Hacı Nərimanoğlu



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə30/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   26   27   28   29   30   31   32   33   ...   70
qırğınlara aid erməni müəlliflərindən A-donun 1907-ci ildə  İrəvanda çap edilən 

“Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, 

topoqrafik izahlarla” əsərində gen-bol faktoloji materiallar  vardır. A-do 1905-

1906-cı illərdə baş vermiş  qırğınlar zamanı  Cənubi Qafqazın 7 şəhərinin böyük 

dağıntılara məruz qaldığını, 12 qəzada 252 kəndin yandırıldığını  və viran 

qoyulduğunu, 100 min ailənin ev-eşiklərindən didərgin düşdüyünü, 10 min nəfərin 

məhv edildiyini göstərir. A-donun statistik məlumatlarında göstərir ki, 1905-1906-

cı illər qırğınları ərəfəsində İrəvan quberniyasında mövcud olmuş 1301 kəndin 959-

da, Zəngəzur qəzasında mövcud olmuş 406 kəndin isə 314-də türklər yaşamışlar. 

Hazırda İrəvan quberniyası və Zəngəzurda mövcud olmuş 1273 türk kəndindən bu 

gün, Naxçıvan qəzası istisna olmaqla bütün kəndlər azərbaycanlılardan 


39 

 

təmizlənmişdir. Deməli, həmin  ərazilərdə 1905-1906-cı illərdən başlayaraq silah 



gücünə etnik təmizləmə siyasəti həyata keçirilmişdir ki, bu da mahiyyətcə soyqırım 

deməkdir.  

 



S.Zavaryanın “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı”  əsərindən: 

“Qarabağın  Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, 

Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır. Qırğınların 

qarşısının alınmamasında çar Rusiyasının hakim dairələrinin cinayətkar etinasızlığı 

və təxribatçı hərəkətlərə baş vurduğunu qeyd edir. “ 

 



Erməni jurnalisti İ.Alibekovun “Yelizavetpolun qanlı günləri cəmiyyətin 

mühakiməsi qarşısında”  əsərində,  “Vozrojdenie” qəzetinin 36-39-cu saylarında 

(1905-ci il) dərc olunmuş “Yelizavetpol qırğınları” başlıqlı  məqaləsindən: 

“Qırğınların əsas səbəbkarı ermənilərdir.” 

 

O.A.Arutyunyan 1956-cı ildə rus dilində  İrəvanda dərc olunmuş “Xatirələr” 



kitabında daşnakların  bu devizlə yaşadıqlarını yazır: “Mümkünsə, daha çox 

müsəlman öldür, talan et, heç kimə  rəhm etmə”  şüarı altında 1905-ci ildə 

törətdikləri vəhşiliklərdən bəhs edir. O, daşnakların erməni kəndlərini gəzərək 

əhalini silahlandırdıqlarını, dinc müsəlman  əhalisini qırdıqlarını, kəndləri 

yandırdıqlarını, daşnakların silah sarıdan korluq çəkmədiklərini, canişin Vorontsov-

Daşkovun xüsusi icazəsi və erməni yepiskopları Xoren və Suren tərəfindən 

müvəkkil edilmiş şəxslər vasitəsilə təmin edildiklərini faktlarla qeyd edir.  

 



E.D.Saakyan (professor-tarixçi): “Mən bu gündən “Krunk” təşkilatından da, üzv 

olduğum “Naxçıvan” icmasından da gedirəm. Bunların heç biri mənim millətimə 

baş ucalığı gətirmədi. Dağlıq Qarabağı tərk etmək vaxtıdır”. (İran. “Araz” jurnalına 

verdiyi müsahibədən. 2002.XI.6). 

 Professor Movses Horenatsi “Ermənistan tarixi” kitabından: “Hər bir türkü 

doğulduğu gündən ölümə  məhkum edin. Onların dirilməsinə imkan verməyin. 

Çünki dirilən türk bizim üçün fitnələr yaradıb, faciələr törədir” (Yerevan. 1990, səh. 

85). 


G.X.Markaryan (müasir erməni tarixinin tədqiqatçı): “Ermənistan rəhbərliyi bütöv 

bir milləti - erməni millətini ölümlə üz-üzə qoydu. Təcili Dağlıq Qarabağdan 

çıxmalıyıq. О torpaq deyil, cəhənnəmdir”. 

* O.Q. Adamyan (erməni tarixçisi):  “...Bizim tarixdə sivil millət kimi yaşamağa 

haqqımız yoxdur. Biz özgə torpaqlarını işğal etmişik...” “Ermənistanın müsəlman 

və rus kəndlərini onlar odla, qılıncla məhv etdilər... Daşnaq ordusunun başında 

duran kimlər idi? Aram və Rubendən, Martiros və Pilosadək nadan, talançı, quldur 

xmbapetlər. Bu ordu silahsız müsəlmanlara divan tutmaqda, dinc əhalini çapıb-

talamaqda məharətli və cəsarətli idi...” Aleksandr Myasnikyan. “Seçilmiş əsərləri, 

səh. 354-365.) 

*Papazyan yazır: “Türkiyədə  Əbdül Həmidə sui-qəsd daşnaqların inqilabi 

fəaliyyətlərinin son həddi idi. Bu daşnaqların növbəti qəhrəmanlıqları düşüncəsiz 

aksiya idi. Başlanmış  iş ermənilərə heç bir fayda gətirmədi, məhz uğursuzluq 

bizim xalqı dəhşətli faciədən qurtardı”. 

*1885-ci ildə M.Portakalyan tərəfindən yaradılmış “Armenakan” partiyasının 

Proqramında deyilirdi: “Yalnız ermənilər bu partiyanın üzvü ola bilərlər. Ali 




40 

 

məqsədə nail olmaq üçün erməni millətçiləri birləşməli, partiya üzvləri silahdan 



istifadə etməyi öyrənməli, partizan dəstələri düzəltməlidirlər”... 

 



“Berd xəbərləri” qəzetinin (Kanada) hərbi müxbiri, istefada olan mayor Suren 

Vartanyan: “...Berddəki 01261 saylı hərbi qrup artıq hazır idi ki, Dağlıq Qarabağa 

yola düşsün. Bu azadlıq mücahidlərinə  Argentinadan gələn qızlar da qoşulmuşdu. 

Bu snayperçi qızların hamısı muzdla tutulmuşdu. Onlar hara gəldiklərini, nə üçün 

vuruşduqlarını anlamırdılar. Onlar din uğrunda, kilsələrin azadlığı  uğrunda 

vuruşmaq üçün gəlmişdilər. Bu qızların maliyyə  xərcləri Kanadada öz işini quran 

“Erməni Mərkəzi”nə aid idi. Onlar yaxşı vuruşurdular. Mən onların  Əsgəranda, 

Meşəli ərazisindəki döyüşlərinin şahidi oldum. Meşəlidə snayperlərini işə salan bu 

“Çöl quşları” (qrup özünə bu adı qoymuşdu) 25 nəfərin qətlinə  fərman verdi, bu 

vəhşi qrup heç kəsə aman vermədi.. Mən bütün bunlar haqqında  əlavə olaraq 

Axalkalakidəki “Ermənilərin birlik konfransı”nda məlumat verdim...” 

(Bax:Gürcüstan. “Cavaxeti xəbərləri” qəzeti. S.Vartanyan. 1991-ci il, 16 oktyabr). 

 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin