Kəsəkotunun və düyünün XTZK nüvə genlə-
rində potensial promotorlarının axtarışı
Kəsəkotunda xloroplastların müxtəlif funk-
siyaları ilə bağlı 29 qrupa daxil olan zülallar kod-
laşdıran 1770 nüvə geninin 5’-rayonlarının (-1020:
+30) nukleotid ardıcıllıqlarında TSSP-TCM kom-
püter proqramının köməyi ilə statistik cəhətdən
yüksək etibarlılıq dərəcəsinə malik potensial RNT
polimeraza II promotorlarının axtarışı həyata keçi-
rilmiş və 1159 (
∼66%) gen üçün potensial promo-
torlar aşkar olunmuşdur. Hər bir promotor üçün
genin kodlaşdıran hissəsinin başlanğıcına (+1) nə-
zərən TSS (və ya TSS-lər) və hər bir TATA pro-
motor üçün həm də müvafiq TATA-boks müəyyən-
ləşdirilmişdir. 1159 genin əksəriyyəti (864; 74,5%)
üçün yalnız bir potensial promotor tapılmışdır.
Digər tərəfdən 295 (25,5%) gen üçün birdən çox (2-
4; əksər hallarda 2 və yalnız bir gendə 4) promotor
müəyyənləşdirilmişdir. Bu nəticələr inteqral for-
mada Cədvəl 5-də verilmişdir.
Cədvəl 3. Birləpəli və ikiləpəli bitkilərin nüvə genomlarında oxşar gen qruplarının axtarışının inteqrativ nəticələri
Dostları ilə paylaş: |