Hacı Nərimanoğlu



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə13/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   9   10   11   12   13   14   15   16   ...   70
etdikləri qırğınları belə ifadə edir: "Ermənilər tərəfindən türklərə qarşı keçirilən 

qətliamların səbəbkarı,  əvvəl  erməni inqilabçıları-daşnaklar, sonra bunları 


 

qoruyan və  təşviq edən bəzi xarici dövlətlərdir. Türkiyədə komitəçilərin daxil 



olmadığı yerlərdə yaşayan ermənilərin  türklərlə bir problemi yox idi. Türk zülmü 

bir gerçək olmayıb, istəyərək uydurulmuş siyasi bir əfsanədir. Həqiqəti olduğu kimi 

demək tələb edirsə,  şərqdə  qətliam törədənlər müsəlmanlar deyil, ermənilərdir. 

Sonra törətdikləri bu zülmü, hiylə ilə türklərin adına yazdılar.” 

 



Qarsda Rus Milli Şura üzvü olmuş A.Semyonovun yazır: “205 min müsəlmandan 

yalnız sərhəd zolağında qalanlardır ki, o da 50 mindən çox deyildir. Ermənilər qan 

və göz yaşları hesabına böyük Ermənistan yaradır”.  

 



Tiflisdə rus dilində çıxan “Kaspi” qəzetinin 8 aprel 1915-ci il tarixli sayında dərc 

edilmiş yazıda jurnalist Türkiyənin  Ərdahan mahalında törədilən qırğınlar belə 

təsvir edilirdi: “...Əyalətin bütün müsəlman yaşayış  məntəqələrində  bəni insan 

görünmür. Yalnız iki məntəqəyə 500-600 qadın və  uşaq yığılmışdır. Onların 

içərilərində  cəmisi 6 nəfər  əldən düşmüş qoca kişi vardır. Qars və  Ərdahan 

tərəflərində başsız qalan və ona bitişik Şərqi Anadolunun rus-erməni işğalı altında 

olan ərazilərindən canını qurtarıb qaça bilən kimsəsiz uşaq və qadınların bir qismi 

Bakı  və  Gəncəyə  pənah gətirmişdi. Təkcə Bakıdakı    “İsmailiyyə” binasının 

zirzəmisində Bakı Müsəlman Xeyriyyə  Cəmiyyətinin  Şərqi Anadoludan toplayıb 

gətirdiyi 1000-ə qədər uşaq və qadın yerləşdirilmişdi. O dövrün mənbələri göstərir 

ki, 1914-1915-ci illərdə Qars vilayətinin  Ərdahan dairəsində 110, Qağızman 

dairəsində 75, Qars dairəsində 130, Oltu dərəsində 90 kənd tamamilə dağıdılmış və 

əhalisi soyqırıma məruz qalmışdır. Ümumiyyətlə, Qars vilayətində  təkcə 1914- 

1915-ci illərdə 405 kənddə ermənilər türklərə qarşı soyırım törətmişlər.” 

 



Tiflisdə rus dilində  dərc edilən illik “Qafqaz təqvim”indən: “Türklərin 1914-cü 

ilin sonu və 1915-ci il ərzində  məskun olduqları yaşayış  məntəqələrində  əhali 

qalmadığından,  Ərdahan dairəsində 1915-ci ildə, Oltu dairəsində isə 1915-ci və 

1916-cı illərdə siyahıyaalma keçirmək mümkün olmamışdı. Ümumiyyətlə, 1914-

1915-ci illərdə Qars vilayətində 150 minə yaxın türk qətlə yetirilmişdir.”  

 



Bakıda ermənilərin törətdiyi qırğınların bilavasitə  şahidi olmuş, istintaqını 

aparmış A.Y.Kluqenin tərtib etdiyi protokoldan: "...1918-ci il mart Bakı hadisələri 

zamanı azı 11.000 müsəlman qətlə yetirilmişdir.  Ermənilər müsəlman  əhalisini 

işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə  dəlik-deşik edir, körpə 

uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub 

sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq 

tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”.  

 



Gəncə dairə  məhkəməsinin hakimi A.F.Novatski öz hesabatında yazırdı: 

"...Ermənilər 1918-ci ilin 18 (31) martında səhər erkən  Şamaxı  şəhərinə hücum 

çəkmişlər.  Şamaxı  cənubdan ermənilər,  şimal-şərq tərəfdən malakanlar tərəfindən 

mühasirəyə alınmışdır. Bu dəstələr Şamaxının müsəlmanlar yaşayan aşağı hissəsini 

bombardman etmişlər. Bu zaman şəhərin yuxarı hissəsində yaşayan ermənilər odlu 

silahlardan müsəlmanları atəşə tutmuşlar.  Şəhərə girməyə nail olmuş erməni və 

malakanlar müsəlmanları  məhv etməyə başlamışlar. Onlar irəlilədikcə evləri 

yandırmış, qarət etmiş, dinc əhalini qırmışlar. Yanğın  şəhərin bütün müsəlman 

hissəsinə yayılmış və ertəsi gün bunun yerində yalnız xarabazarlıq qalmışdır. Kişi, 

qadın, uşaq olmasına baxmayaraq, sakinlər küçələrdə gülləbaran edilmiş, onlara 

olmazın  əzab-əziyyətlər və  işgəncələr verilmişdir. Küçələr zorlanmış, döşləri 

kəsilmiş, qarınları yarılmış, təhqirlərə  məruz qalmış qadın cəsədləri ilə dolu idi, 

hətta nizələrlə torpağa saplanmış uşaq meyitlərinə də rast gəlmək olurdu." Navahı 

kəndində "ermənilər kəndə soxularaq əhalini vəhşicəsinə döymüş, qaçanları 




10 

 

güllələmiş,  əllərinə keçənləri süngüdən keçirmiş, xəncərlə doğramış, uşaqları 



valideynlərinin gözləri qarşısında süngülərə taxmış, qadınları zorlamış, döşlərini 

kəsmiş və nəticədə 555 kişini, 260 qadını, 140 uşağı məhv etmişlər." 

 

Qatı bolşevik, Quba qəzasının komissarı David Qelovaninin istintaqa ifadəsindən: 



"Amazaspın dəstəsi Quba şəhərinə  cəza məqsədilə, yalnız komissar Şaumyanın 

arzusu ilə - o biri komissarların xəbəri olmadan göndərilmişdi. Bu dəstəyə 

əsgərlərin seçilməsi o vaxtkı  hərbi komissar Korqanov tərəfindən həyata 

keçirilmişdi. Dəstə "Daşnaksütyun" partiyasına mənsub olan təqribən 2 min nəfər 

ermənidən ibarət idi, dəstəyə  rəhbərlik məşhur daşnak Amazaspa, komissarlıq isə 

Venunu adlı bir erməniyə tapşırılmışdı, buna "cəza dəstəsi" adı verilmişdi və onun 

qarşısında heç bir siyasi məqsəd qoyulmamışdı."  

 



1917-ci ildən bolşevik partiyasının üzvü olan Q.Blyumin xatırlayırdı: “1918-ci 

ilin hadisələri başladı  və biz, öz silahlı qüvvələrimiz olmadığından, daşnak 

dəstələrindən istifadə etdik. Daşnak dəstələri öz murdar işlərini gördülər, 20000 

yazıq müsəlman əhalisini doğramaqla, vətəndaş müharibəsi əvəzinə, milli zəmində 

müharibə yaratdılar”.  

 



Aleksandra Qavrilovna Baranova: “ 51 yaşım var, Petroqrad sakiniyəm, Bakı 

şəhəri, Sisianovskaya küçəsi, 25 №-li evdə yaşayıram.  Bu il (1918-H.A) mart 

ayının 20-də gecə erməni  əsgərləri mənim mənzilimə soxuldular və  mənim 

mənzilimi 13.150 rubl məbləğində qarət etdilər. Əşyaların siyahısını təqdim edirəm 

və  işə  əlavə edilməsini xahiş edirəm. Müsəlmanlar evin divarını sökməklə  həyətə 

keçid açaraq məni evdən çıxardılar, bundan sonra müsəlmanlar qonşu evlərdə daha 

5 dəlik açaraq məni, mənim 32 yaşlı  qızım Vera Georgiyevna Niyaşevskayanı, 

onun 5 yaşlı oğlu Aleksandrı, dayə Lyubovu, mənim 18 yaşlı qızım Ninanı, 3 nəfər 

qulluqçunu və 4 nəfər pansionçunu 9-10 yaşlı müsəlman oğlanlarını, 2 nəfər 

Əliyevləri, Qasımovu və Quliyevi evdən çıxarıb apardılar, hamımızı xilas etdilər. 

Bizi rus-tatar məktəbinə    gətirdilər, burada  bizi yedirtdilər. Yuxarıda göstərilən 

evdən əsgər olan erməni qızı Mariya Ayrumova atırdı. O, müsəlmanlara atəş açırdı. 

Mən öz əmlakımı yeni qiymətlərlə, yəni mart qiymətləri ilə  dəyərləndirirəm.” 

İzahat oxundu. İmza. Komissiya üzvləri: Takinski, А.Kluge (imzalar). AR Pİİ SSA, 

f. 277, s. 2, iş 14, v. 196.Sənəd № 57 

 



Varvara Vasilyevna Antipova: “ 39 yaşım var, Bakı şəhəri, Kamenistaya küçəsi, 

156  №-li evdə, 4-cü mərtəbədə yaşayıram. Bakıda mart qırğınları zamanı  mən 

Kamenistaya küçəsi, 156 №-li evdə yaşayırdım və həmin günlər mənim mənzilimə 

dəstə-dəstə 50-60 nəfər erməni  əsgəri gələrək axtarışlar aparırdılar. Onlar silah 

axtarırdılar. Onlar bir neçə dəfə gəlmiş və bizi tamamilə evdən çıxararaq şəhərin o 

biri başına, vağzal tərəfə qovmuşdular. Mən diz üstə ermənilərə  və onların 

rəislərinə yalvarırdım, onların əlini öpürdüm və ağlayırdım ki, bizi mənzilimizdən 

və evdən qovmasınlar. Ermənilər mənim mənzilimdən köhnə qiymətlə 12.325 rubl 

məbləğində əşyalarımı qarət etdilər. İndiki vaxtda mənim əmlakımın bir neçə dəfə, 

qat-qat baha qiyməti vardır. Ermənilər tatar evi olduğu üçün bizim evi partlatmaq 

istəyirdilər və biz çətinliklə onları dilə tutduq ki, bizi müflis etməsinlər.” Oxundu. 

İmza. V.Antipova. Komissiya üzvü: А.Kluge (imza). AR Pİİ SSA, f. 277, s. 2, iş 

14, v. 211.Sənəd № 582.  

 



Şamaxı hadisələrinin  şahidi olan və Bakı hökumətinin Stepan Lalayevə “geniş 

mandat” verdiyini bildirən P.Boçarov qeyd edirdi: “Bir gecə  ərzində  şəhər sanki 

yoxa çıxmışdı.  Əhali məhv edilmişdi.  Əraziyə Caparidzenin sədrliyi altında 

komissiya göndərildi. Şamaxının komendantı daşnak Paxlasin azad edildi və onun 




11 

 

qırğın zamanı fəaliyyətsizlik nümayiş etdirən dəstəsi ləğv edildi. Həmçinin daşnak 



Stepan Lalayev  geri yollanıldı”.  

 



Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Novatskinin rəhbərlik etdiyi qrupun 

hazırladığı  məruzədən (ARDA. f. 1061, siy. 1, iş 95): “Daşnak Hamazaspın 

dəstələri  Şamaxı  qəzasının 120 azərbaycanlı  kəndindən 86-sını qarət edib 

yandırmış, əhalisini qətlə yetirmişdi. Qəzanın 53 kəndində ermənilər qısa müddətdə 

8027 nəfər azərbaycanlını öldürmüşdür. Şamaxı şəhərində 12 məhəllə məscidi, 800 

illik tarixə malik “Cümə məscidi” yandırılmışdı. Qubada və qəzanın 122 kəndində  

qətliamın birinci günü şəhərdə 713 nəfəri, ikinci günü 1012 nəfər azərbaycanlını 

qətlə yetirmişlər. Quba şəhərində 3 minədək dinc sakin qətlə yetirilmiş, 105 ev və 

digər tikililər tamamilə yandırılmışdır. Gəncə  ətrafında 272, Ağsu, Kürdəmir və 

Lənkəranda 130 yaşayış  məntəqəsinin  əhalisi vəhşicəsinə öldürülmüşdür...erməni 

silahlı  dəstələrinin  şəhərə daxil olması müsəlman  əhalinin kütləvi surətdə  qətli və 

onlar üzərində hər cür zorakılıq halları ilə müşayiət olunurdu. Ermənilər küçələrdə 

əllərinə keçən kişi, qadın və uşaqları amansızlıqla qətlə yetirdilər. Evlərə soxularaq 

südəmər uşaqlara belə  rəhm etmir, onları analarının qucağındaca qılıncla 

doğrayırdılar....Kərbəlayı  Məhəmməd Tağı  oğlunun on dörd nəfərdən ibarət ailəsi 

bu cür qəddarlıqla qətlə yetirilmişdi. Məhəmməd Rəsul Mahmud oğlunun üç uşaq 

və arvadından ibarət bütün ailəsi ağır işgəncələrlə öldürülmüşdür. Onun özünün 

diri-diri qarnını yırtmış, gözü qabağında üç uşağının başını kəsmişdilər. Hacı Dadaş 

Bala Qasım oğlu arvadı  Məşədi Bibixanım və  oğlu  Əbdül Qasımla öz evlərində 

öldürülmüş və yandırılmışlar. Kərbəlayı Abuzər Məstan oğlunun iki qızı - Hökümə 

və Buta analarının qucağındaca xəncərlə doğranmışlar. Erməni  əsgərləri  şəhərin 

hörmətli ağsaqqallarından olan Əli-Paşa Kərbəlayı  Məhəmməd oğlundan tələb 

edirlər ki, kef çəkmək üçün onlara müsəlman qadın və  qızları tapıb gətirsin. O, 

bundan imtina edir. Əmrlərinin yerinə yetirilmədiyini görən erməni cəlladları onu 

və  oğlunu vəhşicəsinə  qətlə yetirirlər. Erməni vandalları  əvvəlcə atasının gözü 

qabağında oğlunun gözlərini çıxarır, üzünü ülgüclə doğrayır, sonra isə canını 

tapşırana qədər süngü ilə dəlik-deşik edirlər.  

 



Yakov Nikolayeviç Smirnov: “andlı iclasçı, Bakının keçmiş  İctimai  Şəhər rəisi, 

Bakı  şəhəri, Bazarnaya və Poçtovaya küçələrinin kəsişməsində, Krasilnikovların 

evində yaşayıram, rusam. Gecə növbəsi çəkərkən mənə bir erməni əsgər yaxınlaşdı 

və söhbət  əsnasında öz alman “ştutser”ini göstərərək, fəxrlə dedi-bu silahla əsir 

müsəlmanlara 1500 patron atmışam, bütün  müsəlmanları qıracağıq...”  

 



 

“Novoya vremya” qəzetinin  İrəvan üzrə müxbiri A. Qriqoryev:  “...törədilən 

cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin, muzdlu qatillərin payına 

düşürdü. 1905-1906-cı illərdə Qafqazda erməni-müsəlman qırğınları haqqında polis 

departamentinin hazırladığı sənəddə deyilir: “Daşnaksutyun” öz qüdrətini göstərdi, 

müsəlmanlar cəfasını  çəkdilər. Burada ikili oyun oynanılmışdı: birincisi, 

müsəlmanlarda olan qisasın bir qismini almaq, digər tərəfdən baş verən hadisələrin 

günahını mətbuat və təbliğatın köməyi ilə rus hökumətinin üzərinə yıxmaq, bununla 

da təkcə erməniləri deyil, Qafqazın digər sakinlərini də inqilabiləşdirmək üçün 

güclü təbliğat materialı əldə edilmiş olurdu. Nəticədə ermənilərə münasib olmayan 

bir çox rus məmurları və ayrı-ayrı şəxslər terror qurbanı oldular: general Əlixanov 

(Maqsud Əlixanov-Avarski), qubernatorlar Nakaşidze, Andreyev (birincisi Bakının 

qubernatoru, ikincisi Yelizavetpolun (Gəncə) vitse - qubernatoru), polkovniklər 

Bıkov və Saxarov və başqa dövlət məmurları (partiyanın hesabatından). Onların 

qismən nail olduqları ikinci məqsədləri ondan ibarət idi ki, Zaqafqaziyada 

ermənilərlə müsəlmanların yaşadıqları  ərazilər bir-birindən ayrıldı, Türkiyədən və 




12 

 

qismən  İrandan köçən ermənilərin məskunlaşdırılması üçün torpaqlar boşaldıldı. 



Son 5-6 ildə onların sayı yarım milyona çatmış, 200 min nəfər isə rus idarələrinin 

vəkaləti ilə  təbəəlik  əldə etmişdi. Yelizavetpol, İrəvan və Qars vilayətlərində 

ərazilərin qismən ayrılmasına nail olunmuş, torpaqların müəyyən hissəsi 

boşaldılmış, həmin  ərazilərdən bir çox müsəlmanlar qaçaraq canlarını 

qurtarmışdılar".  

 



Fövqəladə  İstintaq Komissiyanın üzvləri N.Mixaylovun və V.Klossovskinin 

ifadələrindən: “Ağdamdan Qutqaşenə (Qəbələ) gedən yolun üstündə yerləşən 

Axtala ərazisində ermənilər tərəfindən diri-diri dərisi soyulmuş bir neçə müsəlman 

meyiti gördük. Bağır dərəsində bədənləri süngü ilə tamamilə deşik-deşik edilmiş 5 

müsəlman vardı. Çomaxlı stansiyasının yaxınlığındakı yolun üstündə ermənilər 

tərəfindən gözləri çıxarılmış 21 arabaçı  qətlə yetirilmişdi (Azərbaycan 

Respublikasının SPİH Dövlət Arxivi, f.277, s.2, i.16, v.6). Ermənilərin ağlasığmaz 

vəhşilikləri hətta bolşevik rus əsgərlərini dəhşətə saldığından onlar ermənilərə qarşı 

çıxış etmiş, ermənilərlə silahlı toqquşmaya da çıxmışdılar. Nəhayət, onlar 

ermənilərdən ayrılıb bir çox müsəlmanları özləri ilə Bakıya apararaq xilas etdilər."  

 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin