düyüdə 26%/74%) qeyri-TATA tip promotorlar üstünlük təşkil edirlər.
Açar sözlər: Ali bitki, plastid, nüvə, genom, gen, zülal, promotor, kompüter analizi
GİRİŞ
2000-ci ilin dekabr ayında ali bitkilərin ilk nü-
mayəndəsinin - kəsəkotunun (Arabidopsis thaliana)
nüvə genomunun (The Arabidopsis Genome Initia-
tive, 2000), 2002-ci ilin aprel ayında isə düyünün
(Oryza sativa L. ssp. ındica və Oryza sativa L. ssp.
japonica) növmüxtəlifliklərinin (Yu et al., 2002;
Goff et al., 2002) nüvə genomlarının qaralama
variantları oxunmuşdur. Bütövlükdə, son 13 ildə 10-
dan çox bitkinin nüvə genomu tam yaxud qaralama
variantında, onlarla bitkinin plastid və mitoxondri
genomu isə tam oxunmuşdur (http://www.ncbi.nlm.
nih.gov/genomes/PLANTS/PlantList.html; Hamilton
and Buell, 2012). Lakin bu genomların gen tərkibi,
bu genlərin funksiyası və ekspressiyasının tənzim-
lənməsi mexanizmləri ilə bağlı bir çox suallar hələ
də cavabsızdır. Həmin suallara cavab tapmaq üçün
aparılan tədqiqatlarda geniş tətbiq olunan yanaşma-
lardan biri təcrübi və bioinformatik üsullarla növda-
xili və növlərarası müqayisəli analizdir.
Genlərin genomda təşkili və funksiyası, təka-
mülü, onların promotor nahiyyələrindəki transkrip-
siya tənzimləyici elementləri haqqında yeni biliklər
əldə olunmasında ortoloji (müxtəlif növlərdə eyni
mənşəli və eyni/oxşar funksiyalı) genlərin müqayisəli
analizi ən səmərəli yollardan biridir. Bundan başqa,
sistematika və təkamül biologiyası sahələrində aparı-
lan tədqiqatlarda da ortoloq genlərin təsdiqlənmiş
dəstlərinin müqayisəli analizi önəmli rol oynayır
(Wu et al., 2006; Balaji et al., 2006; Kim et al.,
2008). Məsələn, məməli və bitki ortoloq genlərinin
promotor nahiyyələrinin konservativ xüsusiyyətləri-
nin tədqiqi göstərmişdir ki, transkripsiyanın start
nöqtələri, TATA-boks və digər mühüm tənzimləyici
elementlər onların ətrafındakı digər ardıcıllıqlara
nisbətən statistik cəhətdən əhəmiyyətli dərəcədə da-
ha konservativdir. Bu müşahidələr əsasında insan/
heyvan və bitki orqanizmlərdə Pol II promotorlarının
axtarışı üzrə PromH və PromHP kompüter proq-
ramları yaradılmışdır və həmin proqramlar, digər
müvafiq üsullar ilə müqayisədə, daha yüksək dəqiq-
liyə (85-95%) malikdirlər (Shahmuradov and Solov-
yev, 2003; http://www.softberry.com/berry.phtml).
Beləliklə, bu məsələlərin həlli üçün əvvəlcə
müvafiq ortoloji genlər kolleksiyası yaradılmalıdır.
İndiyə qədər həmin istiqamətdə müəyyən cəhdlər
və uğurlar olsa da, bu məsələnin tam həlli çox
çətindir.
Ortoloqların müəyyənləşdirilməsində istifadə
olunan alqoritmlərin əksəriyyəti iki və daha çox
növün gen/zülal yaxud bütöv genom ardıcıl-
lıqlarının müqayisəsinə əsaslanır. Bu müqayi-
sələrdə ən çox istifadə olunan kompüter vasitsəsi
BLAST proqramıdır (Altschul et al., 1997;
http://blast.ncbi.nlm.nih.gov/Blast.cgi).
İndiyə qədər 20 bitki növünü təmsil edən
500000-dən çox məlum və ya güman olunan poli-
peptid annotasiya olunmuşdur. Bu ardıcıllıqların cüt-
cüt (500000 x 500000) BLAST müqayisəsi nəticəsin-
də çoxsaylı potensial ortoloqlar aşkar olunmuşdur.
Həmin ortoloqların sonrakı analizi nəticəsində
Ali Bitkilərin Plastid Təyinatlı Nüvə Genləri
47
müxtəlif orqanizmlərdən təxminən 430000 ortoloji
ardıcıllıq müəyyən edilmişdir. Bu gün ortoloq və
Dostları ilə paylaş: |