Gürcülərin gördükləri və yazdıqları
•
Gürcü yazıçı və mütəfəkkiri İ.Çavçavadzenin Rus çarına məktubundan:
“Əlahəzrət! Mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə
verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-
küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır.”
•
Rus ordusunun gürcü generalı L.Odişelidzenin 1915-ci il tarixli məlumatından:
"Ali məktəbdən tutmuş lap adicə ibtidai məktəblərə qədər bütün erməni məktəbləri
Avropa paytaxtlarında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın
fəaliyyət meydanına çevrilmişdi. Vətənpərvərlik mədhiyyə və mahnıları, kəskin
satira və təmsillər müəllimlər mühitindən yeniyetmələrin odlu qəlbinə düşürdü,
onlarda müsəlmanlara qarşı qəzəb, kin-kudrət hissini heç kimə məlum olmayan
gələcəyin fantastik illüziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləliklə, ən
qısa bir vaxt (3-4 il) ərzində onların yaratdığı illüziyanın müdafiəsi üçün qanlı
fədakarlığa hazır olan qudurğan, inadkar gənclər yarandı…"
•
Gürcüstan Respublikasının vətəndaşı Levan Vladimiroviç Qoqoberidze: “22
yaşım var, Bakıda, Merkuryevskaya küçəsi, ev № 33, mənzil 12 ünvanda
yaşayıram. 1918-ci ilin mart qırğınları zamanı mən, Balaxanı kəndində, Ağayev
qardaşlarının evində yaşayırdım. Bu ev Ayrapet Surqulyantsın rəhbərlik etdiyi
silahlı ermənilər tərəfindən mühasirəyə alındı və zirehli qatardan, sonra isə
tüfənglərdən atəşə tutuldu. Mən özümlə qılıncımı, pullarımı, saatımı, dövlət əmanət
kitabçamı, üzüyümü götürdüm və evdən qaçmağı qərara aldım. Mənimlə birlikdə
Mahmud Ağayev və adlarını bilmədiyim bir neçə müsəlman qaçırdı. Arxa həyətin
yaxınlığında ermənilər bizi saxladılar. Ağayev güllə ilə ayağından yaralandı. Biz
mühasirəyə alındıq və polis bölməsinə göndərildik. Bu vaxt dərhal mənim yanımda
olan bütün əşyalarımı əlimdən aldılar. Mən və o birilər beş gün bölmədə qaldıq.
Ondan sonra məni və tanımadığım Rəhimov soyadlı birisini azad etdilər, qalanlarını
– Ağayev qardaşlarını və bir rusu gözlərimizin qabağında güllələdilər. Ağayev
qardaşları 5 nəfər idi və onlardan kiçiyinin 8, böyüyünün isə 40 yaşı var idi.
Ermənilər birinci bölmənin yaxınlığında güllələyirdilər, adamları arxadan
vururdular. Sonra isə qundaqlarla, süngülərlə güllələnənlərin axırına çıxırdılar. ...
talan edilmiş əmlakımın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş
edirəm.” Oxundu. Qoqoberidze. İmza. Komissiya üzvləri: Aleksandroviç, Takinski,
А.Kluge (imzalar). AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 41. Sənəd № 576
•
Gürcü politoloqu, Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru
Quram Marxulia: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu barədə kifayət
qədər tarixi faktlar var. Bunu heç bir vicdanlı alim dana bilməz. Yalnız erməni
alimləri qondarma, saxta faktlar düzəltməklə işğalçılıq siyasətlərinə don
geyindirmək istəyir, bu məsələdə də xarici havadarlarının köməyindən istifadə
edirlər. Amma onlar buna nail ola bilməyəcəklər. Azərbaycan bu bölgənin ən qədim
dövlətlərindən biridir və hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan
ərazilər də Azərbaycanındır. Bu da tarixi faktdır. Hamıya məlumdur ki, Ermənistan
dövləti 1918-ci ildə Azərbaycan və Gürcüstan ərazilərində xarici dövlətlərin dəstəyi
və təzyiqi ilə yaradılıb. Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi Dağlıq
Qarabağ mövcud olanda heç Ermənistanın adı belə olmayıb. Ermənilər bu faktları
ört-basdır etməklə diqqəti yayındırmağa çalışırlar. Amma hesab edirəm ki, onlar
buna nail ola bilməyəcəklər. Əslində Azərbaycan torpaqlarını Ermənistan təkbaşına
işğal edə bilməzdi. Yalnız xarici havadarlarının fitvası və dəstəyi ilə onlar
Azərbaycanın əzəli torpaqlarını işğal ediblər. Sovet İttifaqı dağıldıqdan sonra
26
Ermənistanda yenidən ərazi iddiaları baş qaldırdı. Ermənistana bu məsələdə xarici
qüvvələr dəstək verdi. Bu gün xarici dövlətlərin əlində təzyiq vasitəsinə çevrilən
Ermənistan əslində özünü pis vəziyyətdə qoyub. Baxın, bu bölgədə Azərbaycan da,
Gürcüstan da işğaldan əziyyət çəkən ölkələrdir. Bununla belə, hər iki ölkə inkişaf
edir. Birgə regional və qlobal layihələrdə iştirak edirlər. Bizimlə müqayisədə
Azərbaycan daha çox inkişaf edib. Ermənistan dövləti isə özünü hər şeydən
məhrum edib. Düşünürəm ki, bu da uzun sürməyəcək. Tezliklə Ermənistan geri
çəkiləcək və işğal etdiyi torpaqları azad edəcək. Onlar uduzduqlarını nə qədər tez
başa düşsələr bir o qədər də onlara xeyirdir. Bölgədə işğala mütləq son qoyulacaq.
Bu gün uzaqda deyil.http://azertag.az/xeber/818323
•
Gürcü tarixçisi Quram Marxulia: “Ermənilərin mübarizə metodu ancaq bundan
ibarət idi: “...İnsanları silahlandırmaq üçün bütün vasitələrə əl atmaq,
...toqquşmalar təşkil etmək və hökumət məmurlarını aradan götürmək, ...dövlət
idarələrini talan etmək və dağıtmaq... Məqsədə çatmaq üçün hər şeyə icazə verilirdi
- təbliğata, terrora, qiyama”.
Dostları ilə paylaş: |