tarixini obyektiv şəkildə araşdırmaq imkanı qazandı. Dövlət müstəqilliyimizin bərpasından
sonra çox sayda kitablar yazılıb, elmi-tədqiqat işləri aparılıb, ancaq yenə də xalqımıza qarşı
7
ermənilərin törətdikləri vəhşiliyin yeni-yeni izləri, sübutları üstü açılmamış sənədlərdə hələ
də qalmaqdadır. Bir çox Avropa ölkələrində və Rusiya arxivlərində Osmanlı İmperiyasının
son illərində, Birinci dünya savaşının davam etdiyi illərdə erməni millətçi silahlı
dəstələrinin Anadolu ilə birlikdə Xoy, Urmiya, Bakı, Quba, İrəvan, Naxçıvan, Qarabağ və
Zəngəzurda günahsız müsəlman türklərə qarşı törətdikləri amansızlıqları əks etdirən
sənədlər öz araşdırmaçılarını gözləyir.
“Zəngəzur” Cəmiyyətləri Birliyinin Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 2012-
ci ildə həyata keçirdiyi “Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular”, 2014-
cü ildə “Zəngəzur və Qarabağda ermənilərin törətdikləri qətliamlar Osmanlı-Türkiyə
mənbələrində” layihələri çərçivəsində nəşr edilən eyni adda kitablarda belə yanaşma özünü
göstərmiş, ilk dəfə olaraq Türkiyə mənbələrində çox sayda yeni sənədlər tapılıb
ictimaiyyətə təqdim edilmiş, maraqla qarşılanmışdı. Yaxşı haldır ki, bu nəşrin artıq rus,
ingilis, fransız, çex dillərinə tərcümə edilib yayılmasına da başlanmışdır.
QHT-nin bu nəşrinin 2015-ci ilin əvvəlində işıq üzünə çıxaraq yayılması xüsusilə
təqdirəlayiq və əhəmiyyətli hadisədir, ona görə ki, türk düşmənçiliyini özlərinə həyat
tərzinə çevirmiş erməni diasporu saxta “erməni soyqırımı”nın 100 illiyini əldə bayraq
edərək bir sıra Avropa və dünya güclərinin, lobbilərinin aktiv siyasi, informasiya, maliyyə
yardımı ilə beynəlxalq aləmdə Türkiyəyə qarşı hücum xarakterli total təbliğat
kampaniyasına başlamışdır. Dünya erməniləri, onların diaspor və lobbiləri bu ili özləri
üçün son fürsət, həlledici imkan hesab edirlər. Ona görə də belə tarixi faktlara, arxiv
sənədlərinə əsaslanan elmi-tədqiqat xarakterli kitabların yazılıb yayılması çox gərəklidir,
təqdirəlayiqdir. Heç şübhə yoxdur ki, 23 ildir torpaqlarının 20 faizdən çoxu erməni
yağılarının tapdağında qalan Azərbaycan buna laqeyd qala bilməz, çünki Türkiyəyə dəyən
zərbə həm də Azərbaycana dəyir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası bu cür layihələrin maliyyələşdirilməsini əhəmiyyətli hesab edir və
reallaşmasına dəstək verməkdə davam edəcəkdir.
Azay QULİYEV,
Milli Məclisin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri- Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru