dözülməz işgəncələrin qurbanı olub. Çoxsaylı faktlar əsir və girovlara müxtəlif
vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılıb, dırnaqları
və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə
döyülüb, damarlarına benzin yeridilib. Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani
tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikəst olmuşdur. Kəlbəcər rayonunun
34
işğalı zamanı girov götürülən (31.03.93) Gülcamal Quliyevanın yenicə dünyaya
gəlmiş oğlu Arzu Hacıyevə erməni “həkim” Aida
Serobyan naməlum tərkibli
iynələr vurmuşdur. Nəticədə Arzu Hacıyev ömürlük şikəst olmuşdur. Anası Afət
Mirzəyevanı və babası Aslan Mirzəyevi ermənilər vəhşicəsinə güllələyərkən Babək
İlyasov cəmi yeddi aylıq imiş. Qəlpələr Babəkin sağ gözünü yaralamış, buna
baxmayaraq ermənilər onu da Kəlbəcər rayonundan girov götürülmüş digər
həmkəndliləri ilə birlikdə yalnız dörd aydan sonra, həm də müalicə etmədən
qaytarmışlar. Hazırda Babəkin bir gözü kordur. Ermənilər 15 yaşlı girov Nəzakət
Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr vermiş, onun
qulaqlarını kəsmiş, anası hədə və şantajlara dözməyərək dəli olmuş, qızın özünü isə
4 mln rus rubluna ailəsinə satmışlar. Erməni nəzarətçilər Ağdam rayonundan girov
götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr verib, mismar kəlbətini ilə onun
16 dişini çıxarıblar. Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov
götürülən yaşlı qadın Şərqiyyə Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kəlbətini ilə
çəkilib. O, altı ay davamlı işgəncələrə məruz qalıb. Qubadlı rayonunun işğalı
zamanı 65 yaşlı Biniş Rəsul qızı Məmmədova və 69 yaşlı Sara Miriş qızı
İsmayılova girov götürülərək Xankəndi hərbi hissəsində saxlanmışdır. Burada
onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi
amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanılan Şahsənəm və Əsli adında
qadınlar bu cür ağır işgəncələrə dözməyərək girovluqda ölmüşlər .Ağdam
rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz
işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam
rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovnanın və ahıl yaşlı bacısı
Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər
tərəfindən vəhşicəsinə öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-
hesabsız qadın və uşaq meyiti gördüyünü bildirir. 1930-cu il təvəllüdlü Ağdam
rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq
döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki
işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən
bir müddət sonra vəfat edib. Erməni hərbçilər Füzuli rayonundan girov götürdükləri
Mürvət Fətiş oğlu Ağayevi döyərək qulağını kəsmiş, əllərini məftillə arxadan
bağlayaraq ağacdan asmış və ayaqlarının altında ocaq qalayaraq yandırmışdılar.
Novruz Məhəmməd oğlu Daşdəmirov, Namiq Cavanşir oğlu Qarayev mütəmadi
döyülmə, bədənlərinə qızdırılmış cisimlərlə dağ basılma və başlarına mismar
çalınması nəticəsində ruhi xəstə həddinə çatdırılıblar. Hərbi əsir Mürşüdov
Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüşə qırıqlarını udmağa məcbur edilib.
Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin
dəyənəklə döyülüb, damarına benzin yeridilib, yaralarının qaysağı qopardılaraq ona
əzab verilib, üstünə təlim keçmiş it buraxılıb. Mayıl Məhəmmədəli oğlu
Məmmədovun damarına dizel yanacağı yeridilib, sinəsi qızdırılmış xaçla
damğalanıb. Vəhşicəsinə döyülmə nəticəsində hərbi əsir Cavid Ağa oğlu
Hüseynovun çənəsi və qabırğaları sınıb. Ermənilər dəmir parçası ilə Cavidin qoluna
damğa basmış və yarasının üzərinə sulfat turşusu tökmüşlər.”