tutan bütün ermənilər qoşulmuşdu". Böyük Öndər erməni deportasiyası və erməni
dəstələrinin törətdikləri qırğınlar barədə fikirlərini də bu sözlərlə dilə gətirmişdi:-"İngilislərin
sülh zamanında və hərb sahəsindən uzaq olaraq İrlandiyaya rəva gördüyü rəftara demək olar
ki, biganə şəkildə baxan dünya birliyi, erməni əhalisinin deportasiyası barədə məcbur qalaraq
aldığımız qərar üçün bizə qarşı haqlı bir ittiham irəli sürə bilməz...Bizə qarşı edilmiş olan
böhtanların əksinə, deportasiya edilmiş olanlar həyatdadır və bunlardan əksəriyyəti əgər
Antanta Dövlətləri bizi yenidən hərb etməyə məcbur etməsə idilər, indi evlərinə qayıtmış
olardılar". Türkiyəyə saxta erməni soyqırımı ilə bağlı xristian dünyasından 100 ildir davam edən
təzyiqlər, suçlamaların əsl səbəbi Azərbaycan dövlətinə və xalqına daha yaxşı tanışdır. Eyni ikili
standartlı yanaşmalar 23 ildir ki, ölkəmizə qarşı da sərgilənməkdədir.
Bu kitabda toplanmış, hətta, Ermənistan hökuməti rəhbərlərinin çıxışları, erməni komandirlərin
komandanlıqlarına yazdıqları hesabatlar, Ermənistanın ilk Baş naziri Ovanes Kaçaznuninin,
Boryan və Lalayan kimi nisbətən obyektiv erməni tarixçilərinin sənədləri də tarixdə “erməni
soyqırımı” deyilən bir şeyin olmadığını təsdiq edir. Əksinə, rus, ingilis, amerikan, fransız,
yəhudi, gürcü və erməni şahidlərin də təsdiq etdiyi kimi "TÜRK SOYQIRIMI" tərsinə
çevrilərək, tarixi iftira və saxtalıqlarla "erməni soyqırımı" halına düşmüşdür. Çünki, türk milləti
istər Anadolu, istərsə də Qafqazda zülmə, qətliama, soyqırıma uğrayan hər millətə yardım əlini
uzatmış və torpaqlarına sığınan millətlərə qucaq açmışdır. Əgər tarixdə türk dövlətlərinin
sərhədləri içində yaşayan azsaylı millətlərə soyqırım və assimilyasiya siyasəti tətbiq olsaydı, bu
gün Qafqazın, Balkanların və Orta Şərqin xəritəsinin yenidən çizilməsi gərəkirdi və yer üzündə
indi var olan Ermənistan kimi bir çox dövlət və millət mövcud olmayacaqdı. İllərdir İraqda neft-
petrol qaynaqlarına nəzarət uğrunda gedən savaşlarda 1 milyondan, Əfqanıstanda ondan daha
çox, Suriyada 300 mindən artıq dinc insan ABŞ və Qərbin planlaşdırdığı savaş, qardaş
qırğınlarının, “ərəb baharı” çevrilişlərinin qurbanı olub. Sağ qalmaq üçün doğma yer-yurdundan
baş götürüb qaçanların yeganə ümid yeri Türkiyə olub, tək Suriyanın Kobani şəhərindən didərgin
düşən 200 min kürd Türkiyəyə sığınıb. Türkiyə, ondan əvvəl Osmanlı tarix boyu dara düşənlərin
ümid yeri olub, tək-tənha öz mənafeləri naminə milyonlarla günahsız insanın ölümünə göz
yuman güclərlə haqq, ədalət uğrunda dava sürməkdədir.
Ermənilərin əxlaqı, siyasəti bu hiyləgər, məkrli düşüncə üzərində qurulub: “Əgər bir yalanı
həddindən artıq uzun, həddindən artıq ucadan və həddindən çox desəniz, insanlar inanar.
İnsanları bir yalana inandırmağın sirri yalanı daima təkrar etməkdir. Sadəcə təkrar, təkrar və
təkrar deyin.”
İllərdir ki, Avropa “xristian klubu” erməni kilsə və diasporunu təlimatlandıraraq "Dörd T"
şəklində anladılan planı ermənilərin boğazına pərçimləyib: Tanıtım, Tanınma, Təzminat və
Torpaq... 1) “Soyqırımı”nın bütün dünyada tanınması; 2) Türkiyənin “soyqırımı” tanıması; 3)
Türkiyənin “soyqırımı”na uğramış adamların vərəsələrinə təzminat ödəməsi; 4) Türkiyənin
şərqində ermənilərə torpaq verilməsi. Şübhəsiz, belə cəfəng iddialar həm də Türkiyəni
Ermənistana münasibətdə yumşaltmağa - sərhədləri açmağa məcbur etmək, habelə qardaş
ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək, onun Avropa Birliyinə gedən yolunu bağlamaq
məqsədi güdür. Çoxəsrlik xaçlı yürüşlərinin boşa çıxdığını, qazanmaq əvəzinə itirdiklərini hələ
də sinirə bilməyən böyük dövlətlərin erməni terrorçu dəstələri ilə baş-başa hərəkət etmələri
göstərir ki, məqsəd xalqları qardaşlaşdırmaq, ya da tarixin aydınladılması deyil, əsas olan türk
düşmənliyi və türk vətəninə göz dikməkdir. 100 illik erməni yalanının da səbəbi budur!
Ermənilərə Anadoluda Qara Xaç, Armenakan və Vətən Qoruyucu, Parisdə ASALA, Cenevrədə
54
Hınçak, Tiflisdə Daşnak komitələri məhz türk düşmənlərinin planlarına uyğun qurulmuşdur. 4 T
erməniliyin həyat, yaşam tərzinə, həm də bütün regionun baş ağrısına çevrilib.
Qərb dövlətlərinin böyük qismi üçün türklər nə yaxşılıq, xeyirxahlıq etsələr etsinlər, barbardılar.
Halbuki, xaçlıların Qüdsdə öz ifadələri ilə "atlarımız sinələrinə qədər müsəlman qanından
yaranmış gölün içində ikən yürüş etdik" tarixi etiraflarını nə tez unutdular? Milyonlarla yəhudini
sanki almanlar qətl etməmişdi, yalnız Hitler öldürmüşdür. Belə bir məntiqi anlamaq mümkün
deyil. Ölkələrinin müstəqilliyi üçün döyüşən irlandiyalıları gülləyə düzən ingilislərin
barbarlığından kimsə danışmır. Əlcəzairdəki iki milyon müsəlmanın qətli və Vyetnamda
törədilən vəhşiliklər üçün nə fransızlar, nə də amerikalılar utanc hissi keçirmirlər. Amerika
Birləşmiş Ştatları II Dünya Müharibəsində yapon əsirlərini Amerika hərbi paltarı geyindirməklə
yapon ordusuna qarşı savaşdırıb qardaşı qardaşa qırdırdı, xatırlanmır. Kiprdə qətlə yetirilən
türklərə görə Qərb dünyası rumluları heç günahlandırdımı? Rusların 200 ildir Azərbaycanda,
özəlliklə də Dağlıq Qarabağ və ətraf rayonlarda, Çeçenistan başda olmaqla Qafqazda,
Tacikistanda, Türküstanda tökdükləri günahsız qanları heç gündəmə gətirən varmı? Amma
növbə türklərə çatanda meyarlar tamam dəyişir, işlətmədikləri bir cinayətə görə onlar “soyqırım”
cinayəti ilə suçlanır.
1895-ci ilin mart-aprelində Fransa, Böyük Britaniya və Rusiyanın İstanbuldakı səfirləri öz
ölkələrinin təlimatı ilə Osmanlı imperatorunu ermənilərin kompakt yaşadığı “Türkiyə
Ermənistanında” rus və avropalı məmurların müşahidəçiliyi altında islahatlar aparılmasına dair
dekreti imzalamaq, yazılı öhdəliklər götürmək məcburiyyətində qoydular. Birinci Dünya savaşı
ərəfəsində bu ölkələrin aktiv dəstəyi, təzyiqi və erməni kilsəsinin fəaliyyəti sayəsində
(Eçmiəzdin katalikosu Poqos Nubar bu məqsədlə Avropanın əksər paytaxtlarında görüşlər
keçirmiş, “zavallı” xristian ermənilərin dözülməz vəziyyətini, məzlum erməni xalqının arzularını
izhar etmişdi) gücü, taqəti tükənməkdə olan Osmanlıda ermənilər açıq və gizli şəkildə
silahlanmağa, döyüşə hazır qüvvələr qurmağa və vahid mərkəzdə təşkilatlanmağa nail olmuşdu.
1915-ci ilin əvvəllərində bütün ermənilərin katalikosu V Gevorq erməni “Milli Büro”su adından
çar Nikolaya ünvanladığı məktubda qeyd edirdi: “…ermənilər sizin ən inanılmış övladlarınızdır,
bizə şərait yaradın ki, Türkiyə və Azərbaycanda öz qardaş-bacılarımızı onların əsarətindən xilas
edək. Bizə yardım və köməklik edin ki, “könüllü dəstələr” yaradaq. Ermənistanda 1965-ci ildə
rus və erməni dillərində çap olunan (Qosizdat Armenii, 1965q.) “Daşnaksütyun əvvəl və indi”
kitabında tarixçi-diplomat Q.Abovyan yazır: “…məktubdan sonra, Doktor Zavriyev təcili
Dostları ilə paylaş: |