Farsların görüb yazdıqları
Fars şovinizminin dahi təbliğatçısı kimi tanınan Seyid Əhməd Kəsrəvi “On səkkiz
illik Azərbaycan tarixi” əsərində yazır: “Van gölü ətrafında assurlar Türkiyə
kürdlərinə məğlub olub Cənubi Azərbaycan ərazisinə sığınırdılar. Yerli camaatın
“cilo” adlandırdığı 25 min assuriyalı rusların xristian təəssübkeşliyi ilə Azərbaycan
ərazisində yerləşdirilir. Onlar bir çox hallarda yerli əhalinin mal-mülkünü zorla
əlindən alır, müqavimət göstərənləri isə qətlə yetirirlər. Bu işdə ermənilər daha fəal
mövqe tuturlar, köməksiz və silahsız mülki əhali - azərbaycanlıları qətlə yetirirlər.
12 min silo (assuriyalı) ailəsi başçıları Marşimonla (ciloların patriarxı) Osmanlı
ərazilərindən gəldilər. 20 min erməni və assur ailəsi isə “Urmi, Salmas, Sulduz”
ətrafından onlara qoşuldu. Üstəlik, 5-6 min erməni İrəvan, Van və Naxçıvandan
gəlib bunlarla birləşdilər. Bunların 20 mini yaxşı döyüşən döyüşçü idi. 800 rus
əsgəri isə Rusiyaya getməyib qaldı. 72 fransız sərkərdəsi ilə xristianlara yol
göstərirdilər. Erməni və assurlardan təşkil olunmuş xristian qoşununun 25 ədəd
topu da var idi...Müharibə səhər tezdən başladı. Ermənilər Dialə və Cühud
dağlarından şəhəri top atəşinə tutdular. Əhali xristianların da topunun olduğunu
görüb qorxuya düşdü. Hər tərəfdən şəhərə yürüş etdilər. Əsgərxan, Mehdəlqədər,
Yurddaş və Seyid Hüseyn bağı küçəsi yürüşə məruz qaldı. Evlər talanıb yandırıldı.
Həmin gün axşam Qaradağlı silahlıları heç bir iş görmədən Urmiya, Salmas yolu ilə
qaçdılar.”
*
Motemed-Əlvözəra yazır: “Səhərə kimi atışma kəsilmədi. Səhər hökumət
mərkəzinə gəldim. Raportlardan məlum oldu ki, gecə dəhşətli faciələr baş verib.
Çilolar ermənilər hücum edib təxminən 500 evi odlayıblar, azərbaycanlı əhalini
qətlə yetiriblər. Qırğın səhəri gün də davam etdi. Həmin gün qırğında 10 minə
yaxın günahsız Azərbaycanlı qadın və uşaq qətlə yetirildi. Səhər tezdən başlandı
36
qətl-qarət, nahardan sonra Mister Şedin dayanmaq əmrinə məhəl qoymadan davam
etdirildi. Xristianlar istədikləri azərbaycanlıları öldürürdülər.
*
Həmin günlərin qanlı xronikasını əks etdirən salnaməçi Əli Dehqaninin “Zərdüşt
yurdu Urmiya” əsərində axır çərşənbə günü azərbaycanlıların başına gətirələn
müsibətlər haqqında yazı: “Amerikanın Urmiyadakı konsulu Mister Şedin hiyləsi
ilə tərkisilah olunmuş azərbaycanlılarla müzakirədən sonra urmiyalılar
aldandıqlarını başa düşdülər... Bu günü Günəş ili 1226-cı il, İsfənd ayının 26-sı -
axır çərşənbə (17 mart, 1918) Urmiya şəhərində erməni daşnaqları və Çiloların 10
min nəfərə yaxın azərbaycanlı qırğınının şahidiyəm”.
*
İranlı fars tacir Əli Qayımpur:”Tehran Milli Arxivində qorunub saxlanılan “Ənzəli
qovluğu”nun 209–cu səhifəsində 1918–ci ilin aprelin sonunda Şamaxıda gördükləri
barədə yazırdı: “Şamaxı şəhərinin ətrafında və şəhər mərkəzində insanlar durduqları
yerdəcə keçinirdilər… Ermənilər hər səhər evlərdən yığılan meyitləri
yandırırdılar… Bir yandan ermənilər qırırdı, bir yandan da xəstəlik…”
Dostları ilə paylaş: |