|
Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin polkovniki, 366-cı alayda
yerləşən 02270 nömrəli (Dağlıq Qarabağda) hərbi hissənin əks-kəşfiyyat şöbəsinin
rəisi olmuş, Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan
Vladimir Romanoviç Savelyevin Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına,
Baş Kəşfiyyat İdarəsinə ünvanlanmış məktublarından: “...Mən bütün bunları
yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. İnsanların, uşaq və
qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy
azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan
hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm
Kremlə, həm də MN-ə, BKŞ-nin generallarına göndərdim. Oxuyun - dedim. Biz
rusların zabit şərəfi görün necə ləkələndi.... Bu oyunlara rus zabitlərini qoşmaqla
onları alçaltdılar, şərəfinə lənət damğasını vurdular…Mən on addımlığımda güllə
yarasından can verən səkkiz-doqquz yaşlı qızcığaza heç cür kömək əlimi uzada
bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram...”
•
1992-ci il martın 10-da isə Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin
poçtuna daxili işlər naziri Viktor Yerinin imzası ilə məktub qoyulur, məktubda qeyd
edilir ki, məzmunu haqqında şəxsi görüşdə açıqlama veriləcək. Məktubla təqdim
olunmuş videokassetə baxılması xahiş olunur. Videokassetdə 1.890 nəfər şəxsi
heyəti olan 366-cı alayın fəaliyyəti və Xocalı faciəsindən kadrlar var idi. General
V.Yerin prezidentə yazırdı: “...Xocalıda qadın, uşaq və qocaları güllələyiblər,
meyitlərin bir çoxunun dərisi soyulub. Bunları azərbaycanlı operatorun (Çingiz
Mustafayev-H.N) çəkdiyi film də sübut edir. Kamera qulaqları kəsilmiş bir neçə
uşaq göstərir. Yaşlı bir qadın var, üzünün sol yarısını kəsib götürüblər. Kişilərin
baş dəriləri soyulub çıxarılıb. Meyitlər eybəcər hala salınıb. Hərbi kəşfiyyatın
məlumatına görə, bu barədə Dağlıq Qarabağda yerləşən 366-cı alay
günahlandırılır". (Н.Qavrilov) "Voyennıye vedomosti". Nəşr.S-Peterburq.1998,
səh.96). Prezident B.N.Yeltsin videokassetə baxdıqdan sonra “rus əsgərlərinin şərəf
və ləyaqətinə xələl gətirən (!!!) belə kadrların çəkilməməsini” hərbi kəşfiyyatçıların
qarşısında vəzifə kimi qoyur, bu istiqamətdə işləmək üçün xüsusi sərəncam
imzalayır.
•
Rus diplomatı general Mayevskinin "Ermənilərin törətdiyi kütləvi qırğınlar"
kitabından: “Kəndlərə aparılan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş
meyitləri, kəsilmiş bədən hissələri və dağılıb tökülmüş daxili orqanları
13
səpələnmişdi… Əsasən qadınlar və uşaqlar! Hakimlər və sahibkarlar qətlləri təşkil
etmiş, erməni ordusu onu yerinə yetirmişdir. Dərin quyular qazılmış və köməksiz
insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışdır. Qətllər üçün
məsuliyyət daşıyan ermənilər bir evə səksən nəfər müsəlman doldurur, sonra isə
onların başlarını kəsirdi.”
•
Rus tədqiqatçısı V. L. Veliçkonun "Qafqaz" əsərindən:"Ermənilər gürcülərə
məxsus olan xram və monastrlarda gürcülərin izini məhv edir, daş üzərində gürcü
Dostları ilə paylaş: |
|
|