Hacı Nərimanoğlu



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə32/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   28   29   30   31   32   33   34   35   ...   70
Levon Panos Dabaşyan: “Türkiyə tarixində ermənilərə qarşı soyqırımı deyilən bir 

şey qəti şəkildə olmayıb.”  

 



E.Aknouni 1980-ci ildə  İstanbulda “Jamanaq” (“Zaman”) nəşriyyatının çap 

etdiyi “Türkiyədəki ermənilər haqqında həqiqət” adlı kitabından: “Osmanlı 

dövlətində ermənilərdən 29 paşa, 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul, 

411 yüksək məmur vardı.” 

 



Stepan  Şaumyan: “10-12 minlik bolşevik "Qafqaz Qırmızı Ordu"sunun şəxsi 

heyətinin 70 faizi erməni idi. Daşnaksütyun  partiyası  və Erməni Milli Şurası ilə 

əlbir hərəkət edən bu ordu 1918-ci il martın 30-da Bakıda türk-müsəlman əhaliyə 

qarşı  həlledici döyüşlərə  hər cür hazırlıq görmüşdü və  dərhal bütün cəbhə boyu 

hücuma başladı. 3 günün (30 mart – 1 aprel) qətl-qarətlərində təkcə Bakıda 12 min 

nəfər müsəlman əhali məhv edildi.”  


42 

 



 

Ermənistanın indiki prezidenti Serj Sarkisyan demişdi:- “biz azərbaycanlıların 

inanmadığı bir işi gördük, biz stereotipi dağıtdıq, dinc xalqa qarşı əl qaldırdıq.”  

 



Samvel adlı keçmiş erməni  əsgərin xatirələrindən: “Zori Balayan aralıdan 

olanları izləyirdi. Əsirlər dedilər ki, nə var bunlardır, orda heç nəyləri qalmayıb. 

Zinət  əşyaları, bank kartları, rus pasportları - nələri varsa, yığıb verdilər. Biz 

kənara çəkildik ki, aralıdan hamısını güllələyək, canımız qurtarsın. Bu vaxt 

Sərkisyan yaxınlaşdı ki, guya yoxladınızmı hamısını, bax, o qadının qulağında yeri 

qalıb sırğaların, yəqin udub. Göstəriş verdi ki, əllərini tutun. Biz qadının  əllərini 

tutduq, müqavimət göstərmədi, gücü qalmamışdı. Özü qadının qarnını yardı, əlini 

salıb sırğaları  və üzüyü çıxardı. Sonra avtomatı götürüb əsirləri güllələdi. Onun 

əynində kürk var idi. O qədər arıq idi ki, hərbi buşlatın yaxalığı onun çiyinlərinə 

keçirdi. Gözlərində eynək var idi. Başını bəlkə də illər idi ki, qırxdırmamışdı, qara, 

uzun saçı var idi. Əlinin qanını üstünə silib “bəri verin topladıqlarınızı “ dedi. 

Sonra yığdıqlarımızı maşınına qoyub uzaqlaşdı. Yadımdadır, avtomobilinin nömrəsi 

NK 0001 idi”. Bu hadisənin iştirakçısı olan başqa bir erməni yazır: “Ermənilər 

hadisələrin üçüncü günü meşədə Xocalıdan qaçsa da, getməyə yer tapmayan 

azərbaycanlılara rast gəlirdi. Qoca, qadın, uşaq olan bu dəstədə artıq son nəfəsini 

yaşayanlar, donub qalanlar və yaralılar var idi. Bizi görən kimi yalvardılar ki, 

onları öldürməyək. Biz də dedik ki, zinət  əşyalarınızı, pullarınızı  bəri verin, sizə 

dəyməyək. Qadınlardan biri dedi, “nəyimiz var, sizin olsun”. Biz isə dedik ki, burda 

olanlar onsuz da bizimdir. Xocalıda nə gizlətmisiniz deyin, aparaq oradakı varidatı 

verin, sizi oradan Ağdama yola salacağıq“. Cəlaləddin Qasımovun “27 ildən 

sonra” (Bakı, “Nurlan”, 2013) kitabından. 

 



Erməni jurnalist və publisisti Vaqe Avetyan: “Sizi əmin edirəm ki, əgər nə vaxtsa 

Ermənistanda qanuni xalq hakimiyyəti olarsa, mənim ölkəm bu cinayətin 

araşdırılması  və azərbaycanlıların qətlində  əli olan günahkarların məhkəmə 

qarşısına çıxması üçün əlindən gələni edəcək.  İttihamları  qəbul etməyə cürəti 

çatmayan qatillərin öz vətəndaşları ola biləcəyi dünənki soyqırım üçün məhkəmə 

qarşısına çıxa bilməyən xalqın dünya ictimaiyyətindən yüz il öncə öz əcdadlarının 

qətlini tanımağı və qatillərin mühakiməsini tələb etməyə mənəvi haqqı yoxdur”. 

 



 Terrorçu Monte Melkonyanın ABŞ-da yaşayan qardaşı Markar Melkonyan 

tərəfindən 2005-ci ildə yazılmış    "Mənim qardaşımın yolu" (ing. My Brother's 

Road) kitabından: “Monte öz dəstəsi ilə erməni kəndi olan Naqxortidən çıxaraq 

qarla örtülmüş dağ yamacından Qaradağlı  tərəfə düşərkən, kəndin erməni  əhalisi 

onların qarşılarına çıxıb Qaradağlıya hücum etməmələrini tələb etdilər, onların 

arasında mübahisə yarandı, sakinlər Qaradağlıya hucumun Naqxortiyə müharibə 

qətirəcəyini deyirdilər, Monte isə onlara cavab olaraq, artıq çox gec olduğunu və 

müharibənin artıq qetdiyini dedi…Arabo və Aramonun (erməni silalı  dəstələri) 

əsgərləri 38 nəfər  əsiri göstərdilər,  əsirlər dərənin içərisində idi, onların arasında 

qadınlar və  əsgərlər var idi. Azərbaycanlı  əsirlərdən biri bintlə sarılmış  əlindən 

qumbara çıxararaq onlara nəzarət edən erməninin üstünə atdı, qumbara partlayarkən 

onun ayaqının bir hissəsini qopardı. Aramo və Arabonun əsgərləri onsuz da 

əsirlərdən öldürülmüş yoldaşlarının intiqamını almaq istəyirdilər, bundan sonra 

onlar  əsirləri bıçaqlamağa və avtomatla güllələməyə başladılar. Çapıqlı Edo da 

onlara qoşuldu o bir neçə yaralı  əsgərin üstünə benzin tökərək onları atəşə verdi. 

Monte kənddən aralı olan bu dərəyə gələndə orda yalnız bir taya insan qalıqları var 

idi…Xocalını 40 nəfərdən ibarət OMON dəstəsi və sayı 60 – 200 arasında olan 

döyüş təcrübəsi zəif yerli özünümüdafiə dəstəsi qoruyurdu. Monte Xocalıya çatan 

kimi bir neçə saat əvvəl baş vermiş qırğının bütün məqamlarını və təfərruatlarını bir 

araya yığmağa çalışırdı. Təxminən gecə saat 11-də 2000 nəfərdən ibarət erməni 




43 

 

silahlıları üç tərəfdən Xocalıya yaxınlaşdılar, bununla onlar yerli əhalini  şərqdə 



yerləşən açıqlığa qaçmağa vadar etdilər. Səhər fevralın 26-da xocalılılar  şərq 

tərəfdə olan təpəliyin zirvəsinə çatdılar və  aşağı hardasa 6 mil məsafədə, Ağdam 

istiqamətində düşməyə başladılar. Məhz həmin o təpəciklərin arasında onları 

ermənlər qarşılayır və insanları güllələyirlər...Arabonun döyüşçüləri bıçaqlarını 

çıxarıb insanları öldürməyə davam etdilər…Monte Martuniyə sadəcə 22 gün əvvəl 

gəlmişdi lakin o artıq silahsız, günahsız dinc sakinlərin qanı ilə suvarılmış iki döyüş 

meydanından keçmişdi (Qaradağlı  və Xocalı)…1990-cı ilin noyabrında Keçəl 

(Arabonun döyüşçüsü) sərhədin o tayındakı  kənddən Azərbaycan xalq cəbhəsinin 

gənc fəalını  oğurlayır. Gənc azərbaycanlı  Səid Yerevan yaxınlığındakı bir bağ 

evində divara zəncirlənmiş  vəziyyətdə bir ay qaldı.  İlin sonunda Keçəl bir neçə 

yoldaşı  və yerli polis zabiti ilə birgə  Səidi, Yeraplura yüksəkliyində yerləşən 

qəbiristanlığa apardı (Yerevan yaxınlığında). Orada onlar Səidi onların ölmüş dostu 

Xarut adında döyüşçünün məzarı qarşısında diz üstə qoydular. Sonra üç uşaq atası 

olan Keçəl Səidin boğazını küt bıçaqla kəsməyə başladı. Əvvəl Səid qışqırırdı, lakin 

sonra qışqırıq inilti ilə avəz olundu. Sonda Ardaq bıçağı  Səidin sinəsinə vuraraq 

buna son qoydu, onlar Səidin qanını dostlarının məzarına axıtdıqdan sonra ordan 

getdilər.”  

 



Quba sakinləri qarşısında çıxışlarından birində Amazasp demişdi: "Mən erməni 

xalqının qəhrəmanıyam və onun maraqlarını qoruyuram. Mənə əmr edilib ki, Xəzər 

dənizindən Şahdağa qədər bütün müsəlmanları qırım, evlərinizi yerlə yeksan edim."  

 



RKP Qafqaz Diyar Komitə üzvü A. Mikoyanın Leninə göndərdiyi "Qafqaz 

Məsələsinə Dair" adlı hesabatından sitat: "Erməni  şovinistləri, imperialist 

müttəfiqlərin və qatı mürtəce general Denikinin dəstəyinə güvənərək Qara dənizdən 

Aralıq dənizinə  qədər yeddi vilayəti də  əhatə edən tarixi sərhədlər içərisində (!) 

"Böyük Ermənistan" qurmaq fikrinə tam bir xəyal olan, cinayətə çevrilmiş bir 

düşüncəyə qapılmış  vəziyyətdədirlər. Bölgədə ermənilərin olmaması  və yalnız 

müsəlmanların burda yaşamaq istəməsi bunları utandırmır. Belə bir cəhənnəmi 

yaratma, belə bir kabus və  təcavüzü həyata keçirmək proqramı,  ən yaxşı,  ən 

istedadlı  və  ən sadiq agentləri kimi gördükləri ermənilərin vasitəsilə Türkiyəni 

talamaq, müstəmləkə  və maliyyə kapitallarını istifadə edəcəkləri bir bölgə halına 

gətirmək istəyən imperialist müttəfiqlər tərəfindən uğurlu bir şəkildə  dəstəklənir." 

1919-cu il, 25 dekabr.  

 

Manuk Abeqyan, tanınmış  ədəbiyyatşünas, dilçi, folklorşünas, akademik: 



“…erməni xalqının kökləri haradadır, buraya necə, nə vaxt, haradan və hansı 

yollarla gəlib… Bizdə bunun dəqiq və aydın sübutları yoxdur”. 

 



 




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin