GÜnahşÜnasliq müƏLLİF: MÖHSİn qəRAƏTİ


AİLəDə MEHRİBANLIQ YARATMAQ



Yüklə 4,48 Mb.
səhifə9/24
tarix28.03.2017
ölçüsü4,48 Mb.
#12709
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

AİLəDə MEHRİBANLIQ YARATMAQ


Övladın düzgün tərbiyə olunmasında ailədə olan mehribanlıq və səmimiyyət qədər tə’sirli amil yoxdur. Ata və ana övladlarının tərbiyə aldığı mühiti öz mehribanlıqları ilə sağlam saxlamalıdırlar. Çünki uşağın tərbiyəsində birinci şərt, ailənin daxili sağlamlığıdır. Ailədə mehribanlığın yaranması üçün isə birinci şərt ata və ananın bir-birinə qarşılıqlı məhəbbət bəsləmələridir.

İslam Peyğəmbəri (s) buyurur:


خَيْرُكُمْ خَيْرُكُمْ لاَِهْلِهِ وَاَنا خَيْرُكُمْ لاَهْلِي

«Öz ailəsi ilə mehribanlıqla davranan şəxs sizlərin ən yaxşısıdır. Mən özüm də beləyəm (ailəmlə mehriban davranıram).»

Biharül-ənvar kitabında (103-cü cild, 223-226-cı səhifələr) insanın öz həyat yoldaşına məhəbbət bəsləməsi haqqında çoxlu hədislər vardır. Bu hədislərin birində İmam Sadiq (ə) buyurur:

«Bizim dostlarımız o şəxslərdir ki, öz həyat yoldaşlarına daha çox məhəbbət bəsləyirlər».

O həzrət başqa bir hədisdə buyurur:

«Peyğəmbərlərin gözəl xüsusiyyətlərindən biri budur ki, onlar öz həyat yoldaşlarına məhəbbət göstərərdilər».

Bir şəxs Peyğəmbərin (s) hüzurunda ikən dedi:

«Ömrümdə heç vaxt uşaq öpməmişəm».

O şəxs gedəndən sonra Peyğəmbər (s) buyurdu:
هذا رَجُلٌ عِنْدي اِنَّهُ مِنْ أَهْلِ النّار

«Mənim nəzərimcə, bu kişi cəhənnəm əhlidir.»

Yunis ibni Ribat deyir: İmam Sadiq (ə) Peyğəmbərdən (s) belə bir hədis nəql etdi:

رَحِمَ اللهُ مَنْ اَعانَ وَلَدَهُ عَلى بِرِّهِ

«Allahın rəhməti olsun o şəxsə ki, övladına yaxşı işlər görməkdə kömək etsin.»

Mən imam Sadiqə (ə) ərz etdim:

«Yaxşı işlərdə ona nə cür kömək etsin?». Cavabımda buyurdu:

يَقْبَلُ مَيْسُورَهُ وَيَتَجاوَزُ عَنْ مَعْسُورِهِ وَلا يَرْهَقُهُ وَلا يَخْرِقُ بِهِ

«Övladının əlindən gələn qədər işini qəbul etsin, onu bir işə məcbur etməsin və ona axmaq və nadan deməsin».

Qeyd edilənlərdən belə bir nəticə hasil olur ki, övladın düzgün tərbiyəsi onu mə’nəvi və insani dəyərlərə sövq edir. Əksinə onun tərbiyə olunmaması günahın və pozğunluğun qapısını onun üzünə açır.


«TəHQİR» – GÜNAHIN DAHA BİR AMİLİ


Tərbiyənin ən mühüm şərtlərindən biri də insanların, ələl-xüsus uşaqların şəxsiyyətinə hörmət etməkdir, yə’ni onu bir şəxs kimi tanımaqdır. Bu əsasla uşağın təhqir edilməsi onun düzgün tərbiyəsinə mane olan səbəblərdəndir.

Ata və ana öz övladları ilə müəyyən pərdə daxilində davranmalı, onların bütün yaş dövürlərini və xüsusiyyətlərini nəzərə almalıdırlar. Valideyn bir sözlə uşağın şəxsiyyətinə toxunan sözlərdən və işlərdən çəkinməli və həmişə övladlarına yaxşı nümunə olmalıdırlar. Eyni zamanda yaşlı adamların da qüruruna toxunan hərəkətlərdən qaçılmalıdır. Bütün insanların ehtiramı lazımi qədər saxlanmalıdır ki, onlar özlərində həqarət hissi keçirməsinlər. Çünki mənliyi tapdalanan, şəxsiyyəti təhqir olunan insanlarda qəzəb həddini aşır və kin güclənir. İnsanlarda yaranan bu hisslər isə çoxlu günahların törənməsinə gətirib çıxarır.

İmam Hadi (ə) buyurur:
مَنْ هانَتْ عَلَيْهِ نَفْسُهُ فَلا تَأْمَنْ شَرَّهُ
«Özünü şəxsiyyətsiz hesab edən adamın şərrindən uzaq olun».49

İmam Əli (ə) buyurur:


مَنْ كَرُمَتْ عَلَيْهِ نَفْسُهُ لَمْ يُهِنْها بِالْمَعْصِيَة
«Özünü şəxsiyyətli hesab edən adam heç vaxt öz şəxsiyyətini günahla məhv etməz».50

İslam Peyğəmbəri (s) buyurur:


لا يَكْذِبُ الْكاذِبُ اِلاّ مِنْ مِهانَةِ نَفْسِهِ
«Yalançı adam özünə şəxsiyyət verməmək səbəbindən yalan danışır».

Nəticə alırıq ki, heç bir insanı təhqir etmək olmaz. Çünki bu vaxt o öz şəxsiyyətini əskik bilir və bunun üçün çoxlu günahlara qurşanır.

İslam Peyğəmbəri (s) və Mə’sum imamlar uşağı tərbiyə edərkən heç vaxt onun şəxsiyyətini təhqir etmirdilər. Əksinə onların ehtiramını saxlamaqla onlardan güclü şəxsiyyət formalaşmasına nail olurdular.

İslam Peyğəmbəri (s) buyurur:



اَكْرِمُوا اَوْلادَكُم وَاَحْسِنُوا اَدَبَهُمْ يَغْفِرْ لَكُمْ

«Övladlarınıza ehtiram qoyun və onları gözəl tərbiyə edin ki, Allah sizin günahlarınızı bağışlasın».

Bundan əlavə, islam dinində uşaqların tərbiyə prosesində bir neçə mərhələnin də yerinə yetirilməsi vacib sayılır. Məsələn: Onların arasında fərq qoymayın, onların arasında bərabərliyə riayət edin, onlara yaxşı sözlər danışın, pis ad qoymayın, pis ləqəblərlə çağırmayın və s. Sadalananların əksi də uşaqlarda mənfi hallar yaradar və nəticəsi həm ailə, həm də cəmiyyət üçün pis olar.

MARAQLI BİR HADİSə


İmam Sadiq (ə) buyurur:

Peyğəmbər (s) günorta namazını camaatla birlikdə qıldı. Lakin gözlənilmədən namazın axırıncı iki rək’ətində tələsdi. Namaz qurtarandan sonra camaat o Həzrətdən namazda tələsməsinin səbəbini soruşdular.

Peyğəmbər (s) buyurdu:

اَما سَمِعْتُمْ صُراخَ الصِّبِيُّ

«Siz uşaq ağlaması səsini eşitmədinizmi?»

Mə’lum oldu ki, o Həzrət uşağı sakitləşdirmək üçün namazı tələsik qıldı.


öVLADIN İFFəTİNİ QORUMAQ


Ata və ananın vəzifələrindən biri övladlarının iffət və paklığını qorumaqdır. Peyğəmbərimiz (s) bu barədə buyurur:
اِيّاكُمْ وَاَنْ يُجامِعَ الرَّجُلُ اِمْرئَتَهُ وَالصَّبِيُّ فِي الْمَهْدِ يَنْظُرُ اِلَيْهِما

«Məbada bir kişi beşikdəki uşağının gözünün qabağında öz həyat yoldaşı ilə yaxınlıq etsin (cinsi əlaqədə olsun).»

«Nur» surəsinin 58-ci ayəsində oxuyuruq:
... وَالَّذينَ لَمْ يَبْلُغُوا الْحُلُمَ مِنْكُمْ ثَلاثَ مَرّات مِنْ قَبْلِ صَلوةِ الْفَجْرِ وَحِينَ تَضَعُونَ ثِيابِكُمْ مِنَ الظَّهِيرَةِ وَمِنْ بَعْدِ صَلوةِ الْعِشاء ثَلاثُ عَوْراتِ لَكُمْ

«Və sizin həddi-büluğa çatmamış uşaqlarınız sizdən üç dəfə icazə almalıdırlar: sübh namazından qabaq, günorta zamanı (adi) paltarınızı soyunan zaman, bir də axşam namazından sonra. Bu üç vaxt sizin üçün xüsusidir».

Bu surənin 59-cu ayəsində isə həddi-büluğa çatmış uşaqlar haqqında belə oxuyuruq:
وَاِذا بَلَغَ الاَْطْفالُ مِنْكُمْ الْحُلُمَ فَلْيَسْتَأذِنُوا كَما اسْتَأْذَنَ الَّذِينَ مِنْ قَبْلِهِمْ

«Uşaqlarınız yetkinlik (həddi-büluğ) çağına yetəndə onlar da böyüklər kimi hər dəfə icazə istəsinlər».

Bu ayələrdə olan göstərişlər valideynə xitabdır. Yə’ni valideynin vəzifəsidir ki, öz övladlarına (istər oğlan, istərsə də qız) öyrətsinlər ki, həddi-büluğa çatmayan uşaqlar üç dəfə ata və ananın otağına daxil olan zaman icazə almalıdırlar. Həddi-buluğa çatan uşaqlar isə bütün vaxtlarda icazə almalıdırlar.

Bu barədə ata-ananın səhlənkarlığı isə bağışlanmazdır. Çünki bə’zi hallarda uşaqlar elə bir səhnələrlə üzləşərlər ki, onların həyatında mənfi tə’sir qoyur.



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin