onların arxivləri dünya ictimaiyyətinin üzünə qapalıdı.”
Bir yandan sülhün, barışın, demokratiya və insan haqları, xalqların qardaşlığı şüarı ilə hümanist
görünmək istəyən böyük dövlətlər, diğər yandan uydurduqları “soyqırım” yalanı üzərindən bir
əsrdir ki, türk-erməni münasibətlərini gərginləşdirmək üçün mümkün olan hər şeyi edirlər.
Çoxəsrlik xaçlı yürüşlərinin boşa çıxdığını, qazanmaq əvəzinə itirdiklərini hələ də sinirə
bilməyən böyük dövlətlərin erməni terrorçu dəstələri ilə baş-başa hərəkət etmələri göstərir ki,
məqsəd xalqları qardaşlaşdırmaq, ya da tarixin aydınladılması deyil, əsas olan türk düşmənliyi
və türk vətəninə göz dikməkdir. 100 illik erməni yalanının da səbəbi budur!
Müasir Türkiyə Cühuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürk, 26 fevral 1921-ci ildə
Amerikalı jurnalist Clanence K. Streitin sualına cavab verərək, erməni deportasiyasına dair bu
tarixi həqiqətləri dilə gətirərək demişdi:- "Rus ordusu 1915-ci ildə bizə qarşı böyük hücumunu
53
başladığı bir vaxtda o zaman çarın xidmətində olan Daşnak Komitəsi, hərbi hissələrimizin
arxasında yerləşən erməni əhalisini üsyana təhrik etmişdi. Düşmənin sayı və döyüş ehtiyatının
çoxluğu qarşısında geri çəkilməyə məcbur olduğumuz üçün özümüzü daim iki od arasında
qalmış kimi görürdük. Dağılmış və çox sayda yaralı olan dəstələrimiz ermənilər tərəfindən
amansız şəkildə qətlə yetirilir, geridəki körpülər və yollar darmadağın edilir və türk
kəndlərində qanlı terrorlar davam etdirilirdi. Bu cinayətləri işləyənlərin cərgələrinə əli silah
Dostları ilə paylaş: |