E R M Ə N İ L İ K
Tərtibçidən:
Hörmətli Oxucu!
Gördüyünüz kimi, diqqətinizə təqdim olunan bu kitabda saxta “erməni soyqırımı” haqqında
“danışanlar” rus, ingilis, fransız, alman, yəhudi, amerikan, malakan, moldovan, gürcü...ən çox da
ermənilərin özləridir. “Erməni soyqırımı” iddialarının əsassızlığına dəlil-sübutlarla şahidlik
edənlərin heç biri müsəlman, türk-azərbaycanlı deyil. 100 ildən çoxdur ki, ermənilərə hərbi-
siyasi, maddi-mənəvi himayədarlıq edən dövlət və millətlərin təmsilçiləridir. Müxtəlif
mənbələrdən toplanmış sənədlərdə soyqırımın obyekti də, subyekti də aydın görünür; soyqırımı
törədənlər böyük güclərin əlində hər zaman iyrənc vasitəyə, zopaya çevrilmiş ermənilər,
soyqırıma məruz qalanlar türklərdir. Əsl həqiqətlərin aşkara çıxarılması, həm də ermənilyin
mahiyyətinin, iç üzünün açıq-aydın görünməsi üçün bu kiçik həcmli kitab da kifayətdir.
Kitabın adından da görünür ki, söhbət vahid türk millətinə qarşı törədilən və hələ də davam edən
cinayətdən-soyqırımdan gedir. Anadoluda, Qafqazda, bu günkü İranda, Orta Asiyada çar
Rusiyasının müsəlman türklərə qarşı həyata keçirdiyi işğalçılıq və soyqırımı siyasətinin
carçılarından olan Rusiyanın İranda ilk fövqəladə və səlahiyyətli səfiri Aleksandr Qriboyedov
Peterburqa göndərdiyi hesabatda yazırdı: “... bu millət birdir və hamısı özünü türk sayır.
Dostları ilə paylaş: |