz-gözünü turşudub dedi: "Bu
nədir?! Bəs gəlinlik paltarı almamısınız?"
80
Mən dedim: "Bu, yaxşıdır; həm gəlin paltarıdır, həm
də Əli ağaya görə qara xətləri var".
Nənəm başını yelləyib deyindi. Anam dodağını
dişləyib işarə ilə bildirdi ki, heç nə deməyim.
Nahar yeməyini yenicə yemişdik ki, qonaqlar gəldilər.
Bibilər, əmilər, əmilərin yoldaşları, dayım, dayımın
yoldaşı və başqa bir neçə yaxın qohumumuz bizim
tərəfimizdən çağırılmışdılar.
Saat
dördün
yarısında
Ə
li
ağa,
ailəsi
və
qohumlarından bir neçə nəfər gəldilər. Əli ağa yenə
gödəkcəsini geyinmişdi, tünd boz şalvar və qəhvəyi
köynəklə. Böyük bir tort da gətirmişdilər. Tortu nikah
süfrəsinin ortasına qoydular.
Başıma atdığım çadra ağ idi və xırda mavi gülləri
vardı. Süfrənin başında oturmuşdum. Bütün otaq xanımla
dolu idi. Əli ağa bir neçə dəqiqəliyə otağa girdi, nikah
süfrəsinin başında mənim yanımda oturmaq istəyirdi.
Lakin orada xanımların oturduğunu görüb kişilərin
toplaşdığı dəhlizə getdi. Mehdi əmi foto çəkirdi.
Məryəm başıma qənd səpirdi. Birdən dəhlizdən
salavat və gülüş səsləri ucaldı. Anam dəhlizə çıxıb
qayıtdı. Onun ardınca Mənsurə xanım və Məryəm də
gedib-gəldilər. Məryəm dedi: "Əli ağanın dostları
gəldilər. Əli dostlarından heç kimi dəvət etməmişdi,
bilmirəm özləri haradan xəbər tutublar".
Mənsurə xanım sevincək dedi: "Əmir deyir ki,
dostlarından biri öyrənib hamıya xəbər verib. Bizi
izləyiblər. Çatandan sonra küçədə gizləniblər və biz içəri
girəndə onlar da "ya Allah" deyə-deyə içəri girdilər.
Allaha şükür ki, Əlinin ətrafında adam çoxdur və dostları
onun yanındadırlar".
81
Baqir əminin səsi gəldi. Təsnif oxuyurdu:
Tərcümə:
"Əgər mömin və sadiqsənsə, Bizimlə müvafiq
olarsan.
Hər bir münafiqin acığına, Məhəmmədə
salavat!
Səmada mələk varmış, Məhəbbəti cana
düşmüş.
Ə
rşə gözəl yazılmış: “Məhəmmədə
salavat!”
Ş
übhəsiz, Əli vəli idi, Peyğəmbərin yetirməsi
idi,
Ə
li hamının şahı idi. Məhəmmədə
salavat!"
Ə
li ağanın dostları gələndən sonra ab-hava dəyişdi.
Kişilərin xorla salavat səsi qadınları da salavata
həvəsləndirdi.
Az sonra qapının önündə dayanmış anam dedi: "Ağa
nikah əqdin oxuyur".
Ürəyim əsməyə başladı. Elə bildim ki, ramazan ayıdır
və sübh azanına çox az qalıb; tələsik dua etməyə
başladım. Allahdan istədim ki, bizi xoşbəxt etsin, bizə
Məkkə və Kərbəla ziyarəti qismət eləsin.
Sonra Quranı götürüb oxumağa başladım.
Ə
hməd dayım mənim vəkilim olmuş və məclisdə
mənim yerimə "bəli" demişdi. Əhməd dayım nikah
ş
öbəsinin böyük dəftəri ilə otağa girib məndən çoxlu
imza aldı. Anam dedi ki, nikahı Ayətullah Nəcəfi oxudu.
82
Yenidən kişilərin salavat səsi gəldi. Baqir əmim
oxuyurdu:
Tərcümə:
"Aç ağzını, nə qədər ki, Varındır hərəkət.
Məhəmmədin gül üzünə Hər an, hər an
salavat!”
Salavat səsi evi başına almışdı. Anam qapının
önündən bizə səslənib dedi: "Xanımlar, kürəkən təşrif
buyurur".
Başlarından çadraları düşmüş qadınlar özlərini
səliqəyə saldılar. Əli ağa, Mahmud dayı və atam içəri
girdilər.
Ə
li ağa yanımda oturub utana-utana yavaşdan salam
verdi, halımı soruşdu. Mahmud dayı böyük dəftəri
qarşıma qoydu və imzalamalı olduğum yerləri göstərdi.
Məryəm içində üzük olan sədəfi Əli ağanın önünə
qoydu. Əli ağa özünü itirib üzüyü götürdü, mənim
sağımda oturduğuna görə, sağ əlimi tutdu və üzüyü
barmağıma taxdı. Yavaşca dedim: "Buna yox, sol əlimə".
Sol əlimi yaxınlaşdırdım. Əli ağa qızarmışdı, üzüyü
çıxarıb bu dəfə sol əlimin barmağına taxdı.
Atam Əli ağaya aldığı əqiq qaşlı gümüş üzüyü onun
barmağına taxdı.
Ötən il ailəvi şəkildə ümrəyə gedəndə atam oradan
gələcək kürəkəninə qəşəng bir rado saatı almışdı. Onu
hədiyyə olaraq Əli ağaya verdi.
83
Birdən gözüm güzgüdə Əli ağaya sataşdı. Mənə
baxırdı. Utanıb tez baxışımı gizlətdim və başımı aşağı
saldım. Əli ağa ilk dəfə onda məni düz-əməlli görürdü.
Ertəsi gün anam sexə getdi, mən də bacılarımla evi
təmizləməyə başladım. Zəhərlənmənin təsiri hələ
bədənimdən çıxmamışdı. Anam günorta gələndə dedi:
"Səhər siz yuxuda olanda Əli ağa gəldi və axşama bizi öz
heyətlərinə dəvət etdi".
Axşam ailəvi getdik. Bloklarının önündə içində işıq
yanan ağ tablo vardı. Tabloya belə yazılmışdı: "Şəhidlər
yolu heyəti".
Heyəti Əmirlə Əli ağa təsis etmişdilər və ilk dəfə idi
məclis onların evlərində keçirilirdi.
Elə biz də ilk dəfə idi onlara gedirdik. Hünəristan
binalarının dördüncü mərtəbəsində yerləşən üçotaqlı ev
idi. Əsasən, kişi məclisi idi. Qadınlar tərəfdə mən, anam,
bacılarım, Mənsurə xanım, Məryəm və Münirə xanım
oturmuşduq. O axşam öyrəndim ki, Mənsurə xanımın
Hacı baba və Xanımcan dedikləri ata-anası, yeganə bacısı
Fatimə xala və Mənsurə xanıma çox oxşayan qardaşı
Məhəmməd
dayı
Tehranda
yaşayırlar.
Məryəm
Xanımcanın Xarici İşlər Nazirliyində işləyən qonşusunun
oğlu ilə nişanlı idi və yayda toy edib Tehrana köçəcəkdi.
Ə
li ağa bizim oturduğumuz otağa gəlib xoşgəldin
dedi. Bizi gördüyünə çox sevindiyi hiss olunurdu. Daha
məclisin sonuna qədər Əli ağanı görmədim. Məclisdən
sonra bir dostunun maşını ilə bizi evimizə apardı.
Sağollaşanda atamın evə girməsinə qədər gözlədi, sonra
anama dedi: "Hacı xanım, sabah ağa Mahmud və yoldaşı
ilə Quma getmək istəyirik. İcazə verirsiniz Zəhra xanım
da bizimlə gəlsin?"
Anam bir qədər dayanıb dedi: "Atasına dediniz?"
84
Ə
li ağa əllərini ovuşdurub dedi: "Yox. Düzü,
utandım".
Anam gülümsünüb dedi: "Yaxşı, mən indi ona
deyərəm. Sabah gəlin, əgər icazə versə, Firiştə də sizinlə
gedər".
Ə
li ağa daha heç nə demədi, sağollaşıb getdi. Anam da
atamdan icazə alıb gecə ikən mənə kiçik bir çanta
hazırladı. Bir-iki dəst paltar, namaz çadrası, dəsmal və
pasportumu qoydu. Sübh namazı vaxtı da lazım olan
tövsiyələri verdi.
Səhər yeməyi yeyəndə Əli ağa zəngi çaldı. Atam
qapını açdı. Mahmud dayı və yoldaşı da orada idilər.
Anam dayımı və dayım yoldaşını görüb sevindi, məni
dayıma tapşırdı və dayımın yoldaşına bəzi tövsiyələrini
verdi.
Ə
li ağa dostunun köhnə peykanını sürürdü. Dayım
qabaqda oturdu, mənimlə dayım yoldaşı da arxada. Anam
arxamızca su tökdü, atam dua və salavatla bizi həmişə
üstündə olan cib Quranının altından keçirdi. Əli ağa
mühərriki işə saldı, maşın qarıldayıb yola düşdü. Dayım
yoldaşı ilə mən arxada söhbətləşirdik, Əli ağa ilə
Mahmud dayı da qabaqda. Yolun ortasından Mahmud
dayım lətifə söyləməyə və xatirə danışmağa başladı. O
qədər güldük ki, nə vaxt günorta olduğunu və Savəyə
çatdığımızı bilmədik. Bir kababçıya getdik. Əli ağa özü
ilə mənə plovla sultani kababı sifariş verdi. Mən Əli ağa
ilə üzbəüz oturduğumdan yeməyə utanırdım. Plov və
kababımdan azca yeyib kənara çəkildim. Bilmirəm
nədənsə dayım yoldaşı da belə etdi. Onun da xörəyinin
yarısı qaldı. Mövzu axtaran Mahmud dayım bunu da
gülüş mövzusuna çevirdi. O, deyirdi: "Əli ağa, heç qəm
85
eləmə, bizim ki belə xanımlarımız var, bir ilə hacı olarıq.
Gələn il bu vaxt hər ikimiz Məkkədəyik".
Sonra yoldaşının boşqabından kabab götürüb ağzına
qoydu və iştahla yeyə-yeyə dedi: "Həm də hər ikimiz
kökələcəyik, bunlar heç nə yemirlər. Mən bir neçə aya
gonbul olacam".
Yanaqlarını köpürdüb kök adamların tərzini çıxardı və
sözünə davam etdi.
– Gələn il bu vaxt nəinki maşın, hətta evimiz də
olacaq.
Dayım danışır, biz də gülürdük.
Axşamçağı Quma çatdıq. Kişilər hərəmin yaxınlığında
bir hotel tapdılar. Pasport istədilər. Hamımızda pasport
vardı, amma dayım yoldaşı ilə mənim pasportumda şəkil
yox idi.
Ə
li ağa hotelin işçiləri ilə nə qədər danışdısa, faydası
olmadı. Əmakin idarəsinə getməyə məcbur olduq. İki-üç
saata idarəni tapdıq və icazə alıb hotelə qayıtdıq.
Ə
li ağa və Mahmud dayı çantalarımızı otaqlara
qoydular. Biz salonda gözləyirdik. Əvvəlcə hərəmə
getmək istəyirdik. Dayımla yoldaşı bir-biri ilə danışa-
danışa öndə gedirdilər, Əli ağa ilə mən isə sakit
addımlayırdıq. Onun sözünü xatırlayıb bir neçə addım
geriyə qaldım. O, dayanıb mənim çatmamı gözləyir, mən
də tez-tez geri qalırdım. Axırda səbir kasası doldu və
soruşdu: "Yorulmusan?"
Cavab verdim: "Yox, özünüz dediniz ki, küçədə bir
yerdə getməyək. Şəhid ailələri yadınızdadır?!"
Ə
li ağa gülümsünüb dedi: "Bunlar Həmədana aiddir,
burada bizi kimsə tanımır".
Gecə yarısı hotelə qayıtdıq. Otaqlar ikinci mərtəbədə
idi. Dayım cibindən açarı çıxardı, bir otağın qapısını açıb
86
yoldaşını içəri dəvət etdi. Mən hara getməli olduğumu
bilmirdim.
Ə
li ağa yandakı otağın qapısını açıb dedi: "Buyurun".
Həm utanır, həm də qorxurdum. İki yol ayrıcında
qalmışdım. Dayımın yoldaşına baxdım, gözlərimlə
yalvardım ki, məni öz yanına apar, amma o, "gecəniz
xeyrə qalsın" deyib getdi. Çarəsiz qalıb otağa girdim.
Özümü təhlükədə hiss edirdim, otağın ab-havası mənə
ağır gəlirdi. Pəncərənin yanındakı iki kreslonun birində
oturdum.
Ə
li ağa otaqda gəzişir və guya əşyalarla məşğul
olurdu. Otaqda bir-birindən ayrı iki çarpayı vardı,
aralarına kiçik bir stol qoymuşdular. Otaqda kiçik bir
soyuducu, bir televizor, iki kreslo və bir jurnal stolu da
vardı. Əli ağa soruşdu: "Yuxun gəlmir? Yorğun
deyilsən?"
Özümü itirdim.
- Yox.
Psixoloji vəziyyətimi başa düşdü, qollarını çırmalayıb
tualetə girdi. Bir müddət ötdü, gəlmədi. Qalxıb
pəncərənin arxasında dayandım. Həzrət Məsumənin
məqbərəsinin günbəzi və minarələri görünürdü. Qəşəng
və ürəkaçan mənzərə idi, gözümü çəkmək istəmirdim.
Gec olsa da, maşınlar gedib-gəlirdilər. Suhan halvası,
təsbeh və sovqat mağazalarının rəngli neon işıqları yanıb-
sönürdü. Məqbərəyə gedən səkilərdə çoxlu adam vardı.
Ə
li ağa tualetdən çıxdı, üzü yaş idi və köynəyinin
qollarını aşağı salırdı. Məni görəndə təəccüblə dedi:
"Hələ yatmamısan?"
Dedim: “Yuxum gəlmir”.
Gülümsəyib dedi: "Bəllidir ki, həm yuxun gəlir, həm
də yorğunsan. Mən namaz qılmaq istəyirəm, bəzi işlərim
87
də var. Əgər mənim yanımda narahatsansa, aşağı
düşüm".
Dedim ki, yox, rahat olun.
Dedi: "Onda sən də rahat ol və yat. İstəyirsən işıqları
söndürüm?"
Mən cavab verməmiş işıqları söndürdü və namaza
başladı. Fürsətdən istifadə edib çadramı çıxardım və
ə
dyalı başıma çəkdim. Yorğunluqdan çox tez yuxuya
getdim.
Azan səsinə yuxudan oyandım və özümdən asılı
olmadan, Əli ağanın çarpayısına baxdım.
Çarpayıda heç kim yox idi, amma ədyal kənara
düşmüşdü.
Küçənin
işıqları
otağı
işıqlandırırdı.
Çarpayının üstə oturdum. Şırıltı səsi gəlirdi və tualetin
işığı yanırdı. Qalxıb çadramı başıma atdım. Əli ağa
dəstəmaz almışdı və tualetdən çıxırdı. Salam verdim.
Təəccüblə dedi: "Salam. Sən oyaqsan?! Deyəsən, çox
yorğun idin, başını yerə qoyan kimi yatdın".
Dedim ki, bəli, yorulmuşdum.
Dedi: "Ağa Mahmudla sübh namazına məqbərəyə
getmək istəyirik, gəlirsən?"
Dedim ki, dəstəmaz almamışam.
Otağın qapısını açdı.
– Mən ağa Mahmudun otağının qapısını döyüncə sən
də dəstəmaz al.
***
Səhər yeməyindən sonra Tehrana yola düşdük.
Təxminən 40 dəqiqə yol getmişdik ki, birdən dayım qəliz
Həmədan ləhcəsi ilə dedi: "Ay səni! Suhan almaq
yadımızdan çıxdı".
88
Əli ağa ayağını qazın üzərindən götürdü, maşının
sürəti azaldı. Dedi: "Nə edək? Qayıdaq?"
Mən və dayım yoldaşı maşının arxasında oturmuşduq,
ikimizi də gülmək tutdu.
Dayım dedi: "Məgər Quma gedib suhan almamaq
olar?!
Bizi
Həmədana
buraxmazlar,
gözlərimizi
çıxararlar".
Bir qədər öndə dönməyə yer vardı. Əli ağa döndü və
yenidən Quma sarı hərəkət etdik. Quma çatmamış yolun
kənarında iki-üç mağaza vardı. Bir neçə qutu suhan aldıq
və deyib gülə-gülə qayıtdıq.
Qum şəhərindən təxminən bir saat idi ayrılmışdıq ki,
birdən maşın guruldamağa başladı. Dayım dedi: "Vay-
vay, bu maşın da öskürməyə başladı".
Biz yenə güldük. Əli ağa maşını yolun kənarında
saxladı. Yerə enib kapotu açdı. Dayım da ona kömək
etdi. Mən və dayım yoldaşı maşından endik. Dayım
yoldaşı soruşdu: "Nə olub, Mahmud ağa?"
Dayım gülə-gülə dedi ki, inadkarlıq edir.
Fürsətdən istifadə edib ətrafda gəzişdik. Sərin külək
ə
sirdi. Uzaqda bir neçə ağac, dağ, təpə və yaşıl çöllük
vardı. Sürətlə şütüyən yük və minik avtomobillərinin səsi
yaxınlığımızda yeri dimdikləyən və yolçuların artığını
yeyən sərçələrin cik-cik səsini yaxşı eşitməyə qoymurdu.
Ə
li ağa və Mahmud dayı qollarını çırmayıb maşının
ürək və bağırsaqlarını yerə tökdülər.
Bir saatdan sonra maşın işə düşdü və biz salavatla
maşına mindik. Dayım yeni mövzu tapmışdı və maşını
ə
lə salırdı. Bir kilometr getməmiş maşın yenidən
pırıldadı və söndü.
89
Dayım zarımağa başladı. İndi Əli ağa gülüb deyirdi:
"Dedim axı, bu maşın kövrəkdir, sən qulaq asmadın, indi
buyur, küsdü!"
Ə
li ağa ilə dayım maşından enib onu ehtiyatla yolun
kənarına gətirdilər. Biz maşında idik, tez-tez salavat
deyib, dua edirdik ki, pis bir hadisə baş verməsin. Bu
dəfə maşının benzini bitmişdi. Əli ağa iyirmilitrlik boş
yanacaq qabını Mahmud dayıma verib dedi: "Sən olasan,
bir də bizim dilsiz dostumuz olan maşını ələ salmayasan!
Qaç, üçəcən sayınca qayıtmısan".
Dayım qayıdınca çox uzun çəkdi, benzini baka
boşaltdılar və maşın yenidən yola düşdü.
Səhər tezdən yola çıxmışdıq, saat dörddə Tehrana
çatdıq. Ac-susuz və yorğun idik. Şəhərin girişində
Azadlıq Meydanının ətrafındakı küçələrin birində nahar
yedik. Bir neçə hotelə baş çəkdik, amma yenə də
pasportumuzda şəkil olmadığına görə bir yer tapa
bilmədik.
Çox məsləhət-məşvərətdən sonra qərara gəldik ki,
Kərəcə gedək. Əli ağa düşünürdü ki, orada Tehran kimi
tələbkarlıq olmaz və bir yer tapa bilərik.
Dayımın yoldaşı yorğunluqdan yuxuya getmişdi. Mən
təqvimdə 30 mart 1986-cı ilin önündən həmin günün
hadisələrini yazırdım. Mahmud dayım yoldaşı oyanmasın
deyə yavaşca dedi: "Təqviminə nə yazırsan?"
Ə
li ağa gülərək dedi: "Zəhra xanım, əgər səfərimizdən
yazırsansa, pisləmə, yaz ki, çox yaxşı keçdi".
Mahmud dayı yenidən zarafata başladı.
– Birdən bizi pisləyərsən orada, eşitsəm, gözünü
çıxararam.
Sonra bizim kabab yeməyimizi, benzinin bitməsini və
özünün benzin ardınca sərgərdan olmasını yada saldı. Bu
90
hadisələri o qədər bəzəyib danışdı ki, gülüşümüzə yoldaşı
oyandı.
Gecə Kərəcə çatdıq. Əli ağa ilə dayım bir
mehmanxana tapdılar. Onlar şəkilli pasporta ehtiyac
olmadan bizə iki otaq verdilər.
Mehmanxana sarıdan arxayın olandan sonra qərara
gəldik ki, gedib Kərəcin küçələrində bir qədər gəzək.
Dayım və dayım yoldaşı çalışırdılar ki, Əli ağa ilə mən
bir yerdə yeriyək. Dayım Əli ağanı mənə tərəf itələyirdi,
dayım yoldaşı da məni onun yanına göndərirdi. Lakin hər
ikimiz utanırdıq və bir qədər aralıda başıaşağı yol
yeriyirdik. Şam yeməyini bayırda yedik və gecəyə qədər
şə
hərdə gəzdik.
Ertəsi gün səhər Həmədana qayıtdıq, Əli ağa evimizə
gəlib məni anama tapşırdı və sağollaşıb getdi.
Sağollaşanda ünvanını verdi ki, ona məktub yazım.
|