GÜnahşÜnasliq müƏLLİF: MÖHSİn qəRAƏTİ


YAXŞI İŞLəRİN MəHV OLMASI



Yüklə 4,48 Mb.
səhifə17/24
tarix28.03.2017
ölçüsü4,48 Mb.
#12709
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

YAXŞI İŞLəRİN MəHV OLMASI


Günahın ən pis tə’sirlərindən biri də budur ki, insanın etdiyi yaxşı işləri də puça çıxardır. Yə’ni günahdan qabaq edilən yaxşı işlərə savab verilmir. Qur’anda 16 dəfə yaxşı işlərin puça çıxmasından söz açılmışdır. Bu ayələrə diqqət etdikdən sonra belə nəticə alırıq ki, küfr etmək, müşrik olmaq, ilahi ayələri təkzib etmək, məadı (ölümdən sonrakı həyatı) inkar etmək, mürtəd olmaq, peyğəmbərlərə qarşı əks mövqelərdə dayanmaq kimi günahlar insanın yaxşı işlərini Allah dərgahında puça çıxardar. Məsələn: Bir daşı yolun ortasından götürüb bir kənara atan şəxs sürücülərin rahatlığını tə’min etdiyinə görə yaxşı iş görübdür. Lakin bu şəxs bu xeyirxah işi gördükdən sonra yolu qazıb xarab etmişdirsə, bu vaxt onun etdiyi pis iş yaxşı işini də kölgədə qoyub məhv edir. Beləliklə, böyük günahlar insanın xeyirxah işlərini puç edir. İblis Allah qarşısında təkəbbür edib Allahın fərmanından çıxdığına görə altı min illik ibadətini məhv etdi. Deməli, günahkar şəxslər etdikləri yaxşı işlərə güvənə bilməzlər.

GÜNAHIN Mə’NəVİ Tə’SİRLəRİ


Günahı təkrar etmək insanın qəlbini qaraldır, onu insani xislətlərdən çıxarıb heyvani xüsusiyyətlərə malik edir və başqa böyük günahlara zəmin yaradır. Misal üçün: birinci dəfə şərab içən şəxs müsəlman olduğu üçün çox çətinlik çəkir. İkinci dəfə isə bu iş onun üçün bir az asanlaşır. Amma bu işi çox təkrar etdikdən sonra şərab içmək onun üçün su içməkdən də asan olur. Deməli, günahı təkrar etmək, hətta böyük günahları da insan üçün asanlaşdırır. «Nəhl» surəsinin 108-ci ayəsində oxuyuruq:

اُولئِكَ الَّذِينَ طَبَعَ اللهُ عَلى قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَاَبْصارِهِمْ وَاُولئِكَ هُمُ الْغافِلُونَ

«Onlardır (Kafirlərdir) ürəyinə, qulaqlarına, gözlərinə Allahın (qıfıl) vurduğu kəslər. Məhz onlardır qəflətdə olanlar».

«Səff» surəsinin 5-ci ayəsində oxuyuruq:



فَلَمّا زاغُوا اَزاغَ اللهُ قُلُوبِهُمْ

«Onlar haqq yolundan münhərif olan zaman, Allah da onların qəlbini dəyişdirdi».

«Rum» surəsinin 10-cu ayəsində oxuyuruq:


ثُمَّ كانَ عاقِبَةَ الَّذِينَ اَسائُوا السّوئا اَنْ كَذَّبُوا بِآياتِ اللهِ وَكانُوا بِها يَسْتَهْزِئُونَ

«Pis işlər görən şəxslərin əməli o yerə çatdı ki, Allahın (göndərdiyi) ayələri təkzib etdilər və onu məsxərəyə qoydular».

Bə’zi zalım şəxslərin çoxlu günah və zülm etmək nəticəsində, haqqı inkar edib kafir olması hallarına tarixdə çox rast gəlinibdir. Bunların hamısı günahın tə’siri nəticəsində baş verən hadisələrdir. Əksi isə belədir: yaxşı işlərlə və ibadətlə çoxlu məşğul olmaq, insanın ruhunu və qəlbini saflaşdırır. Bu barədə bir neçə hədisə diqqət yetirək:

İmam Sadiq (ə) buyurur:


ما مِنْ شَـْيء اَفْسَدَ لِلْقَلْبِ مِنْ خَطِيئة، اِنَّ الْقَلْبَ لَيُواقِعُ الْخَطِيئَةَ فَما تَزالُ بِهِ حَتّى تَغْلِبَ عَلَيْهِ فَيُصَيِّرض اَعْلاهُ اَسْفَلَهُ

«Günahdan çox insanın qəlbini fasid (xarab) edən bir şey yoxdur. Qəlb günah edir. O günahı təkrar edir. Nəticədə alt-üst olur».

İmam Kazim (ə) buyurur:
اِذا اَذْنَبَ الرَّجُلُ خَرَجَ فِي قَلْبِهِ نُكْتَةً سَوْداءُ فَاِنَّ تابَ اِنْمَحَتْ، وَاِنْ زادَ زادَتْ حَتّى تَغْلِبَ عَلى قَلْبِهِ فَلا يُفْلِحُ بَعْدَها اَبَداً

«İnsan günah edən zaman onun qəlbində qara bir nöqtə yaranır. Bu günaha görə tövbə etməsə və etdiyi günahlarını artırsa, o qara nöqtə də böyüyüb ləkəyə çevrilir. Belə ki, axırda onun bütün qəlbi qaralır. Bundan sonra isə o daha səadətə yetişmir.»

İmam Əli (ə) buyurur:

ما جَفَّتِ الدُّمُوعُ اِلاّ لِقَسْوَةِ الْقُلُوبِ، وَما قَسَتِ الْقُلُوبُ اِلاّ لِكَثْرَةِ الذُّنُوبِ

«Təkcə qəlbin bərkliyi nəticəsində gözlərin yaşı quruyur. Qəlbin bərkliyi isə çoxlu günahların tə’siri nəticəsindədir»

Ümumiyyətlə, insanın başına gələn bütün mə’nəvi və cismi bəlalar, günahlardan qidalanır.

İmam Baqir (ə) buyurur:

وَما مِنْ نِكْبَة تُصِيبُ الْعَبْدَ اِلاّ بِذَنْب

«Bəndəyə yalnız günahdan ötrü narahatlıq və bəla yetişər».

GÜNAHIN BAŞQA Tə’SİRLəRİ


Hədisləri araşdırdıqda günahların daha neçə tə’sirinə rast gəlirik. Burada onlardan bə’zisini nəzərdən keçirək.

1. Qəlbin bərkliyi.

2. Allahın verdiyi ne’mətin alınması.

Bu barədə olan hədislərə və ayələrə diqqət edək.

İmam Sadiq (ə) buyurur:

Atam həmişə buyurardı:


اِنَّ اللهَ قَضى قَضاءً حَتْمعاً اَلاّ يُنْعِمَ عَلَى الْعَبْدِ بِنِعْمَة فَيَسْلُبَها اِيّاهُ حَتّى يُحْدِثَ الْعَبْدُ ذَنْباً يَسْتَحِقُّ بِذلِكَ النِّقْمَةَ

Allah-təala qəti hökm edib ki, bəndəsinə verdiyi ne’məti onun əlindən almasın. Lakin bəndə günah edəndə Allah-təala onun bu günahına görə ne’mətini ondan alır.»



3. Kafir olmaq və ilahi ayələri inkar etmək.

İslam Peyğəmbəri (s) buyurur:


فَاِنَّ الْمَعاصِيَ تَسْتَوْلِي الضَّلالَ عَلى صاحِبِها حَتّى تُوقِعَهُ رَدّ وِلايَةِ وَصِيِّ رَسُولِ الله(ص) وَدَفْعَ نُبُوَّةِ نَبِيِّ اللهِ، وَلا تَزالُ بِذلِكَ حَتّى تُوقِعَهُ فِي رَدِّ تَوْحِيدِ اللهِ وَالاِْلْحادِ فِي دينِ اللهِ

«Günahlar azğınlığı günahkar şəxsə müsəllət edir və bununla da onu Peyğəmbərin canişininin vilayətini və imamətini rədd etməyə, Peyğəmbərin nübüvvətini inkar etməyə vadar edir. Axırda onun işi bir həddə çatır ki, Allahın birliyini inkar edib, kafir olur».



4. Duaların qəbul olunmaması.

İmam Baqir (ə) buyurur: «Bəndə Allaha dua edərkən duasının tez və yaxud gec qəbul olunmasını istəyir. Amma bu vaxt bəndə bir günah edir. Allah-təala mələklərə əmr edir ki, onun istəyini verməyin. Çünki o Mənim qəzəbimə düçar oldu.»



5. Ruzinin kəsilməsi. İmam Baqir (ə) buyurur:

اِنَّ الرَّجُلَ لَيُذْنِبُ الذَّنْبَ فَيُدْرَءُ عَنْهُ الرَّزْقُ

«Bir şəxs günah edir. Nəticədə ruzisi ondan uzaqlaşır».

6. Gecə namazından məhrum olmaq. Bu barədə İmam Sadiq (ə) buyurur:

اِنَّ الرَّجُلَ يُذْنِبْ الذَّنْبَ فَيُحْرَمُ صَلاةَ اللَّيْلِ

«İnsan etdiyi günahın nəticəsində gecə namazı qılmaqdan məhrum olur».

7. Gözlənilməz hadisələrdən amanda olmamaq. İmam Əli (ə) buyurur:

«Günahkar şəxs özünü gözlənilməz hadisələrdən amanda bilməməlidir».

Bunlardan əlavə yağışın yağmaması, evin viran olması, qiyamət günü yüz il həbsdə qalmaq, Allahın qəzəbinə və lə’nətinə düçar olmaq, misli görünməyən növbənöv bəlalar, peşimançılıq, rüsvayçılıq, ömrün qısa olması, zəlzələ baş verməsi, cəmiyyətdə fəqirliyin yayılması, qəm-qüssə, xəstəlik, pis adamların əlində zəlil olmaq və s. günah etməyin nəticəsində Allah-təalanın insana qəzəblənərək göndərdiyi bəlalardır. Günahkar üçün axirət cəzası isə daha kəskin və dəhşətli olacaq. Bu barədə hədislər doğrudan da çoxdur. Lakin bunlardan yalnız beşini diqqətinizə çatdırmaqla bu bəhsi tamamlayırıq.

1. İslam Peyğəmbəri (s) buyurur: «Allah-təala namazı yüngül sayan şəxsi onbeş bəlaya düçar edər.

1. Ömrünü qısa edər.

2. Ruzisini azaldar.

3. Onun üzündən saleh adamlara oxşarlığı çəkər.

4. Onun yaxşı işlərinə savab verməz.

5. Saleh adamların onun haqqındakı duaları qəbul olunmaz.

6. Onun ölümü zəlilcəsinə olar.

7. Onun ölümü aclıq və susuzluq halında olar.

8. Ölümündən sonra Allah tərəfindən ona əzab vermək üçün bir mələk tə’yin olunar.

9. Allah-təala onun qəbrini darlaşdırar.

10. Qiyamət günü onun hesab-kitabı çətin olar.

11. Allahın nəzəri ondan çəkilər.

12. Çətin əzaba düçar olar.

13. Onun qəbri zülmət qaranlıq olar.

14. Allah tərəfindən bir mələk camaatın gözü qabağında onu yerə tərəf çəkər.

2. Peyğəmbər (s) Əliyə (ə) buyurur: «Zina etməyin altı dənə mənfi tə’siri vardır. Onun üçü bu dünyada, üçü isə axirət aləmindədir. Bu dünyadakı tə’sirləri bunlardır: Rüsvay olmaq, ömrün qısa olması, ruzinin kəsilməsi. Axirət aləmindəki tə’sirləri isə bunlardır: Qiyamətin günü çətinlik çəkər, Allah qarşısında hesab verər, Allahın qəzəbinə düçar olar, Cəhənnəm atəşində əbədi qalar. Bunlardan əlavə, zina edən şəxsin yaxşı işlərinə savab verilməz. Duası qəbul olunmaz, saleh şəxslərin onun üçün etdikləri dualar da qəbul olunmaz».

3. Qiyamət günündə on günahkar dəstənin siması.

Məaz ibn Cəbəl deyir: Əbu Əyyub ənsarinin evində İslam Peyğəmbərinin (s) hüzurunda idik. Mən o Həzrətdən soruşdum: Bu ayədən məqsəd nədir ki, Allah-təala buyurur:


يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ اَفْواجهاً

«Sur çalınan gün (Qiyamət günü) camaat dəstə-dəstə gələrlər».106

Həzrət buyurdu: Qiyamət günü mənim ümmətimdən günahkar olanlar on dəstədə olacaqlar:

1. Meymun sifətində.

2. Donuz sifətində.

3. Başı yerdə, ayaqları göydə gələn halda.

4. Kor.

5. Kar və lal.

6. Bir dəstə dişlərini çeynəyir və ağızlarından gələn çirk hamını narahat edir.

7. İylənmiş murdardan da pis iyli dəstə.

8. Bir dəstə atəşdən və istidən qızarmış mislərdən paltar geyən halda.

9. Əlləri və ayaqları kəsilmiş halda.

10. Atəşdən olan darlara asılmış halda.

Birinci dəstə xəbərçilik edənlər, ikinci dəstə haram yeyənlər, üçüncü dəstə sələm yeyənlər, dördüncü dəstə zalım qazilər, beşinci dəstə lovğa (təkəbbürlü) adamlar, altıncı dəstə elminə əməl etməyən alimlər və qazilər, yeddinci dəstə qonşularını incidənlər, səkkizinci dəstə zalım şəxslərə casusluq edənlər, doqquzuncu dəstə şəhvətpərəstlər və Allahın haqqını malından ayırmayanlar (xums və zəkat verməyənlər), onuncu dəstə isə özünü hamıdan üstün tutan şəxslərdir.»



4. İslam Peyğəmbəri (s) buyurur:
مَنْ وَلِيَ عَشَرَةً فَلَمْ يَعْدِلْ فِيهِمْ، جاءَ يَوْمَ الْقِيامَةِ وَيَداهُ وَرِجْلاهُ وَرأسُهُ فِي ثَقْبِ فَأْس

“Əgər bir şəxs on nəfər adama başçılıq edə, lakin onlarla etdiyi rəftar ədalətli olmaya, o şəxs qiyamət günü məhşərə gələndə ayaqları və əlləri baltanın saplanan yerində olacaq».



5. İmam Sadiq (ə) buyurur:
مِنْ سَوَّدَ اِسْمَهُ فِي دِيوانِ وُلْدِ فُلان حَشَرَهُ اللهُ يَوْمَ الْقِيامَةِ خِنْزِيراً

«Hər kəs adını filankəsin (Abbasi xəlifələrindən birinin və ya hər hansı zülmkar rəhbərin) idarəsində yazdırsa, Allah-təala onu qiyamət günü donuz simasında gətirəcək».



6. İmam Baqir (ə) buyurur: İslam Peyğəmbərinin (s) kitabında belə oxuduq: Məndən sonra camaat aşkarda zina etsə, qəflətən baş verən ölümlər də çoxalar. Tərəzidə alıcını aldatmaq çoxalanda, Allah-təala qıtlığı bəla kimi camaata göndərər. Camaat mallarının zəkatını verməsələr, torpaq öz bərəkətini itirər. Qohum-əqrəbanın bir-biri ilə gəliş-gedişi kəsilsə, sərvət və var-dövlət pis adamların əlinə düşər. Camaat bir-birini yaxşı işlərə də’vət etməsələr və pis işlərdən çəkindirməsələr, Allah-təala pis adamları camaatın canına salar. Bu vaxt yaxşı adamların duası da qəbul olunmaz.»

Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin