BLAST/BLAN və ProtComp nəticələrinin
GetOrtholog proqramının köməyi ilə sonrakı analizi
müxtəlif növlərin təmsil olunduğu oxşar gen
qruplarının axtarışı həyata keçirilmişdir. Bu
araşdırmanın ümumi nəticələri Cədvəl 3-də verilir,
bəzi nümunələri isə Cədvəl 4-də verilir. Bütöv zülal
ardıcıllıqlarının 60% və daha yuxarı oxşarlıq
dərəcəsi meyarı əsas götürülməklə, müxtəlif tip
oxşar gen qrupları müəyyənləşdirilmişdir (o
cümlədən, Cədvəl 3-də qeyd olunan tip qruplar).
Cədvəldən göründüyü kimi, 4642 qrupda 3 birləpəli
bitkinin hər biri, ən azı, bir gen ilə təmsil olunur.
İkiləpəlilərdə 2042 belə qrup aşkar olunmuşdur.
Müşahidə olunan fərq, ola bilər ki, daha çox müxtəlif
ikiləpəli orqanizmin müqayisə olunması ilə bağlıdır.
Aşkar olunan digər maraqlı və təəccüblü fakt
ayrılıqda birləpəlilər və ikiləpəlilər üçün plastid
təyinatlı ümumi ("şərikli") gen qruplarının nisbətən
azlığıdır (müvafiq surətdə, 533 və 112). Bu nəticə
müxtəlif səbəblərdən ola bilər. Məsələn, ola bilsin ki,
bizim minimal oxşarlıq dərəcəsi kimi götürdüyümüz
"≥60%" oxşarlıq həddi zülallar üçün çox yüksəkdir.
İstənilən halda, bu nəticələri də sonrakı
araşdırmalar yolu ilə dəqiqləşdirilməlidir.
Nəhayət, burada bir məqam da
vurğulanmalıdır ki, proqnozlaşdırılan oxşar gen
qruplarının hər hansı birindəki genlərin/zülalların
ortoloq olub-olmaması bu araşdırmalardan aydın
deyildir - bunun üçün əlavə tədqiqatlar tələb olunur.
Belə ki, ortoloq genlərin müəyyənləşdirilməsi daha
mürəkkəb, illər tələb edən bir problemdir.
Dostları ilə paylaş: |