GÜnahşÜnasliq müƏLLİF: MÖHSİn qəRAƏTİ


BəŞəR QANUNLARI Və YANLIŞ ADəT-əN’əNəLəR



Yüklə 4,48 Mb.
səhifə5/24
tarix28.03.2017
ölçüsü4,48 Mb.
#12709
1   2   3   4   5   6   7   8   9   ...   24

BəŞəR QANUNLARI Və YANLIŞ ADəT-əN’əNəLəR


İnsan yalnız kamil qanun və onun düzgün icrası nəticəsində günahdan və pozğunluqdan təmizlənə bilər. Kamil qanun elə bir qanundur ki, insanda olan bütün xüsusiyyətləri nəzərə alıb, onu təkamülə və səadətə çatdırsın. Belə bir qanun ilahi qanundan başqası ola bilməz. Çünki Allah-təala insanın xaliqidir, onun bütün maddi və mə’nəvi xüsusiyyətlərindən, eləcə də onu səadətə çatdıran bütün qayda və qanunlardan agahdır. Bu səbəbdən bəşər qanunları cəmiyyətdə günaha şərait yaradan amillərdən biridir. Belə qanunların əksəriyyəti naqis olduqları üçün insanları səadətə yox, bədbəxtliyə tərəf sürükləyir.

İmam Əli (ə) buyurur:



اِنَّما بَدْءُ وُقُوعِ الْفِتَنْ اَهْواءٌ تُتَّبَعُ، وَاَحْكامٌ تُبْتَدَعُ، يُخالَفُ فِيها كِتابُ اللهِ

«Cəmiyyətdə pozğunluğa səbəb olan amillər nəfsani istəklərə tabe olmaq, Allahın kitabı ilə ziddiyyətdə olan qondarma qanunlara tabeçilik etməkdir».33

Burada bəşər qanunlarından bir neçəsini qısa şəkildə şərh edək:



1. Qadınların hicabının ləğv edilməsi və onlara hədsiz azadlıq vermək.

2. Qisas, hüdud və diyə kimi ilahi qanunların ləğv edilməsi.

3. Kişinin kişi ilə, qadının qadın ilə evlənməsi.

4. Qadına öz ərini boşamaq ixtiyarını vermək.

5. Qızlarla oğlanların bir yerdə təhsil almaları.

6. Evlənmək qanunlarını çətinləşdirmək.

7. Müvəqqəti evlənməyin qadağan edilməsi və razılıqla zinakarlığa icazə verilməsi.

8. Spirtli içkilərin alış-satışına icazə verilməsi.

9. Xüsusiyyətçiliyin ləğvi.

10. Sələm müamiləsinə icazə vermək.

11. «Yaxşı işlərə də’vət etmək və pis işlərdən çəkindirmək» kimi ilahi qanunları qadağan etmək.

12. Kişi müəllimin qadınlara və qadın müəlliməsinin kişilərə dərs deməsi.

13. Qumarbazlığa icazə vermək.

14. Seks şəkillərinin və kinolarının yayılmasına icazə vermək və s.

15. Abort və uşaq saldırmaq.

Bu kimi qanunların cəmiyyətdə olması, cəmiyyəti və insanları əxlaqsızlığa yönəldib onların müxtəlif günahlara düşmələrinə şərait yaradır.

TəHRİF-GÜNAHIN DAHA BİR AMİLİ


İlahi qanunları təhrif etmək günaha səbəb olan amillərdən biridir. Təhrif o deməkdir ki, ilahi bir qanunu dəyişdirib, bəşər qanunlarından ona artırasan. Belə halda ilahi və bəşər qanunlarının birləşməsindən ibarət yeni bir qanun yaranacaq. Bu cür qanunu ilahi bir qanun kimi tanıtdırmağa təhrif və ya bid’ət deyilir. İmam Əli (ə) buyurur: “Əgər batil haqdan tamamilə ayrılsaydı, haqq onu axtaranlara gizli qalmazdı. Və əgər haqq batildən tamamilə saflaşsaydı, daha düşmənlər haqqa qarşı mübarizə apara bilməzdilər.»

O Həzrət sözünün davamında buyurur:


وَلكِنْ يُؤْخَذُ مِنْ هذا ضِغْثٌ، وَمِنْ هذا ضِغْثٌ، فَيُمْزَجانِ! فَهُنالِكَ يَسْتَوْلِي الشَّيْطانُ عَلى اَوْلِيائِهِ

«Lakin (çox təəssüf ki,) haqdan bir hissə və batildən bir hissəni seçib bir-biri ilə qatışdırırlar. Elə bu vaxt şeytan öz dostlarına qələbə çalır».34


QANUNA EHTİRAM Və BİD’əTİN GÜNAH OLMASI


Müqəddəs islam dinində qanuna ehtiram göstərmək ən mühüm məsələlərdən biridir. Hər bir kəs qanuna e’tinasızlıqdan və yaxud qanuna əl gəzdirib onu dəyişdirməkdən ciddi surətdə çəkinməlidir. Bu məsələ islam dinində o qədər əhəmiyyətlidir ki, bu dində ilahi qanunu dəyişdirən şəxs üçün e’dam hökmü tə’yin olunmuşdur. Qanunu dəyişdirmək o deməkdir ki, bir şəxs islam dinində olan ilahi qanunlardan hər hansı birini azaltsın və yaxud özündən ona bir şey artırsın, yaxud dində halal olan bir şeyi haram və ya haram bir şeyi halal etsin. Qur’anda və hədislərdə qanuna ehtiram qoymağın əhəmiyyətli olmasına gözəl bir nümunə Əyyub peyğəmbərlə onun həyat yoldaşının həyatıdır. Orada belə oxuyuruq: “Əyyub peyğəmbər (ə) çoxlu müsibətlərə mübtəla oldu. Lakin bunların hamısına qarşı sinə gərib müqavimət göstərdi. Günlərin bir günü (həyat yoldaşının evə gec qayıtdığından) çox narahat oldu və and içdi ki, sağaldıqdan sonra həyat yoldaşını yüz şallaq zərbəsi ilə tənbeh etsin. Amma sağaldıqdan sonra həyat yoldaşının ona göstərdiyi mehribançılıqlara görə onu bağışlamaq istədi. (Lakin o bunu edə bilməzdi) Çünki o, Allaha and içmişdi. Allaha and içdikdən sonra ona əməl etmək isə bir ilahi qanundur. Onu pozmaq olmaz. Bu vaxt ona Allah tərəfindən belə xitab edildi:

وَخُذْ بِيَدِكَ ضِغْثاً فَاضْرِبْ بِهِ وَلا تَحْنَثْ اِنّا وَجَدْناهُ صابِراً نِعْمَ الْعَبْدُ اِنَّهُ اَوّابٌ

“Əyyuba dedik: Əlinə bir dəstə çubuq götür, onunla vur ki, öz andını pozmayasan», həqiqətən biz onun səbrini gördük. O, nə gözəl bəndə idi! Şübhəsiz, Allaha üz tutan idi».35

Əyyub peyğəmbərin həyat yoldaşı çox mehriban və ərinə vəfalı bir qadın idi. Ona görə də onun bu xətasının cəzası yüngül oldu (və o, nazik bir xurma ağacı ilə, yüngül tənbeh olundu). Lakin o biri tərəfdən andı pozmağa və qanunsuzluğa da yol verilə bilməz. Yüngül də olsa, and yerinə yetirilməli idi. Deməli, Əyyub öz həyat yoldaşına Allah tərəfindən azaldılsa da, cəza verdi, həm də andına əməl edib, qanunu pozmadı.36

İslam dinində cəza tədbirinin bu formada azaldılması bə’zi vaxtlar xəstə cinayətkarlara da şamil edilir. Bə’zi rəvayətlərdə belə oxuyuruq: Xəstə bir zinakarı Peyğəmbərin (s) hüzuruna gətirdilər. Bu vaxt o şəxsə yüz şallaq zərbəsi vurulmalı idi, (İslam dininin cəza qanunlarına əsasən). Lakin Peyğəmbər (s) yüz şaxəsi olan bir xurma budağı ilə o xəstəyə bir dəfə vurub, bununla kifayətləndi.

Hədislərin birində isə belə oxuyuruq: Qarın və budları xəstə olan bir zinakar kişini xəstə bir qadınla zina etdiyi üçün Peyğəmbərin (s) hüzuruna gətirdilər.

Peyğəmbər (s) əmr etdi:

فَاَمَرَ رَسُولُ اللهِ يَعَذْق فِيهِ شِمْراخٌ فَضَرَبَ بِهِ الرَّجُلَ ضَرْبَةً، وَضَرَبَتْ بِهِ الْمَرْئَةَ ضَرْبَةً ثُمَّ خُلِيِّا سَبِيلَهُما

«Üstündə yüz xurma yarpağı olan bir ağac gətirin. Həzrət onunla bir zərbə kişiyə, bir zərbə də qadına vurub onları azad etdi».37

Bir məsələni qeyd etmək lazımdır ki, bu cür güzəştlər istisna halındadır. Başqa vaxtlar isə heç bir güzəşt yoxdur: qanun hökmən icra olunmalıdır. Hətta güzəştə getməyin vacib olduğu məqamlarda belə qanunun icrası tamamilə tərk olunmur. Çünki islam dinində qanunsuzluqlara qarşı ciddi surətdə mübarizə aparılır və əgər qanun icra olunmazsa, bütün cəmiyyət buna öz e’tirazını bildirəcəkdir.


Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin