Hacı Nərimanoğlu


tutan bütün ermənilər qoşulmuşdu". Böyük  Öndər erməni deportasiyası  və erməni



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə41/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   37   38   39   40   41   42   43   44   ...   70
tutan bütün ermənilər qoşulmuşdu". Böyük  Öndər erməni deportasiyası  və erməni 

dəstələrinin törətdikləri qırğınlar barədə fikirlərini də bu sözlərlə dilə gətirmişdi:-"İngilislərin 

sülh zamanında və hərb sahəsindən uzaq olaraq İrlandiyaya rəva gördüyü rəftara demək olar 

ki, biganə şəkildə baxan dünya birliyi,  erməni əhalisinin deportasiyası barədə məcbur qalaraq 

aldığımız qərar üçün bizə qarşı haqlı bir ittiham irəli sürə bilməz...Bizə qarşı edilmiş olan 

böhtanların  əksinə, deportasiya edilmiş olanlar həyatdadır və bunlardan əksəriyyəti  əgər 

Antanta Dövlətləri bizi yenidən hərb etməyə  məcbur etməsə idilər,  indi    evlərinə qayıtmış 

olardılar". Türkiyəyə saxta erməni soyqırımı ilə bağlı xristian dünyasından 100 ildir davam edən 

təzyiqlər, suçlamaların əsl səbəbi Azərbaycan dövlətinə və xalqına daha yaxşı tanışdır. Eyni ikili 

standartlı yanaşmalar 23 ildir ki, ölkəmizə qarşı da sərgilənməkdədir. 

 

Bu kitabda toplanmış, hətta, Ermənistan hökuməti rəhbərlərinin çıxışları, erməni komandirlərin 



komandanlıqlarına  yazdıqları hesabatlar, Ermənistanın ilk Baş naziri Ovanes Kaçaznuninin, 

Boryan və Lalayan kimi nisbətən obyektiv erməni tarixçilərinin sənədləri də tarixdə “erməni 

soyqırımı” deyilən bir şeyin olmadığını  təsdiq edir. Əksinə, rus, ingilis, amerikan, fransız, 

yəhudi, gürcü və erməni  şahidlərin də  təsdiq etdiyi kimi "TÜRK SOYQIRIMI" tərsinə 

çevrilərək, tarixi iftira və saxtalıqlarla "erməni soyqırımı" halına düşmüşdür. Çünki, türk milləti 

istər Anadolu, istərsə də Qafqazda zülmə, qətliama, soyqırıma uğrayan hər millətə yardım əlini 

uzatmış  və torpaqlarına sığınan millətlərə qucaq açmışdır.  Əgər tarixdə türk dövlətlərinin 

sərhədləri içində yaşayan azsaylı millətlərə soyqırım və assimilyasiya siyasəti tətbiq olsaydı, bu 

gün Qafqazın, Balkanların və Orta Şərqin xəritəsinin  yenidən çizilməsi gərəkirdi və yer üzündə 

indi var olan Ermənistan kimi bir çox dövlət və millət mövcud olmayacaqdı. İllərdir İraqda neft-

petrol qaynaqlarına nəzarət uğrunda gedən savaşlarda 1 milyondan, Əfqanıstanda ondan daha 

çox, Suriyada 300 mindən artıq dinc insan ABŞ  və  Qərbin planlaşdırdığı savaş, qardaş 

qırğınlarının, “ərəb baharı” çevrilişlərinin qurbanı olub. Sağ qalmaq üçün doğma yer-yurdundan 

baş götürüb qaçanların yeganə ümid yeri Türkiyə olub, tək Suriyanın Kobani şəhərindən didərgin 

düşən 200 min kürd Türkiyəyə sığınıb. Türkiyə, ondan əvvəl Osmanlı tarix boyu dara düşənlərin 

ümid yeri olub, tək-tənha öz mənafeləri naminə milyonlarla günahsız insanın  ölümünə göz 

yuman güclərlə haqq, ədalət uğrunda dava sürməkdədir. 

 

Ermənilərin  əxlaqı, siyasəti bu hiyləgər, məkrli düşüncə üzərində qurulub: “Əgər bir yalanı 



həddindən artıq uzun, həddindən artıq ucadan və  həddindən çox desəniz, insanlar inanar. 

İnsanları bir yalana inandırmağın sirri yalanı daima təkrar etməkdir. Sadəcə  təkrar, təkrar və 

təkrar deyin.”  

İllərdir ki, Avropa “xristian klubu” erməni kilsə  və diasporunu təlimatlandıraraq "Dörd T" 

şəklində anladılan planı ermənilərin boğazına pərçimləyib: Tanıtım, Tanınma, Təzminat və 

Torpaq... 1) “Soyqırımı”nın bütün dünyada tanınması; 2) Türkiyənin “soyqırımı” tanıması; 3) 

Türkiyənin “soyqırımı”na uğramış adamların vərəsələrinə  təzminat  ödəməsi; 4) Türkiyənin 

şərqində ermənilərə  torpaq verilməsi.  Şübhəsiz, belə  cəfəng iddialar həm də Türkiyəni 

Ermənistana münasibətdə yumşaltmağa - sərhədləri açmağa məcbur etmək, habelə qardaş 

ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək, onun Avropa Birliyinə gedən yolunu bağlamaq 

məqsədi güdür. Çoxəsrlik xaçlı yürüşlərinin boşa çıxdığını, qazanmaq əvəzinə itirdiklərini hələ 

də sinirə bilməyən böyük dövlətlərin erməni terrorçu dəstələri ilə baş-başa hərəkət etmələri 

göstərir ki, məqsəd  xalqları qardaşlaşdırmaq, ya da tarixin aydınladılması deyil, əsas olan türk 

düşmənliyi və türk vətəninə göz dikməkdir. 100 illik erməni yalanının  da səbəbi budur! 

Ermənilərə Anadoluda Qara Xaç, Armenakan və Vətən Qoruyucu, Parisdə ASALA, Cenevrədə  



54 

 

Hınçak, Tiflisdə Daşnak komitələri məhz türk düşmənlərinin planlarına uyğun qurulmuşdur. 4 T 



erməniliyin həyat, yaşam tərzinə, həm də bütün regionun baş ağrısına çevrilib. 

 

Qərb dövlətlərinin böyük qismi üçün türklər nə yaxşılıq, xeyirxahlıq etsələr etsinlər, barbardılar. 



Halbuki, xaçlıların Qüdsdə öz ifadələri ilə "atlarımız sinələrinə  qədər müsəlman  qanından 

yaranmış gölün içində ikən yürüş etdik" tarixi etiraflarını nə tez unutdular? Milyonlarla yəhudini 

sanki almanlar qətl etməmişdi, yalnız Hitler öldürmüşdür. Belə bir məntiqi anlamaq mümkün 

deyil. Ölkələrinin müstəqilliyi üçün döyüşən irlandiyalıları gülləyə düzən ingilislərin 

barbarlığından kimsə danışmır.  Əlcəzairdəki iki milyon müsəlmanın qətli və Vyetnamda 

törədilən  vəhşiliklər üçün nə fransızlar, nə  də amerikalılar utanc hissi keçirmirlər. Amerika 

Birləşmiş Ştatları II Dünya Müharibəsində yapon əsirlərini Amerika hərbi paltarı geyindirməklə 

yapon ordusuna qarşı savaşdırıb  qardaşı qardaşa qırdırdı, xatırlanmır. Kiprdə  qətlə yetirilən 

türklərə görə  Qərb dünyası rumluları heç günahlandırdımı? Rusların 200 ildir Azərbaycanda

özəlliklə  də Dağlıq Qarabağ  və  ətraf rayonlarda, Çeçenistan başda olmaqla Qafqazda, 

Tacikistanda, Türküstanda tökdükləri günahsız qanları heç gündəmə  gətirən varmı? Amma 

növbə türklərə çatanda meyarlar tamam dəyişir, işlətmədikləri bir cinayətə görə onlar “soyqırım” 

cinayəti ilə suçlanır. 

 

1895-ci ilin mart-aprelində Fransa, Böyük Britaniya və Rusiyanın  İstanbuldakı  səfirləri öz 



ölkələrinin təlimatı ilə Osmanlı imperatorunu ermənilərin kompakt yaşadığı “Türkiyə 

Ermənistanında” rus və avropalı məmurların müşahidəçiliyi altında islahatlar aparılmasına dair 

dekreti imzalamaq, yazılı öhdəliklər götürmək məcburiyyətində qoydular. Birinci Dünya savaşı 

ərəfəsində bu ölkələrin aktiv dəstəyi, təzyiqi və erməni kilsəsinin fəaliyyəti sayəsində 

(Eçmiəzdin katalikosu Poqos Nubar bu məqsədlə Avropanın  əksər paytaxtlarında görüşlər 

keçirmiş, “zavallı” xristian ermənilərin dözülməz vəziyyətini, məzlum erməni xalqının arzularını 

izhar etmişdi) gücü, taqəti tükənməkdə olan Osmanlıda ermənilər açıq və gizli şəkildə 

silahlanmağa, döyüşə hazır qüvvələr qurmağa və vahid mərkəzdə təşkilatlanmağa nail olmuşdu.  

1915-ci ilin əvvəllərində bütün ermənilərin katalikosu V Gevorq erməni “Milli Büro”su adından 

çar Nikolaya ünvanladığı məktubda qeyd edirdi: “…ermənilər sizin ən inanılmış övladlarınızdır, 

bizə şərait yaradın ki, Türkiyə və Azərbaycanda öz qardaş-bacılarımızı onların əsarətindən xilas 

edək. Bizə yardım və köməklik edin ki, “könüllü dəstələr” yaradaq. Ermənistanda 1965-ci ildə 

rus və erməni dillərində çap olunan (Qosizdat Armenii, 1965q.) “Daşnaksütyun əvvəl və indi” 

kitabında tarixçi-diplomat Q.Abovyan  yazır:  “…məktubdan sonra, Doktor Zavriyev təcili 




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin