Hacı Nərimanoğlu



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə31/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   27   28   29   30   31   32   33   34   ...   70
Yerevan toksikoloji mərkəzindən 1996-cı il iyulun 14-də Xankəndiyə gələn qrupun 

başçısı Faina Melikyantsın Ermənistanın müdafiə naziri S.Sarkisyana (169/024-

1002-9.1) göndərdiyi məktubdan: “...Xocalı  ərazisində apardığımız elmi 

tədqiqatlar və araşdırmalarımızın nəticələri qənaətbəxş deyil. Əvvəllər 

Azərbaycanlıların yaşamış olduqları Xocalı  ərazisindən  əsir götürülən uşaqların 

təqribən 9 faizinin dalaq və qaraciyərləri sıradan çıxıb. Zəhərli qazlardan istifadə 

isə  uşaqların baş-beyin funksiyasını iflic edib.  Xocalıdan  əsir götürülən qız 

uşaqlarının bədənində “L-Z-21A” və “L-Z-19A” vaksinlərini sınaqdan çıxarılıb. 

Nəticədə 4 nəfər 8 yaşlı qız uşağının taleyinə qələm çəkilib. Heç biri sınaqdan sağ 

çıxa bilməyib.” 

 



A.Lalayan: “Ermənistanda daşnak hökuməti özünün 30 aylıq hakimiyyəti 

dövründə (may 1918 - noyabr 1920)  azərbaycanlı əhalinin 60 faizini qırıb.”  

 

A.Lalayan: “Andranikin, Amazaspın və başqalarının başçılığı altında daşnak 



dəstələri türk (azərbaycan) qadınlarının, uşaqlarının, qoca və cavanların məhv 

edilməsi işində maksimum cəsurluq göstərmişlər. Daşnak dəstələri tərəfindən 

tutulmuş  kəndlər canlı adamlardan təmizlənib azad edilmiş  və eybəcər hala 

salınmış meyidlərlə dolu xarabalığa çevrilmişdir.” “Revolyusionnıy Vostok”  

jurnalı, 1936, № 2-3, səh.36-37 

 



 

S.Şaumyan, ”Bakinskiy raboçi” qəzeti, № 139, 18 iyul 1918-ci il. Radioteleqram.   

Culfa, xalq qəhrəmanı Andranikə: “Sizin 577 № –li teleqramınızı aldım. Tam 

mətnini Moskvaya Mərkəzi hökumətə göndərdim. Öz tərəfimdən Sizin şəxsinizdə 

həqiqi xalq qəhrəmanını təbrik edirəm. 

 



 

Ermənilərin Qafan, Tatev (Gorus)-Genvaz (Meğri) hərbi qüvvələrinin ümumi 

komandanı Njdenin əmri: “Qafan-Genvaz-Tatev hərbi hissələrinə ƏMR “Əsgərlər, 

sabah Gığı  dərəsinə qarşı bizim hücumumuz, səlib müharibəmiz başlayır. Sabah 

sizin güclü hücumunuz və  zərbələrinizdən ağlını itirən düşmən öz kəndlərini 

buraxıb gedəndə sizi bu gün düşmənlər tərəfindən təhqir olunmuş kilsə  və 

qalalarımızın qədim xarabalıqları salamlayacaqdır. Sabah bu vadidə ayaqlarınızın 

taqqıltısı, silahlarınızın gurultusu eşidiləcək...Bütün kəndləri yandırın, talan edin, 

hücum zamanı külli miqdarda  dinamit və partlayıcı çəlləklərdən istifadə edin...İrəli, 

Allah və Davud bəyin qisasçı ruhu bizimlədir.”  




41 

 



 

Erməni jurnalist Daud Xeyriyan  yazır: “...Martın 2-də ermənilərin “Qaflan” 

qrupu (qrup meyitləri yığıb yandırmaqla məşğul idi) 100 nəfərdən çox türk meyitini 

yığıb Xocalıdan təqribən bir kilometr qərb istiqamətində yandırdı. Sonuncu 

maşında təqribən 10 yaşında olan bir qız uşağı da gördüm. O, alnından və 

qollarından yara almışdı. Sir-sifəti göyərmiş bu uşaq hələ ölməmişdi. Aclığa və 

soyuğa, aldığı yaralara baxmayaraq ölməmişdi. Asta-asta nəfəs alırdı. Ölümlə 

çarpışan bu uşağın gözlərini unuda bilmirəm. Bir azdan onu da “Qaflan”çıların 

səyyar ölüm ocaqları”ında yandıracaqdılar. Heysiz- hərəkətsiz uzanmış, 

dırnaqlarından qan süzülən bu uşağı Tiqranyan çağırılan bir əsgər tolazlayıb, 

qalaqlanmış meyitlərin üstünə atdı. Sonra bu insan qalağına od vurdular. Bu zaman 

elə  zənn etdim ki, yanan meyitlərin içərisində kimsə  qışqırır. Aman və imdad 

diləyir. Mən bütün bunlardan sonra daha irəli gedə bilmədim. Amma fikrim var idi 

ki,  o uşağı da görüm. Geri qayıtdım. Onlar isə xaç uğrunda döyüşlərini davam 

etdirirdilər” (Səh. 62-63). 

 



Erməni tarixçisi Səməd Sərdariniyanın “Arazın hər iki tayında müsəlmanların 

soyqırımı”, “İrəvan müsəlman sakinli şəhər olmuş”, “Qarabağ tarixinin gedişində” 

kitablarından: “Ermənilər 1918-ci ilin əvvəlində  İranın Cənubi Azərbaycan 

vilayətlərində türklər yaşayan Urmiyə şəhərinin abidələrini rus əsgərləri ilə birlikdə 

yandırıb külə döndərmişdilər. Bir gün ərzində Urmiyədə öldürülənlərin sayı 10 min 

nəfərə çatmışdı. Bu ağır və  çətin günlərdə Urmiyə  əhalisinə  nə Tehrandan bir 

kömək gəldi, nə  də  Təbrizdə oturan Azərbaycan hakimi və  vəliəhd 

Məhəmmədhəsən Mirzədən.  Əgər Birinci Dünya müharibəsinin gedişində ruslar 

Rusiyada yaşayan erməniləri silahlandırmışdılarsa, ingilislər də osmanlıların 

hücumlarına qarşı Urmiyə  və  Səlmas xristianlarını (erməniləri və assuriləri) 

silahlandırmışdılar. Erməni və assurilər Səlmasdan Urmiyəyə hüçum etmişdilər. 

Urmiyədəki ermənilər qonşu azərbaycanlı evlərini talan etmiş, sonra isə evlərə od 

vurub yandırmışdılar. Ermənilər qocaya, uşağa, qadına rəhm etməmişdilər. Onlar 

Urmiyədə 500 evə od vurub yandırmışdılar. ...1918-ci ilin may ayında Andranik 5 

min nəfərlik silahlı erməni dəstəsi ilə Xoy şəhərinə hücum etmişdi.  İyunun 24-də 

isə  şəhəri mühasirəyə alan ermənilər Urmiyədə törətdikləri vəhşilikləri Xoy və 

Səlmasda da davam etdirmişdilər. Qüvvələrin sayı və hərbi-texniki cəhətdən üstün 

olan ermənilər  Xoya pənah gətirmiş  qırx min səlmaslı qaçqının 30 min nəfərini 

qətlə yetirmişdi.  İyun ayının ortalarında osmanlılar iki günlük döyüşdən sonra 

Səlmasa daxil olmuşdular. Xristianlar (assuri və ermənilər) isə  şəhərdən 

qaçmışdılar. Ermənilərin törətdiyi qırğınlar zamanı  Səlmas, Xoy, Urmiyə 

xarabalığa cevrilmiş, 130 min türk-azərbaycanlı öldürülmüşdü.” 

 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin