Hacı Nərimanoğlu



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə35/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   31   32   33   34   35   36   37   38   ...   70
R.A.Açaryan: “Ermənistanda olan 2310 kəndin iki mindən çoxunda 

Azərbaycanlılar yaşayırdı. XIX əsrin  əvvəllərində  İrəvanda yaşayan 10 000 nəfər 

əhalinin 7000 nəfəri Azərbaycanlı idi. 49 bəy, sultan, məlikdən 41-i Azərbaycanlı 

idi.” 

 



Erməni yazıçısı M.Şaqinyanın ermənilərə müraciəti: "Siz bələkdəki körpənizə 

mütləq bildirin ki, türk onun düşmənidir. Onların ərazisində torpaqlarımız var".  

 

Şairə Silva Kaputikyanın televiziya ilə müraciətindən: "böyük Ermənistan" 



yaratmaq üçün türkü son nəfərə kimi qırmalısan,...türk öldürməyən erməni bizdən 

deyildir." "Sən türk öldürməkdən həmişə qürur duymalısan".O,  ədəbi qəhrəmanı 

Aşota həsr etdiyi əsərdə yazırdı: "Mənim qılıncımdan türk qanı axıb töküləndə, mən 

onu tapdayanda rahat olacağam".  




47 

 



 

Artunyan: "Türk öldürməyən erməni öz əli ilə özünü öldürsün."  

 



 



Zori Balayan:  “Mən komandir A.Ter-Tedovoyandan soruşdum ki, Şuşaya biz nə 

vaxt girə biləcəyik? –Komandir dedi ki, siz sualı düzgün qoymursunuz. Məndən 

soruşun ki, Şuşanı almaq üçün sənə nə lazımdır? Onda belə cavab verərəm, 400 ton 

yanacaq və 1000 ədəd raket. Bunları  əldə etdikdən sonra mən sizə  Şuşanın dəqiq 

alınması tarixini deyə bilərəm”. 

 



 

Erməni tarixçisi Gevorq Aslanın "Ermənistan və ermənilər" (1914 il) əsərindən: 

"Ermənilərdə dövlətçilik olmamışdır. Onlarda Vətən hissi yoxdur və siyasi tellərlə 

bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları yeri ilə bağlıdır. Müasir 

Ermənistanın ərazisi ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Məhz bu 

səbəbdəndir ki, böyük  Ermənistan ərazisində olan coğrafi adların əsas hissəsi 

azərbaycanlılara məxsusdur.”  

 



 

Erməni  publisisti  Vahe Avetyan özünün Facebook səhifəsində yazır: “Əziz 

qonşularımız, azərbaycanlılar. Mən Xocalıda yüzlərlə insanın soyqırıma məruz 

qalmasında ermənilərin də  iştirak etdiyinə görə sizdən üzr istəyirəm. Sizi 

inandırıram ki, nə  məni, nə dostlarımı  və  nə  də yaxınlarımı qatil, adamyeyən və 

sadist kimi yetişdiriblər.  Əmin olun ki, Ermənistanda nə vaxtsa qanuni xalq 

respublikası qurulsa, o vaxt mənim ölkəm bu cinayətin araşdırılması üçün mümkün 

olan hər  şeyi edəcək və bu işdə  əli olanların hamısı mühakimə olunacaq. Mən 

düşünürəm ki, dünən törətdiyi genosidi boynuna almayan və haqq qarşısına 

çıxmağa mənliyi və cürəti çatmayan bir xalqın yüz illər əvvəl ata-babalarının başına 

gətirilən genosidə görə dünyadan ədalət tələb etməyə mənəvi haqqı çatmır”. 

 



 

Amazasp: “Hər bir müsəlman düşməndir, yalnız ona görə ki, o, müsəlmandır.” 

 

1918-ci ilin may ayında qurulan Ermənistan Respublikasının 1919-cu ilin 



avqustuna qədər ilk baş naziri olmuş Ovanes Kaçaznunun 1923-cü ildə qurucusu və 

liderlərindən biri olduğu Daşnaksutyun partiyasının qurultayına təqdim etdiyi 128 

səhifəlik hesabatından: “Könüllü silahlı birliklər yaratdıq, Türkiyə  hələ savaşan 

tərəflərdən birinə qoşulmadığı dövrdə erməni inqilabçı daşnaksutyun partiyasının 

rəhbərliyi altında yaradılan silahlı  dəstələrlə  hərbi  əməliyyatlar həyata keçirdik, 

barışı sabotaj etdik, çox yerdə türklərə qarşı üsyan qaldırdıq, sülhü sabotaj etmək 

üçün döyüşdük də, türklərin düşməni olan Antanta Dövlətlərinin  şəhərciyində 

yerləşdik. Türkiyədən "Dənizdən dənizə Ermənistan" tələb etdik. Antanta 

Dövlətlərinin ordularını Türkiyəyə göndərmələrini və hakimiyyətimizi təmin 

etmələri üçün Avropa və Amerikaya rəsmi müraciətlər etdik. Nəhayət o da var ki, 

var olduğumuz müddətdə fasiləsiz olaraq türklərlə döyüşdük. Hərəkatımızın 

əsasında Antanta Dövlətlərinin bizə  vəd etdiyi böyük Ermənistan xəyalı dururdu. 

Amma biz heç bir zaman dövlət ola bilmədik. Türkiyə Ermənistanı deyə bir 

dövlətin xəyaldan kənar olmadığı gerçəyini bilmədik.Türkiyədə milli şüur və özünü 

müdafiə instinkti oyanmışdı. Yeni gənc və milliyətpərvər duyğularla hərəkət edən 

bir nəsil ortaya çıxaraq, Anadoluda öz ordusunu yenidən təşkil etməyə başlamışdı. 

1918-ci illərdə imperialistlərə qarşı döyüşlərində  təxribata uğrayan türklər, 

müqavimət göstərərək iki il içərisində  təkrar özlərinə  gəldilər. Çox keçmədən 

sınırlarımıza hərbi 

əməliyyatlar başladığında, 

türklər bizimlə bir araya gəlməyi və danışıqlara başlamağı  təklif etdilər. Biz isə 

onların bu təklifini geri çevirdik. Bizim bu dövrdə sülhdən imtina etməyimiz və 

silahlanmamız böyük bir səhv idi. 1915-ci ilin yaz və payız dövründə Türkiyə 

erməniləri zəruri bir Tehcir-Köç qanunu qəbul etdi. Köç doğru və lazımlı idi. 




48 

 

Gerçəkləri görə bilmədik, hadisələrin səbəbi bizik. Türklər nə etdiklərini bilirdilər 



və bu gün peşmanlıq eşitmələrini tələb edəcək bir xüsus yoxdur. Bu üsul ən qəti və 

uyğun olanı idi. 

Hirslilik və qorxu içində olan biz ermənilər, “günahkar” axtarırdıq və bu günahkarı 

rus hökuməti və onun alçaq siyasəti olaraq təyin etdik. Biz ermənilər qeydsiz şərtsiz 

Rusiyaya yönəlmiş durumdaydıq. Hər hansı bir səbəb yoxkən zəfər havasına 

qapılmışdıq. Sədaqətimizin, işlərimizin və yardımlarımızın qarşılığında Çar 

hökumətinin Ermənistanın müstəqilliyini bizə hədiyyə edəcəyindən əmin idik. Rus 

hökumətinə qarşı dünənki inancımız nə cür kor-koranə  və  təməlsizsə, bugünkü 

suçlamalarımız da o cür kor-koranə və əsassızdı. Siyasi bir partiya (Daşnaksutyun) 

olaraq biz, məsələmizin rusları maraqlandırmadığını  və onların lazım olanda 

cəsədlərimizi tapdalayaraq keçib gedə biləcəyini unutmuşduq.  Şikayət etmək və 

fəlakətlərimizin səbəblərini öz xaricimizdə axtarmaq bizim xəstəlik halını almış  

milli psixologiyamızdır, xarakterik xüsusiyyətimizdir”. Kaçaznuninin, qurucusu və 

lideri olduğu Daşnaksutyun Partiyası üçün hesabatının sonunda söylədiyi cümlələr 

düşündürücüdür: "Daşnak Partiyasının artıq edəcəyi bir şey yoxdur... 

Bəli, mən intiharı təklif edirəm, Partiya özünü buraxmalıdır."  

 

Daşnak komandiri Vahram öz "qoçaqlığı" barədə yazırdı: "Mən heç nəyi nəzərə 



almadan türkləri qırdım. Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı  ən 

yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna 

doldurub üstünə ağır daşlar atasan. Belə də etdim. Bütün qadınları, uşaqları quyuya 

doldurub üstünə  ağır daşlar tökdüm. Uzun müddət bu daşların altından onların 

iniltisini eşitdikcə şadlığımdan nə edəcəyimi bilmirdim".  

 



 Stepan  Lalayanın dəstəsində olan “Uçitel Qriqoryan” adlı erməni  əsgəri 

komandirinə bu məktubu yazan günün səhəri artıq həyatda yox idi: “Mən daha 

Şamaxıda qala bilmirəm. Bunları görməyə dözə bilmirəm, mənə verdiyiniz silahı 

özünüzə qaytarıb geri dönürəm...”  

 

 “Böyük Ermənistan” ideoloqlarından və “Qnşaq”ın liderlərindən biri Q.Kafyants: 



“Tarixə nəzər salanda aydın görürsən ki, lap əvvəldən biz erməniləri təhrik edən çar 

mütləqiyyəti və rus patriarxlığı olmuşdur.”  

 

 Ermənistan SSR Elmlər Akademiyasının ilk prezidenti İ.Orbeli: “İndiki Dağlıq 



Qarabağ orta əsrlər Albaniyasının bir hissəsi olmuş, sonradan erməni feodalları 

tərəfindən zəbt edilmişdir.” 

 

Tanınmış erməni yazıçısı  və ictimai xadimi Vaqe Avetyan: “Respublika 



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin