Azərbaycanı ya biz bütövlükdə işğal etməliyik, ya da parçalayıb Arazdan şimalda yaşayanlara
“Oğuz” və ya “Tatar” adı qoymaqla onlara bir-biri ilə ayrı-seçkiliyi təbliğ etməliyik”. Biz də
ayrı-seçkilik qoymadan kitabı “türk” soy-kökümüzün adında birləşdirdik.
Sözdə “erməni soyqırımı”nın saxtalığını hamıdan, hər kəsdən yaxşı ermənilərin özləri bilirlər.
Həm Azərbaycan, həm də Osmanlı arxivləri açıqdır. Dəfələrlə Türkiyə Prezidenti və
Başbakanının elan etdiklərinə baxmayaraq, heç bir erməni və onlara havadarlıq edən ölkələrin
tarixçiləri bu arxivlərə baş vurmaq həvəsinə düşməyiblər. Çünki yaxşı bilirlər ki, onlar görmək
istədiklərini tapa bilməyəcəklər, ona görə nəinki Türkiyə, heç başqa ölkələrdəki arxivlərdə də
araşdırmalara ehtiyac belə qalmır! Olmayan şeyi necə tapmaq olar ki?! Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan martın 19-da Çanakkala savaşının 100 illiyinə həsr olunmuş törəndə bir daha
bəyan etdi: “Ey erməni diasporu, ey Ermənistan rəhbərliyi, gəlin, buyurun, bu, bizim
arxivlərimiz. Sizin nə qədər sənədiniz var? Çıxarın sənədlərinizi, tarixçilərinizi, danışsınlar.”
Bu yerdə amerikalı alim Səmyuel А.Uimzin sözləri yada düşür: "Mən nə azərbaycanlı deyiləm,
nə gürcü deyiləm və türk də deyiləm. Mən - amerikalıyam. Mən 1686-ci ildə Amerikaya gəlib
çatan ilk şotlandların nəslindənəm. Mən şotland amerikalısıyam. Mən cənubluyam. Bütün
həyatım boyu baptistəm və Amerikaya vergi ödəyirəm. Mən bu kitabı London, Moskva və
İstanbuldakı araşdırmalarımın yekunu kimi yazmışam. Ermənistan da Vaşinqton, Paris,
Roma kimi elmi tədqiqat işlərinin, araşdırmalarımın aparılmasına kömək edə bilərdi. Lakin
Dostları ilə paylaş: |