Hacı Nərimanoğlu


konfransında həll olunacağını gözləyəcəkdir"



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə44/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   40   41   42   43   44   45   46   47   ...   70
konfransında həll olunacağını gözləyəcəkdir". Tomson Ermənistan hökumətinin rəhbərlərinə 5 

milyon  ədəd patron və pul da göndəriləcəyini də  vəd edir, vədini də yerinə yetirir. Erməni 

stenoqraf protokolda "General Tomson dediklərinin evin divarlarından kənara çıxmayacağını 

bilərək açıq danışır..." qeydini etməyi də unutmayıb. Erməni qoşun birləşmələrinin komandanı, 

əvvəl Anadoluda, sonra isə  Cənubi və  Şimali Azərbaycanda qanlı  qırğınların  əsas 



56 

 

təşkilatçılarından olmuş Erməni milli hökumətinin ilk baş naziri, daşnak başçısı Kaçaznuninin 



“yaramaz oğru və quldurbaşı” adlandırdığı Andronik Uzunyan Böyük Britaniyanın “Mİ-6” 

kəşfiyyat mərkəzinin agenti idi, bütün tapşırıqları ingilislərdən alırdı. Parisdə  və Londonda 

“Erməni Manifesti”nin yayılmasından cəmi iki gün sonra, 1917-ci ilin sentyabrın 25-də 

Azərbaycanın Dərələyəz və  Zəngəzur  ərazilərinə böyük bir qrupda ingilis emissarları 

gəlmişdilər. İngilis kəşfiyyat polkovniki Yum Robertin başçılıq etdiyi bu qrup ərazidəki “Erməni 

Milli Birliyi”nin hmbapetlərilə (silahlı  dəstələrilə) görüşür, onlarla birlikdə  Dərələyəz və 

Zəngəzur ərazilərinin strateji və həssas nöqtələrini araşdırırdılar. Göyçə gölünün yaxınlığında ilk 

ingilis-erməni hərbi düşərgəsi salınmışdı. Rusiya və Türkiyə hadisələrə etinasız yanaşırdı. Çünki 

hər ikisinin potensial imkanları azalmışdı. Azərbaycan müdafiəsiz və  tənha qalmışdı. Qədim 

oğuz elləri qan gölünə çevrilmişdi. 1919-cu il dekabrın 1-i sübh çağı üç istiqamətdə başlayan 

hücumlarda; Zəngəzurun Oxçu kəndində əvvəlcə əli silah tutan kişilər gülləyə qənaət etməkdən 

ötrü xəncərlə doğranıb, gürzlərlə başları əzilib, ardınca da məscidin içinə 400-dən çox  qadın və  

uşaq  doldurulub, içəri qumbaralar atılıb sonra od vurub yandırılıblar, bu kəndin 1400 sakinindən 

yalnız 10-12 nəfər sağ qurtulub, öldürülənlərin yalnız 133-nün kimliyini tanımaq mümkün olub, 

Şabadindən cəmi 8 kişi, 7 qadın sağ  çıxıb, Atqız kəndinin 4000 sakinindən yalnız 261 nəfəri 

mühasirədən sağ  çıxa bilib, onların da 167-si Gığı  dərəsindən Ordubada keçən qarlı,  şaxtalı 

yollarda donub ölüblər, Çaylıda 900 müsəlman öldürülüb, tamamən mühasirəyə alınmış Mədən, 

Şəhərcik, Buğacıq, Mollalı, Həkəri, Keçi Sofulu, Kurud, Keçili, Əsgərli, Pirçevan, Zəngəzur 

qəzasının 3-cü sahəsinin (Qubadlı rayonu) Xocahandan Qaladərəsinə qədər ərazidəki 48 kəndin 

əhalisi amansızlıqla qətlə yetirilib, evləri tamamən yandırılıb, talan, qarət edilib. Qubadlının 93-

cü ilin 31 avqust işğalına qədər o kəndlərin bir çoxunun xarabalıqları dururdu, heç kəs oralarda 

yenidən məskən salmağa ürək etməmişdi, insanlar o yerlərə gizli bir qorxu hissi ilə baxırdılar ki, 

qırılan insanların ruhları hələ də o kəndlərin xarabalıqları üzərində gecə-gündüz qorxunc inilti ilə 

haray çəkirlər, bəzi kəndlərin isə yalnız adları arxiv sənədlərində qalıb. Naxçıvanın Yaycı 

kəndinin 2300 sakini qətlə yetirələrək, bir xeylisi də yaralı  vəziyyətdə Araz çayına atılmışdır. 

Onların meyidləri Mehrinin Nüvədi kəndində çaydan toplanıb çıxarılıb ayrıca qəbristanlıqda 

dəfn edilmişdi. 1918-ci ilin aprelində Bakı Soveti sədri Şaumyan və hərbi komissar Korqanovun 

xüsusi tapşırığı ilə ermənilərdən ibarət 2000 nəfərlik silahlı dəstə qatı daşnak cəlladı Amazaspın 

(Amazasp: “Hər bir müsəlman düşməndir, yalnız ona görə ki, o, müsəlmandır.”) komandanlığı 

ilə Qubaya göndərilir. Aprelin son, mayın ilk günlərində  təkcə Quba qəzasında  36 782 nəfər 

qətlə yetirilir. 122 kənd tamam məhv edilir. 380 ailə gecə yatdığı yerdə son nəfərinə kimi külə 

dönür, Qubanın özündə 259 ev yandırılır, 1800 körpə, 2000 qoca kişi, qadın qırılır. Quba 

Soyqırım məzarlığında 400 insanın sümüklərinin aşkar olunduğu məzarlıq onlarla quyudan 

biridir. Və onların biri də güllə ilə vurulmayıb, hamısı küt alətlərlə, işgəncələrlə qətlə yetirilib. 

AŞPA prezidenti Luis Mariya de Puiq bu məzarlıqda gördüklərindən dəhşətə gəldini demişdir: 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin