S.Şaumyan, ”Bakinskiy raboçi” qəzeti, № 139, 18 iyul 1918-ci il. Radioteleqram.
mətnini Moskvaya Mərkəzi hökumətə göndərdim. Öz tərəfimdən Sizin şəxsinizdə
sabah Gığı dərəsinə qarşı bizim hücumumuz, səlib müharibəmiz başlayır. Sabah
qalalarımızın qədim xarabalıqları salamlayacaqdır. Sabah bu vadidə ayaqlarınızın
taqqıltısı, silahlarınızın gurultusu eşidiləcək...Bütün kəndləri yandırın, talan edin,
hücum zamanı külli miqdarda dinamit və partlayıcı çəlləklərdən istifadə edin...İrəli,
41
•
Erməni jurnalist Daud Xeyriyan yazır: “...Martın 2-də ermənilərin “Qaflan”
qrupu (qrup meyitləri yığıb yandırmaqla məşğul idi) 100 nəfərdən çox türk meyitini
yığıb Xocalıdan təqribən bir kilometr qərb istiqamətində yandırdı. Sonuncu
maşında təqribən 10 yaşında olan bir qız uşağı da gördüm. O, alnından və
qollarından yara almışdı. Sir-sifəti göyərmiş bu uşaq hələ ölməmişdi. Aclığa və
soyuğa, aldığı yaralara baxmayaraq ölməmişdi. Asta-asta nəfəs alırdı. Ölümlə
çarpışan bu uşağın gözlərini unuda bilmirəm. Bir azdan onu da “Qaflan”çıların
səyyar ölüm ocaqları”ında yandıracaqdılar. Heysiz- hərəkətsiz uzanmış,
dırnaqlarından qan süzülən bu uşağı Tiqranyan çağırılan bir əsgər tolazlayıb,
qalaqlanmış meyitlərin üstünə atdı. Sonra bu insan qalağına od vurdular. Bu zaman
elə zənn etdim ki, yanan meyitlərin içərisində kimsə qışqırır. Aman və imdad
diləyir. Mən bütün bunlardan sonra daha irəli gedə bilmədim. Amma fikrim var idi
ki, o uşağı da görüm. Geri qayıtdım. Onlar isə xaç uğrunda döyüşlərini davam
etdirirdilər” (Səh. 62-63).
•
Erməni tarixçisi Səməd Sərdariniyanın “Arazın hər iki tayında müsəlmanların
soyqırımı”, “İrəvan müsəlman sakinli şəhər olmuş”, “Qarabağ tarixinin gedişində”
kitablarından: “Ermənilər 1918-ci ilin əvvəlində İranın Cənubi Azərbaycan
vilayətlərində türklər yaşayan Urmiyə şəhərinin abidələrini rus əsgərləri ilə birlikdə
yandırıb külə döndərmişdilər. Bir gün ərzində Urmiyədə öldürülənlərin sayı 10 min
nəfərə çatmışdı. Bu ağır və çətin günlərdə Urmiyə əhalisinə nə Tehrandan bir
kömək gəldi, nə də Təbrizdə oturan Azərbaycan hakimi və vəliəhd
Məhəmmədhəsən Mirzədən. Əgər Birinci Dünya müharibəsinin gedişində ruslar
Rusiyada yaşayan erməniləri silahlandırmışdılarsa, ingilislər də osmanlıların
hücumlarına qarşı Urmiyə və Səlmas xristianlarını (erməniləri və assuriləri)
silahlandırmışdılar. Erməni və assurilər Səlmasdan Urmiyəyə hüçum etmişdilər.
Urmiyədəki ermənilər qonşu azərbaycanlı evlərini talan etmiş, sonra isə evlərə od
vurub yandırmışdılar. Ermənilər qocaya, uşağa, qadına rəhm etməmişdilər. Onlar
Urmiyədə 500 evə od vurub yandırmışdılar. ...1918-ci ilin may ayında Andranik 5
min nəfərlik silahlı erməni dəstəsi ilə Xoy şəhərinə hücum etmişdi. İyunun 24-də
isə şəhəri mühasirəyə alan ermənilər Urmiyədə törətdikləri vəhşilikləri Xoy və
Səlmasda da davam etdirmişdilər. Qüvvələrin sayı və hərbi-texniki cəhətdən üstün
olan ermənilər Xoya pənah gətirmiş qırx min səlmaslı qaçqının 30 min nəfərini
qətlə yetirmişdi. İyun ayının ortalarında osmanlılar iki günlük döyüşdən sonra
Səlmasa daxil olmuşdular. Xristianlar (assuri və ermənilər) isə şəhərdən
qaçmışdılar. Ermənilərin törətdiyi qırğınlar zamanı Səlmas, Xoy, Urmiyə
xarabalığa cevrilmiş, 130 min türk-azərbaycanlı öldürülmüşdü.”
•
Dostları ilə paylaş: