|
may 1915-ci il tarixli Tercih (Köç) Qanunu
27 may 1915-ci il tarixli Tercih (Köç) Qanunu:
1.Nəqli lazım olanlar gedəcəkləri yerlərə qədər rifah içərisində daşınacaqdır.
2.Yollarda istirahətləri, can və mal təhlükəsizlikləri qorunacaqdır.
3.Getdikləri yerlərdə qəti yerləşdirilmələrinə qədər özlərinə köçkün vəsaitindən
dolanışıqlarını təmin etmək üçün yardım ediləcəkdir.
4. Keçmiş maliyyə vəziyyətlərinə uyğun olaraq özlərinə mal və ərazi paylanılacaqdır.
5.Hökumət tərəfindən ev tikiləcəkdir.
6.Ciftçi-fermerlərə toxumlar, əvvəlcə sənətkar olanlara peşələri ilə bağlı alətlər
paylanılacaqdır.
7.Tərk etdikləri mallarından geridə qalanlar özlərinə veriləcək, bu olmadığı təqdirdə,
bunların qarşılığı pul kimi ödəniləcəkdir.
8.Boşaldılan şəhər və qəsəbələrdə yerləşən ermənilərə məxsus daşınmaz malların
siyahıyaalması keçiriləcək, bunların cinsləri və qiymətləri, miqdarları müəyyən edilərək
köçənlərə veriləcəkdir.
9.Köçənlərin istifadə etməyəcəkləri mallar, yəni zeytunlik, bağ, portağal bağları, dükan,
fabrik, anbar kimi gəlir gətirəcək daşınmaz mallar, artımı ilə satılacaq və ya icarəyə
götüləcək, bu gəlirlər uyğun bir şəkildə didərgin düşən ilk sahiblərinə veriləcəkdir.
Osmanlı Daxili İşlər Nazirliyi 28 may 1915-ci ildə didərgin düşənlərin saxlanmaları,
yedirilib içmələri ilə bağlı məqamları özündə ehtiva əhatəli bir təlimat hazırlayıb təsdiq
edib icraya yönəltmişdir. Bunun bəzi bəndlərini sadalayaq.
Nəqli lazım olan xalqın göçürülməsi işi yerli idarə məmurlarının səlahiyətinə aiddir.
Köçürülənlər, bütün heyvan və daşına bilən mallarını özləri ilə bərabər apara bilər.
Köç zamanı qaçqınların can, mal təhlükəsizlik, yedirilmə və istirahətlərinin təmin
edilməsindən, keçid yollarındakı məmurlar məsuliyyət daşıyırlar. Bu mövzuda meydana
gələcək çatışmazlıqların aradan qaldırılmasına müvafiq olaraq bütün vəzifəlilər
məsuliyyət daşıyacaqlar.
Köç sonunda köçənlər sağlıqlı işləməyə, təsərrüfatla məşğul olmağa əlverişli kənd və
şəhər evlərinə yerləşdiriləcəklər.
Yeni məskunlaşma bölgəsində köçkünlərə veriləcək ərazi yoxdursa, dövlət maliyyə və
fermalarından istifadə ediləcəkdir.
Yaşayış ərazisinə köçənə qədər, möhtac vəziyyətdə olanlara uyğun miqdarda hökumət
yardımı təmin olunacaqdır.
Kənd təsərrüfatı ilə məşğul olanlardan və sənətkarlardan ehtiyac olanlara uyğun
miqdarda vasitə və yaxud kapital veriləcəkdir.
|
|
|