Hacı Nərimanoğlu



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə14/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   10   11   12   13   14   15   16   17   ...   70
Rusiya Federasiyasının Baş  Kəşfiyyat  İdarəsinin polkovniki, 366-cı  alayda 

yerləşən 02270 nömrəli (Dağlıq Qarabağda) hərbi hissənin əks-kəşfiyyat şöbəsinin 

rəisi olmuş,  Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin  şahidi olan 

Vladimir Romanoviç Savelyevin Birləşmiş Millətlər Təşkilatına, Avropa  Şurasına, 

Baş  Kəşfiyyat  İdarəsinə ünvanlanmış  məktublarından: “...Mən bütün bunları 

yazmaya bilmərəm. Hər  şey gözlərim önündə baş verib. İnsanların, uşaq və 

qadınların, hamilə  gəlinlərin güllədən keçmiş  bədənlərini unuda bilmirəm. Qoy 

azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı  və amansız sonluğu olan 

hadisələrdə əlimdən heç nə  gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı  həm 

Kremlə, həm də MN-ə, BKŞ-nin generallarına göndərdim. Oxuyun - dedim. Biz 

rusların zabit şərəfi görün necə ləkələndi.... Bu oyunlara rus zabitlərini qoşmaqla 

onları alçaltdılar, şərəfinə lənət damğasını vurdular…Mən on addımlığımda güllə 

yarasından can verən səkkiz-doqquz yaşlı  qızcığaza heç cür kömək  əlimi uzada 

bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram...”  

 



1992-ci il martın 10-da isə Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin 

poçtuna daxili işlər naziri Viktor Yerinin imzası ilə məktub qoyulur, məktubda qeyd 

edilir ki, məzmunu haqqında  şəxsi görüşdə açıqlama veriləcək. Məktubla təqdim 

olunmuş videokassetə baxılması xahiş olunur. Videokassetdə 1.890 nəfər  şəxsi 

heyəti olan 366-cı alayın fəaliyyəti və Xocalı faciəsindən kadrlar var idi. General 

V.Yerin prezidentə yazırdı: “...Xocalıda qadın, uşaq və qocaları güllələyiblər, 

meyitlərin bir çoxunun dərisi soyulub. Bunları azərbaycanlı operatorun (Çingiz 

Mustafayev-H.N) çəkdiyi film  də sübut edir. Kamera qulaqları  kəsilmiş bir neçə 

uşaq göstərir. Yaşlı bir qadın var,  üzünün sol yarısını kəsib götürüblər. Kişilərin 

baş  dəriləri soyulub çıxarılıb. Meyitlər eybəcər hala salınıb. Hərbi kəşfiyyatın 

məlumatına görə, bu barədə Dağlıq Qarabağda yerləşən 366-cı alay 

günahlandırılır". (Н.Qavrilov) "Voyennıye vedomosti". Nəşr.S-Peterburq.1998, 

səh.96). Prezident B.N.Yeltsin videokassetə baxdıqdan sonra “rus əsgərlərinin şərəf 

və ləyaqətinə xələl gətirən (!!!) belə kadrların çəkilməməsini” hərbi kəşfiyyatçıların 

qarşısında vəzifə kimi qoyur, bu istiqamətdə  işləmək üçün xüsusi sərəncam 

imzalayır. 

 



Rus diplomatı general Mayevskinin "Ermənilərin törətdiyi kütləvi qırğınlar" 

kitabından: “Kəndlərə aparılan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş 

meyitləri, kəsilmiş  bədən hissələri və dağılıb tökülmüş daxili orqanları 


13 

 

səpələnmişdi… Əsasən qadınlar və uşaqlar! Hakimlər və sahibkarlar qətlləri təşkil 



etmiş, erməni ordusu onu yerinə yetirmişdir. Dərin quyular qazılmış  və köməksiz 

insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışdır. Qətllər üçün 

məsuliyyət daşıyan ermənilər bir evə  səksən nəfər müsəlman doldurur, sonra isə 

onların başlarını kəsirdi.” 

 



Rus tədqiqatçısı V. L. Veliçkonun "Qafqaz" əsərindən:"Ermənilər gürcülərə 

məxsus olan xram və monastrlarda gürcülərin izini məhv edir, daş üzərində gürcü 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin