GÜnahşÜnasliq müƏLLİF: MÖHSİn qəRAƏTİ


«CƏMƏL» MÜHARİBəSİNDəN BİR XATİRə



Yüklə 4,48 Mb.
səhifə8/24
tarix28.03.2017
ölçüsü4,48 Mb.
#12709
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

«CƏMƏL» MÜHARİBəSİNDəN BİR XATİRə


Cəməl müharibəsi hicri-qəməri tarixi ilə 36-cı ildə Bəsrə şəhərinin ətrafında İmam Əlinin qoşunu ilə Ayişə, Təlhə və Zübeyrin qoşunu arasında baş verdi. Müharibənin qızğın yerlərinin birində İmam Əli (ə) öz oğlu Məhəmməd Hənəfiyyəyə «hücum et!» fərmanını verdi. Düşmən tərəfindən atılan oxların sayı o qədər çox idi ki, Məhəmməd Hənəfiyyə hücum əmrini yerinə yetirmək üçün düşmən hücumunun dayanmasını gözləməli oldu. Lakin bu vaxt atasından yenidən hücum əmrini eşitdi. Məhəmməd Hənəfiyyə düşmən oxları altında əks-hücuma keçdi, lakin atılan oxlar onu irəli getməyə qoymadı. Həzrət Əli (ə) bunu gördükdə onun yanına gəlib dedi:

اَدْرَكَكَ عِرْقٌ مِنْ اُمِّكَ

«Bu (qorxaqlıq) anandan sənə irs keçib».


HARAMDAN DOĞULAN UŞAĞIN əLAMəTLəRİ


İmam Sadiq (ə) buyurdu:

Haramdan doğulmuş uşağın bir neçə əlaməti var:



1. Peyğəmbərin (s) nəsli olan biz Əhli-beytə düşmənçilik edər.

2. Yad qadınlarla kəbinsiz əlaqədə olmağa (zinaya) meyilli olar.

3. Dini yüngül sayar.

4. Camaatla pis rəftar edər.

Deməli, bünövrəsi qanunsuz işlə qoyulmuş şəxsdə, günaha və qanunsuz hərəkətlərə meyl daha çoxdur.

Bu bəhsdən belə nəticəyə gəlirik ki, «irsiyyət qanunu» islam dinində və müasir elmdə isbata ehtiyacı olmayan bir məsələdir. Yə’ni insanın qanunsuz yolla dünyaya gəlməsi onda günaha meylli olmağa və günah işlər görməyə zəmin yaradır.

2. DÜZGÜN AİLə HəYATI QURMAQ


İctimai həyatda ən zəruri məsələlərdən biri də ailə həyatı qurmaqdır. Ailə kiçik cəmiyyətdir. İslam dinində də bu məsələnin düzgün həlli həmişə diqqət mərkəzində olmuşdur. Dinimizdə bunun daha səmərəli nəticələr verməsi üçün bə’zi məsələlərin də dürüst həlli vacibdir. Bunlardan birincisi yaxşı həyat yoldaşı tapmaqdır. Çünki seçilmiş ailədən çıxmış, yaxşı tərbiyə almış ana, övladının da düzgün tərbiyələnməsi yolunda çalışacaq, buna nail olmağa can atacaqdır. Eləcə də pis və əxlaqsız anadan tərbiyəli övlad yetişməsi gözlənilmir. Buna görə ki, cəmiyyətdə günaha şərait yaradan amillərdən biri də pis analardır. Çünki analıq hisslərindən məhrum olan, yalnız özü üçün yaşayan qadınlar cəmiyyətə tərbiyəsiz, əxlaqsız övlad təhvil verirlər. Bu da yeni günahların yaranmasına meydan açır. Bu barədə bir neçə hədisə diqqət yetirək:

1. İslam Peyğəmbəri (s) camaatla söhbətlərinin birində buyurur:
اَيُّها النّاسُ اِيّاكُمْ وَخَضْراءِ الدَّمَنِ، قِيلَ يا رَسُولَ اللهِ وَما خَضْراءُ الدَّمَنِ؟ قالَ: اَلْمَرْأَةُ الْحَسْناءِ فِي مَنْبَتِ السُّوء

Ay camaat! Yerdən çıxan çirkin bitkilərdən yeməyin.

Orada olanlardan biri soruşdu:

«Ey Allahın Peyğəmbəri (s); o bitkilər hansılardır?»

Peyğəmbər (s) buyurdu:

«Pozğun ailədən çıxmış gözəl qadın».



2. Bir şəxs İslam Peyğəmbərinin (s) yanına gəlib evlənmək barədə o həzrətlə məsləhətləşdi. Peyğəmbər (s) buyurdu:
اَنْكِحْ وَعَلَيْكَ بِذاتِ الدِّينِ

«Evlən! Lakin dindar qadınla evlən».



3. İmam Əli (ə) buyurur:
اِيّاكُمْ وَتَزْويجَ الْحَمْقاءِ فَاِنَّ صُحْبَتَها بَلاءٌ، وَوَلَدها ضِياعٌ

«Ağılsız qadınla evlənməyin». Çünki onunla bir yerdə olmaq bəladır və onun övladları pis yolda olacaqlar».



4. İslam Peyğəmbəri (s) buyurur:
خَيْرُ نِسائكُمْ الْعَفِيفَةُ الْغُلْمَةُ

«Sizin xanımlarınızın ən yaxşısı o xanımdır ki, cinsi istəkləri çox və ismətli olsun».



5. İmam Sadiq (ə) buyurur:
مَنْ زَوَّجَ كَرِيمَتَهُ مِنْ شارِبِ خَمْر قَطَعَ رَحِمَها

«Qızını şərab içən şəxsə ərə verən adam o qızından nəslini kəsmiş bilsin».

O Həzrət başqa bir hədisdə buyurdu: «Şərabın Allah tərəfindən haram buyurulmasından sonra və bunun mənim vasitəmlə xalqa çatdırılmasından sonra şərab içən şəxsə qız verməyin. Çünki o ləyaqətsiz bir insandır.»44

6. İmam Sadiq (ə) buyurdu:
طُوبى لِمَنْ كانَتْ اُمُّهُ عَفِيفَةً

«İsmətli və iffətli anası olan şəxsin xoş halına!»




3. ÖVLADIN İSLAM QAYDA-QANUNLARINA əSASəN TəRBİYəSİ


İslam dinində ən mühüm vəzifələrdən biri də övladın islami qayda və qanunlar əsasında tərbiyəsidir. Düzgün tərbiyə övladı insani dəyərlərə yönəldən mühüm amildir. Əksinə övladın ümumiyyətlə tərbiyə olunmaması və yaxud düzgün tərbiyə olmaması, onu günaha və pozğunluqlara tərəf çəkir. Bağında yeni ağac əkən bağbanın vəzifəsi ona vaxtlı-vaxtında qulluq edib, lazım olan şəraiti onun üçün yaratmaqdır. Ata-ana da öz övladlarının yaxşı tərbiyə alması üçün bütün vasitələrdən istifadə etməyə çalışmalıdır. Çünki bu işdə səhlənkarlıq və diqqətsizlik övladların pis yollara düşməsi ilə nəticələnə bilər.

Qadının üç mühüm vəzifəsi vardır. “Ərini razı salmaq, evin işlərinə baxmaq, övladlarının tərbiyəsi ilə məşğul olmaq». Əgər o, bu üç mühüm vəzifəni düzgün şəkildə yerinə yetirsə, ailə həyatındakı bütün çətinliklər aradan qalxacaq və onlar xoşbəxt bir ailənin üzvü olacaqlar. Ananın bu üç vəzifəni layiqincə yerinə yetirməsi uşağın tərbiyəsinin bünövrəsini təşkil edir. Kişinin də vəzifəsi bu üç mühüm işi yerinə yetirmək üçün əlindən gələn qədər öz həyat yoldaşına kömək etməsidir.

Övladın tərbiyəsində ata və ana hər ikisi məs’ul olsalar da ananın məs’uliyyəti daha çoxdur. Çünki o, övladı ilə daha çox ünsiyyətdədir. Hətta övladı bətnində olarkən belə, onun tərbiyəsində tə’sirli rolu var. Hər halda həm atanın, həm də ananın övladların tərbiyəsindəki mühüm rolu danılmazdır.

İslam Peyğəmbəri (s) bu barədə buyurur:


كُلُّ مَوْلُود يُولَدُ عَلَ الْفِطْرَةِ حَتّى لِيَكُونَ اَبَواهُما اللَّذانِ يُهَوِّدانِهِ وَيُنَصِّرانِهِ

«Hər bir uşaq doğulan zaman islam fitrətində doğulur. Lakin sonralar ata və anasının tə’siri nəticəsində yəhudi və ya məsihi olur».45

O Həzrət başqa bir hədisdə buyurur:
رَحِمَ اللهُ عَبْداً اَعانَ وَلَدَهُ عَلى بِرِّهِ بِالاْحْسانِ اِلَيْهِ، وَالتَّألُّفِ لَهُ وَتَعْلِيمِهِ وَتَأْدِيبِهِ

«Allah rəhmət etsin o şəxsə ki, övladı ilə ünsiyyət yaratmaqla və ona tə’lim-tərbiyə verməklə onun xoşbəxt olmasına kömək edir».46

Yenə o Həzrət buyurur:

رَحِمَ اللهُ والِدَيْنِ اَعانا وَلَدَهُما عَلى بِرِّهُما

«Allahın rəhməti olsun elə ata-anaya ki, övladlarına səadətə çatmaq yolunda kömək edərlər».47

İmam Əli (ə) isə buyurur:


وَحَقُّ الْوَلَدِ عَلَى الوالِدِ اَنْ يُحْسِّنَ اِسْمَهُ، وَيُحِسِّنَ اَدَبَهُ، وَيُعَلِّمهُ الْقُرْآنَ
«Atanın övlada qarşı vəzifəsi budur ki, onun üçün yaxşı ad qoysun, ona yaxşı tərbiyə versin və ona Qur’an öyrətsin».48

Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin