stenoqraf protokolda "General Tomson dediklərinin evin divarlarından kənara çıxmayacağını
bilərək açıq danışır..." qeydini etməyi də unutmayıb. Erməni qoşun birləşmələrinin komandanı,
əvvəl Anadoluda, sonra isə Cənubi və Şimali Azərbaycanda qanlı qırğınların əsas
56
təşkilatçılarından olmuş Erməni milli hökumətinin ilk baş naziri, daşnak başçısı Kaçaznuninin
“yaramaz oğru və quldurbaşı” adlandırdığı Andronik Uzunyan Böyük Britaniyanın “Mİ-6”
kəşfiyyat mərkəzinin agenti idi, bütün tapşırıqları ingilislərdən alırdı. Parisdə və Londonda
“Erməni Manifesti”nin yayılmasından cəmi iki gün sonra, 1917-ci ilin sentyabrın 25-də
Azərbaycanın Dərələyəz və Zəngəzur ərazilərinə böyük bir qrupda ingilis emissarları
gəlmişdilər. İngilis kəşfiyyat polkovniki Yum Robertin başçılıq etdiyi bu qrup ərazidəki “Erməni
Milli Birliyi”nin hmbapetlərilə (silahlı dəstələrilə) görüşür, onlarla birlikdə Dərələyəz və
Zəngəzur ərazilərinin strateji və həssas nöqtələrini araşdırırdılar. Göyçə gölünün yaxınlığında ilk
ingilis-erməni hərbi düşərgəsi salınmışdı. Rusiya və Türkiyə hadisələrə etinasız yanaşırdı. Çünki
hər ikisinin potensial imkanları azalmışdı. Azərbaycan müdafiəsiz və tənha qalmışdı. Qədim
oğuz elləri qan gölünə çevrilmişdi. 1919-cu il dekabrın 1-i sübh çağı üç istiqamətdə başlayan
hücumlarda; Zəngəzurun Oxçu kəndində əvvəlcə əli silah tutan kişilər gülləyə qənaət etməkdən
ötrü xəncərlə doğranıb, gürzlərlə başları əzilib, ardınca da məscidin içinə 400-dən çox qadın və
uşaq doldurulub, içəri qumbaralar atılıb sonra od vurub yandırılıblar, bu kəndin 1400 sakinindən
yalnız 10-12 nəfər sağ qurtulub, öldürülənlərin yalnız 133-nün kimliyini tanımaq mümkün olub,
Şabadindən cəmi 8 kişi, 7 qadın sağ çıxıb, Atqız kəndinin 4000 sakinindən yalnız 261 nəfəri
mühasirədən sağ çıxa bilib, onların da 167-si Gığı dərəsindən Ordubada keçən qarlı, şaxtalı
yollarda donub ölüblər, Çaylıda 900 müsəlman öldürülüb, tamamən mühasirəyə alınmış Mədən,
Şəhərcik, Buğacıq, Mollalı, Həkəri, Keçi Sofulu, Kurud, Keçili, Əsgərli, Pirçevan, Zəngəzur
qəzasının 3-cü sahəsinin (Qubadlı rayonu) Xocahandan Qaladərəsinə qədər ərazidəki 48 kəndin
əhalisi amansızlıqla qətlə yetirilib, evləri tamamən yandırılıb, talan, qarət edilib. Qubadlının 93-
cü ilin 31 avqust işğalına qədər o kəndlərin bir çoxunun xarabalıqları dururdu, heç kəs oralarda
yenidən məskən salmağa ürək etməmişdi, insanlar o yerlərə gizli bir qorxu hissi ilə baxırdılar ki,
qırılan insanların ruhları hələ də o kəndlərin xarabalıqları üzərində gecə-gündüz qorxunc inilti ilə
haray çəkirlər, bəzi kəndlərin isə yalnız adları arxiv sənədlərində qalıb. Naxçıvanın Yaycı
kəndinin 2300 sakini qətlə yetirələrək, bir xeylisi də yaralı vəziyyətdə Araz çayına atılmışdır.
Onların meyidləri Mehrinin Nüvədi kəndində çaydan toplanıb çıxarılıb ayrıca qəbristanlıqda
dəfn edilmişdi. 1918-ci ilin aprelində Bakı Soveti sədri Şaumyan və hərbi komissar Korqanovun
xüsusi tapşırığı ilə ermənilərdən ibarət 2000 nəfərlik silahlı dəstə qatı daşnak cəlladı Amazaspın
(Amazasp: “Hər bir müsəlman düşməndir, yalnız ona görə ki, o, müsəlmandır.”) komandanlığı
ilə Qubaya göndərilir. Aprelin son, mayın ilk günlərində təkcə Quba qəzasında 36 782 nəfər
qətlə yetirilir. 122 kənd tamam məhv edilir. 380 ailə gecə yatdığı yerdə son nəfərinə kimi külə
dönür, Qubanın özündə 259 ev yandırılır, 1800 körpə, 2000 qoca kişi, qadın qırılır. Quba
Soyqırım məzarlığında 400 insanın sümüklərinin aşkar olunduğu məzarlıq onlarla quyudan
biridir. Və onların biri də güllə ilə vurulmayıb, hamısı küt alətlərlə, işgəncələrlə qətlə yetirilib.
AŞPA prezidenti Luis Mariya de Puiq bu məzarlıqda gördüklərindən dəhşətə gəldini demişdir:
Dostları ilə paylaş: