GÜnahşÜnasliq müƏLLİF: MÖHSİn qəRAƏTİ



Yüklə 4,48 Mb.
səhifə18/24
tarix28.03.2017
ölçüsü4,48 Mb.
#12709
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

TöVBə Və SAFLAŞMA


Tövbə və onun Allah tərəfindən qəbul edilməsi Allahın insanlara verdiyi ən böyük qiymət və ne’mətlərdəndir. Demək olar ki, tövbə və onun qəbul olunması Allahın insana qarşı böyük rəhmət və mehribançılığının əlamətidir. Tövbə günahları tərk edib Allaha tərəf dönüş deməkdir. Tövbə insanın Allah qarşısında üzr istəməyinin ən yüksək mərhələsidir. Rağib özünün «Müfrədat» kitabında yazır: «Üzr istəmək üç yerə bölünür:

1. Üzr istəyən şəxs üzr istəyən zaman deyir:

«Mən filan işi görmüşəm.»



2. Üzr istəyən şəxs gördüyü işi boynuna alır, lakin etdiyi günahın səbəbini göstərir.

3. Üzr istəyən şəxs deyir: «Filan işi görmüşəm. Onun pis iş olmasını boynuma alıram. İndi isə gördüyüm pis işdən peşman olmuşam».

Belə üzr istəməyin adı tövbədir.

Rağib sonra yazır: İslam dinində tövbə etməyin dörd şərti var:

1. Günahları tərk etmək.

2. Günahdan peşman olmaq.

3. Tövbə etdikdən sonra daha günah etməməyi qərara almaq.

4. Günah etdiyi günlərin əvəzini ibadət etməklə çıxmaq».

Tövbə çirkli paltarı bədəndən çıxarıb yerinə təmiz paltar geymək, yaxud çirkli və bulaşıq bədəni hamamda yumaq kimidir. «Hud» surəsinin əvvəlində Allah-təalanın insanları hidayət etməsi dörd mərhələdə xülasə olunmuşdur:



1. Tövhid (Allahı yeganə bilmək).

2. Müşrik adamlarla mübarizə aparmaq.

3. Günahlardan təmizlənmək.

4. Allah tərəfinə qayıtmaq.

Yə’ni insan özünü ilahi sifətlərə malik etsin. «Hud» surəsinin 3-cü ayəsində üçüncü və dördüncü mərhələ haqqında belə oxuyuruq:



وَاَنِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا اِلَيْهِ

«Və belə ki, Allahdan bağışlanmaq istəyin (ki, sizin günahlarınızı bağışlasın), sonra Ona tərəf qayıdın.»

Tövbə ilə Allahdan bağışlanmaq istəməyin bir ayədə yan-yana gətirilməsi onu bildirir ki, bunlar bir-birindən fərqlidirlər. Yə’ni birincisi özünü günahlardan təmizləmək, ikincisi (tövbə) isə ilahi xüsusiyyətlərə yiyələnmək deməkdir. Həmçinin, bu ayədə Allahdan bağışlanmaq istəməyin tövbədən qabaq qeyd olunması bizə öyrədir ki, insan əvvəlcə özünü günahlardan təmizləməli, sonra mə’nəvi dəyərlərə və ilahi xüsusiyyətlərə yiyələnməlidir. Əvvəlcə çirkli paltarı geyinməli və ya batil əqidələri qəlbindən yox etməli, sonra qəlbində həqiqi Allaha yer verməlidir.


Quranda tövbə haqqında olan ayələr


Qur’an ayələrində Allah-təalaya 91 dəfə «Ğəfur» (çox bağışlayan) və beş dəfə «Ğəffar» (ən çox bağışlayan) deyilmişdir. Çoxlu ayələr də camaatı Allaha tərəf qayıtmaq üçün çağırır və onların etdikləri günahlara görə Allahdan bağışlanmaq istəməyə də’vət edir. Bu ayələrdə 80 dəfədən çox tövbədən söz açılmışdır. Burada onlardan bir neçəsini nəzərdən keçirək:

1. «Ali-İmran» surəsinin 135-ci ayəsində oxuyururq:

وَالَّذِينَ اِذا فَعَلُوا فاحِشَةً اَوْ ظَلَمُوا اَنْفُسَهُمْ ذَكَرُوا اللهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ

«(Pəhrizkar insanların əlamətlərindən biri də budur) Pis iş görən zaman və yaxud özlərinə zülm edəndə, Allahı yada salar, günahlarının bağışlanmasını diləyərlər».

2. «Nisa» surəsinin 110-cu ayəsində oxuyuruq:
وَمَنْ يَعْمَلْ سُوءً اَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللهَ يَجِدِ اللهَ غَفُوراً رَحِيماً

«Hər kəs pislik edə və ya özünə zülm edə, sonra Allahdan bağışlanmaq istəyə, Allahı bağışlayan və rəhimli görəcək».



3. «Maidə» surəsinin doqquzuncu ayəsində oxuyuruq:


وَعَدَ اللهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصّالِحاتِ لَهُمْ مَغْفِرَةٌ وَاَجْرٌ عَظِيمٌ

«Allah iman gətirənlərə və yaxşı işlər görənlərə bağışlanmaq və yaxşı əvəz və’d etmişdir.»

4. «Zümər» surəsinin 53-cü ayəsində oxuyuruq:
قُلْ يا عِبادِي الَّذِينَ اَسْرَفُوا عَلى اَنْفُسِهِمْ لا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللهِ اِنَّ اللهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعاً اِنَّهُ هُوَ الْغَفُورُ الرِّحِيمِ

«De: Ey Mənim bəndələrim-özlərinin əleyhinə olaraq hədlərini aşanlar!Ümidinizi Allahın rəhmətindən üzməyin. Allah bütün günahları bağışlar. Günahlardan keçən və rəhimli olan təkcə Odur.»

Bu ayədə gələn «Mənim bəndələrim, ümidinizi üzməyin», Allahın rəhməti, bütün günahları bağışlaması, Allahın rəhimli və bağışlayan olması kimi sözlər Allahın rəhmətinin böyüklüyünü və tövbə qapısının həmişə açıq olmasını bildirir. Xüsusən, Mənim bəndələrim kəlməsi, bəndələrin Allaha nisbət verilməsi onların Allah bəndəsi olmağına dəlalət edir. Allah-təala insanlara qarşı o qədər mehribandır ki, onları öz bəndələri deyə xitab edir. Deməli, Allah tərəfindən bağışlanmağa və Onun rəhmətinə ümid çox olmalıdır.

5. «Bəqərə» surəsinin 186-cı ayəsində oxuyuruq:
وَاِذا سَأَلَكَ عِبادِي عَنّي فَاِنِّي قَرِيبٌ اُجِيبُ دَعْوَةَ الدّاعِ اِذا دَعانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُزا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ

“Əgər bəndələrim məni səndən soruşsalar, bilsinlər ki, onlara yaxınam. Dua eləyənlərin duasına məni çağırdıqları vaxt cavab verərəm. Onlar da gərək Mənim dediyimə səs verib Mənə iman gətirsinlər, bəlkə doğru yola hidayət olalar».

Allahın insanlara yaxın və mehriban olması haqqında incə nöqtələrdən biri də budur ki, bu ayədə Allah-təala məsələni özünə nisbət verib: Mənim bəndələrim, Mənim haqqımda, Mən yaxınam, Məni çağırın, Mən cavab verirəm, Mənim də’vətimi qəbul etsin, Mənə iman gətirsin.

6. «Nur» surəsinin 31-ci ayəsində belə oxuyuruq:

... وَتُوبُوا اِلَى اللهِ جَمِيعاً اَيُّها الْمُؤْمِنُونَ

«Ey mö’minlər! Hamılıqla Allaha tərəf qayıdın».

7. «Şura» surəsinin 25-ci ayəsində oxuyuruq:
وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ مِنْ عِبادِهِ

«Bəndələrinin tövbəsini qəbul eləyən Odur.»



8. «Bəqərə» surəsinin 222-ci ayəsində oxuyuruq:

...اِنَّ اللهَ يُحِبُّ التَّوّابِينَ

«Allah-təala tövbə edənləri sevir».

9. «Təhrim» surəsinin 8-ci ayəsində oxuyuruq:

يا اَيُّها الَّذِينَ آمَنُوا تُوبُوا اِلَى اللهِ تَوْبَةً نَصُوحاً

«Ey İman gətirənlər! Sidqi-qəlbdən tövbə eləyib, üzünüzü Allaha tutun».

10. «Şura» surəsinin 25-ci ayəsində oxuyuruq:
وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبادِهِ وَيَعْفُوا عَنِ السَّيِّئاتِ
«Bəndələrin tövbəsini qəbul edən və onların günahlarını bağışlayan Odur».

11. «Maidə» surəsinin 74-cü ayəsində oxuyuruq:
اَفَلا يَتُوبُونَ اِلَى اللهِ وَيَسْتَغْفِرُونَهُ وَاللهُ غَفُورٌ رَحِيمٌ

«Allaha tövbə edib, Ondan əfv diləməzlərmi?! Günahlardan keçəndir, rəhimlidir Allah».

Bu ayədə Allah-təala insanlardan soruşmaq yolu ilə onları tövbə etməyə də’vət edir. Bu ayədə Allahın iki sifəti- yə’ni bağışlayan və rəhim sifəti gəlibdir. Ola bisin insanlar Allahın bu iki sifətini bilib tövbə etsinlər və özlərinin bağışlanmalarına ümidli olsunlar.



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin